Məhkəmə qərarları › İş №2-1(116)-652/2022

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-652/2022

19.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-652/2022 19.09.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Oğuz rayon Baş Daşağıl kəndi ərazisində yerləşən 11.0 ha torpaq sahəsinə üçüncü şəxs X6 adına hazırlanmış JN-0048 nömrəli Torpağa Mülkiyyət hüququna X39 və həmin Dövlət Aktı əsasında verilmiş çıxarışın iddiaçıların və onların ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi, iddiaçılardan İddiaçı1 və ailə üzvlərinin mülkiyyətində olan 1.12 ha torpaq sahəsinə, İddiaçı2 və ailə üzvlərinin mülkiyyətində olan 4.40 ha torpaq sahəsinə plan-ölçü sənədləri, İddiaçı3 və ailə üzvlərinin mülkiyyətində olan 4.06 ha torpaq sahəsinə çıxarış və plan-ölçü sənədinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, “Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli 02 nömrəli qərarının ləğv edilməsi, X6 adına hazırlanmış JN-0048 nömrəli Torpağa Mülkiyyət Hüququna X39 və həmin Dövlət Aktı əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi, İddiaçı1 mülkiyyətində olan 1,12 ha torpağa, İddiaçı2 mülkiyyətində olan 4,40 ha torpaq sahəsinə plan-ölçü sənədi, İddiaçı3 mülkiyyətində olan 4,06 ha torpaq sahəsinə çıxarış və plan-ölçü sənədini verilməsi vəzifəsinin, öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmənin 2-1(116)-652/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə X7, X18, X11, X8, X30, X31 və X32 üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilmişlər. Məhkəmə tərəfindən iddiaçılara xx.xx.2022-ci il tarixdə iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi ilə bağlı hüquqi yardım edilmiş, iddiaçıların etibarnamə üzrə nümayəndəsi (vəkili), xx.xx.2022-ci il tarixdə iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “Oğuz rayon Baş Daşağıl kəndi ərazisində yerləşən 11.0 ha torpaq sahəsinə üçüncü şəxs X6 adına hazırlanmış JN-0048 nömrəli Torpağa Mülkiyyət hüququna X39 və həmin Dövlət Aktı əsasında verilmiş çıxarışın iddiaçıların və onların ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi, iddiaçılardan İddiaçı1 və ailə üzvlərinin mülkiyyətində olan 1.12 ha torpaq sahəsinə, İddiaçı2 və ailə üzvlərinin mülkiyyətində olan 4.40 ha torpaq sahəsinə plan-ölçü sənədləri, İddiaçı3 və ailə üzvlərinin mülkiyyətində olan 4.06 ha torpaq sahəsinə çıxarış və plan-ölçü sənədinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(116)-652/2022 nömrəli qərardadı ilə iddianın dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia tələbi aşağıdakı kimi əsaslandırılmışdır: - Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli 02 nömrəli qərarı qəbul edildikdən sonra üçüncü şəxsə 11 hektar torpaq sahəsinə hazırlanmış JN-0048 kod 40500018 nömrəli "Torpağa Mülkiyyət Hüququna X42"nm 2-ci nüsxəsində əsas kimi Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli 02 nömrəli qərarı deyil, Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 65 nömrəli qərarı qeyd edilmişdir. JN-0048 kod 40500018 nömrəli "Torpağa Mülkiyyət Hüququna X42”nın 2-ci nüsxəsi hazırlanan zaman həmin ərazidə digər vətəndaşların adına olan Dövlət Atlarında göstərilən torpaq sahələrinin üstünə işlənməli deyildi. Nəticədə bu gün də qüvvədə olan, iddiaçılara məxsus JN-0082 kod 40500018, JN-0083 kod 40500018 və JN-0085 kod 40500018 nömrəli Dövlət Atlarında göstərilən torpaq sahələrinin üstünə, 4 ildən sonra yalnız torpağın ölçüsünün 1.11 hektardan 11 hektara dəyişməklə JN-0048 kod 40500018 nömrəli "Torpağa Mülkiyyət Hüququna X42"nm 2-ci nüsxəsi hazırlanmışdır. Oğuz Rayon Baş Daşağıl kənd X41 Komissiyasının xx.xx.2002-ci il tarixli 27 nömrəli qərarına əsasən digər bir şəxsə və onun ailəsinə (Akt № 48) "Məyəl yeri" adlı sahədən 10 pay (11 hektar) torpaq verilməsi, yuxarıda göstərilənlərlə əlaqədar "Məyəl yeri" adlı sahədən bölgü xəritəsində torpaq payı göstərilən digər ailələrin torpaq sahəsinin yerinin dəyişiləcəyi nəzərə alınaraq bu ailələrin torpaq sahəsi ilə təmin olunmasının rayon torpaq şöbəsindən xahiş edilməsi, qərarla əlaqədar rəy bildirilməsinin rayon torpaq şöbəsindən xahiş edilməsi və qərarın təsdiqinin Oğuz Rayon Aqrar İslahat Komissiyasından xahiş edilməsi qərara alınmışdır. Lakin həmin qərarın icra olunub-olunmadığı, iddiaçılara (və ya digər şəxslərə) başqa sahədən torpaq verilib verilmədiyi məlum deyil. Cavabdeh tərəfindən iddiaçıların mülkiyyətində olan torpaq sahələrinin üstünə düşən, heç bir hüquqmüəyyənedici sənədə əsaslanmayan JN-0048 kod 40500018 nömrəli "Torpağa Mülkiyyət Hüququna X42"nın 2-ci nüsxəsinin bazada əks olunub-olunmadığını araşdırmadan, iddiaçıların mülkiyyətinizdə olan 9.58 hektar torpağın 7.23 hektar hissəsi də daxil olmaqla 11 hektar torpağa başqa bir şəxsin mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarış verilmişdir. Oğuz rayon Baş Daşağıl Bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 27 saylı qərarı ilə Daşağıl kənd X41 Komissiyasının xx.xx.2002-ci il tarixli 27 saylı iclas qərarı, Oğuz rayon Torpaq və Xəritəçəkmə Şöbəsinin rəyinin nəzərə alınması, bir qrup Daşağıl kənd sakinlərinə Daşağıl Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən verilməsi nəzərdə tutulan torpaq sahəsi, baş planda kolluq və qeyri növ torpaq sahəsi kimi göstərilmiş, faktiki isə əkinə yararlı olan torpaq sahəsindən verilməsi qərara alınmışdır." (Bir qrup Daşağıl kənd sakinlərinin siyahısında iddiaçıların adlarının olub-olmaması müəyyən deyil). Oğuz rayon Baş Daşağıl Bələdiyyəsinin 08 dekabr 2021-ci il tarixli 78 nömrəli arayışında göstərilir: “Baş Daşağıl kəndi X41 Komissiyasının xx.xx.2002-ci il tarixli 27 nömrəli iclas qərarı Baş Daşağıl Bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 27 nömrəli iclasında müzakirə edilərək qərar verilmişdir. Qərarda göstərilir ki. Baş Daşağıl kənd sakinlərinə X21, X26 torpaq verilməmiş və torpaqları kəsr verilmiş X9, X13 bələdiyyənin baş planında kolluq və qevri növ torpaqlarından (yəni həmin torpaqlar faktiki əkin sahəsidir) göstərilən şəxslərə torpaq verilsin. Arayışın 2-ci bəndində qeyd edilir: "Məktubda adları çəkilən şəxslərin torpaq sahəsi dövlət tərəfindən aşağıdakı kimi verilmişdir. İddiaçı2 xx.xx.1998-ci il JN-0085 nömrəli aktla 4.3972 ha, İddiaçı1 xx.xx.1998-ci il JN-0082 nömrəli aktla 1.12 ha, İddiaçı3 xx.xx.1998-ci il JN-0083 nömrəli aktla 4.06 ha. Bu torpaqlar bələdiyyə xəritəsində faktiki vardır. Ötən dövr ərzində İddiaçı2 922 manat, İddiaçı1 147 manat, İddiaçı3 189 manat vergi ödəmişdir." Oğuz rayon Baş Daşağıl Bələdiyyəsinin 08 dekabr 2021-ci il tarixli 78 nömrəli arayışının məzmunundan aydın olur ki, Oğuz rayon Baş Daşağıl Bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 27 nömrəli qərarı ilə Oğuz rayon Baş Daşağıl Bələdiyyəsinin mülkiyyətində olan torpaqlardan iddiaçılara deyil, başqa şəxsə və digər Daşağıl kənd sakinlərinə torpaq sahəsi verilməsi qərara alınmışdır. Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli 02 nömrəli qərarına əsasən Oğuz rayon Daşağıl kənd X41 Komissiyasının xx.xx.2002-ci il tarixli 27 saylı iclas qərarı və Oğuz rayon Baş Daşağıl Bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 27 saylı qərarı təsdiq edilmiş, bu məsələ ilə əlaqədar rayon torpaq və xəritəçəkmə şöbəsinin rəyi nəzərə alınaraq, bu qərardan irəli gələn sənədlərin hazırlanıb Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə təqdim edilməsini təmin etmək rayon torpaq və xəritəçəkmə şöbəsinə tapşırılmış, torpaq sahəsinin yerinin dəyişdirilməsi və torpaq payı veriləsi ailələrin mülkiyyət hüququna X39 hazırlanması Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən xahiş edilmişdir. Göründüyü kimi Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli 02 nömrəli qərarı ilə həm Oğuz rayon Daşağıl kənd X41 Komissiyasının xx.xx.2002- ci il tarixli 27 saylı iclas qərarı (həmin qərar başqa şəxsə "Məyəl yeri" adlı ərazidən torpaq verilməsi və "Məyəl yeri" adlı ərazidə torpaq payı verilmiş vətəndaşların torpağının yerinin dəyişdirilməsi barədədir) və Oğuz rayon Baş Daşağıl Bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 27 saylı qərarı (qeyd edilən qərar isə üçüncü şəxsə və digər şəxslərə bələdiyyə mülkiyyətində olan digər torpaqlardan torpaq verilməsi barədədir) təsdiq edilmişdir. Müxtəlif məzmunlu həmin iki qərar Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli 02 nömrəli qərarı ilə təsdiq olunmuşdur. Bələdiyyə qərarının isə Aqrar İslahat Komissiyasının qərarı ilə təsdiq olunması qanunvericilikdə nəzərdə tutulmamışdır. Cavabdehin yanlış hərəkəti nəticəsində iddiaçıların mülkiyyət hüququ pozulmuş və iddiaçılar öz mülkiyyətindən məhrum olmuşlar. Göstərilənlər nəzərə alınaraq iddianın təmin edilməsi xahiş edilmişdir. Cavabdeh iddia tələbinə münasibətində qeyd etmişdir ki, “Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli, 02 nömrəli qərarının ləğv edilməsi, X6 adının, hazırlanmış JN-0048 nömrəli Torpağa Mülkiyyət Hüququna X39 və həmin Dövlət Aktı əsasında verilmiş çıxarışın ləğv edilməsi 9 saylı Qəbələ Ərazi İdarəsinin səlahiyyətləri daxilində olmadığından müraciətinin icrası mümkün olmamışdır. İddiaçı2 iddia etiyi 4.40 ha torpaq sahəsindən 3.36 ha hissəsi, X10 iddia etdiyi 1.12 ha torpaq sahəsindən 0.71 ha hissəsi, X22 iddia etiyi 4.06 ha torpaq sahəsindən 3.16 ha hissəsi JN-48 saylı torpağa mülkiyyət hüququna X42 əsasında X6 və ailə üzvülərinin adına xx.xx.2007-ci il tarixdə **********61 reyestr nöməli Çıxarışla daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmış kənd təsərrüfatı təyinatlı 11.0 ha torpaq sahəsinin üzərinə düşür. Respublika üzrə bu tipli problemlərin həlli məqsədilə “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 aprel tarixli 250s nömrəli Sərəncamı ilə “Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin 2020-ci ilədək mərhələlərlə təmin olunmasına dair Tədbirlər Planı”na uyğun olaraq Oğuz rayonu ərazisində mövcud olan mülkiyyətçilərin və icarəçilərin istifadələrində olan torpaq sahələri müasir ölçü alətləri vasitəsilə (GPS) ölçülərək, həmin sahələrin faktiki ölçülərinin koordinatları müəyyənləşdirilmiş və halhazırda kameral işlər həyata keçirilir və vətəndaşın nəzərinizə çatdırılmışdır ki, ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra qeyd olunan məsələ ilə bağlı müraciətlərinə təkrar baxılacaqdır. Göstərilənlər nəzərə alınaraq iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Üçüncü şəxs iddia tələbinə etirazında iddia tələbinin mümkün sayılmamasını xahiş etmişlər. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Oğuz rayon Baş Daşağıl kənd aqrar islahat komissiyasının xx.xx.1998-ci il tarixli 17 nömrəli qərarından görünür ki, torpaq fondunun 1091,5 ha torpaq alacaq hər bir subyektə adambaşına düşən norma daxilində özəlləşərək xüsusi mülkiyyətinə verilməsi və s. qərara alınmışdır. - Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 65 nömrəli qərarından görünür ki, Oğuz rayon Baş Daşağıl kənd aqrar islahat komissiyasının xx.xx.1998-ci il tarixli 17 nömrəli yığıncaq qərarlarının təsdiq edilməsi və s. qərara alınmışdır. - JN-0082 kod 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna X42"ndan görünür ki, həmin sənəd Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 65 nömrəli qərarına əsasən, İddiaçı1 adına 1,12 ha torpaq sahəsi ilə bağlı verilmişdir. - JN-0083 kod 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna X42"ndan görünür ki, həmin sənəd Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 65 nömrəli qərarına əsasən, İddiaçı3 və ailə üzvlərinin adına 4,06 ha torpaq sahəsi ilə bağlı verilmişdir. - JN-0085 kod 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna X42"ndan görünür ki, həmin sənəd Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 65 nömrəli qərarına əsasən, İddiaçı2 və ailə üzvlərinin adına 4,40 ha torpaq sahəsi ilə bağlı verilmişdir. - JN-0048 kod 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna X42"ndan görünür ki, həmin sənəd Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 65 nömrəli qərarına əsasən, X6, X3, X1, X12, X4, X2, X23, X27, X24 adına 1,11 ha torpaq sahəsi ilə bağlı verilmişdir. - Oğuz rayon Baş Daşağıl kənd X41 komissiyasının xx.xx.2002-ci il tarixli 27 nömrəli qərarından görünür ki, bölgü xəritəsində X6 ailəsinə (Akt № 48) "Məyəl yeri" adlı sahədən 10 pay əvəzinə bir pay göstərildiyi nəzərə alınaraq, bu ailəyə düşən torpaq paylarının norma daxilində həmin sahədən verilməsi, yuxarıda göstərilənlərlə əlaqədar "Məyəl yeri" adlı sahədən bölgü xəritəsində torpaq payı göstərilən digər ailələrin torpaq sahələrinin yerinin dəyişiləcəyi nəzərə alınaraq bu ailələrin torpaq sahələri ilə təmin olunmasının rayon torpaq şöbəsindən xahiş edilməsi, qərarla əlaqədar rəy bildirilməsinin rayon torpaq şöbəsindən xahiş edilməsi və qərarın təsdiqinin Oğuz Rayon Aqrar İslahat Komissiyasından xahiş edilməsi qərara alınmışdır. - eyni tarixli eyni nömrəli JN-0048 "Torpağa mülkiyyət hüququna X42"ndan görünür ki, həmin sənəd X6, X3, X1, X12, X4, X2, X23, X27, X24 adına verilmiş, sənəddə yenə Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 65 nömrəli qərarına istinad edilmiş, lakin verilən torpağın sahəsi 11 ha göstərilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, arxivdə Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 65 nömrəli qərarı mövcuddur, xx.xx.1998-ci il tarixli 65 nömrəli qərar isə texniki səhvdir. - MH seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, JN-0048 kod 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna X42"nda göstərilən 11 ha torpaq sahəsinə X3, X1, X12, X4, X2, X23, X27, X24 mülkiyyət hüququ xx.xx.2007-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - MH seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, həmin 11 ha torpaq sahəsinə "xxxx" ASC-nin ipoteka hüququ xx.xx.2008-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, JN-0082 kod 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna X42"nda göstərilən 1,1162 ha torpaq sahəsinə İddiaçı1 mülkiyyət hüququ xx.xx.2015-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, JN-0085 kod 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna X42"nda göstərilən 4,40 ha torpaq sahəsinin 4,3972 ha hissəsinə İddiaçı2 və ailə üzvlərinin mülkiyyət hüququ xx.xx.2015-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Şəki İnzibati Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli 2- 1(116)-66/2020 nömrəli qərarından görünür ki, üçüncü şəxs X1 və qeyrilərinin adına olan JN0048 kod 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna X42"nın 11 ha göstərilmiş nüsxəsinin və onun əsasında xx.xx.2007-ci ildə **********61 reyestr nömrəsi ilə qeydiyyata alınmış "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın İddiaçı1 adına olan JN0082 kod 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna X42"nda göstərilmiş 1,12 ha torpaq sahəsi, İddiaçı3 və qeyrilərinin adına olan JN-0083 kod 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna X42"nda göstərilmiş 4,06 ha torpaq sahəsi, İddiaçı2 və qeyrilərinin adına olan JN-0085 kod 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna X42"nda göstərilmiş 4,40 ha torpaq sahəsi ilə üst-üstə düşən hissələrdə ləğv edilməsi, İddiaçı1 adına olan JN-0082 kod 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna X42"nda göstərilmiş torpaq sahəsi ilə bağlı "Torpaq sahəsinin planı və ölçüsü"nün hazırlanması, İddiaçı3 və qeyrilərinin adına olan JN-0083 kod 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna X42"nda göstərilmiş torpaq sahəsi ilə bağlı "Torpaq sahəsinin planı və ölçüsü"nün hazırlanması, həmin torpaq sahəsinə onların mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarış verilməsi, İddiaçı2 və qeyrilərinin adına olan JN-0085 kod 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna X42"nda göstərilmiş torpaq sahəsi ilə bağlı "Torpaq sahəsinin planı və ölçüsü"nün hazırlanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2- 1(107)-60/2021 nömrəli qərarı ilə Şəki İnzibati Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli 2- 1(116)-66/2020 nömrəli qərarının dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(102)-1032/2021 nömrəli qərarından görünür ki, üçüncü şəxsin kassasiya şikayəti təmin edilmiş. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2- 1(107)-60/2021 nömrəli qərarı ləğv edilmiş, iddia tələbi mümkün sayılmamışdır. İddiaçıların dinlənilmə hüququnun təmin edilməsi üçün hazırkı iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi xx.xx.2022-ci il tarixli hüquqi yardım məktubunda iddiaçılara izah edilmiş, məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməsi üçün 10 gün müddət təyin edilmişdir. İddiaçıların etibarnamə üzrə nümayəndəsi (vəkili) xx.xx.2022-ci il tarixdə məhkəməyə ünvanladığı ərizəsində məhkəmənin hüquqi mövqeyi ilə razılaşmadığını bildirmiş, etirazını aşağıdakı kimi əsaslandırmışdır: - "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 20-ci və 22-ci maddələri hazırki işə tətbiq edilə bilməz. Çünki üçüncü şəxsin adına olan JN-0048 nömrəli Dövlət Aktının həm 1-ci həm də 2-ci nüsxəsinin verilməsinə əsas kimi Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 65 nömrəli qərarı göstərilmişdir. Əslində isə Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 65 nömrəli qərarı ilə üçüncü şəxsə 1.11 ha torpaq sahəsi verilmişdir, həmin qərar heç kim tərəfindən mübahisələndirilməmişdir və hal- hazırda da qüvvədədir. Həmin qərar iddiaçıların hüquq və mənafelərinə toxunmur. İddiaçıların mülkiyyətində olan torpaq sahələrinə üçüncü şəxslərin adına sənəd hazırlanmasına səbəb olmuş Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli 02 nömrəli qərarına gəldikdə isə Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli 02 nömrəli qərarı heç bir hüquqi nəticə yaratmayan, icra olunmamış, kağız üzərində qalan, formal bir qərar olmuşdur. Həmin qərar əsasında heç kimə (hazırki işdə tərəflər nəzərdə tutulur) hər hansı torpaq sahəsi və ya mülkiyyət sənədi verilməmişdir. Qeyd edilən qərarın ləğv olunması və ya qüvvədə qalması üçüncü şəxs və iddiaçılar üçün hər hansı hüquqi nəticə yaratmır. Çünki sözügedən qərar qəbul edildikdən sonra üçüncü şəxsə 11 hektar torpaq sahəsinə hazırlanmış JN-0048 kod 40500018 nömrəli "Torpağa Mülkiyyət Hüququna X42"nın 2-ci nüsxəsində əsas kimi Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli 02 nömrəli qərarı deyil, yenidən Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 65 nömrəli qərarı qeyd edilmişdir. Üçüncü şəxsin adına JN-0048 kod 40500018 nömrəli "Torpağa Mülkiyyət Hüququna X42"nın 2-ci nüsxəsi hazırlanan zaman həmin ərazidə digər vətəndaşların adına olan Dövlət Aktlarında göstərilən torpaq sahələrinin üstünə işlənməli deyildi. Nəticədə bu gün də qüvvədə olan, iddiaçılara məxsus JN-0082 kod 40500018, JN-0083 kod 40500018 və JN-0085 kod 40500018 nömrəli Dövlət Atlarında göstərilən torpaq sahələrinin üstünə, 4 ildən sonra yalnız torpağın ölçüsünün 1.11 hektardan 11 hektara dəyişməklə JN-0048 kod 40500018 nömrəli "Torpağa Mülkiyyət Hüququna X42"nın 2-ci nüsxəsi hazırlanmışdır. (Üçüncü şəxs nə iddiaçılara verilmiş JN-0082 kod 40500018, JN-0083 kod 40500018 və JN-0085 kod 40500018 nömrəli Dövlət Aktlarını, nə də ona 10 pay əvəzinə 1 pay torpaq sahəsi verilməsi barədə Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 65 nömrəli qərarını mübahisələndirməmişdir. Həmin qərar və qeyd edilən Dövlət Aktları halhazırda da qüvvədədir.) JN-0048 kod 40500018 nömrəli "Torpağa Mülkiyyət Hüququna X42"nın 2-ci nüsxəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsində mövcud olan elektron kadastr məlumat bazasında öz əksini tapmamışdır. İddiaçılara məxsus Dövlət Aktları isə elektron kadastr məlumat bazasında öz əksini tapmışdır. Baş vermiş qanunsuzluqlar ləğv edilmiş Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon şöbəsi tərəfindən olmuşdur. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin hüquq varisi isə hazırki iş üzrə cavabdehdir. Eyni zamanda cavabdehin özü də Aqrar İslahat Komissiyasının hər hansı qərarı əsasında deyil, Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon şöbəsi tərəfindən verilmiş arayış əsasında üçüncü şəxslərə çıxarış vermişdir. Göründüyü kimi hazırki iş üzrə Aqrar İslahat Komissiyasının hər hansı qərarının mübahisələndirilməsinə ehtiyac yoxdur. Məhkəmə, iddia ərizəsini, ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, hazırkı iddianı qaldırmaqda iddiaçıların hüquqi marağı X6 adına hazırlanmış JN-0048 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının və həmin Dövlət Aktı əsasında verilmiş xx.xx.2007-ci il tarixli **********61 reyestr nöməli Çıxarışın iddiaçıların və onların ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi, daha sonra isə iddiaçılardan İddiaçı1 və ailə üzvlərinin mülkiyyətində olan 1.12 ha torpaq sahəsinə, İddiaçı2 və ailə üzvlərinin mülkiyyətində olan 4.40 ha torpaq sahəsinə plan-ölçü sənədləri, İddiaçı3 və ailə üzvlərinin mülkiyyətində olan 4.06 ha torpaq sahəsinə çıxarış və plan-ölçü sənədinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə nail olmaqdır. Lakin, nəzərə alınmalıdır ki, iddiaçıların ləğvini tələb etdiyi çıxarış və JN-0048 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı “Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli 02 nömrəli qərarı əsasında verilmişdir. Odur ki, tələbdə qeyd edilən sənədlərin ləğvi ilə bağlı məsələyə hüquqi qiymət verilərkən Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli 02 nömrəli qərarı qəbul olunduğu zaman qüvvədə olan hüquq normaları rəhbər tutulmalıdır. X17 qərarları inzibati aktdır ki, həmin qərarların mübahisələndirilməsi tələblərinə iddia müddəti şamil olunur. X5 verilməsinə əsas olmuş Aqrar İslahat Komissiyasının qərarı qəbul olunduğu zaman qüvvədə olan 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. 2011-ci il 1 yanvar tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il 1 yanvar tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Göründüyü kimi inzibati orqanın mübahisələndirilən hərəkəti baş verən dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi bu cür mübahisələndirmə üçün (inzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyinin mübahisələndirilməsi) qısaldılmış iddia müddəti müəyyən etmişdi və iddia müddətinin axımının hüquq və azadlığının pozulduğu barədə şəxsə məlum olan gündən hesablanması qaydasını nəzərdə tutmuşdur. Mülki Prosessual Məcəllənin qeyd olunan normaları Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi qüvvəyə mindiyi 01 yanvar 2011-ci il tarixdən qüvvədən düşmüş və ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələrə 01 yanvar 2011-ci ildən qüvvədə olan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun baxılır ki, İnzibati-Prosessual Məcəllə qüvvəyə mindiyi tarixdən öncə buraxılmış prosessual müddətləri bərpa etməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Həmçinin bununla bağlı nəzərinizə çatdırılır ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və X41 komissiyaları aparır. Həmin Qanunun 22-ci maddəsində deyilir ki, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə X41 komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon X17 qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005ci il il tarixli 226 nömrəli fərmanına əsasən, "X34 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş, bununla da ölkədə aparılan islahat başa çatmış və X17 həmin fərmanla hüquqi varisi müəyyən edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə bildirir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsi Oğuz rayon Aqrar İslahat Komissiyasının hüquqi varisi deyildir və ləğvi tələb edilən sənədlərin verilməsinə əsas olmuş Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli 02 nömrəli qərarının mübahisələndirilməsi imkanı artıq itirilmişdir. Odur ki, müvafiq qərar qüvvədə olduğundan onun əsasında verilmiş JN-0048 nömrəli Torpağa Mülkiyyət hüququna X42 və həmin Dövlət Aktı əsasında verilmiş çıxarış da mübahisələndirilə bilməz. İddiaçılar, iddia tələbində və məhkəmənin hüquqi mövqeyinə münasibətdə “JN- 0048 nömrəli Dövlət Aktının həm 1-ci həm də 2-ci nüsxəsinin verilməsinə əsas kimi Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 65 nömrəli qərarının göstərilməsinə, Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 65 nömrəli qərarı ilə üçüncü şəxsə 1.11 ha torpaq sahəsi verilməsinə, mübahisələndirilən JN-0048 nömrəli Dövlət Aktının 2-ci nüsxəsində Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli 02 nömrəli qərarı deyil, yenidən Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 65 nömrəli qərarının qeyd edilməsinə” istinad etsə məhkəmə izah edir ki, JN-0048 nömrəli Dövlət Aktının də 2-ci nüsxəsinin Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli 02 nömrəli qərarı əsasında verilməsi yuxarıda qeyd edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(102)-1032/2021 nömrəli qərarının 54-cü bəndində və digər bəndlərində ətraflı şəkildə izah edilmiş, Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli 02 nömrəli qərarı mübahisələndirilmədən, JN-0048 kod 40500018 nömrəli “Torpağa mülkiyyət hüququna X42”-nın mübahisələndirilməsinə yol verilməməsi qeyd edilmişdir. İstinad olunan qərardan və iş materiallarından aşkar şəkildə görünür ki, Oğuz Rayon Aqrar İslahat Komissiyası xx.xx.2002-ci il tarixli 02 nömrəli qərarı, ilkin qərarla yol verilmiş uyğunsuzluğu aradan qaldırmaq məqsədilə qəbul etmiş və məhz həmin qərar əsasında üçüncü şəxsin sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydə alınmışdır. Odur ki, JN-0048 nömrəli Dövlət Aktının 2-ci nüsxəsində Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli 02 nömrəli qərarının deyil, yenidən Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 65 nömrəli qərarının qeyd edilməsi texniki məsələ olub, hazırkı mübahisənin mahiyyətinə təsir göstərmir. İddia tələbinin “iddiaçılardan İddiaçı1 və ailə üzvlərinin mülkiyyətində olan 1.12 ha torpaq sahəsinə, İddiaçı2 və ailə üzvlərinin mülkiyyətində olan 4.40 ha torpaq sahəsinə plan-ölçü sənədləri, İddiaçı3 və ailə üzvlərinin mülkiyyətində olan 4.06 ha torpaq sahəsinə çıxarış və plan-ölçü sənədinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” hissəsi ilkin tələbdən asılı tələb olduğundan, ilkin tələbin qeyri-mümkün olması tələbin həmin hissəsinin də qeyri-mümkün olmasına gətirib çıxarır. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 15.5-ci və 15.6-cı bəndlərində qeyd olunmuşdur ki, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Lakin, hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. Məhkəmə ilk növbədə qeyd edir ki, inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 16.1-ci bəndinə əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2-ci bəndinə əsasən iddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3-cü bəndinə əsasən həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4-cü bəndinə əsasən İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.6-cı bəndinə əsasən iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq, qərara aldı: iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Oğuz rayon Baş Daşağıl kəndi ərazisində yerləşən 11.0 ha torpaq sahəsinə üçüncü şəxs X6 adına hazırlanmış JN-0048 nömrəli Torpağa Mülkiyyət hüququna X39 və həmin Dövlət Aktı əsasında verilmiş çıxarışın iddiaçıların və onların ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi, iddiaçılardan İddiaçı1 və ailə üzvlərinin mülkiyyətində olan 1.12 ha torpaq sahəsinə, İddiaçı2 və ailə üzvlərinin mülkiyyətində olan 4.40 ha torpaq sahəsinə plan-ölçü sənədləri, İddiaçı3 və ailə üzvlərinin mülkiyyətində olan 4.06 ha torpaq sahəsinə çıxarış və plan-ölçü sənədinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsi mümkün sayılmır. Qərardadın, “inzibati məhkəmə icraatına üçüncü şəxsin cəlb edilməsindən imtina edilməsi və iddianın mümkün sayılmaması hissəsindən” onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar