Məhkəmə qərarları › İş №2-1(116)-634/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-634/2020

14.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-634/2020 14.09.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, İddiaçı1 iddiaçının vəkili X4, üçüncü şəxs X2, cavabdehin nümayəndəsi Ömərov Rafael Ömər oğlunun iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı5, İddiaçı3 və İddiaçı4 (üçüncü şəxslər: X9, X6, X12, X7 və X10) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X3rşı "iş üzrə üçüncü şəxslər X9, X6, X12, X7 və X2 adına xx xxxx 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 113 nömrəli reyestr kitabının 87 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriaylı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın, Zaqatala Rayon X1 qərarı ilə iddiaçılar İddiaçı2, İddiaçı5, İddiaçı3, İddiaçı4 və İddiaçı1 mülkiyyətinə verilmiş Zaqatala rayonu, Əliabad qəsəbəsində, Qonşriyan çölündə yerləşən 0,80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İşin halları: İddiaçıların ümumi birgə mülkiyyətinə Zaqatala Rayon X1 xx xxxxxxxx 1996-cı tarixli, 17/19 nömrəli qərarına əsasən Zaqatala rayonu, Əliabad qəsəbəsində, Qonşriyan çölündə yerləşən 0,80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Zaqatala Rayon X1 xx xxxxxxxx 2003-cü il tarixli, 110 saylı qərarına əsasən Zaqatala rayonu, Əliabad qəsəbəsində təkrar islahat aparılmış və nöbəti dəfə də qeyd olunan torpaq sahəsi 1012 təsərrüfat nömrəsi ilə iddiaçıların ümumi birgə mülkiyyətinə verilmişdir. Lakin daha sonradan məlum olmuşdur ki, Zaqatala Rayon X1 qərarına əsasən iddiaçıların ümumi birgə mülkiyyətinə verilmiş Zaqatala rayonu, Əliabad qəsəbəsində, Qonşriyan çölündə yerləşən 0,80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində qanunsuz və əsassız olaraq iş üzrə cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X11 tərəfindən üçüncü şəxslərin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Belə ki, həmin torpaq sahəsi üzərində üçüncü şəxslərin hüquqları xx xxxx 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, RX seriyalı ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"la rəsmiləşdirilmişdir. Qeyd olunan əmlak üzərində üçüncü şəxslərin adına aparılmış qeydiyyatın ləğv edilməsi ilə bağlı iş üzrə cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X8 müraciət olunmuş, lakin, cavabdeh xx xxxxxxx 2019-cu il tarixli, **********22 nömrəli məktubu ilə bundan imtina etmişdir. İddia ərizəsinə əlavə edilmiş Zaqatala rayonu, Əliabad bələdiyyəsinin xx xxxxx 2019-cu il tarixli, 29 nömrəli məktubundan da göründüyü kimi, mübahisəli torpaq sahəsi Zaqatala Rayon X1 xx xxxxxxxx 1996-cı tarixli, 17/19 saylı və xx xxxxxxxx 2003-cü il tarixli, 110 saylı qərarlarına əsasən 1012 təsərrüfat nömrəsi ilə iddiaçıların ümumi birgə mülkiyyətinə verilmiş və yalnız xx xxxxx 2018-ci il tarixdə qeyd olunan torpaq sahəsi heç bir hüquqi və qanuni əsas olmadan, o cümlədən, Zaqatala Rayon X1 xx xxxxxxxx 1996-cı tarixli, 17/19 saylı və xx xxxxxxxx 2003-cü il tarixli, 110 saylı qərarları və həmin qərarlar əsasında tərtib olunmuş xəritələr qüvvədə ola-ola iş üzrə üçüncü şəxslərin torpaq sahəsi kimi elektron xəritələrdə işlənmişdir. Yenə də, iddia ərizəsinə əlavə edilmiş Zaqatala rayonu, Əliabad bələdiyyəsinin təsdiq etdiyi sxematik xəritədən çıxarışdan da göründüyü kimi, iddiaçıların 1012 təsərrüfat nömrəsi ilə ümumi birgə mülkiyyətlərinə verilmiş torpaq sahəsi iş üzrə üçüncü şəxslərə məxsus torpaq sahəsi kimi qeyd olunmuşdur. İş üzrə cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X11, Zaqatala Rayon X1 xx xxxxxxxx 1996-cı tarixli, 17/19 saylı və xx xxxxxxxx 2003-cü il tarixli, 110 saylı qərarlarının və həmin qərarlar əsasında tərtib olunmuş xəritələrin qüvvədə olmasını bildiyi halda həmin torpaq sahəsi üzərində üçüncü şəxslərin adına apardığı qeydiyyat əsassız olduğu üçün etibarsızdır. Bundan başqa, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X5 iddia ərizəsinə əlavə edilmiş xx xxxxxx 2019-cu il tarixli, **********08 nömrəli məktubu və ona əlavə edilmiş sənədlərdən məlum olur ki, qeyd olunan torpaq sahəsi üzərində üçüncü şəxslərin hüquqlarının dövlət qeydiyyatı üçün əsas Zaqatala Rayon X1 xx xxxxxxxx 1996-cı il tarixli, 17/19 nömrəli qərarı olmuşdur. Lakin, cavabdeh inzibati orqan məktubunun davamında qeyd edir ki, Zaqatala Rayon X1 xx xxxxxxxx 1996-cı tarixli, 17/19 nömrəli qərarı əsasında kimlərin mülkiyyətinə torpaq sahəsi verilməsi onlara məlum deyildir. Cavabdehin etirazının dəlilləri: İddiaçı1 islahat nəticəsində verilmiş Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışla rəsmiləşdirilməsi məqsədi ilə 18 saylı X8 ərizə ilə müraciət etmişdir. Ərizənin icrası ilə bağlı təqdim edilmiş sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, “Torpaq sahəsinə dair yerquruşu lahiyəsindən çıxarş"da qeyd olunan torpaq sahəsi üzərində hüquqlar iş üzrə 3-cü şəxslər X2 və digərlərinin adına xx xxxx 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəli çıxarışla rəsimləşdirilmişdir. Bununla da islahat nəticəsində verilmiş torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədin (müvafiq sxem, plan və ya onlardan çıxarış) verilməsi məqsədi ilə aidiyyəti üzrə Zaqatala rayonu Əliabad bələdiyyəsinə müvafiq sorğu göndərilmişdir. Həmin sorğu Zaqatala rayonu Əliabad bələdiyyəsi tərəfindən xx xxxx 2018-ci il tarixli, 57 saylı məktubla cavablandırılmış və islahat nəticəsində İddiaçı1 pay torpaq sahəsinin verildiyi və iddia olunan torpaq sahəsinin İddiaçı1 aid olmaması bildirilmişdir. Qeyd olunanlara əsasən İddiaçı1 Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışla rəsmiləşdirilməsi mümkün olmamış və bu barədə ərizəçiyə məktub ünvanlanmışdır. Bundan sonra, İddiaçı5 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X8 (3cü şəxs X10) qarşı “dövlət reyestrdən çıxarışın ləğv edilməsi və hüquqların dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2-1(84)-1548/2018 saylı qərardadı ilə İddiaçı5 iddia tələbi mümkün sayılmamışdır. Daha sonra, iddiaçılar İddiaçı1, İddiaçı5 və digərləri cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X8, 3-cü şəxslər X10 və digərlərinə qarşı “3-cü şəxslərin adına ********** qeydiyyat nömrəli çıxarışın, iddiaçıların mülkiyyətinə verilmiş 0,80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə üst-üstə düşən hissədə etibarsız sayılması” tələbi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət etmişdilər. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(033)-970/2019 saylı qərardadı ilə iddiaçıların iddia tələbinə dair iş üzrə icraata xitam verilmişdir. Həmin qərardaddan iddiaçılar apellyasiya şikayəti vermişdilər. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(107)-3078/2019 saylı qərardadı ilə iddiaçıların apellyasiya şikayəti təmin edilməmişdir. İddiaçılar İddiaçı1, İddiaçı5 və digərlərinə (6 nəfər payçı) Zaqatala Rayon İcra Hakimiyyəti başçısının xx xxxxx 2018-ci il tarixli, 62 saylı sərəncamı ilə təsdiq edilmiş “Zaqatala rayonu, Əliabad qəsəbəsi “Qələbə” və “Əliabad” kolxozunda AİK-nın qərarı ilə vətəndaşların xüsusi mülkiyyətinə verilən torpaq sahələrinə aid cədvəl”də 1097 təsərrüfat nömrəsi ilə və həmin cədvələ əlavə edilmiş “Dürüstləşmədən” sonra Zaqatala rayonu, Əliabad qəsəbəsi ərazisində aparılan torpaq islahatına dair 2018-ci ildə tərtib edilmiş uçot xəritələrinə əsasən həyətyanı və k/t təyinatlı torpaq sahələri verilmişdir. Eyni zamanda, iş üzrə 3-cü şəxslər X10 və digərlərinə (6 nəfər payçı) Zaqatala Rayon İcra Hakimiyyəti başçısının xx xxxxx 2018-ci il tarixli, 62 saylı sərəncamı ilə təsdiq edilmiş “Zaqatala rayonu, Əliabad qəsəbəsi “Qələbə” və “Əliabad” kolxozunda AİK-nın qərarı ilə vətəndaşların xüsusi mülkiyyətinə verilən torpaq sahələrinə aid cədvəl”də 1111 təsərrüfat nömrəsi ilə və həmin cədvələ əlavə edilmiş “Dürüstləşmədən” sonra Zaqatala rayonu, Əliabad qəsəbəsi ərazisində aparılan torpaq islahatına dair 2018-ci ildə tərtib edilmiş uçot xəritələrinə əsasən həyətyanı və k/t təyinatlı torpaq sahələri, o cümlədən mübahisəli, üzərində hüquqları qeydiyyata alınmış 0,93 ha (1111E1 - 0,96 ha) verilmişdir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə iclasında iddiaçı və vəkili iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan RX seriyalı ******* nömrəli Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0.9328 ha torpaq sahəsi X2 və ailə üzvlərinin adına qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli A seriyalı 164627 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin təsdiqlənmiş surətindən görünür ki, 1.89 ha torpaq sahəsi X2 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Əliabad Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli 23 nömrəli məktubundan görünür ki, mübahisəli torpaq sahəsi sonuncu islahat xəritəsində X2 adına işlənmişdir. İş materiallarında olan Əliabad Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli 29 nömrəli məktubundan görünür ki, 2003 -cü il Zaqatala Rayon torpaq islahatlarında qismən düzəlişlərin aparılması zamanı həmin torpaq sahəsi ərazinin natamam yerquruluşu xəritəsində İddiaçı1 1012 № li təsərrüfat olmaqla adına 0,80 ha Qonşriyan adlanan çöldə işlənmişdir. 2002-ci ildən həmin torpaq sahəsi X2 istifadəsindədir. Sonuncu Zaqatala Rayonunun Elektron Xəritəsinin işlənməsi zamanı həmin torpaq sahəsi X2 adına işlənmişdir. Əsaslandırma hissəsi: İddiaçılar İddiaçı2, İddiaçı5, İddiaçı3, İddiaçı4 və üçüncü şəxslər X6, X12, X7 və X10 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçıların iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Həmçinin iddiaçının mərhum ərinin birinci növbə vərəsəsi kimi qeyd olunan iddianı qaldırmağa subyektiv hüququnun olması işin mübahisələndirilməyən halıdır. İddia tələbi əsassızdır, ona görə də təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnaməyə əsasən həmin Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək (3.0.8-ci bənd), vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifəsidir. Bu hallar qeydiyyat zamanı aşkar olunacağı təqdirdə isə xidmət vəzifələrini yerinə yetirməli və hüquqların dövlət qeydiyyatını torpaq sahəsinin faktiki yerləşmə koordinatlarına uyğun aparmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən olunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Məhkəmə qeyd edir ki, hazırki halda, iddiaçıların Zaqatala rayon X1 qərarına əsasən onların ümumi birgə mülkiyyətlərinə verilmiş Zaqatala rayon Əliabad qəsəbəsində yerləşən 0.80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə dair işin materiallarına hər hansı sənəd əlavə edilməmiş, həmçinin məhkəmə araşdırması zamanı da aşkar olunmamışdır, əksinə həmin torpaq sahəsinin 2002-ci il tarixindən 3-cü şəxslərin istifadəsində olması müəyyən olunmuşdur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun: 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə vəvaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Göründüyü kimi, cavabdehin iddiaçının tələbinin təmin olunmasından imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı5, İddiaçı3 və İddiaçı4 (üçüncü şəxslər: X9, X6, X12, X7 və X10) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X3rşı "iş üzrə üçüncü şəxslər X9, X6, X12, X7 və X2 adına xx xxxx 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 113 nömrəli reyestr kitabının 87 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriaylı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın, Zaqatala Rayon X1 qərarı iddiaçılar İddiaçı2, İddiaçı5, İddiaçı3, İddiaçı4 və İddiaçı1 mülkiyyətinə verilmiş Zaqatala rayonu, Əliabad qəsəbəsində, Qonşriyan çölündə yerləşən 0,80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar