Məhkəmə qərarları › İş №2-1(116)-643/2020

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-643/2020

20.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-643/2020 20.08.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X7 qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Yevlax rayonu Varvara kəndində yerləşən ümumi sahəsi 1,98 ha və 15,50 ha olan torpaq sahələrinin mülkiyyətçisi qismində İddiaçı mülkiyyət və istifadə hüquqlarını qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı məcburetmə haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Yevlax rayonu Varvara kəndində yerləşən ümumi sahəsi 1,98 ha və 15,50 ha olan torpaq sahələrinin mülkiyyətçisi qismində İddiaçı mülkiyyət və istifadə hüquqlarını qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Yevlax rayonu Varvara kəndi ərazisində yerləşən İddiaçı xüsusi mülkiyyətində olan əmlak kompleksinin yerləşdiyi 1,98 ha torpaq sahəsi sahibkarlıq məqsədi ilə Yevlax Rayonu Varvara Bələdiyyəsinin 23 oktyabr 2010-cu il tarixli 10 saylı qərarı ilə iddiaçıya satılmışdır. Eyni ərazidə yerləşən 15,50 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatı ilə Yevlax rayonu Varvara Bələdiyyəsinin 02 dekabr 2010cu il tarixli 14 saylı qərarı ilə 99 il müddətinə iddiaçıya icarəyə verilmişdir və torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə imzalanmışdır. Yevlax rayonu Varvara kəndində yerləşən ümumi sahəsi 1,98 ha və 15,50 ha olan torpaq sahələrinin mülkiyyətçisi qismində İddiaçı mülkiyyət və istifadə hüquqlarının qeydiyyata alınmasına dair iddiaçı tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət edilmişdir. Müraciətə cavab olaraq ünvanlanmış 24.10.2019-cu il tarixli **********88 nömrəli məktubla ərizənin icrası qeyri-mümkün hesab edilmiş, qeydiyyata alınma ilə əlaqədar Yevlax rayonu Varvara Bələdiyyəsinə müraciət etməyi qeyd olunmuşdur. Səbəb kimi bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqlarının yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilməsi göstərilmişdir. 25.11.2019-cu il tarixində iddiaçı tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə yenidən müraciət edilmişdir. 19.12.2019-cu il tarixli **********21 nömrəli məktubla ərizənin icrası yenidən qeyri-mümkün hesab edilmişdir. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı Yevlax rayonu Varvara kəndində yerləşən 1.98 ha və 15.50 ha olan torpaq sahələrinin mülkiyyət və istifadə hüquqlarının qeydiyyata alınması ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmişdir. Onun müraciətinə baxılmış, idarənin arxiv və elektron baza məlumatlarına istinad edilərək araşdırma işləri aparılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, 1.98 ha (tikintialtı torpaq sahəsi) və 15.5 ha torpaq sahələrindən ibarət olan 17,5 ha torpaq sahəsi Yevlax rayonu Varvara Bələdiyyəsinin 28 iyun 2007-ci il tarixli 06 nömrəli qərarı ilə heyvandarlıqla (sahibkarlıq) məşğul olmaq üçün İnşaatçı “A” müəssisəsinin 15 il müddətinə icarəsinə verilmişdir. Bələdiyyə mülkiyyətində olan 1,98 ha torpaq sahəsində yerləşən əmlak kompleksi kimi müəssisənin əsasını təşkil edən daşınmaz əmlak üzərində mülkiyyət hüququ Əmlakdan pay haqqının verilməsi barədə 03 nömrəli aktına əsasən 07.05.2008-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Daşınmaz əmlak 10.07.2010-cu il tarixində İddiaçı satılmış, o da 16.05.2013-cü il tarixində həmin əmlakı X2 notarial qaydada satmışdır. X1 vəfatından sonra əmlak X3 və onun ailə üzvlərinin (2 nəfər) 1/3 hissə paylarla adlarına keçmiş və müvafiq ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Daşınmaz əmlak 27.09.2019-cu il tarixində X3 və onun ailə üzvlərinin təsis etdikləri "xxxx" MMC-nin adına ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. Yevlax rayonu Varvara Bələdiyyəsinin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq olan ********** qeydiyyat nömrəsi ilə 12.06.2008-ci il tarixində qeydə alınmış 15,5 ha torpaq sahəsi 28.06.2007-ci il tarixli, 01 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə əsasında 15 il müddətində “İnşaatçı-A” müəssisəsinin xeyrinə 03.07.2008-ci il tarixində hüququ yüklü edilmiş və müvafiq ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Odur ki, 12.06.2008-ci ildə qeydə alınmış sözügedən torpaq sahəsi üzərindəki icarə hüququ qüvvədə olduğu üçün 02.12.2010-cu il tarixinli 01 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə əsasında yenidən qeydiyyata alına bilməz. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2.4-cü maddəsinə əsasən müəyyən kateqoriyaya aid edilmiş bələdiyyə torpaqlarının başqa məqsədlər üçün istifadəsinə yalnız məqsədli təyinatının dəyişdirilməsindən sonra yol verilə bilər və həmin qanunun 6.3-cü maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23.1 -ci maddəsinə əsasən Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər və ya qanunvericilikdə nəzərdə tutulmuş digər əsaslarla yaranır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 12.1 -ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İş materiallarında olan cavabdehin etirazından görünür ki, 1.98 ha (tikintialtı torpaq sahəsi) və 15.5 ha torpaq sahələrindən ibarət olan 17,5 ha torpaq sahəsi Yevlax rayonu Varvara Bələdiyyəsinin 28 iyun 2007-ci il tarixli 06 nömrəli qərarı ilə heyvandarlıqla (sahibkarlıq) məşğul olmaq üçün “İnşaatçı A” müəssisəsinin 15 il müddətinə icarəsinə verilmişdir. Bələdiyyə mülkiyyətində olan 1,98 ha torpaq sahəsində yerləşən əmlak kompleksi kimi müəssisənin əsasını təşkil edən daşınmaz əmlak üzərində mülkiyyət hüququ Əmlakdan pay haqqının verilməsi barədə 03 nömrəli aktına əsasən 07.05.2008-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Daşınmaz əmlak 10.07.2010-cu il tarixində İddiaçı satılmış, o da 16.05.2013-cü il tarixində həmin əmlakı X2 notarial qaydada satmışdır. X1 vəfatından sonra əmlak X3 və onun ailə üzvlərinin (2 nəfər) 1/3 hissə paylarla adlarına keçmiş və müvafiq ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Daşınmaz əmlak 27.09.2019-cu il tarixində X3 və onun ailə üzvlərinin təsis etdikləri "xxxx" MMC-nin adına ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. Yevlax rayonu Varvara Bələdiyyəsinin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq olan ********** qeydiyyat nömrəsi ilə 12.06.2008-ci il tarixində qeydə alınmış 15,5 ha torpaq sahəsi 28.06.2007-ci il tarixli, 01 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə əsasında 15 il müddətində “İnşaatçı-A” müəssisəsinin xeyrinə 03.07.2008-ci il tarixində hüququ yüklü edilmiş və müvafiq ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülkiyyət hüququ və ya inzibati hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki- hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda isə inzibati məhkəmələrdə baxılmalıdır.” Yuxarıda qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, iddiaçının tələbində qeyd etdiyi torpaq sahələrinə dair artıq reyestrdə qeydiyyat aparıldığı üçün və həmin qeydiyyat qüvvədə olduğu üçün onun həmin torpaq sahəsinə mülkiyyət və icarə hüququ qeydə alına bilməz. Həmçinin iddiaçıya iddianın dəyişdirilməsi üçün də yardım edilməsini məhkəmə əhəmiyyətsiz hesab etmişdir, belə ki, hətta o iddianı dəyişib həmin qeydiyyatın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etsə idi belə, analoji tələblə ilk növbədə cavabdehə müraciət etmədiyi üçün iddiaçıya yardım edilməsi iddianın mümkün sayılması ilə nəticələnməyərək lüzumsuz yazışmala səbəbə olacaqdır. Bu səbəbdən icraata qənaət prinsipi rəhbər tutularaq iddiaçıya yardım edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Yevlax rayonu Varvara kəndində yerləşən ümumi sahəsi 1,98 ha və 15,50 ha olan torpaq sahələrinin mülkiyyətçisi qismində İddiaçı mülkiyyət və istifadə hüquqlarını qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar