Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-633/2023 27.04.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “36 il 02 ay 18 gün əmək stajı, 02 il hərbi xidməti və 05 il İİ Qarabağ Müharibəsi dövründə güzəştli əmək stajı nəzərə alınaraq, 01 iyul 2017-ci il tarixədək 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi, 20 ildən yuxarı hərbi xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi məbləğində, 01 iyul 2017-ci il tarixindən sonraki dövrdə hərbi xidmətin hər ili üçün isə müvafiq təminat xərcliyinin 2 faizi məbləğində müəyyən olunmaqla yenidən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı “36 il 02 ay 18 gün əmək stajı, 02 il hərbi xidməti və 05 il İİ Qarabağ Müharibəsi dövründə güzəştli əmək stajı nəzərə alınaraq, 01 iyul 2017-ci il tarixədək 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi, 20 ildən yuxarı hərbi xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi məbləğində, 01 iyul 2017-ci il tarixindən sonraki dövrdə hərbi xidmətin hər ili üçün isə müvafiq təminat xərcliyinin 2 faizi məbləğində müəyyən olunmaqla yenidən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı əmək fəaliyyətinə 22 oktyabr 1986cı il tarixdə SSRİ DİN-nin Yanğından Mühafizə İdarəsində başlamışdır. Bundan sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsində, sonuncu olaraq Fövqəladə Hallar Nazirliyinin X5 Xidmətinin Ağdaş Dövlət X1 rəisi vəzifəsində işləmişdir. xx.xx.2022-ci il tarixdə xidmətdə olmanın son yaş həddi ilə əlaqədar olaraq tutduğu vəzifədən azad olunmuşdur. X6 orqanlarında xidmət zamanı əmək fəaliyyətinin 5 ili X4 dövrünə təsadüf etmişdir. 15 yanvar 2016-cı il tarixdə əmək pensiyası hüququ yarandığından ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20.28-ci maddəsinə əsasən əmək pensiyası təyin olunmuşdur. Əmək pensiyası təyin olunduğu dövrdə o, xidmətini davam etdirdiyindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 37.3.4-cü maddəsinin tələblərinə uyğun olaraq, pensiya məbləği əmək pensiyasının 50 faizi həddində müəyyən olunmuşdur. 02 aprel 2022-ci il tarixdə xidmətdən tərxis olunduqdan sonra əmək pensiyasındakı artımlar nəzərə alınaraq, lakin əvvəlki norma, yəni “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 20.28-ci maddəsi tətbiq olunmaqla təminat xərcliyinin 80 faizi həddində əmək pensiyası təyin olunmuşdur. Bu hal ona məlum olduqdan sonra aidiyyəti üzrə əmək pensiyasının yenidən hesablanaraq ödənilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala müraciət etdikdə, ona 12 avqust 2022-ci il tarixli məktubla, əmək pensiyasının yenidən hesablanaraq ödənilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün olmadığı bildirilmişdir. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, cavabdeh inzibati orqan tərəfindən xx.xx.2022-ci il tarixli **********2 nömrəli imtina məktubunda bildirilmişdir ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən Mərkəzi Filiala daxil olmuş İddiaçı 12/12/xr-4383 nömrəli yeni məlumat vərəqəsi əsasında əmək pensiyası yenidən hesablanaraq ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. 1 yanvar 2022-ci il tarixdən hesablanmaqla İddiaçı “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsindəəlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən iddiaçının aylıq pensiya məbləğinin 10 faizi-94,75 manat maddi yardım ödənilir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (Azərbaycan Respublikasının İPMin 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Lakin,iddia mahiyyət etibari ilə əsassızdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.3-cü maddəsinə əsasən hərbi qulluqçular – Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. Həmin Qanunun 1.0.4-cü maddəsinə görə xüsusi rütbəli şəxslər – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir. Həmin Qanunun 1.0.5-ci maddəsinin 1 yanvar 2019-cu il tarixdən qüvvədə olan tələblərinə əsasən təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən bu qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir. “Əmək pensiyaların haqqında” Qanunun: 9.6. Hərbi qulluqçulara yaşa görə əmək pensiyası hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Aşağıdakı şəxslər istisna olmaqla, hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunduqdan sonra yenidən hərbi xidmətə qəbul edilmiş əmək pensiyaçılarının əmək pensiyasının sonuncu təminat xərcliyinə görə yenidən hesablanmasına yol verilmir: 9.6.1. hərbi xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etmiş şəxslər; 9.6.2. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə hərbi xidmətə bərpa edilmiş şəxslər; 9.6.3. hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş şəxslər; 9.6.4. ali zabit heyətinə aid şəxslər. ... 20.14. Bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin—50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə—55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin—2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla; 20.14.2. hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslərə müvafiq təminat xərcliyinin—50 faizi və 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 1 faizi miqdarında əlavə olunmaqla; 20.14.3. hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslərə müvafiq təminat xərcliyinin—55 faizi və 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 1 faizi miqdarında əlavə olunmaqla; 20.14.4. hərbi xidmətdə 15 il stajı olan və Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmiş hərbi qulluqçulara müvafiq təminat xərcliyinin 50 faizi və 15 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla müəyyən edilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər. 37.3.4. bu qanunun 20.1.1-20.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr həmin maddələrdə göstərilən vəzifələrdə çalışdıqda 50 faiz həcmində ödənilir. Həmin şəxslər (bu qanunun 20.1.5-ci, 20.1.14-cü, 20.1.18-ci, 20.1.20-ci maddələrində göstərilən şəxslərdən yalnız həmin orqanlarda azı 35 il qulluq stajı olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavənin təyin edilməsi üçün əsas götürülmüş vəzifədə (bu qanunun 20.1.1-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.3-cü maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.4-cü maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.5-1-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.6-cı maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.7-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.9-cu maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.11-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.12-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.16-cı maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə) çalışdıqda, onlara həmin əlavənin ödənilməsi dayandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” 15 may 2020-ci il tarixli Qərarı: «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı 1986 – 2022-ci illərdə 30 ildən artıq daxili işlər və fövqəladə hallar orqanlarında xidmət etmiş və 1 aprel 2022-ci il tarixdə onun fövqəladə hallar orqanlarında xidmətinə xitam verilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən iddiaçının barəsində “məlumat vərəqəsi” tərtib edilərək Dövlət Sosial Müdafiə Fondunun aidiyyəti qurumuna göndərilmişdir. İddiaçı həmin məlumat vərəqisində göstərilənlərlə razılaşmamış və 20 ildən artıq xidmət etdiyi 3 faiz əlavənin hesablanıb verilməsinin təmin edilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Lakin cavabdeh tələbin təmin olunmasından imtina etmişdir. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 01 yanvar 2019-cu il tarixdən qüvvədə olan redaksiyasına görə, təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Həmin Qanunun 01 yanvar 2019-cu il tarixdən qüvvədə olan 20.30-cu maddəsinə görə, bu maddədə nəzərdə tutulan şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əməkhaqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır. Bundan əlavə, “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli, 135 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” 2019-cu il 27 mart tarixli, 126 nömrəli Qərarı ilə “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 2-ci hissəsinə “digər əlavələrdən” sözlərindən sonra “(büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla)” sözləri əlavə edilmişdir. İstinad olunan qaydaların 2-ci bəndinin hazırkı redaksiyasına əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən, bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) və artımlardan ibarət olan məbləğdir. Beləliklə, mübahisəyə dair işin müəyyən olunmuş hallarından görünür ki, "Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci və 20.30-cu maddələri 01 yanvar 2019-cu il tarixdən, yəni iddiaçının hüququnun yarandığı tarixdən əvvəl qüvvəyə minmişdir. Belə ki, pensiya hüququ verən xidmət illərinə görə iddiaçının fövqəladə hallar orqanlarında xidmətinə 01 aprel 2022-ci il tarixdən xitam verilmişdir. Başqa sözlə, iddiaçının əmək pensiyası hüququ yuxarıda istinad olunan normaların qüvvəyə minməsindən sonrakı tarixdə yaranmışdır. Göründüyü kimi, cavabdeh məlumat vərəqəsini şəxsin hüququnun yarandığı dövrdə qüvvədə olan yuxarıda istinad edilən normaların tələblərinə uyğun olaraq tərtib etmiş və aidiyyəti quruma göndərmişdir. Nəzərə almaq lazımdır ki, iddiaçının hüququnun yarandığı 01 aprel 2022-ci il tarixdən artıq “Əmək pensiyaları haqqında” Qanunla 01 yanvar 2019-cu il tarixdən, “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatın təqdim olunması Qaydaları” ilə isə 27 mart 2019-cu il tarixdən təminat xərcliyinin hesablanması zamanı büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələrin və digər ödənişlərin nəzərə alınması imperativ qaydada istisna edilmişdir. Lakin nəzərə alınmalıdır ki, iddiaçının fövqəladə hallar orqanlarında xidmətinə 2022-ci ilin aprel ayının 1-dən sonra xitam verilmişdir və həmin tarixdən qüvvədə olan qanunvericilik normaları büdcədənkənar vəsaitlər hesabına verilən əlavə və digər ödənişləri təminat xəcliyini müəyyən edən məbləğlər sırasından istisna edir. Belə olan halda məhkəmə iddiaçının dəlilləri ilə razılaşmır və hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən müvafiq inzibati icraat çərçivəsində fövqəladə hallar orqanlarında xidmət etmiş əməkdaş kimi onun 36 il 02 ay 18 gün əmək stajı, 02 il hərbi xidməti və 05 il İİ Qarabağ Müharibəsi dövründə güzəştli əmək stajı nəzərə alınaraq, 01 iyul 2017-ci il tarixədək 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi, 20 ildən yuxarı hərbi xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi məbləğində, 01 iyul 2017-ci il tarixindən sonraki dövrdə hərbi xidmətin hər ili üçün isə müvafiq təminat xərcliyinin 2 faizi məbləğində müəyyən olunmaqla yenidən hesablanaraq ödənilməsi qanunsuz hərəkət sayıla bilməz. Odur ki, məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanuna zidd sayılmamalı və hazırkı iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda bəhs edilən hüquq normalarına əsasən hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyasının sonuncu təminat xərcliyinə görə yenidən hesablanması nəzərdə tutulmadığından, iddiaçıya təminat xərcliyi əsasında yenidən pensiya təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Qanunun 29 iyun 2022-ci ildən qüvvədə olan 9.6-cı maddəsinin şərtləri mövcud olmadığından ona sonradan fəaliyyət göstərdiyi hərbi xidmət illərinə görə təminat xərcliyi əsasında əmək pensiyasının yenidən hesablanaraq ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir.Qeyd olunan hüquqi mövqe Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-1(102)-142/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarında təsbit olunmuşdur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “36 il 02 ay 18 gün əmək stajı, 02 il hərbi xidməti və 05 il İİ Qarabağ Müharibəsi dövründə güzəştli əmək stajı nəzərə alınaraq, 01 iyul 2017-ci il tarixədək 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi, 20 ildən yuxarı hərbi xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi məbləğində, 01 iyul 2017-ci il tarixindən sonraki dövrdə hərbi xidmətin hər ili üçün isə müvafiq təminat xərcliyinin 2 faizi məbləğində müəyyən olunmaqla yenidən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 52, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “36 il 02 ay 18 gün əmək stajı, 02 il hərbi xidməti və 05 il İİ Qarabağ Müharibəsi dövründə güzəştli əmək stajı nəzərə alınaraq, 01 iyul 2017-ci il tarixədək 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi, 20 ildən yuxarı hərbi xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi məbləğində, 01 iyul 2017-ci il tarixindən sonraki dövrdə hərbi xidmətin hər ili üçün isə müvafiq təminat xərcliyinin 2 faizi məbləğində müəyyən olunmaqla yenidən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fəxri Hacızadə
Məhkəmə qərarları › İş №2-1(116)-633/2023
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-633/2023
27.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver