Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-634/2023 23.01.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh DSMF PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2003-xx.xx.2008-ci il tarixllərində “Tərlan” X2nda işləməsi, xx.xx.2019xx.xx.2019-cu il tarixinədək vergi ödəyicisi olması müddətini sığorta stajına aid edilməsi və iddiaçıya əmək pensiyasının hesablanaraq ona əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh DSMF PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “xx.xx.2003-xx.xx.2008-ci il tarixllərində “Tərlan” X2nda işləməsi, xx.xx.2019-xx.xx.2019-cu il tarixinədək vergi ödəyicisi olması müddətini sığorta stajına aid edilməsi və iddiaçıya əmək pensiyasının hesablanaraq ona əmək pensiyasının təyin edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - iddiaçı, yaşa görə əmək pensiyası təyin edilməsi üçün AR ƏƏSMN tabeliyində DSMF PHŞ-nin 13 saylı Regional Ərazi filialına (bundan sonra 13 saylı filial) müraciət etmişdir. Onun müraciətinə həmin orqan tərəfindən 26 avqust 2021-ci il tarixli məktubla müraciətinin yerinə yetirilməsində imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, onun cəmi 23 il 01 ay 01 gün sosial sığorta stajı var və bu staj hesablanarkən, İddiaçı 2003-2008-ci illərdə “Tərlan” X2nda işləməsi faktı nəzərə alınmamışdır. Həmin iş illərinin nəzərə alınmamasının səbəbi “Tərlan” X2nın qeyd edilən illərdə 9 saylı Ərazi Vergilər İdarəsində vergi ödəyicisi kimi qeydiyyatda olmamasıdır. İddiaçı, mübahisə yaranan bütün dövrdə həmin stajın nəzərə alınmasının zəruriliyini həmin staj barədə qeydlərin özünün əmək kitabçasında olması ilə və bu səbəbdən də İddiaçı həmin müəssisənin qeydiyyatdan keçməmiş müəssisə olduğunu bilməməsi və bunu bilmə imkanının olmaması ilə əsaslandırmışdır. İddiaçı müraciətinə 13 saylı filial tərəfindən verilən cavabdan sonra, iddiaçı 9 saylı Ərazi Vergilər İdarəsinə də sorğu ünvanlamışdır. Həmin sorğuya cavab olaraq, iddiaçının xx.xx.2019 - xx.xx.2019-cu il tarixində də vergi ödəyicisi olması bildirilmişdir. Lakin 13 saylı filial tərəfindən İddiaçı sosial sığorta stajı hesablanarkən, bu müddət də nəzərə alınmamışdır. Bu məsələ ilə bağlı olaraq iddiaçı yenidən 13 saylı filiala müraciət etmədən (çünki bu məlumat İddiaçı ilkin müraciəti zamanı da 13 saylı filiala çatımlı idi), prosessual qənayət prinsipini rəhbər tutaraq, birbaşa məhkəməyə müraciət edir. İddiaçının mübahisələndirdiyi birinci dövrün (“Tərlan” X2nda işlədiyi 2003-2008-ci illər) bir hissəsi 2007- ci ildən əvvəl, bir hissəsi 2007-ci ildən sonraya düşdüyündən, bu dövrdə yaranmış hüquqi münasibətləri tənzimləmək üçün həm X1 Hqqında Qanunun (həmin qanun qüvvəsini itirdiyi müddətə qədər), həm də X3 Qanunun (həmin qanun hüquqi qüvvəsini aldığı müddətdən sonrakı dövr üçün) müddəaları tədbiq edilir. İstər istinad edilən qanunlar, istərsə də Əsasnamə əmək stajının qeydə alındığı sənəd kimi əmək kitabçasını göstərir ki, İddiaçı əmək kitabçasında da mübahisələndirilən dövr əmək stajına hesablanmışdır və bu fakt rəsmi möhürlə təsdiqlənmişdir. 13 saylı Filialın iddiaçının müraciətinə verdiyi xx.xx.2021-ci il tarixli imtina cavabında, iddiaçının “Tərlan” X2nın olan iş stajının nəzərə alınmaması səbəbi kimi həmin təsərrüfatın qeyd edilən dövrdə Vergi orqanlarından qeydiyyatdan keçməməsi olmuşdur. Ümumiyyətlə inzibati hüquqa əsasən, şəxsə bir hərəkətin icrasında imtina o halda verilir ki, həmin hərəkətin icrası üçün tələb olunan öncəki addımlarda şəxsin hər hansı bir qüsuru var, həmin qüsuru şəxs aradan qaldırdıqdan sonra, hərəkət icra edilir. “Tərlan” X2nın 2003- 2008-ciillərdə Vergi orqanlarında qeydiiyatda olmaması İddiaçı iradəsindən kənar bir faktordur və zamanında İddiaçı həmin qüsurun aradan qaldırılması üçün heç bir addım ata bilməzdi. Ən əsası məhz əmək kitabçasında bütün zəruri qeydlərin olması İddiaçı hər hansı bir problemin olmaması barədə və əmək pensiyası alacağı barədə legitim gözlənti yaratmışdır. İddiaçı nəzərə alınmayan xx.xx.2019 - xx.xx.2019-cu il tarixləri aralığındakı vergi ödəyicisi olması faktına isə ümumiyyətlə 13 saylı Filial tərəfindən heç bir münasibət bildirilməyib, baxmayaraq ki, İddiaçı 2021-ci il tarixli müraciəti araşdırılarkən, cavabdeh orqan bu məlumata çatımlı idi. Göstərilənlər nəzərə alınaraq iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabınının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq bildiririk ki, əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.2003-cü il tarixdən xx.xx.2008-ci il tarixinədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Belə ki, əmək kitabçasının 18-19-cu səhifələrində iddiaçının 2003-2008-ci illərdə “Tərlan” X2nda işlədiyi qeyd olunur. 9 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2021-ci il tarixli **********489000 məktubuna əsasən “Tərlan” X2 xx.xx.2009-cu il tarixdə ********** nömrəli VÖEN -lə vergi ödəyicisi kimi 9 saylı Ərazi Vergilər İdarəsində qeydə alınmış, rəsmi müraciətləri əsasında fəaliyyəti xx.xx.2011-ci il tarixdən xx.xx.2016-cı il tarixədək, xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək və yenidən rəsmi müraciətləri əsasında fəaliyyəti xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. “Tərlan” X2nın xx.xx.2009-cu il tarixdə vergi ödəyicisi kimi qeydə alındığı və 2006-2008-ci illərdə fərdi hesabının sığorta hissəsində pensiya kapitalı olmadığından həmin dövrün iddiaçının sosial sığorta stajı kimi hesablanması mümkün deyildir. Yuxarıda da qeyd olunduğu kimi iddiaçının mübahisələndirilməvən sosial sığorta stajı 23 il 1 av 1 gün təşkil edir. Həmçinin iddiaçıya xx.xx.2021-ci il tarixdən etibarən yaşa görə sosial müavinət təyin olunmuşdur. İddiaçı hal-hazırda da həmin yaşa görə sosial müavinəti almaqda davam edir. Qeyd olunanları nəzərə alaraq, iddiaçının qanunvericiliklə tələb olunan 25 il sığorta stajı olmadığından (sığorta stajı 23 il 1 ay 1 gün) və tələb olunan pensiya kapitalı olmadığından iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi, məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - 9 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçı xx.xx.2019-cu il tarixdə ********** nömrəli VÖEN-lə vergi ödəyicisi kimi 9 saylı Ərazi Vergilər İdarəsində qeydiyyata alınıb və rəsmi müraciəti əsasında fəaliyyəti xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək dayandırılıb. - kommersiya qurumlarının dövlət reyestri məlumatlarından görünür ki, Tərlan X2 xx.xx.1999-cu ildə dövlət qeydiyyatına alınmışdır. - H3324007 nömrəli hərbi biletdən görünür ki, iddiaçı xx.xx.1975-xx.xx.1977-cı illərdə hərbi xidmətdə olmuşdur. - AZE ******** nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı xx.xx.1956-cı ildə doğulmuşdur. - xx.xx.1974-cü ildə tərtib edilmiş əmək kitabçasında iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu dövr aşağıdakı kimi qeyd edilmişdir: xx.xx.1973 – xx.xx.1974, xx.xx.1979 – xx.xx.1993, xx.xx.1975 – xx.xx.1975, xx.xx.1993 – xx.xx.1997, xx.xx.1977 – xx.xx.1979, xx.xx.2000 – xx.xx.2000, xx.xx.2005 – xx.xx.2008 Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyət etibarilə əsassızdır. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “X1 haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.11-ci maddəsinə əsasən Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyaların təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı ilin 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir. “SSRİ-də X1 haqqında” 1990-cı il 15 may tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Qüvvədən düşmüş “X1 haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı - ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ qanunvericilikdə nəzərdə tutulmuş şərtlər yerinə yetiriləcəyi halda “Əmək Pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə müvafiq olaraq 65 yaşda, yəni xx.xx.2021-ci il tarixdə yaranacaqdır (iddiaçı xx.xx.1956-cı ildə doğulub). İddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün onun fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olmalıdır. İş materiallarında olan H3324007 nömrəli hərbi bilet və xx.xx.1974-cü ildə tərtib edilmiş əmək kitabçası ilə iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi sosial sığorta stajının 23 il 6 ay 11 gün olması müəyyən edilir. Həmin müddətin üzərinə iddiaçının 2019-cu ildə vergi ödəyicisi olduğu müddət toplandıqda da (6 ay) hər bir halda iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri olan minimum 25 il sosial sığorta stajı tamamlanmır. İddia ərizəsində iddiaçı, 2003-2008-ci illər ərzində “Tərlan” X2nda işləməsini qeyd etdiyindən, əmək kitabçasında isə iddiaçının xx.xx.2005-ci il tarixli 9№-li əmrlə işə qəbul edilməsi və xx.xx.2008-ci il tarixli 11№-li əmrlə vəzifəsindən azad edilməsi qeyd edildiyindən iddiaçıya “Tərlan” X2nda 2005-ci ildən əvvəl işləmişdirsə müvafiq sübutların inzibati işin şifahi məhkəmə baxışı iclasındadək məhkəməyə təqdim edilməsi təklif olunmuş, iddiaçı xx.xx.2022-ci il tarixli ərizəsində bildirmişdir ki, Tərlan” X2nda işlədiyi müddət əmək kitabçasında düzgün qeyd edilmişdir. Əgər iddia ərizəsində başqa tarix göstərilmişdirsə bu texniki səhv nəticəsində baş vermişdir. Məhkəmə tərəfindən iddiaçının “Tərlan” X2nda xx.xx.2005-xx.xx.2006-cı illər üzrə işlədiyi 3 ay müddət sosial sığorta stajı kimi qəbul edilərək hesablanmış, xx.xx.2006-cı il tarixdə sonrakı müddət isə fərdi hesabın sığorta hissəsində pensiya kapitalı mövcud olmadığından nəzərə alınmamışdır. Belə ki, ƏPHQ-nun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Belə olan halda iddiaçının ümumi sosial sığorta stajı 25 ildən az olduğundan cavabdeh orqan, iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh DSMF PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2003-xx.xx.2008-ci il tarixllərində “Tərlan” X2nda işləməsi, xx.xx.2019xx.xx.2019-cu il tarixinədək vergi ödəyicisi olması müddətini sığorta stajına aid edilməsi və iddiaçıya əmək pensiyasının hesablanaraq ona əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-634/2023
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-634/2023
23.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver