Məhkəmə qərarları › İş №2-1(116)-642/2023

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-642/2023

02.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-642/2023 02.08.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, Aslanova Sədaqət Bəlyar qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə qarşı “xx.xx.2010-cu il tarixli notariat qaydada alqısatqı müqaviləsi ilə əldə etdiyi, Ucar şəhəri, Azərbaycan küçəsində yerləşən 0,0136 ha ölçüdəki torpaq sahəsinin 0,0032 ha ölçüdəki torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçının nümayəndəsi cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2010-cu il tarixli notariat qaydada alqı-satqı müqaviləsi ilə əldə etdiyi, Ucar şəhəri, Azərbaycan küçəsində yerləşən 0,0136 ha ölçüdəki torpaq sahəsinin 0,0032 ha ölçüdəki torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı Ucar rayon Dövlət Notariat Kontorunun Dövlət notariusu tərəfindən imzalanaraq təsdiq edilmiş 17 sentyabr 2010-cu il tarixli “alqısatqı” müqaviləsi ilə DƏDRX Ucar rayon 16 saylı ərazi idarəsinin xx.xx.2010-cu il tarixli 27/87 nömrəli arayışı və xx.xx.2010-cu il tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********65 olan, 4 nömrəli reyestr kitabının 75 nömrəli vərəqində qeydiyyata alınmış MA ******* nömrəli Çıxarışa əsasən Ucar şəhəri, Azərbaycan küçəsində yerləşən 0,0136 ha ölçüdəki torpaq sahəsinin 0,0032 ha ölçüdəki hissəsini almışdır. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli **********14 nömrəli imtina məktubunda qeyd etmişdir ki, Ucar şəhəri, Azərbaycan küçəsində yerləşən 0,0032 hektar torpaq sahəsinin dövlət reyestrində qeydə alınması üçün torpaq sahəsinə baxış keçirilən zaman torpaq sahəsi üzərində mübahisə olduğu üçün ölçü işlərinin aparılması mümkün olmamışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli 3-21-3-36/2-230/2023 nömrəli etiraz məktubunda iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənləri qeyd etməklə iddia tələbinə yazılı münasibətini bildirmiş və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin sorğusu əsasında mübahisəli torpaq sahəsinə dair tərtib olunmuş mütəxəssis rəyi xx.xx.2023-cü il tarixdə məhkəmənin elektron poçtuna daxil olmuşdur. Mütəxəssis rəyində qeyd olunmuşdur ki, Ucar şəhəri Azərbaycan küçəsində yerləşən **********65 reyestr nömrəli çıxarışla verilmiş 0,0136 ha torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyalı, mülkiyyət növü xüsusi, tikinti altında olan torpaqlar uqodiyalıdır. Sözügedən 0,0136 ha torpaq sahəsinin 0,00848 ha hissəsi tikinti altında yerləşir. Baxış zamanı tikilinin Fuad adlı şəxsin istifadəsində olduğu bildirildi. Elektron baza məlumatlarında **********65 reyestr nömrəli çıxarışla verilmiş 0,0136 ha torpaq sahəsinin 39 kv.m hissəsi **********89-05301 reyestr nömrəli çıxarışla verilmiş 0.3923 ha torpaq sahəsi ilə ust-üstə düşür. Baxış zamanı iddiaçının naturada göstərdiyi 0,0136 ha torpaq sahəsi ilə **********65 reyestr nömrəli çıxarışla verilmiş 0,0136 ha torpaq sahəsinin yerləşmə vəziyyəti tərtib edilmiş sxemdə göstərilmişdir. Məhkəmə tərəfindən iddiaçıya və onun nümayəndəsinə xx.xx.2023-cü il tarixli hüquqi yardım məktubu ünvanlanaraq, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (bundan sonra - “İPM”) 13-cü maddəsinə müvafiq olaraq nəzərlərinə çatdırılmışdır ki, iddia tələbində qeyri-müəyyənlik olduğundan və üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını tələb etdikləri mübahisəli torpaq sahəsinə münasibətdə hüquqlar artıq başqa bir şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığından iddianın mümkünlüyü məsələsinə hüquqi qiymət verilməsi zərurəti yaranmışdır. İddia ərizəsinə əlavə edilmiş sənədlərə və məhkəmənin sorğusu əsasında əldə edilmiş notariat qaydada təsdiq olunmuş alğı-satqı müqaviləsinə əsasən müəyyən edilmişdir ki, iddiaçıya satılmış 0,0032 ha torpaq sahəsinin konkret olaraq yerini (0,0136 ha torpaq sahəsinə münasibətdə hansı hissədə yerləşməsini) müəyyən etmək mümkün deyildir. Belə ki, alğı-satqı müqaviləsinə ayrılaraq satılmış torpaq sahəsinin bölgü sxemi əlavə edilməmişdir. Həmçinin naturada belə bölgünün aparılıb-aparılmadığının, mübahisəli torpaq sahəsinə dair ətraflı məlumatın əldə edilməsi məqsədilə iş üzrə mütəxəssis rəyi alınmış və rəyə əsasən müəyyən edilmişdir ki, iddiaçının naturada göstərdiyi 0,0136 ha torpaq sahəsi ilə alğı-satqı müqaviləsinin bağlanmasına əsas qismində çıxış etmiş MA seriyalı, ******* nömrəli, reyestr nömrəsi **********65 olan torpaq sahələri fərqli ərazidə yerləşməkdədir. Həmçinin müəyyən olunur ki, iddiaçının adına qeydə alınmasını tələb etdiyi torpaq sahəsi **********89-05301 nömrəli çıxarışla qeydə alınmış torpaq sahəsi ilə (0,39 ha) üst-üstə düşür. Odur ki, tələbdəki qeyri-müəyyənlik aradan qaldırılmadan hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Belə ki, iddiaçının adına qeydə alınmasını tələb edilən 0,0032 ha torpaq sahəsinin hansı hissədə yerləşdiyini müəyyən etmək mümkün deyil. Bununla yanaşı iddiaçının hüquqi marağı naturada göstərdiyi torpaq sahəsinin adına qeydiyyata alınmasından ibarətdirsə, o, ilk növbədə həmin torpaq sahəsi üzərində başqa şəxsin mülkiyyət hüququnun qeydə alınmasını təsdiq edən **********89- 05301 nömrəli çıxarışı onun verilməsinə əsas olmuş sənədlərlə birlikdə qanuna müvafiq qaydada mübahisələndirməli, daha sonra hazırkı tələblə məhkəməyə müraciət etməlidir. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş ərizəsində məhkəmənin hüquqi yardımında göstərilənlərlə bağlı münasibətini bildirərkən qeyd etmişdir ki, hüquq sahibi X13 MA seriyalı, ******* nömrəli Çıxarış ilə şəxsi mülkiyyətində olan 0,0136 ha torpaq sahəsinin 2010-cu ildə 0,0064 ha hissəsini X4, 0,004 ha hissəsini X5, 0,0032 ha hissəsini isə ona satmışdır. Sonradan, yəni xx.xx.2010-cu ildə X7 notariat qaydada alğısatqı yolu ilə əldə etdiyi 0,0064 ha torpaq sahəsinə seriya MA, № ******* saylı çıxarış və AA 003692 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədini almışdır. Digər alıcı X8 isə notariat qaydada alğı-satqı yolu ilə əldə etdiyi 0,004 ha torpaq sahəsinə xx.xx.2020-ci il tarixdə **********22 reyestr nömrəli çıxarış və AA 501172 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədini almışdır. Həmin 0,0136 ha torpaq sahəsinin yerdə qalan 0,0032 ha hissəsi isə iddiaçıya məxsusdur və iddiaçıya satılmış həmin sahənin sxematik planı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar ərazi idarəsinin arxivində saxlanılır. Məktubda göstərilən ikinci qeyri-müəyyənlik, yəni iddiaçının adına qeydə alınmasını tələb etdiyi torpaq sahəsinin **********89-05301 nömrəli Çıxarışla qeydə alınmış torpaq sahəsi ilə (0,039 ha) üst-üstə düşür hissəsinə münasibətdə iddiaçı bildirmişdir ki, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(86)- 112/2016 saylı qərarı ilə hüquqi mövqe bildirilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(86)-112/2016 saylı qərarına əsasən iddiaçı X9 cavabdeh Ucar rayon Ucar bələdiyyəsinə qarşı “sahibkarlıq məqsədi ilə torpaq sahəsinin ayrılması barədə xx.xx.2005-ci il tarixli 10 saylı qərarın ləğv edilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh Ucar bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 10 saylı qərarı 38,6 kv.m hissədə, yəni hazırda iddiaçı E.Qsımovun mülkiyyətində olan, ƏMDK tərəfindən X2 tikintisi yarımçıq qalmış çoxmənzilli yaşayış binasının istifadəsində olmuş 0,3973 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilmişdir. İddiaçı həmin iş üzrə üçüncü şəxs qismində iştirak etmişdir. Belə ki, Ucar bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 10 saylı qərarı ilə ayrılmış mübahisəli torpaq sahəsi məhz Ucar şəhəri Azərbaycan küçəsi ərazisində mağaza tikintisi üçün X1 136 kv.m torpaq sahəsi olmuşdur. İddiaçı ərizəsində iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-642/2023 nömrəli qərardadı ilə X14 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişdir. Belə ki, **********89-05301 reyestr nömrəli çıxarış üzrə mübahisəli torpaq sahəsinin mülkiyyətçisi X11r. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə üçüncü şəxsin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə dair cavabdehin etiraz məktubunun məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin hallarının araşdırılması zamanı, cavabdehin etiraz məktubu və mütəxəssis rəyinə əsasən müəyyən edilir ki, 0,0136 ha torpaq sahəsinin 39 kv.m hissəsi və iddiaçının naturada iddia etdiyi torpaq sahəsi **********89-05301 nömrəli çıxarışla X6 adına qeydiyyata alınmış 0,3923 ha torpaq sahəsi ilə üst-üstə düşür. Belə olduğu halda iddiaçı ilk növbədə həmin torpaq sahəsi üzərində başqa şəxsin mülkiyyət hüququnun qeydə alınmasını təsdiq edən **********89-05301 nömrəli çıxarışı onun verilməsinə əsas olmuş sənədlərlə birlikdə qanuna müvafiq qaydada mübahisələndirməli, daha sonra hazırkı tələblə məhkəməyə müraciət etməlidir. Qeyd olunanlarla bağlı iddiaçıya İPM-in 13-cü maddəsinə əsasən hüquqi yardım edilmiş, həmçinin məhkəmə iclasında bir daha qanunvericiliyin tələbləri iddiaçının nümayəndəsinə izah olunaraq dinlənilməsi təmin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Həmin Qərarın: 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir; 3.2-ci bəndinə görə, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir; 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir; 3.4-cü bəndinə görə, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər; 8.1-ci bəndinə əsasən, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir; 8.2-ci bəndinə görə bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir; 8.3-cü bəndinə əsasən, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı iddia mümkün sayılmamalıdır. Belə ki, iddiaçı arzuladığı məqsədə nail olmaq üçün ilk növbədə adına qeydə alınmasını tələb etdiyi torpaq sahəsi üzərində başqa şəxsin mülkiyyət hüququnun qeydə alınmasını təsdiq edən **********89-05301 nömrəli çıxarışı onun verilməsinə əsas olmuş sənədlərlə birlikdə qanuna müvafiq qaydada mübahisələndirməli, daha sonra hazırkı tələblə məhkəməyə müraciət etməlidir. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə məhkəmədə iddia qaldırmaq imkanını istisna etmir. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə qarşı “xx.xx.2010-cu il tarixli notariat qaydada alğısatqı müqaviləsi ilə əldə etdiyi, Ucar şəhəri, Azərbaycan küçəsində yerləşən 0,0136 ha ölçüdəki torpaq sahəsinin 0,0032 ha ölçüdəki torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2llegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar