Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-635/2020 03.11.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı X4rşı "xx.xx.2019-cu il tarixli **********195148 nömrəli qərarın ləğv edilməsi və həmin qərar əsasında hesablanmış 178394,39 manat əlavə vergi, vergi qanunvericiliyinin pozulmasına görə 83826,40 (83706,40+120) manat maliyyə sanksiyalarının müəssisənin şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbi barədə iddiasına dair işə açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı X4rşı "xx.xx.2019-cu il tarixli **********195148 nömrəli qərarın ləğv edilməsi və həmin qərar əsasında hesablanmış 178394,39 manat əlavə vergi, vergi qanunvericiliyinin pozulmasına görə 83826,40 (83706,40+120) manat maliyyə sanksiyalarının müəssisənin şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Bundan sonra İddiaçı məhkəməyə xx.xx.2020-ci il tarixli ərizə göndərərək, iddiadan imtina etdiyini bildirmiş və iddia ərizəsinin, eləcə də ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında izahat verərək iddiaçının iddiadan imtina etməsi ilə razı olduğunu və iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə görə, məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 55.2-ci maddəsinə görə, şifahi məhkəmə baxışında tərəflərin çıxışlarından sonra iddiadan imtina edilməsinə yalnız cavabdehin razılığı ilə yol verilir. Həmin Məcəllənin 55.4-cü maddəsinə əsasən, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, iddiaçı öz iddiasından imtina etdiyinə görə iş üzrə icraata xitam verilməli, eyni zamanda, izah edilməlidir ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı X4rşı "xx.xx.2019-cu il tarixli **********195148 nömrəli qərarın ləğv edilməsi və həmin qərar əsasında hesablanmış 178394,39 manat əlavə vergi, vergi qanunvericiliyinin pozulmasına görə 83826,40 (83706,40+120) manat maliyyə sanksiyalarının müəssisənin şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiasına dair iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-635/2020
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-635/2020
03.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver