Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-651/2024 04.03.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, Aslanova Sədaqət Bəlyar qızının katibliyi, iddiaçının nümayəndəsi X8 və cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Şəki rayon Şəki bələdiyyəsinə qarşı “Şəki rayon Şəki bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 06 saylı iclasının gündəliyində olan 8-ci məsələ üzrə Şəki şəhəri B.Vahabzadə küçəsində yerləşən (reyestr nömrələri **********59, **********60, **********61) 3 ədəd, hər biri 0,05 ha olan torpaq sahələrinin satışı məqsədilə müsabiqəyə çıxarılması barədə qəbul edilmiş qərarların ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayon Şəki bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 06 saylı iclasının gündəliyində olan 8-ci məsələ üzrə Şəki şəhər B.Vahabzadə küçəsində yerləşən (reyestr nömrələri **********59, **********60, **********61) 3 ədəd, hər biri 0,05 ha olan torpaq sahələrinin satışı məqsədilə torpaq sahələrinin müsabiqəyə çıxarılması barədə qəbul edilmiş qərarların ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbinin əsaslarına görə, Şəki bələdiyyəsinin İddiaçınə daxil olmuş xx.xx.2023-cü il tarixli 06 nömrəli iclas protokolunda olan aktlara (qərarlara) inzibati nəzarət qaydasında baxılarkən məlum olmuşdur ki, iclasın gündəliyində olan 8-ci məsələ üzrə torpaqların satışı, hərrac və ya müsabiqəyə çıxarılması ilə bağlı qərarlarda müəyyən edilmiş qiymətlər real bazar qiymətlərini əks etdirmir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri pubiik hüquqi şəxsin 12 saylı Şəki ərazi idarəsinin sorğuya əsasən təqdim etdiyi cavab məktubundan aydın olmuşdur ki, protokolda göstərilən torpaqlardan bəzilərinin qiymətləri ilə real bazar qiymətləri arasında kəskin fərq vardır. Belə ki, iclasın gündəliyində olan 8-ci məsələ üzrə müsabiqəyə çıxarılması nəzərdə tutulan B.Vahabzadə küçəsində yerləşən (reyestr nömrələri **********59, **********60, **********61) 3 ədəd, hər biri 0,05 ha olan torpaq sahələrinin satışı ilə bağlı qərarlarda 0,01 ha üçün qiymət 2254 manat müəyyən edilsə də, 12 saylı ərazi idarəsinin xx.xx.2023-cü il tarixli arayışından məlum olmuşdur ki, torpaq sahələrinin real bazar qiyməti 0,01 ha üçün 5000 manatdır. Qərarlara inzibati nəzarət qaydasında baxılmasının nəticəsində bələdiyyənin qeyd olunan aktlarının ləğv edilməsi barədə xx.xx.2023-cü il tarixdə 343-Ş saylı təklif məktubu göndərilmişdir. Lakin qanunvericiliyin tələblərinə əsasən təklif 5 gün ərzində müzakirəyə çıxarılmalı olduğu halda bələdiyyə tərəfindən təklif məktubu müzakirəyə çıxarılmamış, təklif təmin edilməmiş və ya hər hansı sənəd idarəyə daxil olmamışdır. Belə olan halda inzibati nəzarət orqanı məhkəməyə müraciət etməli olur. Cavabdeh Şəki bələdiyyəsi 985 nömrəli xx.xx.2023-cü il tarixli məktubunda iddia tələbinə münasibət bildirərkən qeyd etmişdir ki, Şəki bələdiyyəsinin 08 iyun 2023-cü il tarixli, 06 saylı iclasının 8-ci məsələsi üzrə qəbul edilmiş qərarlarla Şəki şəhərinin B.Vahabzadə küçəsində (4-cü kvartal) yerləşən, hər birinin sahəsi 0,05 ha olan 3 ədəd torpaq sahəsinin (**********60, **********61. **********59) 0,01 hektarının ilkin satış qiyməti həmin kvartalda son müsabiqədə satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az olmayaraq 2254 (iki min iki yüz əlli dörd) manat müəyyən edilərək fərdi yaşayış evinin tikintisi üçün mülkiyyətə verilməsindən ötrü müsabiqəyə çıxarılmışdır. İclasın ptortokolu qanunvericiliyin tələblərinə uyğun olaraq 14 iyun 2023-cü il tarixli 492 nömrəli məktubla bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən İddiaçınə göndərilmişdir. Eyni zamanda qərardan çıxarış müvafiq sənədlərlə birlikdə müsabiqənin təşkil edilməsi üçün 14 iyun 2023-cü il tarixli 514 nömrəli məktubla Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində X7 publik hüquqi şəxsin Şəki ərazi torpaq müsabiqə və hərrac komissiyasına göndərilmişdir. Yuxarıda qeyd olunan torpaq sahələrinin fərdi yaşayış evinin tikintisi üçün mülkiyyətə verilməsi üzrə 14 sentyabr 2023-cü il tarixdə Şəki ərazi torpaq müsabiqə və hərrac komissiyası tərəfindən müsabiqə keçirilmiş və iştirakçılardan X6 müsabiqədə qalib olmuşdur. İddiaçı Şəki bələdiyyəsinin 08 iyun 2023-cü il tarixli, 06 saylı iclasının 8-ci məsələsi üzrə qəbul edilmiş qərarlarının ləğv edilməsi haqqında 07 sentyabr 2023-cü il tarixli 343-Ş nömrəli məktubu ilə göndərilmiş təklifi 19 sentyabr 2023-cü il tarixdə Şəki bələdiyyəsinə daxil olmuşdur. Göründüyü kimi İddiaçı sözügedən qərarların ləğv edilməsi haqqında təklifi qeyd olunan torpaqlar üzrə müsabiqə keçirildikdən sonra bələdiyyəyə daxil olmuşdur. Belə olan halda torpaq sahələri üzrə müsabiqə keçirilməsi haqqında qərarların ləğv edilməsi məsələsinin müzakirə edilməsinə lüzum qalmamışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(116)-651/2024 nömrəli qərardadı ilə X6 hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişdir. Üçüncü şəxs tərəfindən iddia tələbinə dair yazılı münasibət (etiraz) məhkəməyə təqdim edilməmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxs X6 məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə üçüncü şəxsin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi cavabdehin iddiaya qarşı münasibət məktubunun məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddiaları (İPM-in 2.2.8-ci maddəsi) qismində mümkün iddiadır. İddiaçı 3-16-30/3/659 nömrəli xx.xx.2023-cü il arixli məktubuna əlavə olunmuş: Şəki ŞİH-nin Şəki bələdiyyəsinə ünvanladığı 8/930, 8/931 və 8/932 nömrəli xx.xx.2022-ci il tarixli rəylərindən görünür ki, əlaqədar idarə və təşkilatların razılıqları alındıqdan sonra şəhərin 4-cü kvartalından 500 kv.m torpaq sahələrinin fərdi yaşayış evi tikmək məqsədilə müsabiqə qaydasında satılmasına etiraz edilməmişdir. xx.xx.2023-cü il qeydiyyat tarixli, **********59, **********60 və **********61 reyestr nömrəli çıxarışlardan görünür ki, ünvan 2 ünvanında yerləşən, hər birinin sahəsi 0,05 ha olan yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahələri Şəki bələdiyyəsinin xüsusi mülkiyyətində olmuşdur. Şəki bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 06 saylı iclas protokolunun surətindən görünür ki, iclasın gündəliyində duran 8-ci məsələ Şəki bələdiyyəsinin mülkiyyətində olan, şəhərin B.Vahabzadə küçəsində (4-cü kvartal) yerləşən, hər birinin sahəsi 0,05 ha olan 3 ədəd torpaq sahələrinin fərdi yaşayış evinin tikintisi üçün mülkiyyətə verilməsi məqsədilə həmin torpaq sahələri üzrə müsabiqənin keçirilməsi haqqında olmuşdur. Həmin iclasda Şəki bələdiyyəsinin mülkiyyətində olan, şəhərin B.Vahabzadə küçəsində (4-cü kvartal) yerləşən, hər birinin sahəsi 0,05 ha olan 3 ədəd torpaq sahələri üzrə müsabiqə keçirilməsi barədə Şəki bələdiyyəsinin memarı C.M.Musayevin verdiyi məlumat nəzərə alınmış, Şəki bələdiyyəsinin mülkiyyətində olan, şəhərin B.Vahabzadə küçəsində (4-cü kvartal) yerləşən hər birinin sahəsi 0,05 ha olan 3 ədəd torpaq sahəsinin (**********60, **********61, **********59) 0,01 hektarının ilkin satış qiyməti həmin kvartalda son müsabiqədə satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az olmayaraq 2254 (iki min iki yüz əlli dörd) manat, müəyyən edilmiş və fərdi yaşayış evinin tikintisi üçün mülkiyyətə verilməsindən ötrü həmin torpaq sahələri üzrə müsabiqənin keçirilməsi, həmçinin torpaq müsabiqə və hərracların təşkilatçısı ilə Şəki bələdiyyəsi arasında “Torpaq müsabiqə müqaviləsi”nin bağlanmasının Şəki bələdiyyəsinin sədri M.Z.Allahverdiyevə həvalə edilməsi qərara alınmışdır. İddiaçı xx.xx.2023-cü 3/343-Ş nömrəli məktubu ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə sorğu ünvanlanmış və **********59, **********60, **********61 reyestr nömrəli torpaq sahələrinin 0,01 hektarının bazar qiyməti barədə məlumatın verilməsi xahiş olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinin İddiaçınə ünvanladığı xx.xx.2023-cü il tarixli 3-21-3-39/2-2427/2023 nömrəli məktubunda qeyd olunmuşdur ki, təqdim olunan reyestr nömrələri üzrə torpaq sahələrinin 0,01 hektarının bazar qiyməti 5000 manatdır. İddiaçı Şəki bələdiyyəsinə ünvanladığı 343-Ş nömrəli xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, iclasın gündəliyində olan 8-ci məsələ üzrə müsabiqəyə çıxarılması nəzərdə tutulan B.Vahabzadə küçəsində yerləşən (reyestr nömrələri **********59, **********60, **********61) 3 ədəd, hər biri 0,05 ha olan torpaq sahələrinin satışı ilə bağlı qərarda müəyyən edilmiş qiymət real bazar qiymətlərinə uyğun deyildir. Belə ki, qərarda 0,01 ha üçün qiymət 2254 manat müəyyən edilsə də, 12 saylı Şəki ərazi idarəsinin xx.xx.2023-cü il tarixli arayışından məlum olmuşdur ki, torpaq sahələrinin real bazar qiyməti 0,01 ha üçün 5000 manatdır. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Azərbaycan Respublikası Qanununun 8.4-cü maddəsinə və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin təşkili haqqında” Təlimata əsasən hazırkı məktubun 5 iş günündən gec olmayaraq bələdiyyə iclasının müzakirəsinə çıxarılaraq Şəki bələdiyyəsinin xx.xx.2023-ci il tarixli 06 nömrəli nömrəli iclasının gündəliyində olan 8-ci məsələ üzrə qəbul edilmiş qərarların ləğv edilməsi Şəki bələdiyyəsinə təklif olunmuşdur. Sözügedən məktubun iş materiallarında olan Şəki bələdiyyəsi tərəfindən daxilolma ştampı vurulmuş surətindən görünür ki, məktub Şəki bələdiyyəsinə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Cavabdeh Şəki bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 1003 nömrəli məktubuna əlavə olunmuş: xx.xx.2023-cü il tarixli Torpaq müsabiqə müqavilələrindən görünür ki, “X7” publik hüquqi şəxsinin Şəki ərazi torpaq müsabiqə və hərrac komissiyası ilə Şəki bələdiyyəsi arasında Şəki şəhəri ərazisində yerləşən, **********59, **********60 və **********61 reyestr nömrəli xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarışlara əsasən Şəki bələdiyyəsinin mülkiyyətinə aid olan 0,05 ha torpaq sahələrinin müsabiqəyə çıxarılması barədə 3 ədəd ayrı-ayrı müqavilə bağlanmışdır. “X7” publik hüquqi şəxsinin Şəki ərazi torpaq müsabiqə və hərrac komissiyasının xx.xx.2023-cü il tarixli 258, 259 və 260 nömrəli iclaslarının protokollarından görünür ki, Şəki bələdiyyəsinin mülkiyyətində olan, hər biri 0,05 ha olan torpaq sahələrinin satılması məqsədilə keçirilmiş müsabiqədə hər 0,05 ha torpaq sahəsi üzrə 11300 manat ən yüksək təklif vermiş X6 müsabiqənin qalibi hesab olunmuşdur. “X7” publik hüquqi şəxsinin Şəki ərazi torpaq müsabiqə və hərrac komissiyası tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş HTM seriyalı, 004425, 004426 və 004427 nömrəli şəhadətnamələrdən görünür ki, xx.xx.2023-cü il tarixdə keçirilmiş torpaq müsabiqəsinin qalibi olduğuna görə X4 0,05 ha torpaq sahələrinin hər birinə dair ayrıayrılıqda 258, 259 və 260 nömrəli şəhadətnamələr verilmişdir. xx.xx.2023-cü il tarixli 1188255, ******* və ******* nömrəli Daşınmaz əmlakın alqısatqı müqavilələrindən görünür ki, Şəki bələdiyyəsi mülkiyyətində olan, hər biri 0,05 ha olan torpaq sahələrini X1. xx.xx.2023-cü il tarixli, BPM**********26, BPM**********64 və BPM**********42 nömrəli 3 ədəd mədaxil qəbzlərindən görünür ki, X6 tərəfindən torpaq sahələrinin dəyəri Şəki bələdiyyəsinin bank hesabına ödənilmişdir. xx.xx.2023-cü il tarixli **********56 reyestr nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli, **********91 reyestr nömrəli çıxarışlardan görünür ki, ünvan 2 ünvanında yerləşən, hər birinin sahəsi 0,05 ha olan yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahələri X3 xüsusi mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-39/2-4269/2023 nömrəli məktubunda qeyd olunur ki, **********59, **********60 və **********61 reyestr nömrəli torpaq sahələri özgəninkiləşdirilərək hər üçü X3 adına qeydiyyata alınmışdır. İddia ərizəsi və işin yuxarıda göstərilən faktiki hallarına mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsassızdır. “Bələdiyyələrin fəalliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 8.4-cü və 8.6-cı maddələrinə görə inzibati nəzarəti həyata keçirən orqan bu Qanunun 5.0.1-ci maddəsində nəzərdə tutulmuş hallarda və ya daxil olmuş müraciətin araşdırılması nəticəsində bələdiyyə aktının bu Qanunun 1-ci maddəsində göstərilmiş normativ hüquqi aktlara zidd olduğunu aşkar etdikdə, həmin aktın dəyişdirilməsi və ya ləğv edilməsi barədə 5 iş günü müddətində müvafiq bələdiyyəyə müraciət edir. Bələdiyyə tərəfindən həmin müraciətə 5 iş günü müddətində bələdiyyə iclasında baxılaraq nəticəsi barədə inzibati nəzarəti həyata keçirən orqana məlumat verilir. Hər hansı bələdiyyə aktı və ya bələdiyyənin fəaliyyəti dövlət mənafelərinə və ya ictimai mənafelərə ağır ziyan vura bilərsə, inzibati nəzarəti həyata keçirən orqan müvafiq bələdiyyəyə dərhal həmin aktın ləğv edilməsini (dəyişdirilməsini) və ya həmin fəaliyyətə xitam verilməsini təklif edir. Bu təklif 3 iş günü müddətində yerinə yetirilmədikdə, inzibati nəzarəti həyata keçirən orqan dərhal məhkəməyə müraciət edir və həmin iddianın təmin edilməsi ilə bağlı qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən, (13.1.) inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; (13.2.) inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. (13.5.) Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Həmin qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaq sahələri fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satıldıqda qiymətlər, habelə hərraca və ya müsabiqəyə çıxarılan bələdiyyə mülkiyyətində olan torpaqların ilkin qiyməti (qiyməti) torpağın normativ qiymətindən az olmamaq şərtilə bazar qiyməti nəzərə alınmaqla bələdiyyələr tərəfindən müəyyən edilir. “Torpaq bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin 3-cü abzasına əsasən bələdiyyə mülkiyyətində olan torpaq sahələri fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satıldıqda qiymətlər, habelə hərraca və ya müsabiqəyə çıxarılan bələdiyyə mülkiyyətində olan torpaqların ilkin qiyməti (qiyməti) normativ qiymətdən az olmamaq şərtilə bazar məzənnələri nəzərə alınmaqla bələdiyyələr tərəfindən müəyyən edilir. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 23-cü bəndinə əsasən bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlər əsasında 15 gündən gec olmamaqla, bələdiyyənin növbəti iclasında torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul edir və bu barədə 3 gün müddətində ərizəçiyə bildiriş göndərir. Qərarda torpağın təyinatına uyğun olaraq bazar qiyməti nəzərə alınmaqla, torpağın qiyməti və 60 gündən gec olmamaqla, torpağın dəyərinin ödənilməsi müddəti müəyyən edilir. Qərarla müəyyən edilən müddətdə ərizəçi ilə bələdiyyə arasında alğı-satqı müqaviləsi bağlanılmalı və torpağın dəyəri ödənilməlidir. Əgər bu müddətdə müqavilə bağlanılmazsa və torpağın dəyəri ödənilməzsə, bələdiyyə tərəfindən torpağın mülkiyyətə ayrılması barədə qərar ləğv edilir. Torpağın hər 0,01 hektarının qiyməti şəhərlərin və rayon mərkəzlərinin müvafiq zonasında və ya müvafiq kadastr qiymət rayonuna daxil olan inzibati rayonda son torpaq hərracı və ya müsabiqəsi vasitəsilə satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az ola bilməz. Belə hərrac keçirilənədək bu maddəyə uyğun olaraq bələdiyyə tərəfindən satılan torpaq sahəsinin qiyməti son üç ay ərzində həmin torpaq sahəsinə uyğun torpaq sahəsinin notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Torpaq sahəsinin qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün bələdiyyə tərəfindən satılan torpaq sahəsini 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, satılan torpaq sahəsinə uyğun torpaq sahəsinin bazar qiyməti əsas götürülür. Bu maddənin məqsədləri üçün notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş qiymətlər barədə məlumat bələdiyyənin sorğusu əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 gün müddətində verilir. İş materialları ilə müəyyən edilir ki, Şəki bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 06 saylı iclasının gündəliyində olan 8-ci məsələ üzrə müvafiq qərar qəbul edilərkən torpaq sahəsinin bazar qiyməti həmin kvartalda son müsabiqə vasitəsilə satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az olmayaraq müəyyən edilmiş, iddiaçı isə öz növbəsində göstərilən qiymətin bazar qiymətindən aşağı olmasını əsas gətirərək, bələdiyyə qərarının mübahisələndirilən hissədə ləğvini tələb etmişdir. Bununla belə nəzərə alınmalıdır ki, mübahisələndirilən, cavabdehin xx.xx.2023-cü il tarixli 06 saylı iclasının gündəliyində olan 8-ci məsələdə qeyd edilmiş bütün torpaq sahələri bələdiyyə tərəfindən müvafiq alqı-satqı müqavilələri bağlanmaqla üçüncü şəxsin xeyrinə özgəninkiləşdirilmişdir. Sözügedən torpaq sahələrinin satılması ilə bağlı qərar qəbul edilərək, artıq müvafiq torpaq sahələri özgəninkiləşdirildiyindən və üçüncü şəxs torpaq sahələri üzərində mülkiyyət hüququ əldə etdiyindən onun mübahisələndirilən inzibati akta münasibətdə etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək hüququ yaranmışdır. Belə ki, cavabdeh, müvafiq torpaq sahələrinin satılması və torpaq sahəsinin satış dəyərinin müəyyən edilməsi ilə bağlı qərarı qəbul edilərkən son müsabiqədə satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az olmayaraq qiymətləri müəyyən etdiyindən, üçüncü şəxslərin cavabdeh inzibati orqanın inzibati praktikasına, onun davranışına etimad hüququ və bununla bağlı onun inzibati orqandan qanuni gözləntiləri də mövcud olmuşdur. Belə ki, analoji şərtlər daxilində əvvələr torpaq sahələrinin özgəninkiləşdirilməsi, yenə cavabdehin uyğun qaydada davranacağı ilə bağlı üçüncü şəxsdə haqlı olaraq qanuni gözləntiləri yaratmışdır. Nəzərə alınmalıdır ki, şəxsin müraciəti əsasında əlverişli inzibati aktın qəbul edilməsi və həmin aktın qanunauyğunluğunun təmin edilməsi inzibati orqanın məsuliyyət sferasına aiddir və bu zaman yol verilmiş pozuntulara görə üçüncü şəxslərin hüquqlarının pozulması yolverilməzdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir (X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında əks olunan hüquqi mövqe). Həmçinin məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçı inzibati orqanın bələdiyyəyə münasibətdə inzibati akta nəzarət qaydasında baxılmasının nəticələri barədə məktubu sonuncuya xx.xx.2023-cü il tarixdə daxil olmuşdur ki, artıq həmin tarixdə mübahisəli torpaq sahələrinin müsabiqə vasitəsilə satışı baş tutmuş və müsabiqənin qalibinə “X7” publik hüquqi şəxsinin Şəki ərazi torpaq müsabiqə və hərrac komissiyası tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş HTM seriyalı, 004425, 004426 və 004427 nömrəli şəhadətnamələr verilmişdir. Cavabdehlə üçüncü şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilə ilə isə alğı-satqı tamamlanmışdır. Bu isə onu deməyə əsas verir ki, artıq iddiaçının qərarın mübahisələndirilən hissədə ləğv edilməsinə dair təklifinin cavabdehə daxil olduğu tarixdə torpaq sahələrinin özgəninkiləşdirilməsi başa çatmışdır. Göstərilənlərlə bağlı qeyd olunmalıdır ki, inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyət inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İnzibati orqanlar arasında inzibati icraatın təşkili və həyata keçirilməsi ilə bağlı uyğunsuzluğun aradan qaldırılmasına yönəlik mübahisələr ayrı-ayrı şəxslərin qanunu mənafelərinə zərər vurmamalı, nəzarət orqanı tərəfindən öz üzərinə düşən vəzifə və səlahiyyətlər vaxtında və səmərəli həyata keçirilməlidir. Odur ki, məhkəmə işin yuxarıda şərh olunan obyektiv hallarına hüquqi qiymət verərək hesab edir ki, mübahisələndirilən qərarda qeyd edilmiş torpaq sahələri, nəzarət tədbirlərinin həyata keçirilməsinə başlanılanadək özgəninkiləşdirildiyindən və üçüncü şəxslərin inzibati akta etimad hüququ qanunla qorunduğundan, iddiaçı qanunla müəyyən edilmiş müddəti buraxmadan iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, onun hazırkı iddia tələbi əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-ə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Şəki rayon Şəki bələdiyyəsinə qarşı “Şəki rayon Şəki bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 06 saylı iclasının gündəliyində olan 8-ci məsələ üzrə Şəki şəhəri B.Vahabzadə küçəsində yerləşən (reyestr nömrələri **********59, **********60, **********61) 3 ədəd, hər biri 0,05 ha olan torpaq sahələrinin satışı məqsədilə müsabiqəyə çıxarılması barədə qəbul edilmiş qərarların ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə.
Məhkəmə qərarları › İş №2-1(116)-651/2024
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-651/2024
04.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver