Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-642/2020 01.07.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi x1, İddiaçı, cavabdehin nümayəndəsi x2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı x8rşı "ünvan 1/35-də yerləşən mənzilin öz adına özəlləşdirilməsi və həmin mənzilə dair "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: x13 Hakimiyyəti başçısının 27.12.2011-ci il tarixli 269 nömrəli sərəncamına əsasən, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilmiş ünvan 1 nömrəli binanın 3-cü giriş, 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 66,91 kv.m, yaşayış sahəsi 38,4 kv.m olan 2 otaqlı 35 nömrəli mənzil şəhidin həyat yoldaşı, ailə tərkibi 2 nəfərdən ibarət olan İddiaçı verilmiş, ailəyə mənzilə daimi yaşamaq hüququ verilən orderin verilməsinin təmin olunması qərara alınmışdır. x13 Hakimiyyəti başçısının imzası ilə iddiaçının adına 28.12.2011-ci il tarixli 168 nömrəli order verilmişdir. Orderdə göstərilmişdir ki, İddiaçı 2 nəfərdən ibarət ailəsi ilə birlikdə qeyd olunan mənzili tutmağa ixtiyarı vardır. Orderdə ailənin tərkibi qrafasında İddiaçı və onun qızı x4 adları qeyd olunmuşdur. İddiaçı 17.01.2020-ci ildə cavabdehə ərizə ilə müraciət edərək həmin mənzilin öz adına özəlləşdirilməsini xahiş etmiş, lakin cavabdeh 23.01.2020-ci il tarixli **********85 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi hüquqların qeydiyyatı üçün əsas hesab edilir. Ərizəyə əlavə edilən order 28.12.2011-ci ildə verilmişdir. 01.10.2009-cu il tarixində qüvvəyə minmiş Mənzil Məcəlləsində yaşayış mənzilinə order verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilən səbəblərdən mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması mümkün deyil. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmiş və iddiasını belə əsaslandırmışdır ki, həmin mənzil şəhid ailəsi olaraq ona x13 Hakimiyyətinin 28.12.2011-ci il tarixli 168 nömrəli orderi əsasında verilmişdir. Ona görə də həmin mənzilin adına özəlləşdirilərək "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilməlidir. Cavabdeh iddiaya etirazında imtina məktubunun dəlillərinə istinad etmiş və bildirmişdir ki, İddiaçı ünvan 1 nömrəli binanın 35 nömrəli mənzilinin üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün təqdim etdiyi sənədlər arasında x13 Hakimiyyətinin 28.12.2011-ci il tarixli 168 nömrəli orderi, həmin mənzil üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınması üçün 01.10.2009-cu ildə qüvvəyə minmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələblərinə zidd olduğu üçün iddiaçının ərizəsinin icrası mümkün olmamış və müvafiq imtina məktubu verilmişdir. Qanunvericiliyə əsasən, yaşayış sahələrinə dair verilmiş orderlər sosial kirayə müqavilələri ilə əvəz olunmuşdur. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, x13 Hakimiyyəti başçısının 27.12.2011-ci il tarixli 269 nömrəli sərəncamından görünür ki, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilmiş ünvan 1 nömrəli binanın 3-cü giriş, 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 66,91 kv.m, yaşayış sahəsi 38,4 kv.m olan 2 otaqlı 35 nömrəli mənzil şəhidin həyat yoldaşı, ailə tərkibi 2 nəfərdən ibarət olan İddiaçı verilmiş, ailəyə mənzilə daimi yaşamaq hüququ verilən orderin verilməsinin təmin olunması qərara alınmışdır. - İşdə olan, x13 Hakimiyyəti başçısının imzası ilə İddiaçı adına verilmiş 28.12.2011-ci il tarixli 168 nömrəli orderdən görünür ki, İddiaçı 2 nəfərdən ibarət ailəsi ilə birlikdə qeyd olunan mənzili tutmağa ixtiyarı vardır, ailənin tərkibi İddiaçı və onun qızı x3 ibarətdir. - İşdə olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı x10 12.03.2020-ci il tarixli **********38 nömrəli etiraz məktubundan görünür ki, İddiaçı ünvan 1 nömrəli binanın 35 nömrəli mənzilinin üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün təqdim etdiyi sənədlər arasında x13 Hakimiyyətinin 28.12.2011-ci il tarixli 168 nömrəli orderi, həmin mənzil üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınması üçün 01.10.2009-cu il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələblərinə zidd olduğu üçün iddiaçının ərizəsinin icrası mümkün olmamış və müvafiq imtina məktubu verilmişdir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi hüquqların qeydiyyatı üçün əsas hesab edilir. Qanunvericiliyə əsasən, yaşayış sahələrinə dair verilmiş orderlər sosial kirayə müqavilələri ilə əvəz olunmuşdur. - İşdə olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı x10 12.03.2020-ci il tarixli **********38 nömrəli arayışdan görünür ki, ünvan 1 nömrəli binanın 35 nömrəli mənzil dövlət mülkiyyətindədir. Mənzilin yerləşdiyi 5 mərtəbəli bina Azərbaycan Respublikası Əmək və x7 Nazirliyinin sifarişi ilə Qarabağ uğrundakı döyüşlərdə həlak olmuş şəhidlərin ailələri və əlillər üçün inşa olunmuşdur. - İşdə olan, x13 Hakimiyyətinin 13.03.2020-ci il tarixli 488 nömrəli məktubundan görünür ki, ünvan 1 nömrəli ünvanda yerləşən çoxmənzilli yaşayış evi dövlət mülkiyyətində olmaqla sosial təyinatlı mənzil fonduna aiddir, Yevlax şəhəri 3 saylı Mənzil Təmir İstismar Sahəsinin balansındadır, iddiaçının istifadəsinə verilmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Aşağıdakı hallara görə məhkəmə iddianı əsassız hesab edir. "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Azərbaycan Respublikası Qanununun 4-cü maddəsində deyilir ki, şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi qüvvədə olan qanunvericiliyə müvafiq surətdə respublika hökumətinin müəyyənləşdirdiyi qaydada yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar. Şəhid ailəsinə onun arzusuna görə fərdi mənzil tikintisi üçün məqsədli güzəştli ssuda, yaşadığı yerdən asılı olaraq qanunvericilikdə nəzərdə tutulmuş ölçüdə torpaq sahəsi, habelə bağçılıq birliyinə (kooperativə) qəbul zamanı üstünlük verilir. Şəhid ailəsi xüsusi mülkiyyət əsasında mənzil və ya fərdi ev alarkən notariat əməliyyatları dövlət rüsumu ödənilmədən aparılır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48.1-ci maddəsinə əsasən, sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Həmin Məcəllənin 48.2-ci maddəsinə görə, qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. İşdən göründüyü kimi, iddiaçının özəlləşdirmək istədiyi mənzil dövlət mülkiyyətində olmaqla sosial təyinatlı mənzil fonduna aiddir, Yevlax şəhəri 3 saylı Mənzil Təmir İstismar Sahəsinin balansındadır, iddiaçıya yalnız istifadə üçün verilmişdir. Azərbaycan Respublikasının qanunvericiliyində bu qəbildən olan mənzillərin kirayəçisi tərəfindən özəlləşdirilməsinə əsas verən heç bir norma yoxdur. "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununa gəldikdə isə, bu Qanun 31.01.1993-cü ildə qüvvəyə minmişdir və həmin tarixdən əvvəl yaranmış mənzil münasibətlərinə aiddir. Belə olan halda, məhkəmə bu qənaətə gəldi ki, iddaçı mənzilin öz adına özəlləşdirilməsini və daşınmaz əmlakın dövlət reyestrindən adına çıxarış verilməsini tələb etməkdə haqlı olmamışdır. Ona görə də iddia təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı x8rşı "ünvan 1/35-də yerləşən mənzilin öz adına özəlləşdirilməsi və həmin mənzilə dair "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-642/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-642/2020
01.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver