Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-638/2020 17.09.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi tabeliyində Dövlət X17 publik hüquqi şəxsin İsmayıllı rayon filialına qarşı “pensiyasının 100 manata endirilməsi barədə Cavabdeh xx.xx.2019-cu il tarixli sərəncamının ləğv edilməsi və xx.xx.2019-cu il tarixdən ona 200 manat məbləğində pensiya təyin olunub ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçının atası X13 xx.xx.1994-cü ildə vəfat etmişdir atasının vəfatıyla əlaqədar himayəsində qalmış az yaşlı uşaqlara ailə başçısının itirməyə görə pensiya təyin olunaraq ödənilmişdir. İddiaçı anadan gəlmə əlil olduğundan DSMF-nin İsmayıllı rayon şöbəsinin xx.xx.2010-cu il tarixli qərarı ilə ona ailə başçısını itirməyə görə minimum məbləğdə əmək pensiyası təyin olaraq ödənilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin növbəti fərman və sərəncamlarına uyğun olaraq ailə başçısını itirməyə görə aldığı əmək pensiyasının ardıcıl olaraq məbləği artırılmış və 2019-cu ilin mart ayından iddiaçıya 160 manat oktyabr ayında 200 manat pensiya ödənilmiş, lakin noyabr ayının pensiya məbləği 100 manata endirilərək ödənilmişdir. Pensiyanın azalmasının səbəbləri barədə DSMF-nin İsmayıl rayon şöbəsinə ərizə ilə müraciət etdikdə xx.xx.2019-cu il tarixli **********8 nömrəli məktubla iddiaçıya bildirilmişdir ki, anasının ailə başçısı itirməyə görə sığorta hissəsinin məbləğindən anasının payı çıxılmaqla aldığı ailə başçısını itirməyə görə pensiyasının məbləği 100 manata endirilmişdir. İddiaçı hesab edir ki, cavabdeh orqanın imtinası yanlışdır. Belə ki, anası X5 çox uşaqlı ana kimi pensiyaya çıxaraq yaşa görə pensiya alır. Onun aldığı əmək pensiyası hər hansı iddiası yoxdur və bu səbəbdən hesab edir ki, onun pensiyasından anasının payının çıxarılması qanunsuzdur eləcədə atası 1994-cü ildə vəfat etdiyindən və həmin dövürdə vətəndaşların pensiya təminatı haqqında Azərbaycan Rsepublikası qanunu qüvvədə olduğundan ona xx.xx.2006-cı il tarixdən qüvvədə olmuş əmək pensiyaları haqqında Azərbaycan Respublikasının qanuni şərtləri şamil oluna bilməz. Hesab edir ki, pozulmuş hüquqların məhkəmə tərəfindən bərpa edilməli və ona 2019-cu ilin noyabr ayından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin növbəti fərman və sərəncamlarına uyğun olaraq ona 200 manat pensiya təyin olaraq ödənilməlidir. Cavabdehin etirazının dəlilləri: Ailə başçısı X9 xx.xx.1994-cü vəfatı ilə əlaqədar X3 himayəsində qalmış az yaşlı uşaqlara görə şöbənin xx.xx.1994-cü il tarixli 222 nömrəli qərarı ilə ailə başçısını itirməyə görə pensiya təyin edilərək ödənilmişdir. G.Xəlilova paralel olaraq anadangəlmə əlil oğlu Samir üçün sosial pensiya almışdır. Himayədə olan ailə üzvlərinin yaşa dolması ilə əlaqədar ailə başçısını itirməyə görə pensiya işi üzrə ödəniş xx.xx.2009-cu il tarixdən etibarən dayandırılmışdır. İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 14.1.1.2-ci mədəsinə əsasən ailə başçısinı itirməyə görə pensiya almaq hüququ olduğu üçün ona ailə başçısını itirməyə görə pensiya təyin olunması ilə əlaqədar xx.xx.2010-cu il tarixdə şöbəyə ərizə ilə müraciət etmişdir. Pensiya təyin edən komissiyanın xx xxxxxx 2010-cu il tarixli 309 nömrəli qərarı ilə xx.xx.2010-cu il tarixdən İddiaçı ailə başçısını itirməyə görə minimum məbləğdə (75 manat) pensiya təyin olunaraq ödənilmişdir. Azərbaycan Respublikası Prezidentinin növbəti Fərman və Sərəncamlarına uyğun olaraq pensiya məbləği ardıcıl olaraq artırmaqla xx.xx.2019-cu il tarixdən pensiyanın ümumi məbləği 200 manata çatdırılmaqla ödənilmişdirr. Qanunun 18.2-ci maddəsinin şərtinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyəti olmayan ailə üzvlərinin hər birinə düşən məbləği bu Qanunun 13.3-cü və 13.3.1 -ci maddələrində nəzərdə tutulmuş əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin hesablanması mexanizminə uyğun olaraq hesablanmış məbləğin əmək qabiliyyəti olmayan ailə üzvlərinin sayına bölünməsi yolu ilə müəyyənləşdirilir. Ailə başçısın itirməyə görə pensiyasının sığorta hissəsinin məbləği, ailə başçısın itirməyə görə pensiya almaq hüququ olan şəxslər arasında bərabər bölüşdürülür. Mərhum M.Xəlilovun həyat yoldaşı G.Xəlilovanın xx xxx 2017-ci il tarixdə 60 yaşı tamam olduğu üçün Qanunun 14.1.2-ci maddəsinin şərtinə əsasən bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına şatdığı və ailə başçısını itirməyə görə pensiya hüququ yarandığından pensiyanın sığorta hissəsinin məbləği Qanunun 18.2-ci maddəsinə uyğun qaydada bölüşdürülməklə xx.xx.2017-ci il tarixdən İddiaçı ailə başçısının aylıq pensiyasının 50 faizi miqdarında, 55 manat pensiya təyin olunmaqla ödənilməli idi. Pensiya 2019-cu ilin oktyabr ayında 200 manat məbləğində ödənilsə də, daxili yoxlama zamanı mərhum ailə başçısının həyat yoldaşı X5 yaşa görə çoxuşaqlı ana kimi güzəştli pensiya almasına baxmayaraq ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olduğundan pensiyanın sığorta hissəsinin məbləği Qanunun 18.2-ci maddəsinə uyğun qaydada bölüşdürülməklə xx.xx.2019-ci il tarixdən İddiaçı ailə başçısının aylıq pensiyasının 50 faizi miqdarında, 100 manat pensiya təyin olunmaqla ödənilmişdir. Vətəndaşın xx.xx.2019-cu il tarixli sorğusuna cavab olaraq pensiya məbləğinin azalmasının səbəbləri barədə xx xxxxxx 2019-cu il tarixli **********8 nömrəli məktubla müvafiq izahat verilmişdir. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edirik ki, İddiaçı cavabdeh Əmək və X8 Nazirliyi yanında Cavabdehnə qarşı “pensiyanın 100 manata endirilməsi barədə ƏƏSMN yanında Cavabdeh sərəncamının ləğv edilməsi və xx.xx.2019-cu il tarixdən ona 200 manat məbləğində pensiya təyin olunub ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 18.2-ci maddəsinə əsasən tələbin zidd olduğu üçün qəbul edilə bilməz və iddianın təmin olunmaması barədə xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan İİ-ЖГ seriyalı 469222 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X14 xx.xx.1994-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan X-ЖГ seriyalı 255381 nömrəli doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı xx.xx.1984-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan DSMF-nin İsmayıllı rayon şöbəsinin xx.xx.2019-cu il tarixli **********8 nömrəli imtina məktubundan gprünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 18.2.-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyəti olmayan ailə üzvlərinin hər birinə düşən məbləği bu Qanunun 13.3-cü və 13.3.1 -ci maddələrində nəzərdə tutulmuş əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin hesablanması mexanizminə uyğun olaraq hesablanmış məbləğin əmək qabiliyyəti olmayan ailə üzvlərinin sayına bölünməsi yolu ilə müəyyənləşdirilir. Ailə başçısın itirməyə görə pensiyasının sğorta hissəsinin məbləği, ailə başçısın itirməyə görə pensiya almaq hüququ olan şəxslər arasında bərabər bölüşdürülür. Mərhum atanızın əmək pensiyasının sığorta hissəsi xx.xx.2019-cu il tarixdən 200 manata çatdırılmışdır. xx.xx.1957-ci il təvəllüdlü ananız X5 yaşa görə əmək pensiyası almasına baxmayaraq aiiə başçısın itirməyə görə əmək pensiyası almaq hüququ olduğu üçün pensiyanın sğorta hissəsinin məbləği Qanunun 18.2-ci maddəsinə uyğun qaydada bölüşdürülməklə pensiyanızın məbləği 100 manata çatdırılmışdır. İş materiallarında olan pensiya miqdarının dəyişdirilməsi haqqında şöbənin xx.xx.2019-cu il tarixli sərəncamının təsdiqlənmiş surəti görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdən 100 manat pensiya verilmişdir. İş materiallarında olan DSMF-nin İsmayıllı rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********1 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət X10 daxil olmuş 004822 və 005235 nömrəli pensiya işlərinin təsdiq olunmuş surətləri məhkəməyə göndərilmişdir. X2 adına olan ailə başçısını itirməyə görə 001764 nömrəli pensiya işinə dair məlumatlar daxil olmadığı üçün bu barədə hər hansı məlumat göndərə bilmirik. Lakin 001764 nömrəli pensiyaçının üçot vərəqi 005235 nömrəli pensiya işinə əlavə edildiyindən uçot vərəqinin təsdiq olunmuş surəti pensiya işi üzrə məlumata əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Cavabdeh pensiya və pensiyalara əlavə müavinət təyin edən komissiyanın qərarının təsdiqlənmiş surətindən görünür ki, İddiaçı Mayıs oğluna xx.xx.2010-cı il tarixdən pensiya təyin edilmiş. İş materiallarında olan Azərbaycan Respublikası İsmayıllı rayon X8 Mərkəzinin xx.xx.2010-cu il tarixli 327 nömrəli DSMF-nin İsmayıllı rayon şöbəsinə göndərilən məktubundan görünür ki, İsmayıllı rayon ƏSMM İddiaçı Mais oğlunun sosial müavinət işini sizə göndərərək bildirir ki, ona müavinət xx xxxx 2010-cu il tarixə kimi ödənilmişdir. İş materiallarında olan pensiya miqdarının dəyişdirilməsi haqqında şöbənin 2008-ci il tarixli sərəncamından görünür ki, X7 xx.xx.2009-cu ildən xx.xx.2009-cu ilədək 60 + 15 80 = 75 80 əmək haqqından xx.xx.2008-ci il və xx.xx.2009-cu illərdən başqa 75 + 15 80 = 90 80 manat pensiya verilsin. İş materiallarında olan Azərbaycan Respublikası Cavabdeh pensiya və pensiyalara əlavə müavinət təyin edən komissiyanın xx.xx.2008-ci il tarixli qərarının təsdiqlənmiş surətindən görünür ki, X3 xx.xx.2006-cı ildən xx.xx.2006-cı ilə kimi 30 manat, xx.xx.2006cı il tarixdən xx.xx.2007-ci il tarixədək 35 manat, xx.xx.2007-ci il tarixdən xx.xx.2007-ci ilədək 40 manat, xx.xx.2007-ci il tarixdən xx.xx.2008-ci il tarixədək 50 manat, xx.xx.2008ci il tarixdən ömürlük 60 manat pensiya təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Cavabdeh xx.xx.2020-ci il tarixli **********3 nömrəli məktubundan görünür ki, İddiaçı anası X5 xx.xx.1957-ci tarixdə anadan olmaqla, Dövlət X17 İsmayıllı rayon şöbəsinin xx xxxxxx 2008-ci il tarixli qərarı ilə ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci naddəsinə əsasən beş uşaq doğub onları səkkiz yaşınadək tərbiyyə etmiş ana kimi pensiya hüququ yarandığı xx.xx.2006-cı il tarixdən yaşa görə pensiya təyin olunmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 18.2-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyəti olmayan ailə üzvlərinin hər birinə düşən məbləği bu Qanunun 13.3-cü və 13.3.1 -ci maddələrində nəzərdə tutulmuş əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin hesablanması mexanizminə uyğun olaraq hesablanmış məbləğin əmək qabiliyyəti olmayan ailə üzvlərinin sayına bölünməsi yolu ilə müəyyənləşdirilir. Ailə başçısın itirməyə görə pensiyasının sığorta hissəsinin məbləği, ailə başçısın itirməyə görə pensiya almaq hüququ olan şəxslər arasında bərabər bölüşdürülür. G.Xəlilovanın xx.xx.2017-ci il tarixdə Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun14.1,2.-ci maddəsinin şərtinə əsasən bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına (60 yaş) çatması ona ailə başçısını itirməyə görə pensiya almaq hüququ qazandırmışdir. Bu səbəbdən iddiaçı X6 xx.xx.2010-cu il tarixdən aiiə başçısını itirməyə görə aldığı pensiya məbləğinə xx.xx.2017-ci il tarixdən yenidən baxılmaqla pensiya məbləğindən, vəfat edənin həyat yoldaşı Gülzadə Xəlilovanın yaşa görə pensiya almasına baxmayaraq əmək qabiliyyəti olmayan ailə üzvü kimi ailə başçısım itirməyə görə pensiya almaq hüququ yarandığından onun payı pensiya məbləğindən çıxılmaqla ödəniş aparılmalıdır. Buraxılmış səhv aşkar edilərək Nazirlik yanında Cavabdeh xx xxxxxx 2019-cu il tarixli sərəncamı ilə aradan qaldırılmış və Gülzadə Xəlilovanın payı pensiya məbləğindən çıxılaraq İddiaçı xx.xx.2019-cu il tarixdən ailə başçısını itirməyə görə 100 (yüz) manat məbləğində pensiya təyin olunmuşdur. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AA seriyalı ******* nömrəli X1 təsdiqlənmiş surəti, İİ-ЖГ seriyalı 469222 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surəti, X-ЖГ seriyalı 255381 nömrəli doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surəti, DSMF-nin İsmayıllı rayon şöbəsinin xx.xx.2019-cu il tarixli **********8 nömrəli imtina məktubu, DSMF-nin İsmayıllı rayon şöbəsinin xx.xx.2020-ci il tarixli ********** nömrəli məktubu və ona əlavə pensiya miqdarının dəyişdirilməsi haqqında şöbənin xx.xx.2019-cu il tarixli sərəncamının təsdiqlənmiş surəti və etirazı, DSMF-nin İsmayıllı rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********1 nömrəli məktubu, Azərbaycan Respublikası Cavabdehnə göndərilmiş xx.xx.2020-ci il tarixli məktub və ona əlavə edilmiş İddiaçı Mayıs oğluna və X3 aid sənədlərin kserosurətləri, Azərbaycan Respublikası Dövlət X11 İsamayıllı rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********3 nömrəli məktubu aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: İddia mübahisələndirmə haqqında iddia növünə aiddır. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İş materiallarından görünür ki, iddiaçıya təyin olunmuş pensiyanın məbləğinin azaldılması barədə sərəncam xx.xx.2019-cu ildə qəbul edilmiş, iddiaçıya bu barədə xx.xx.2019-cu il tarixində məlumat verilmiş, iddiaçı xx.xx.2020-ci il tarixində poçt vasitəsi ilə Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. (İddia ərizəsi xx.xx.2020ci il tarixində məhkəməyə daxil olmuşdur.) Ona görə də hazırkı iddianın qaldırılması üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulan 30 günlük müddət ötürülməmişdir. İddia mümkün olsa da, əsassızdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir 14.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.2-ci maddəsinə əsasən 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil; 14.1.2-ci maddəsinə əsasən ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ qrup əlildirsə. 14.4-cü maddəsinə əsasən bu Qanunun 18.2-ci maddəsinə uyğun olaraq ailə başçısını itirməyə görə hesablanmış əmək pensiyasının sığorta hissəsinin onlardan hər birinə düşən məbləği “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş ailə başçısını itirməyə görə sosial müavinətin məbləğindən az olduqda, əmək qabiliyyəti olmayan ailə üzvlərinin hər biri ailə başçısını itirməyə görə pensiya əvəzinə ailə başçısını itirməyə görə sosial müavinət almaq hüququna malikdir. 18.2-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyəti olmayan ailə üzvlərinin hər birinə düşən məbləği bu Qanunun 13.3-cü və 13.3-1-ci maddələrində nəzərdə tutulmuş əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin hesablanması mexanizminə uyğun olaraq hesablanmış məbləğin əmək qabiliyyəti olmayan ailə üzvlərinin sayına bölünməsi yolu ilə müəyyənləşdirilir. Əmək qabiliyyəti olmayan ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyalarının ailəyə düşən ümumi məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. İşin araşdırılmış halları ilə müəyyən olunur ki, iddiaçıya ailə başçısını itirməyə görə pensiya təyin edilməmişdən əvvəl onun anasının qeyd olunan pensiyanı almaq hüququ olmuş, iddiaçıya pensiya təyin olunarkən bu hal nəzərə alınmamışdır. Sonradan cavabdeh inzibati orqan tərəfindən yuxarıda sadalanan normalara əsasən onun pensiyasında düzəliş aparılmışdır ki, bu da qüvvədə olan qanunvericilik normalarının tələblərinə uyğun olmaqla əsaslı olmuşdur. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi tabeliyində Dövlət X17 publik hüquqi şəxsin İsmayıllı rayon filialına qarşı “pensiyasının 100 manata endirilməsi barədə Cavabdeh xx.xx.2019-cu il tarixli sərəncamının ləğv edilməsi və xx.xx.2019-cu il tarixdən ona 200 manat məbləğində pensiya təyin olunub ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov.
Məhkəmə qərarları › İş №2-1(116)-638/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-638/2020
17.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver