Məhkəmə qərarları › İş №2-1(116)-64/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-64/2022

17.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-64/2022 17.03.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, iddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “müharibə veteranı vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, tələbini 09.02.N992-ci il tarixdən hərbi xidmətə çağırılması, 09.02.N992-ci il tarixdən hərbi əməliyyatlarda iştirak edərək Azərbaycan respublikasının ərazi bötüvlüyü uğrunda döyüşlərdə iştirak etməsi, N997-ci ilin fevral ayında qanuni əsaslarla ehtiyata buraxılması, HZ ******* saylı hərbi biletində xidməti barədə müvafiq qeydlərin olması və 40292 №-li veteran vəsiqəsi ilə ilə təmin edilməsi ilə əsaslandırmışdır. Həmçinin qeyd etmişdir ki, 2020-ci ilin sonlarında veteran vəsiqəsini bərpa etmək və müavinət almaq üçün Müdafiə Nazirliyinin nəzdində olan komissiyaya müraciət etmiş, lakin müraciəti təmin olunmamışdır. İmtina səbəbi olaraq hərbi xidmətinin izlənə bilməməsi qeyd edilmişdir. Hesab edir ki, 22.09.N995-ci il tarixli 2N6 saylı Əsasnamə ona vəsiqənin verilməsi üçün hüquqi əsasdır. Hərbi xidmətdə olduğu beş il ərzində heç vaxt qanunu pozmamış, fərarilik etməmiş, rəislərin əmrlərini yerinə yetirmişdir. Heç vaxt cinayət tərkibli hərəkəti olmamışdır. Göstərilənləri və Qarabağ müharibəsində N saylı hərbi hissənin tərkibində 09.02.N993-cü il tarixdən N997-ci il tarixədək hərbi xidmətini nəzərə alaraq “müharibə veteranı vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsi xahiş etmişdir. Məhkəmə tərəfindən İddiaçı tərəfindən 04.03.20N4-cü il tarixdə Nümayəndə verilmiş etibarnamədə Nümayəndə iddia ərizəsini imzalamaq səlahiyyəti göstərilmədiyi müəyyən edilmiş, müvafiq sənədlərə baxış keçirilərkən aşkar edilmişdir ki, iddia ərizəsindəki imza iddiaçının müvafiq etibarnamədə olan imzasından xeyli dərəcədə fərqlənir. Həmçinin imzanın Nümayəndə İsgəndər oğlu tərəfindən icra edilməməsi və X2 aid olması aşkar görünür. İddia ərizəsi iddiaçı tərəfindən imzalanmadığından, X3 və Nümayəndə iddia ərizəsini imzalamağa səlahiyyəti olmadığından hazırki iddia tələbinə baxılmasında İddiaçı hüquqi marağının mövcudluğunun müəyyən edilməsi zərurəti yaranmış, iddia ərizəsi İddiaçı şəxsən iştirakı ilə notarial qaydada, yəni imza etmiş şəxsin imzasının həqiqiliyi təsdiq olunmaqla məhkəməyə təqdim olunması, eyni zamanda İddiaçı şəxsən Şəki İnzibati Məhkəməsinə gələrək (iş günləri və iş saatları daxilində) iddia ərizəsini imzalamaqla məhkəməyə təqdim etməsi, yaxud iddia ərizəsi iddiaçının müvafiq səlahiyyət verdiyi şəxs tərəfindən imzalanması ilə bağlı hüquqi yardım edilmişdir. İddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə nöqsanı aradan qaldıraraq iddiaçının adından iddia ərizəsinin imzalanması səlahiyyətini özündə əks etdirən etibarnaməni 2N.0N.2022-ci il tarixdə məhkəməyə təqdim etmişdir. İddiaçının etibarnamə üzrə nümayəndəsi iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək ““Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin iclas protokolunun qərardadı ilə iddianın dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə qarşı etirazını iddiaçının döyüş əməliyyatları aparılan zaman N nömrəli hərbi hissənin 3-cü, 6-cı və 8-ci Zenit Raket divizionunda hərbi xidməti barədə məlumatın aşkar edilməməsi ilə əsaslandırmış, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin N8.03.202N-ci il tarixli məktubundan görünür ki, cavabdeh orqan döyüş əməliyyatları aparılan zaman iddiaçının N nömrəli hərbi hissənin 3-cü, 6-cı və 8-ci Zenit Raket divizionunda xidmət keçməsi barədə arxiv sənədlərində məlumatın olmadığı qeyd edilərək ilkin müraciətin təmin olunmasından imtina etmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hüquq İdarəsinin N0.02.2022-ci il tarixli məktubundan görünür ki, N №-li hərbi hissə 02.06.N992-ci il tarixdə yaradılıb, 3, N və 8-ci bölmələri 27.N2.N993-cü il tarixdən N0.05.N994-cü il tarixədək döyüş əməliyyatlarında iştirak edib. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 25.02.202N-ci il tarixli arxiv arayışından və görünür ki, N №-li hərbi hissə komandirinin may-dekabr N993-cü il və yanvar-may N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti və döyüş əməliyyatları bölgəsində iştirak etməsi barədə məlumat aşkar olunmamışdır. N №-li hərbi hissənin N993-N994-cü il tarixli əsgər heyətinə pul təminatının ödənilməsi cədvəlləri Mərkəzi Arxivə daxil olmamışdır. - N saylı hərbi hissənin 08.02.N993-cü il tarixli 27№-li əmrdən arxiv çıxarışından görünür ki, iddiaçının 09.02.N993-cü il tarixdən şəxsi heyətin siyahısına salınması barədə qeydiyyat aparılmışdır. - N saylı hərbi hissənin 20.04.N993-cü il tarixli 76№-li əmrdən arxiv çıxarışından görünür ki, NN-ci divizionun manqa komandiri İddiaçı hərbi hissəni özbaşına tərk etdiyi üçün 2N.04.N994-cü il tarixdən qazan təminatından çıxarılması ilə bağlı qeydiyyat aparılmışdır. - N saylı hərbi hissənin NN.08.N994-cü il tarixli N75№-li əmrdən arxiv çıxarışından görünür ki, 3-cü divizion: sıravi İddiaçıİ üçqat ölçüdə pul təminatı ödənilməklə 0N.07.N994cü il tarixdən getmiş hesab edilmişdir. - N saylı hərbi hissənin 05.02.N997-ci il tarixli 30№-li əmrdən arxiv çıxarışından görünür ki, maddi təminat tağımının aşbazı sıravi Musayev XN Nazirinin 3 saylı N997-ci il tarixli əmrinə əsasən ehtiyata tərxis olunmuş və 06.02.N997-ci il tarixdən hərbi hissənin şəxsi heyətin siyahısından və bütün növ təminat siyahısından çıxarılmışdır. - Azərbaycan Respublikası Hərbi Prokurorluğunun, o cümlədən Qarabağ, Tərtər, Gəncə, Füzuli Hərbi Prokurorluqlarının məktublarından görünür ki, iddiaçı barəsində cinayət işi istintaq olunmamış və təqsirləndirici material araşdırılmamışdır. - Şəki Şəhər Rayon Polis Şöbəsinin 25.05.202N-ci il tarixli məktubuna əlavə edilmiş tələbnamədən görünür ki, iddiaçı barəsində DİN BƏSİİ-nin əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 02.08.202N-ci il tarixli və N7.02.2022-ci itarixli məktublarında qeyd edilmişdir ki, N №-li hərbi hissə komandirinin may-dekabr N993-cü il və yanvar-may N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti və döyüş əməliyyatları bölgəsinə ezam olunması barədə məlumat aşkar edilməmişdir. N nömrəli hərbi hissədən Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı qovluğunda N (, və N ZRD) №-li hərbi hissənin 27.N2.N993-cü ildən N0.05.N994-cü il tarixədək döyüş əməliyyatlarında iştirak etməsi barədə qeydiyyat aparılmışdır. N №-li hərbi hissə komandirinin 27.N2.N993cü il tarixdən N0 may N994-cü il tarixədək nizami hissə üzrə əmrlərində iddiaçı barəsində məlumat aşkar edilməmişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəblərinə dair məlumat verməmişdir. Məhkəmə, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.N-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.N995-ci il tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən müharibə veteranı adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar planları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan -Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Bundan əlavə, Azərbaycan Respublikası Müdafiə Nazirinin 06.0N.N998-ci il tarixli 4 nömrəli əmri ilə qüvvəyə minmiş «Müharibə veteranı», «Silahlı Qüvvələr veteranı» və «Əmək veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimat»ın qeyd hissəsinə əsasən döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı 09.02.N993-cü il tarixdən N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısına salınmışdır. Lakin, iddiaçının həmin hərbi hissənin neçənci X4 xidmətə başlaması müəyyən edilmir. Nəzərə alınmalıdır ki, N nömrəli hərbi hissənin yalnız 3, N və 8-ci X5 27.N2.N993-cü ildən N0.05.N994-cü il tarixədək döyüş əməliyyatlarında iştirak etmişdir. İddiaçının isə qeyd edilən dvizionların hər hansı birində döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi xidmət keçməsi barədə hər hansı bir sübut yoxdur. Cavabdeh tərəfindən iddiaçı barəsində təqdim edilmiş N nömrəli hərbi hissənin 20.04.N993-cü il tarixli 76№-li əmrdən arxiv çıxarışı ilə müəyyən olunur ki, NN-ci divizionun manqa komandiri İddiaçı hərbi hissəni özbaşına tərk etdiyi üçün 2N.04.N994-cü il tarixdən qazan təminatından çıxarılmışdır. Eyni zamanda cavabdeh tərəfindən təqdim edilmiş N saylı hərbi hissənin NN.08.N994-cü il tarixli N75№-li əmrdən arxiv çıxarışında isə iddiaçının 0N.07.N994-cü il tarixdən getmiş hesab edilməsi barədə qeydiyyat aparılmışdır. Həmin qeyddə iddiaçının xidmət yeri 3-cü dvizion göstərilsə də həmin dvizionun tərkibinə nə vaxt keçirilməsi, 27.N2.N993-cü ildən - N0.05.N994-cü il tarixlərdə həmin dvizionda xidmət etməsi barədə hər hansı məlumat aşkar edilməmişdir. Yəni, iddiaçının döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olması şərti sübuta yetirilmir. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçının döyüş əməliyyatları aparan hərbi hissədə xidmətinə dair hər hansı arayış, hərbi bilet (hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işi, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər mövcud deyildir. İddiaçının nümayəndəsi iş üzrə məhkəmə hazırlıq icraatı zamanı hərbi biletin itirildiyini, o cümlədən SHXÇÜDX-nin Oğuz rayon bölməsində olduğunu bildirsə də, sonuncu, hərbi biletin hərbi vəzifəlilərin özlərində olmasını bildirərək məlumatı təkzib etmişdir. Odur ki, məhkəmə iddiaçının N saylı hərbi hissədə xidmət etməsinə baxmayaraq məhz döyüş əməliyyatlarında iştirak edən 3, N və 8-ci dvizionda 27.N2.N993-cü ildən N0.05.N994-cü il tarixədək xidmət keçməsi şərtinin sübuta yetirilməməsi qənaətinə gəlir. Məhkəmə iddiaçının 40292 №-li veteran vəsiqəsi mövcudluğu ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, surəti işə əlavə edilmiş müvafiq vəsiqə ictimai birlik tərəfindən verildiyindən iddiaçının müharibə veteranı hesab edilməsi üçün zəruri sübut qismində qəbul edilə bilməz. Beləliklə, iddiaçının döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi sübut olunmadığından inzibati orqan tərəfindən iddiaçıya “Müharibə veteranı” adının və vəsiqənin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Öhdəliyin icrası haqqında iddialar üzrə öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı hərbi hissədən qanuni əsaslarla tərxis edilməsini sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 8.N.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 34.N-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in NN0.N-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.N.N2-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 3N8) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar