Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-65/2025 23.01.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, İddiaçı, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “xx.xx.2021-ci il tarixdə həqiqi hərbi xidmətə çağırılmağının qanunsuz hesab edilməsi və ona dəymiş 4660,5 manat məbləğində maddi ziyanın, 10000 manat məbləğində mənəvi zərərin və hüquqi yardım üçün ödədiyi 100 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir Şəhər Şöbəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət ederək “xx.xx.2021-ci il tarixdə həqiqi hərbi xidmətə çağırılmasının qanunsuz hesab edilməsi və ona dəymiş 4660,5 manat məbləğində maddi ziyanın, 10000 manat məbləğində mənəvi zərərin və hüquqi yardım üçün ödədiyi 100 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixli məhkəmə iclasında ərizə təqdim edərək, cavabdeh qismində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, üçüncü şəxs qismində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər Şöbəsininin qeyd edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(116)-386/2024 nömrəli qərardadı ilə cavabdehin dəqiqləşdirilməsi baradə ərizə icraata qəbul edilmiş, həmçinin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər Şöbəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir. İddia ərizəsi aşağıdakı əsaslandırılmışdır: - iddiaçı xx.xx.2021-ci il Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsi tərəfindən xidmətə tam yararlı hesab olunaraq müddətli həqiqi hərbi xidmətə çağırılmış və xidmət keçmək üçün AR DİN Daxili Qoşunlarının N №-li hərbi hissəsinə göndərilmişdir. Hərbi xidmətə göndərilməzdən əvvəl tibbi komissiya vaxtı səhhətindən şikayət etsə də, onun şikayətlərinə qulaq asan olmamışdır. Daha sonra səhhətində olan problemlərlə əlaqədar N №-li hərbi hissə komandirinin N №-li, xx.xx.2023-cü il tarixli göndərişi ilə hərbi xidmətə yararlılıq səviyyəsinin müəyyən edilməsi məqsədi ilə şəhadətləndirilmək üçün o, Daxili Qoşunlarının Hərbi Həkim Komissiyasına təqdim edilmişdir. AR DİN Daxili Qoşunlarının Baş İdarəsinin Tibb Xidmətinin Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə o “sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilmişdir. Ona “Onurğanın sağtərəfli döş-bel tipli İİ (ikinci) dərəcəli skolioz (23), XBT: M41 diaqnozu qoyulmuş, xəstəliyin səbəb əlaqəsi isə “ ümumi xəstəlikdir” ifadəsi ilə göstərilmişdir. Hesab edir ki, onun xx.xx.2021-ci il tarixdə müddətli həqiqi xidmətə çağırılması qanunsuz olmaqla yanaşı, ona maddi və mənəvi ziyan da vurulmuşdur. Ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsi xahişi ilə o, etibarnamə üzrə nümayəndəsi vasitəsi ilə xx.xx.2023-cü il tarixdə cavabdehə və Azərbaycan Respublikası Hərbi Prokurorluğuna ərizə ilə müraciət etmişdir. Cavabdeh müraciətini cavabsız və nəticəsiz qoymuşdur. Azərbaycan Respublikası Hərbi Prokurorluğu isə müraciətinə əsasən müvafiq araşdırma aparmışdır. AR Hərbi Prokurorluğunun müraciətinə verdiyi xx.xx.2023-cü il tarixli cavab məktubunda göstərilir ki, araşdırma zamanı Mingəçevir şəhər çağırış komissiyasının hərbihəkim komissiyasının sədri, eyni zamanda həkim-cərrah üzvü X4 2021-ci ilin oktyabr çağırışına hazırlıq zamanı xəstəliyininin vaxtında aşkara çıxarılması üçün onu ətraflı müayinə etməyərək düzgün diaqnoz təyin etməməsi komisyon məhkəmə-tibbi ekspertizasının rəyi ilə təsdiqini tapdığından, İ.Məmmədovun mülki şəxs olması nəzərə alınaraq, əməlinə hüquqi qiymət verilməsi məqsədi ilə material aidiyyəti üzrə baxılması Baş Prokurorluğa göndərilmişdir. Hesab edir ki, hərbi xidmətə cavabdeh tərəfindən qanunsuz olaraq çağrılması nəticəsində ona maddi və mənəvi ziyan dəymişdir. Belə ki, o xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hərbi xidmətə yararsız olduğu halda hərbi xidmətdə olmuşdur. Bu müddət ərzində o, əmək fəaliyyəti ilə məşğul olacağı halda minimum əmək haqqı ala bilərdi. Minimum əmək haqqı 2021-ci ildə 250 manat, 2022-ci ildə 300 manat, 2023-cü ildə isə 345 manat təşkil etmişdir. Belə olan halda o, 2021-ci ildə 641,66 manat, 2022-ci İldə 3600 manat, 418,92 manat cəmi 4660,5 manat əmək haqqı ala bilərdi. Lakin qanunsuz olaraq hərbi xidmətə çağırıldığına görə bütün bunlardan məhrum olmuşdur. Mənəvi ziyan tələbini onunla əsaslandırır ki, səhhəti imkan vermədiyi halda onun xidmət etməsi ona fiziki iztirablar vermişdir. İddiaçı, tələbinin hüquqi əsası olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin 1.4, 1.5, 2.11-ci bəndlərinə, Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələrinə istinad etmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: Hazırki iş üzrə iddia tələbi iki hissədən ibarətdir:
1. 13 oktyabr 2021-ci il tarixdə həqiqi hərbi xidmə çağırılmasının qanunsuz hesab edilməsi;
2. birinci hissədə qeyd olunan məsələ təsdiqini tapdığı təqdirdə vurulmuş maddi və mənəvi ziyana görə kompensasiyasının ödənilməsi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) və həmin Məcəllənin 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inztibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Belə ki, iddiaçının müddətli həqiqi hərbi xidmətə çağırışı ilə əlaqədar cavabdeh tərəfindən heç bir qanununsuz hərəkətə yol verilməmişdir. “Hərbi vəzifə və hərbi xidmət haqqında’’ Azərbaycan Respublikasının Qanununun (bundan sonra - Qanun) 13.1-ci maddəsinə əsasən, vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırışını keçirmək üçün rayonda, şəhərdə, şəhərdə rayonlarda aşağıdakı tərkibdə çağırış komissiyaları yaradılır: 13.1.1. komissiyanın sədri - müvafiq icra hakimiyyəti orqanının rəhbəri (burada - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri nəzərdə tutulur); 13.1.2. komissiya sədrinin müavini - müvafiq icra hakimiyyəti orqanının nümayəndəsi (burada - yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları nəzərdə tutulur); 13.1.3. komissiyanın üzvləri - müvafiq icra hakimiyyəti orqanının (burada - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi nəzərdə tutulur) nümayəndələri, hərbi həkim komissiyasının sədri. Qanunun 13.2-ci maddəsinə əsasən, çağırış komissiyasının işində həkim mütəxəssislər (cərrah, terapevt, nevropatoloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloq, dermato- veneroloq, psixoloq) iştirak etməlidirlər. Qanunun 13.3-cü maddəsinə əsasən, rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının və çağırış komissiyasının işinə cəlb edilmiş həkim mütəxəssislərin fərdi tərkibini müvafiq icra hakimiyyəti orqanı (burada - yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları nəzərdə tutulur) müvafiq icra hakimiyyəti orqanı (burada - Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti nəzərdə tutulur) ilə razılaşdırmaqla təsdiq edir. Qanunun 15.2-ci maddəsinə əsasən, tibbi müayinənin nəticələrinə uyğun olaraq rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada aşağıdakı qərarlardan birini qəbul edir: 15.2.1. müddətli həqiqi hərbi xidmətə yararlılıq haqqında; 15.2.2. sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında; 15.2.3. sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında; 15.2.4. dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında; . 15.2.5. həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarları ilə razılaşmadıqda çağırışçının Mərkəzi çağırış komissiyasına və (və ya) məhkəməyə müraciət etmək hüququ vardır. Qanunn 12-15-ci maddələrini rəhbər tutaraq iddiaçının hərbi xidmətə yararlığını Mingəçevir şəhər çağırış komissiyası müəyyən etmiş və qərar qəbul etmişdir. Qanun 17.1 -ci maddəsinə əsasən, Mərkəzi çağırış komissiyasının vəzifələri aşağıdakılardır: 17.1.1. rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarının qərarları ilə razı olmayan şəxslərin təkrar tibbi müayinəsini təşkil etmək; 17.1.2. çağırışçıların müddətli həqiqi hərbi xidmətə çağırılması, çağırışına möhlət verilməsi və çağırışdan azad edilməsi barədə mübahisələri həll etmək; 17.1.3. rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarının işinə nəzarət etmək, onların qərarları barədə verilmiş şikayətlərə baxmaq. İddiaçının sağlamlığı ilə bağlı şikayəti olmadığı üçün onu nə Xidmət, nə də ki Mərkəzi çağırış komissiyası müayinə etməmiş və qərar qəbul etməmişdir. Bu səbəbdən hazırki iş üzrə cavabdeh Xidmət məhkəmə işinə 3-cü şəxs qismində cəlb edilmiş Xidmətin Mingəçevir şəhər şöbəsinin təqdim etdiyi sənədlərə istinad edir. Belə ki, Xidmətin Mingəçevir rayon şöbəsinin təqdim etdiyi sənədlərə müvafiq olaraq, iddiaçı 2021-ci ilin oktyabr çağırışına hazırlığı ilə əlaqədar Xidmətin Mingəçevir şəhər şöbəsi tərəfindən məcburi diaqnostik müayinələrdən keçirilmiş və müayinələrin nəticəsinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim” ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin İ qrafası ilə Mingəçevir şəhər çağırış komissiyasının qərarı ilə “hərbi xidmətə yararlı” hesab edilmişdir. Bundan başqa, çağırışçılar müddətli həqiqi hərbi xidmətə göndərilməkdən əvvəl ruhi-əsəb, narkoloji, vərəm, dəri-zöhrəvi, cuzəm, QİÇS-lə mübarizə, Respublika Talassemiya Mərkəzindən və digər dispanserlərdən qeydiyyatda olan, digər tibb müəssisələrindən dispanser qeydiyyatında olan və son 12 ay müddətində yoluxucu və parazitar xəstəliklər keçirmiş çağırışçıların siyahılarını, ambulator xəstələrin tibbi vərəqələrini, stasionar xəstələrin tibbi vərəqələrindən çıxarışları və vətəndaşların səhhətini xarakterizə edən digər tibbi sənədlər və Əhalinin Sosial Müdafiəsi Mərkəzindən (ƏSMM) əlilliyə görə təqaüd alan və tibbi-sosial ekspert komissiyasından (TSEK) əlillik dərəcəsi verilmiş çağırışçıların siyahıları alınması üçün hərbi komissarlıqlar tərəfindən sorğu edilirdi. Çağırışçıların tibbi müayinəsi keçirdikdən əvvəl dispanserlərdən, tibb müəssisələrindən, Əhalinin Sosial Müdafiəsi Mərkəzindən və tibbi-sosial ekspert komissiyasından alınan cavablar rayon hərbi həkim komissiyaları tərəfindən öyrənilir, şəxsi işlərində qeydlər aparılır və tibbi müayinələr zamanı nəzərə alınır. İddiaçı 1 (bir) il 3 (üç) ay 27 (iyirmi yeddi) gün hərbi xidmət keçdikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi həkim komissiyası tərəfindən hərbi xidmətə yararsız hesab edilmişdir. Bu isə öz növbəsində iddiaçıda qeyd olunan xəstəliyin sonradan, yəni hərbi xidmət dövründə yaranmasına dəlalət edir. İddiaçıda hərbi xidmət dövründə aşkar olunmuş skolioz xəstəliyi hərbi xidmət dövründə fiziki gərginliklə əlaqədar onurğanın kəskin əyilməsinə səbəb olmuş və bu da öz növbəsində hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişdirmişdir. Əlavə olaraq bildiririk ki, Xidmətin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən həqiqi hərbi xidmətə çağırılanlar hərbi hissələrə təhvil verilərkən müvafiq olaraq xidmət etdikləri hərbi hissələrin tərkibində olan hərbi-həkim komissiyaları tərəfindən hərbi xidmətə yararlılıqlarının yoxlanılması üçün təkrar müayinədən keçirlər. Səhhətlərində hər hansı problemlər aşkar olunduqda çağırıldığı Xidmətin yerli baş idarə, idarə, şöbə və bölmələrinə geri qaytarılırlar. Göründüyü kimi, iddiaçı çağırışçı kimi bütün zəruri tibbi müayinələrdən keçirilmiş, hərbi xidmətə yararlı hesab edilərək müddətli həqiqi hərbi xidmətə göndərilmiş və müəyyən müddət xidmət keçdikdən sonra hərbi vəzifəli kimi ehtiyata buraxılmışdır. Bununla da Xidmət çağırış zamanı iddiaçıya qarşı öz üzərinə düşən vəzifələrini lazımi həcmdə icra etmişdir və bu səbəbdən maddi və mənəvi ziyana görə kompensasiya ödəmək öhdəliyi daşımır. Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinə əsasən, vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 noyabr 2008- ci il tarixli 7 nömrəli Qərarın 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin Qərarın 8-ci bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmələr mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasını nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirilməsini aydınlaşdırmalıdır. Adıçəkilən Plenumun qərarından görünür ki, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir, lakin hazırki iş üzrə Xidmət çağırış zamanı iddiaçıya qarşı öz üzərinə düşən vəzifələrini lazımi həcmdə icra etmiş, heç bir qanunsuzluğa yol verməmiş və bu səbəbdən maddi və mənəvi ziyana görə kompensasiya ödəmək öhdəliyi daşımır. Göstərilənlər nəzərə alınaraq məhkəmədən iddianın təmin edilməməsi xahiş edilmişdir. İddiaçı və onun nümayəndəsi məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İnzibati işə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - SX seriyalı, ******* nömrəli hərbi bilet, Xəstəlik haqqqında 33 nömrəli şəhadətnamə, AR Hərbi Prokurorluğunun xx.xx.2023-cü il tarixli məktubu, xx.xx.2N9-cu il tarixli Çağırışçının uçot kartası, N saylı hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli 243, 275, 13-xx.xx.2021-ci il tarixli 270, xx.xx.2022-ci il tarixli Ə160, Ə86-398-22, xx.xx.2022-ci il tarixli Ə670-398-22, xx.xx.2023-cü il tarixli 3-13-14-23/Ə68/2023 nömrəli əmrləri, AR DİN-in xx.xx.2023-cü il tarixli 3-13-14/Ə32/2023 nömrəli əmri, Azərbaycan Respublikası Prokurorluğu Mingəçevir Şəhər Prokurorluğunun xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş AR MN-nin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzi” PHŞ-nin K/91 nömrəli ekspert rəyi, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir Şəhər Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş İddiaçı aid rentgen müayinənin nəticəsinin surəti, “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” PHŞ-nin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş İddiaçı rentgenoloji müayinə nəticələri, xx.xx.2022-ci il tarixli Mingəçevir şəhər prokurorluğunun “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı.
Əsaslandırma hissəsi :
Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İPM-in 2.2, 2.2.7-ci maddələrinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddiaçının iddiası mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Lakin, iddia əsassızdır. Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikasının Qanunu: 3.2. Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir. 6.2. Vətəndaşlar müvafiq icra hakimiyyəti orqanında ilkin hərbi qeydiyyata alınarkən onların hərbi xidmətə yararlılığını müəyyən etmək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həkim mütəxəssislər tərəfindən hökmən tibbi müayinə, habelə hərbi xidmət müddətində onlardan daha məqsədəuyğun istifadə edilməsini müəyyənləşdirmək üçün psixoloji müayinə edilməli, müvəqqəti yararsız hesab edilən şəxslər isə Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına dövlət tibb müəssisələrində mütləq qaydada müalicəyə göndərilməlidirlər. 13.1. Vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırışını keçirmək üçün rayonda, şəhərdə, şəhərdə rayonlarda aşağıdakı tərkibdə çağırış komissiyaları yaradılır: 13.1.1. komissiyanın sədri – müvafiq icra hakimiyyəti orqanının rəhbəri; 13.1.2. komissiya sədrinin müavini – müvafiq icra hakimiyyəti orqanının nümayəndəsi; 13.1.3. komissiyanın üzvləri – müvafiq icra hakimiyyəti orqanının nümayəndələri, hərbi həkim komissiyasının sədri. 13.2. Çağırış komissiyasının işində həkim mütəxəssislər (cərrah, terapevt, nevropatoloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloq, dermato-veneroloq, psixoloq) iştirak etməlidirlər. 13.3. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının və çağırış komissiyasının işinə cəlb edilmiş həkim mütəxəssislərin fərdi tərkibini müvafiq icra hakimiyyəti orqanı müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla təsdiq edir. 14.1. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları aşağıdakı vəzifələri yerinə yetirirlər: 14.1.1. çağırışçıların tibbi müayinəsini təşkil etmək və bu Qanunun 15.2-ci maddəsində nəzərdə tutulmuş qərarlardan birini qəbul etmək; 14.1.2. çağırışçıların müddətli həqiqi hərbi xidmətə çağırılması barədə qərar qəbul etmək; 14.1.3. xüsusi hərbi ixtisaslar üzrə hazırlanması üçün çağırışçıları tibbi, psixoloji və başqa göstəricilərə görə səmərəli bölüşdürmək; 14.1.4. müvafiq icra hakimiyyəti orqanının say bölgüsü üzrə çağırışçıları müddətli həqiqi hərbi xidmətin keçirilməsi yerinə göndərmək; 14.1.5. bu Qanunda nəzərdə tutulmuş əsaslar üzrə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət vermək və ya çağırışdan azad etmək. 14.2. Çağırışçı rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının sədri tərəfindən onun barəsində qəbul edilmiş qərarlarla 10 gün müddətində tanış edilir. 14.3. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarları ilə razılaşmadıqda çağırışçının Mərkəzi çağırış komissiyasına və (və ya) məhkəməyə müraciət etmək hüququ vardır. 15.2. Tibbi müayinənin nəticələrinə uyğun olaraq rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada aşağıdakı qərarlardan birini qəbul edir: 15.2.1. müddətli həqiqi hərbi xidmətə yararlılıq haqqında; 15.2.2. sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında; 15.2.3. sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında; 15.2.4. dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında; 15.2.5. həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1 mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. 1097.1 mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115 zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. İş materiallarından və iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçının cavabdeh orqana qarşı tələbi xx.xx.2021-ci il tarixdə həqiqi hərbi xidmətə çağırılmasının qanunsuz hesab edilməsi və ona dəymiş 4660,5 manat məbləğində maddi ziyanın, 10000 manat məbləğində mənəvi zərərin və hüquqi yardım üçün ödədiyi 100 manat pulun ödənilməsindən ibarətdir. İddiaçı, xx.xx.2021-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətin Mingəçevir şəhər şöbəsinin çağırış komissiyası tərəfindən müddətli həqiqi hərbi xidmətə tam yararlı sayılaraq həqiqi hərbi xidmətə göndərilmiş, xx.xx.2021-ci il tarixdə N saylı hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, daha sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin xx.xx.2023-cü il tarixli əmri ilə vaxtından əvvəl həqiqi hərbi xidmətdən azad edilmişdir. O, hərbi xidmət keçdiyi zaman xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası DİN-in DQ-ın Hospitalında müayinə olunmuş, xx.xx.2021-cü ildə 18415 nömrəli xəstəlik haqqında şəhadətnaməyə əsasən “Onurğanın sağtərəfli döş-bel tipli İİ(ikinci) dərəcəli skolioz (23), XBT:M41” diaqnozu ilə, Azerbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə’’nin “Xəstəliklər cədvəlinin 66 c maddəsinin İİ qrafasına əsasən sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı bilinərək ehtiyata buraxılmışdır. Diaqnozun və xəstəliyin səbəb əlaqəsi “ümumi xəstəlikdir” qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının sağlamlıq vəziyyəti ilkin çağırış zamanı cavabdeh tərəfindən düzgün qiymətləndirilmiş və haqlı olaraq hərbi xidmətə yararlı hesab edilmişdir. Belə ki, icraat materiallarında olan “canlı şəxs və iş materialları üzrə ekspertiza” rəyində qeyd edilmişdir ki, İddiaçı 19.N,2N9-cu il tarixdə SHXÇDX-nin Mingəçevir şəhər şöbəsində ilkin hərbi qeydiyyata alınarkən və 2021-cı ilin oktyabr ayında hərbi xidmətə çağırılarkən mütəxəssis-həkimlərin müayinəsi zamanı onda hər hansı bir xəstəlik və ya xəstəliyin əlamətləri aşkar edilməmişdir, bu səbəbdən SHXÇDX-nin Mingəçevir şəhər şöbəsində ilkin hərbi qeydiyyata alınan zaman və hərbi xidmətə çağırılarkən “hərbi xidmətə yararlıdır" qərarı düzgün hesab edilmişdir. Bununla belə, hazırkı müayinələrin nəticəsini nəzərə alaraq demək olar kı, İddiaçı xx.xx.2N9-cu il tarixdə SHXÇDX-nin Mingəçevir şəhər şöbəsində ilkin hərbi qeydiyyata alınarkən və 2021-ci ilin oktyabr ayında hərbi xidmətə çağırılarkən onda "skolioz' xəstəliyinin əlamətləri olmuşdur, lakin İddiaçı qeyd edilən tarixlərdə ‘'skolioza görə müayinə olunmadığından həmin vaxtlarda onun hərbi xidmətə yararlılıq kateqoriyası barədə hazırda dəqiq fikir söyləmək mümkün deyil. İddiaçı DİN-nin Daxili Qoşunları Hərbi Hospitalının hərbi-həkim komissiyasında “Onurğanın doşbel nahiyəsinin İİ mərhələ skoliozu (12°)” diaqnozu düzgün təyin edilmişdir. - Elmi-Tədqiqat Travmatologiya və X6 Hüquqi Şəxsin həkim mütəxəssisləri tərəfindən İddiaçı qoyulmuş "Sağtərəfli döş-bel tipli İİ dərəcəli skolioz (23°)” diaqnozu qismən düzgün hesab edilir. Belə ki, Elmi-Tədqiqat Travmatologiya və X6 Hüquqi Şəxsin həkim mütəxəssisləri tərəfindən K.S Camalzadədə “skolioz" xəstəliyinin varlığı və həmin xəstəliyin ikinci mərhələdə olması düzgün təyin edilmiş, ’'skolioz'’un dərəcəsi düzgün təyin edilməmişdir. Belə ki, İddiaçı olan 'skolioz' 12 dərəcəli olduğu halda, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya institutunda “skolioz un dərəcəsinin 23 dərəcə olduğu müəyyən edilmişdir, lakin qeyd edilənlər İddiaçı hərbi xidmətə yararlılıq dərəcəsini dəyişmir. - İddiaçı DİN-nin DQ-ın Hospitalının hərbi-həkim komissiyası tərəfindən “Onurğanın sağtərəfli döş-bel tipli İİ dərəcəli skoliozu (23°)” diaqnozlu xəstəliklə "Xəstəliklər cədvəlinin 66 “c” maddəsinin İİ qrafasına əsasən və ƏTC-nə əsasən (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-cı il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə'yə qoşma) “sulh dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır" qərarı ilə düzgün olaraq şəhadətləndirilmışdır. - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə’nın və Tibbi şəhadətləndirılmə zamanı müayinələrin aparılma metodikası haqqında təlimatın tələblərinə əsasən, müayinə olunan şəxsdə “Skolioz'’ xəstəliyinin olub-olmaması ilkin olaraq vizual müayinə ilə hərbi-həkim komissiyasının mütəxəssisi tərəfindən (həkim-cərrah tərəfindən) və ya çağırışçının xəstəliyi ilə bağlı şikayətləri olduğu halda keçirilən xüsusi müayinələrlə aşkar edilə bilər. "Skolioz”un mərhələsinin və dərəcəsinin təyini rentgenoloji müayinənin nəticəsinə əsaslanır, qeyd edilən hər iki halda, çağırışçı “skolioz” un dərəcəsini və mərhələsini təyin etmək üçun rentgenoloji müayinəyə göndərilir, müayinənin nəticəsindən asılı olaraq cərrah tərəfindən diaqnoz dəqiqləşdirilir və bu xəstəliyə görə hərbi xidmətə yararlılıq kateqoriyası qiymətləndirilir. İddiaçı olan “Onurğanın sağtərəfli döş-bel tipli skoliozu” hərbi xidmətdən əvvəl yaranmış və 2021-ci ilin oktyabr ayında hərbi xidmətə çağırılarkən onda olmuşdur. İddiaçı 2021-ci ilin oktyabr ayında hərbi xidmətə çağırılarkən skolioz xəstəliyinə görə müayinədən keçmədiyinə və bu xəstəliyə görə rentgenoqrammaları olmadığına görə, hərbi xidmətə çağırılan zaman onda olmuş xəstəliyin mərhələsi, dərəcəsi və hərbi xidmətə yararlı olubolmaması barədə hazırda fikir söyləmək mümkün deyil. - DİN-nin DQ-nın Hərbi Hospitalının hərbi-həkim komissiyası və X1 və Ortopediya İnstitutu PHŞ-nin və Mingəçevir Şəhər şöbəsinin hərbi-həkim komissiyasının həkim mütəxəssisləri tərəfindən İddiaçı tibbi müayinəsi və şəhadətləndirilməsi aparılarkən qüvvədə olan təlimatların və ya digər normativ aktların tələbləri pozulmamışdır. - İddiaçı hal-hazırda “Onurğa sütununun döş-bel nahiyəsinin təsbit olunmuş ikinci mərhələ (12 dərəcə) skoliozu” Diaqnozlu xəstəlik vardır, bu xəstəliklə o, “xəstəliklər cədvəl”inin 66c maddəsinin İİ qrafasına və ƏTC-yə ( Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır”. Eyni zamanda iş materiallarında olan, xx.xx.2022-ci il tarixli Mingəçevir şəhər prokurorluğunun “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarında qeyd edilmişdir ki, iddiaçı, 13 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xldmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər Şöbəsinin çağırış komissiyasının üzvləri tərəfindən yoxlanılmış, "sağlam" olması sənədləşdirilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına hərbi xidmətə göndərilmiş, hərbi xidmətin 16-cı ayında yəni 2022-ci ilin fevral ayında xidmət etdiyi qurumda müddətdən artıq hərbi qulluqçu kimi işə düzəlmək istəyən zaman sonuncu qurumun hospitalında müvafiq tibbi yoxlamalardan keçirilmiş, həmin tibbi yoxlamalar zamanı ona onurğa sütununun döş-bel nahiyəsinin təsbit olunmuş ikinci mərhələ (12°) skoliozu" xəstəlik diaqnozu qoyulmuş, bu xəstəliklə, o, "Xəstəliklər cədvəli”nin 66c maddəsinin İl qrafasına və TC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə'yə qoşma) əsąsən "Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı" hesab edilərək xidmətini tamamlamadan hərbi xidmətdən təxris olunmuşdur. ... Lakin, toplanmış araşdırma materialından və komisyon məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, SHXÇDX-nin Mingəçevir şəhər şöbəsinin həkim mütəxəssisləri tərəfindən İddiaçı tibbi müayinəsi və şəhadətləndirilməsi aparılarkən həqiqi hərbi xidmətə çağırılarkən vətəndaşların sağlamlıq vəziyyətinin müəyyən edilməsi üçün aparılan mütləq müayinələrinin həcmi səviyyəsində tibbi müayinələrə cəlb olunmuş və bu barədə tibbi sənədlər Təlimatın tələblərinə uyğun tərtib edilmişdir. Bele olan halda, İTSÜDA-nin "Mingəçevir şəhər mərkəzi xəstəxanası" publik hüquqi şəxsinin Cərrahiyyə şöbəsinin həkim uroloq cərrahı, SHXÇDX-nin Mingəçevir şəhər söbəsinin hərbi-həkim komissiyasının sədri Məmmədov İİham Tahir oğlunun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308 ve 313-cü maddələrində nəzərdə tutulmuş cinayət tərkibi olmadığından cinayət işinin başlanması Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilməlidir. İş materiallarından görünür ki, iddiaçının xəstəliyi (“Onurğanın sağtərəfli döş-bel tipli İİ dərəcəli skoliozu”) 2023-cü ildə aşkar edilmiş və buna müvafiq olaraq hərbi xidmətdən təxris edilmişdir. Bu zaman müəyyən edilməli olan işin xüsusi halı bu xəstəliyin çağırış zamanı mövcud olub-olmaması, mövcud idisə, hansı səviyyədə olması və tibbi komissiyanın bunu necə müəyyən etməli olmasıdır. İş materiallarında olan ekspertiza rəyindən görünür ki, sözügedən xəstəlik çağırış zamanı da iddiaçıda olmuşdur. Lakin, xəstəliyin çağırış zamanı hansı dərəcədə olması barədə hazırda dəqiq məlumat yoxdur. Yəni, xəstəlik müəyyən edildiyi vaxt (2023-cü il) onun 2021-ci ildə hansı dərəcədə olduğu tam sübut olunmamışdır. Nəzərə alınmalıdır ki, onurğa sütununun deformasiyasının hansı mərhələdə olması yalnız müvafiq dövrdə aparılmış tibbi müayinələrlə müəyyən edilə bilər. Belə ki, onurğa sütununun deformasiyasının geriyə doğru inkişaf etmədiyi, yalnız irəlilədiyi nəzərə alınarsa, indiki dərəcənin təxminən hansı mərhələdən inkişaf etməsi həmin dövrə aid müvafiq tibbi sənədlər əsasında müəyyən edilə bilər. Müvafiq sənədlər mövcud olmadığından məhkəmə tərəfindən əlavə məhkəmə-tibbi ekspertizası təyin edilməmişdir. İstinad olunan ekspert rəyində qeyd olunur ki, o dövrdə skoliozun hansı dərəcədə olması dəqiqləşdirilməyib. İşin faktiki hallarından görünür ki, iddiaçı xidmətin 16-cı ayında, yəni 1 ildən çox xidmət etdikdən sonra müddətdən artıq xidmətə keçmək üçün tibbi müayinədən keçmişdir. Əgər xidmətə başlamazdan əvvəl və ya xidmətin ilk dövrlərində iddiaçının sağlamlıq problemi olsaydı, o, bu qədər uzun müddət hərbi xidmətdə qala bilməzdi (xidmətin ilk aylarında sağlamlığı ilə bağlı problemlə üzləməli idi). Əksinə, iddiaçı 1 ildən artıq müddət ərzində hər hansı ciddi şikayət etməmiş, xidməti yerinə yetirməkdə davam etmiş və könüllü şəkildə daha uzun müddət hərbi xidmətdə qalmaq - müddətdən artıq xidmətə keçmək arzusunda olmuşdur. Bu isə onun sağlamlığından ciddi narahat olmadığını göstərir. İddiaçı hərbi xidmət zamanı ciddi bir müalicə almamış və əmək qabiliyyəti ilə bağlı problem yaşamamışdır. Nəzərə alınmalıdır ki, ikin mərhələdə (İ-İİ dərəcə) skolioz ciddi məhdudiyyət yaratmadığından iddiaçının hərbi xidmətə yararlı hesab olunması tamamilə mümkün idi. Hərbi xidmətin ağırlığı və fiziki gərginlik (ağır yük qaldırmaq, daimi fiziki aktivlik, uzun müddət ayaqüstə qalmaq və s.) skoliozun inkişafını sürətləndirdiyindən bu, ilkin mərhələdə yüngül dərəcədə olan skoliozun daha ağır formaya keçməsinə, onurğa sütununun deformasiyasının dərinləşməsinə və nəticədə hərbi xidmətə yararsızlığa səbəb ola bilərdi. İddiaçının mənəvi zərərin ödənilməsi tələbinə münasibətdə məhkəmə qeyd edir ki, mənəvi zərər şəxsə həqiqətən əziyyət verən, onun həyatına və psixoloji vəziyyətinə ciddi təsir göstərən hallarla müşaiət olunur. İddiaçının 1 ildən çox xidmət etdikdən sonra özünün müddətdən artıq xidmətə keçmək istəyi nəzərə alındıqda “səhhəti imkan vermədiyi halda xidmət etməsinin fiziki iztirablar verməsi” dəlilinin əsasız olması müəyyən edilir. Mənəvi zərərin iddia edilə bilməsi üçün şəxsin xidmətdə olduğu dövrdə fiziki və psixoloji əziyyət çəkməsi sübuta yetirilməlidir. Halbuki, iddiaçının xidməti müddət ərzində sağlamlığı ilə bağlı ciddi şikayəti etməməsi, aktiv xidmət keçməsi və müddətdən artıq xidmətə keçmək niyyətində olması onun bu dövrdə ciddi iztirab çəkmədiyini göstərir. Əgər iddiaçının xəstəliyi onun hərbi xidməti dözülməz hala gətirəcək dərəcədə olsaydı, bu, həmin dövrdə onun davranışında və şikayətlərində öz əksini tapmalı idi. Yəni, səhhəti imkan vermədiyi halda xidmət keçən və iztirab çəkən şəxsin niyyəti hərbi xidmətinin müddətdən artıq davam etdirilməsinə yox, hərbi xidmətinin sonlandırılmasına yönəlmiş olmalıdır. İşin yuxarıda müəyyən edilmiş faktiki hallarına əsasən çağırış komissiyasının iddiaçının sağlamlıq vəziyyətini həmin dövrdə mövcud olan tibbi müayinələrin nəticələrinə əsasən qiymətləndirməsi və bu hərəkətlərin qanunvericiliyin tələblərinə uyğun olması müəyyən edildiyindən, məhkəmə hesab edir ki, iddiaçının xəstəliyinin sonrakı ağırlaşmaları hərbi xidmətin təsiri ilə baş vermişdir. Odur ki, iddiaçının xəstəliyinin təsirlərini hiss etmədən xidmətini davam etdirməsi və müddətdən artıq hərbi xidmət keçmək üçün müraciət etməsi ilkin çağırış zamanı onun hərbi xidmətə yararlılığının müəyyən edilməsi üçün obyektiv əsasların olması qənaətini yaradır. Şərh olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, iddiaçının hərbi xidmətə yararlığının müəyyən edilməsi ilə bağlı cavabdehin hərəkətləri ilə vurulmuş zərər arasında səbəbli əlaqənin mövcudluğu sübuta yetirilmədiyindən, iddiaçı, hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmamışdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli 7 saylı qərarında isə qeyd edilir: Məhkəmələrə izah edilsin ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən ) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. 10-cu bənd. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “xx.xx.2021-ci il tarixdə həqiqi hərbi xidmətə çağırılmağının qanunsuz hesab edilməsi və ona dəymiş 4660,5 manat məbləğində maddi ziyanın, 10000 manat məbləğində mənəvi zərərin və hüquqi yardım üçün ödədiyi 100 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.