Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-640/2024 03.04.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X6 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “İsmayıllı şəhəri M.Orucov küçəsində yerləşən 0.06 ha torpaq sahəsinindövlət qeydiyyatına alaraq, dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “İsmayıllı şəhəri M.Orucov küçəsində yerləşən 0.06 ha torpaq sahəsinindövlət qeydiyyatına alaraq, dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-2995/2023 nömrəli qərardadı ilə İsmayıllı Bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İşin qısa məzmunu ondan ibarətdir ki, İsmayıllı şəhər Bələdiyyəsinin 28 avqust 2002-ci il tarixli qərarı ilə 0.06 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Əslində həmin torpaq sahəsini bələdiyyələr formalaşana qədər 1996-cı ildə əldə etmişdir. Həmin qərar İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının İsmayıllı Şəhəri üzrə Nümayəndəsi tərəfindən imzalanmışdır. Bələdiyyələr formalaşdıqdan sonra iddiaçı İsmayıllı rayon bələdiyyəsinə müraciət edərək torpaq sahəsinin iddiaçının adına rəsmiləşdirilməsini xahiş etmiş, bələdiyyənin yuxarıda qeyd olunan tarixli 11 nömrəli protokolu ilə torpaq sahəsi iddiaçının adına yenidən sənədləşdirilmişdir. İsmayıllı rayon dövlət arxivinə müraciət edərək İsmayıllı şəhər Bələdiyyəsinin qeyd olunan qərarının təqdim edilməsini xahiş etmiş, Dövlət Arxivi 18 iyul 2023-cü il tarixli arxiv arayışı ilə iddiaçıya qeyd olunan qərarı təqdim etmişdir. İddiaçı həmin torpaq sahəsinə olan hüquqlarını Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması üçün cavabdeh ƏMDK yanında DƏDRXnin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə verdiyi imtina məktubu vermişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi etiraz məktubunda bildirmişdir ki, iddiaçı Bilalov X3 şəhəri Bələdiyyəsinin 28 avqust 2002-ci il tarixli 11 saylı qərarı ilə fərdi yaşayış evi tikmək üçün İsmayıllı şəhər Bələdiyyəsindən ödənişsiz əldə etdiyi 0.06 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün əsas olan hüquqmüəyyənedici sənədləri tam təqdim etməmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdurkİ. sizə sonradan bələdiyyə qərarı ilə ayrılan torpaq sahəsi üzərindən yüksək gərginlikli elekrtik xətti keçir. Qeyd olunan səbəbə görə də müraciətinin icrası mümkün olmamışdır Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasına üçüncü şəxsin nümayəndəsi gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraz ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:
1. Cavabdehin 25.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.
2. İsmayıllı şəhəri Bələdiyyəsinin 28 avqust 2002-ci il tarixli 11 saylı iclas protokolundan görünür ki, bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən 0,06 ha torpaq sahəsinin iddiaçıya satılması qərara alınmışdır.
3. İddiaçının təqdim etdiyi xx.xx.2002-ci il tarixli ödəniş qəbzindən görünür ki, 306000 manat məbləğində torpağın dəyəri İsmayıllı Bələdiyyəsinin hesabına ödənilmişdir.
4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylə Qəbələ Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-42/2-1016/2024 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyindən görünür ki, İddiaçı Bəhram oğluna ismayıllı Bələdiyyəsinin xx.xx.2002-ci il tarixli, 11 saylı iclas protokolu ilə satılmış 0,06 hektar həyətyanı torpaq sahəsinə dair məkan göstəriciləri qeyd edilmiş sənədlər (plan ölçü) təqdim olunmadığına görə sərhədlərinin döngə nöqtələrini təyin etmək mümkün deyildir. İddiaçı Bəhram oğluna İsmayıllı Bələdiyyəsinin xx.xx.2002-ci il tarixli, 11 saylı iclas protokolu ilə satılmış 0,06 hektar həyətyanı torpaq sahəsinə dair məkan göstəriciləri qeyd edilmiş sənədlər (plan ölçü) təqdim olunmadığı üçün iddiaçı tərəfindən faktiki istifadə olunan torpaq sahəsi ilə üst-üstə düşməni müəyyənləşdirmək mümkün deyildir. İddiaçı Bəhram oğlu tərəfindən göstərilən faktiki naturada ölçülmüş, 0,06 hektar torpaq sahəsi başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür. İddiaçı Bəhram oğlu tərəfindən göstərilən faktiki naturada ölçülmüş, 0,06 hektar torpaq sahəsi ismayıllı şəhəri ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu xəritəsinə (DVG) və X2 X4 (TEKUİS) əsasən İsmayıllı rayon İsmayıllı şəhər inzibati ərazisinin sərhəddi daxilində yaşayış məntəqəsinin torpaqları kateqoriyasına aid ərazidə yerləşir. TEKUİS məlumatlarına əsasən İddiaçı Bəhram oğlu tərəfindən göstərilən faktiki naturada ölçülmüş 0,06 hektar torpaq sahəsinin 0,0194 hektar (194 kv.m) hissəsi yaşayış məntələrinin torpaqları kateqoriyasına aid alt kateqoriyası ümumi istifadədə olan torpaqlarla (yol yeri ilə) üst-üstə düşür.
5. İsmayıllı bələdiyəsinin xx.xx.2024-cü il tarixli 134 nömrəli məktubundan görünür ki, İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi iddia etdiyi İsmayıllı şəhəri M Orucov küçəsində yerləşmir Lakin, vətəndaşın göstərdiyi torpaq sahəsi R Hacıyev küçəsində yerləşməklə 0,12 ha mülkiyyətində olmaqla cəmi 0,18 ha mövcuddur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR X6 9 saylı Qəbələ Ərazi idarəsinin mütəxəssislərinin rəyinə əsasən naturada istifadə edilən torpaq sahəsinin DVG və TEKUİS -nə əsasən həmin torpaq sahəsinin 194 kv m ümumi istifadədə olan yol yeri ilə üst -üstə düşür. Naturada təqdim edilən torpaq sahəsi qapalı həyət daxilində yerləşir, üzərində tikili və ya fərdi yaşayış evi mövcud deyildir. İddiaçı tərəfindən hazırda istifadə olunan torpaq sahəsi ona ayrılmış torpaq sahəsi ilə eyni ünvanda yerləşmir.İddiaçıya İsmayıllı bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 11 saylı iclas protokolunun qərarı ilə 0,06 ha torpaq sahəsi satıldıqdan sonra vətəndaşa 0,12 ha həyətyanı torpaq sahəsi üçün torpaq sahəsinin Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə verilmişdir.
Əsaslandırma hissəsi:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır.Məhkəmə aşağıdakı hallara görə iddianı qismən əsaslı hesab edir. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, İsmayıllı bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 11 saylı iclas protokolunun qərarı ilə İddiaçı əvvəldən də istifadəsində olan 0.06 ha torpaq sahəsinin onun adına sənədləşdirilməsinə razılıqı verilmişdir. Təqdim olunan rəydən görünür ki, tərəfindən göstərilən faktiki naturada ölçülmüş 0,06 hektar torpaq sahəsinin 0,0194 hektar (194 kv.m) hissəsi yaşayış məntələrinin torpaqları kateqoriyasına aid, alt kateqoriyası ümumi istifadədə olan torpaqlarla (yol yeri ilə) üst-üstə düşür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Qanunun 7.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatına az yararlı və yararsız torpaqları xüsusi mülkiyyətə verilə bilər. Cavabdehin hüquqların qeydiyyata alınmasından imtina edilməsinin əsası kimi istinad etdiyi alğı-satqı predmeti olan torpaq sahəsi üzərində Mingəçevir bələdiyyəsinin hüquqlarının qeydə alınmadığı hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, inzibаti orqаnlаrın inzibаti prаktikаsınа fiziki və yа hüquqi şəxslərin etimаdı qаnunlа qorunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.4-cü maddəsinə əsasən inzibati orqanların bu Qanunun 13.3cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Sаdаlаnаn normаlаrın təhlilindən göründüyü kimi, qаnunvericilikdə etimаd hüququnun yаrаnmаsının iki müxtəlif əsаsı nəzərdə tutulmuşdur ki, onlаrdаn biri inzibаti orqаnlаrın inzibаti prаktikаsı, digəri isə müəyyən inzibаti аktın sonrаdаn qəbul ediləcəyi və yа qəbul edilməyəcəyi bаrədə inzibаti orqаnlаrın vəd və bəyаnаtlаrıdır. İnzibаti prаktikаyа etimаd o hаldа yаrаnır ki, bu prаktikа dаvаmlı və ümumi xаrаkter dаşısın və inzibаti orqаnın hərəkətlərinin gedişi əvvəlcədən bilinsin. Mаrаqlı şəxs inzibаti orqаnın prаktikаsınа əsаslаnаrаq təxminən bilməlidir ki, onun işi həmin prаktikаyа uyğun şəkildə və həll edilmiş oxşаr işlərə аnаloji qаydаdа həll ediləcəkdir. İnzibаti orqаnın bəyаnаt və vədlərinə gəldikdə isə, bu bəyаnаt və vədlər mütləq konkret inzibаti icrааtlа bаğlı olmаlı və mаrаqlı şəxs bilməlidir ki, həmin bəyаnаt və vədlər məhz onun hüquq və qаnunlа qorunаn mаrаqlаrı ilə bаğlıdır. Bəyаnаt və vədin etibаrlı təminаt hesаb olunmаsı üçün onun yаzılı formаdа ifаdə olunmаsı vаcibdir. Eyni zаmаndа, bu dа qeyd edilməlidir ki, şəxs inzibаti аktın qəbul edilməsi üçün konkret bir inzibаti orqаnа mürаciət edərkən etimаd hüququnа istinаd edirsə, bu etimаd digər inzibаti orqаnlаrın deyil, məhz mürаciət etdiyi inzibаti orqаnın inzibаti prаktikаsınа, yаxud dа vəd və bəyаnаtınа əsаslаnmаlıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, İsmayıllı bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 11 saylı iclas protokolunun qərarı ilə İddiaçı ayrılan 0.06 ha torpaq sahəsinin 406 kv.m hissəsinə münasibətdə iddia təmin edilməlidir.Qalan 194 kv.m torpaq sahəsi ümumi istifadədə olan torpaq sahəsi ilə üst-üstə düşür ki,həmin kateqoriya torpaq sahəsinin xüsusi mülkiyyətə verilməsi istisna olunur. Qeyd olunanlara əsasən iddia qismən təmin edilməli, cavabdehin üzərinə İsmayıllı şəhəri M.Orucov küçəsində yerləşən İsmayıllı bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 11 saylı iclas protokolunun qərarına əsasən iddiaçının mülkiyyətinə verilmiş 406 kv.metr torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ qeydə alınıb çıxarışın verilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İddiaçı ərizə verərək, məhkəmə xərcinin ona aid edilməsini xahiş etdiyi üçün mütəxəssis rəyinin verilməsinə çəkilən xərc ona aid edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia qismən təmin edilir. Cavabdeh “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə İsmayıllı şəhəri M.Orucov küçəsində yerləşən 406 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi qoyulur. İddia qalan hissədə edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə