Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-653/2023 01.02.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiyanın 2022-ci ilin sentyabr ayından verilməsi ilə bağlı qəbul edilmiş inzibati aktın dəyişdirilməsi və kompensasiyanın mənzil kirayə müqaviləsinin bağlandığı və kirayə haqlarının tərəfindən ödənilməyə başlanıldığı 2022-ci ilin aprel ayından verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiyanın 2022-ci ilin sentyabr ayından verilməsi ilə bağlı qəbul edilmiş inzibati aktın dəyişdirilməsi və kompensasiyanın mənzil kirayə müqaviləsinin bağlandığı və kirayə haqlarının tərəfindən ödənilməyə başlanıldığı 2022-ci ilin aprel ayından verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, tələbində göstərmişdir ki, o, xx.xx.2010-cu il tarixdən xx.xx.2012-ci il tarixədək əsgər, xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixədək kiçik gizir kimi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət etmişdir. xx.xx.2021-ci il tarixdə isə xəstəliyə görə ehtiyata buraxılmışdır. Ordudan tərxis olunduqdan sonra atası X1 məxsus, ünvan 1 ünvanında yerləşən mənzildə yaşamışdır. Cavabdeh Başçısının 15 fevral 2022-ci il tarixli, 25 nömrəli sərəncamı ilə 4 nəfər ailə tərkibi ilə mənzil növbəliliyinə götürülmüşdür. 19 aprel 2022-ci il tarixində X2 ilə Mingəçevir şəhəri, X5 küçəsi, ev 12, mənzil 14 ünvanında yerləşən mənzilin kirayə verilməsi haqqında müqavilə bağlamışdır. Kompensasiyanın verilməsi ilə bağlı üzrlü səbəblərdən bir neçə ay sonra, 12 sentyabr 2022-ci il tarixdə Cavabdehnə müraciət edərək, 19 aprel 2022-ci il tarixində mənzil kirayə müqaviləsi bağladığını, həmin müqaviləyə görə 2022-ci ilin aprel ayından başlayaraq kompensasiyanın ödənilməsini xahiş etmişdir. Lakin sentyabr ayından kompensasiyanın ödənilməsi barədə qərar verilmişdir. Bununla da onun və ailə üzvlərinin hüquqları pozulmuşdur. Məsələ ilə bağlı iki dəfə oktyabr ayında yazılı qaydada şəhər İcra Hakimiyyətinə müraciət etmiş, lakin hər iki müraciətinə cavabda kompensasiya çəkilmiş xərcin əvəzinin qarşılanması olduğu, kirayə mənzilə sentyabrda köçdüyü qeyd edilərək, sentyabr ayından kompensasiyanın ödənildiyi bildirilmişdir. Cavabdeh cavab məktubunda qeyd edildiyi kimi, 2022-ci ilin aprel ayından mənzil kirayə müqaviləsi bağlanmış və mənzilin kirayə haqqını ödəmişdir. Ona görə də mənzil kirayə haqqına çəkilmiş xərclərə görə ona kompensasiya 2022-ci ilin aprel ayından başlayaraq ödənilməlidir. Cavabdeh iddia tələbinə etirazda qeyd etmişdir ki, İddiaçı kiçik gizir rütbəsi ilə 05 noyabr 2021-ci il tarixdə xəstəliyə görə Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. O, xx.xx.2008-ci ildən Mingəçevir şəhəri H.Əliyev prospektindəki 43 nömrəli evin üç otaqlı, yaşayış sahəsi 48,34 kv.metr olan 35 nömrəli mənzilində qeydiyyatdadır. Mənzildə İddiaçı, atası, anası, arvadı və iki uşağı yaşayırlar. Lakin həmin mənzildə onun əmisi, əmisi arvadı və əmisi oğlu qeydiyyatdadırlar. Vətəndaş İddiaçı xx.xx.2022-ci il tarixdə şəhər İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək mənzil növbəliyinə alınmasını xahiş etmiş və o, Mingəçevir şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli 25 nömrəli Sərəncamı ilə mənzil növbəliliyinə götürülmüşdür. İddiaçı 12 sentyabr 2022-ci il tarixdə şəhər İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək müvəqqəti mənzil kirayəsinə görə kompensasiyanın ödənilməsini xahiş etmiş və şəhərin Vaqif küçəsindəki 12 nömrəli evin 14 nömrəli mənzilinə mənzil kirayə müqaviləsi təqdim etmişdir. Qeyd edirik ki, bu sahədə xeyli qanun pozuntusu halları mövcud olduğu üçün, belə ki, bəzi ehtiyatda olan hərbi qulluqçular mənzil kirayəsi müqaviləsi bağlayırlar, lakin həmin mənzillərdə yaşamırlar, mənzil kirayəsinə görə haqq ödəmirlər, ancaq müvəqqəti mənzil kirayəsinə görə dövlətdən kompensasiya alırlar. Belə halların qarşısının alınması üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin tövsiyyəsinə əsasən şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli 37 nömrəli Sərəncamı ilə monitorinq qrupu yaradılmış, qrupa mənzil kirayəsinə görə kompensasiya alan şəxslərin mənzil kirayə müqaviləsində göstərilən ünvanda yaşayıb-yaşamalarını ildə iki dəfə yoxlamaq tapşırılmışdır. İddiaçı müvəqqəti mənzil kirayəsinə görə kompensasiyanın ödənilməsi barədə ərizəsi şəhər İcra Hakimiyyətinə daxil olduqdan sonra monitorinq qrupu müqavilədə göstərilən mənzildə olmuş, onun ailəsi ilə həmin mənzildə yaşadığını müəyyən etmiş, akt tərtib etmiş və akta əsasən şəhər İcra Hakimiyyətinin başçısına müvafiq arayış yazılaraq mənzil kirayəsinə görə kompensasiyanın ödənilməsi təklif edilmişdir. Vətəndaş İddiaçı kompensasiyası sentyabr ayından ödənilir. Vətəndaş İddiaçı ona mənzil kirayəsinə görə kompensasiyanın 2022-ci ilin aprel ayından ödənilməsi barədə xx.xx.2022-ci il tarixdə şəhər İcra Hakimiyyətinə daxil olmuş ərizəsinə xx.xx.2022-ci il tarixli 1890 nömrəli məktubla cavab verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 174 nömrəli 06 avqust 2012-ci il tarixli “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Qərarına əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli İcra Hakimiyyəti orqanlarında mənzil növbəliliyinə alınmış zabitlərə, gizirlərə və miçmanlara müvəqqəti mənzil kirayəsinə görə qərarla müəyyən edilmiş məbləğdə və qaydada kompensasiya ödənilir. Vətəndaş İddiaçı şəhər İcra Hakimiyyətinə mənzil kirayəsinə görə kompensasiyanın aprel ayından ödənilməsi barədə ərizəsində özü də bildirmişdir ki, o, kirayə etdiyi mənzilə sentyabr ayında köçmüşdür. Yəni mənzil kirayə müqaviləsi bağladığı vaxtda o həmin mənzildə yaşamamışdır. Vətəndaş İddiaçı şəhər İcra Hakimiyyətinə 12 sentyabr 2022-ci il tarixdə müraciət etmiş, onun müraciətinə baxılmış və sentyabr ayından da ona müvəqqəti mənzil kirayəsinə görə kompensasiya ödənilir. Cavabdeh məhkəmədən təmin olunmaması barədə qərar qəbul etməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflər lazımi qaydada xəbərdar edilmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İnzibati işə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - xx.xx.2022-ci il tarixli kirayə müqaviləsindən görünür ki, X2 ilə İddiaçı arasında kirayə müqaviləsi bağlanmışdır. - Cavabdeh xx.xx.2022-ci il tarixli 1890 nömrəli məktubundan görünür ki, iddiaçının ilkin müraciətindən imtina edilmişdir. - Cavabdeh başçısının xx.xx.2022-ci il tarixli 25 nömrəli Sərəncamından görünür ki, iddiaçı mənzil uçotuna götürülmüşdür. - Vətəndaşın həqiqi hərbi xidmət keçməsinə dair elektron arayışın surətindən görünür ki, İddiaçı xx.xx.2010 – xx.xx.2012, xx.xx.2015 – xx.xx.2021-ci il tarixlərdə həqiqi hərbi xidmət keçmişdir, HHK-nın rəyinə əsasən xəstəliyə görə ehtiyata buraxılmışdır. - Səfərbərlik və Hərbi Xidmətə Çaöırış üzrə Dövlət Xidmətinin Mingəçevir Şəhər Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş arayışdan müəyyən olunur ki,iddiaçı xx.xx.2021-ci il tarixdən ehtiyatda olan gizirlərin hərbi qeydiyyatına alınmışdır. - Həmin məktuba əlavə olunmuş Daxili Qoşunların xidməti siyahısının materiallarından görünür ki,iddiaçı Şuşa şəhərinin işğaldan azad edilməsi uğrundan gedən döyüş əməliyyatlarında qəlpə yarası almış,xəstəliyə görə ehtiyata buraxılmışdır. Əsaslandırma hissəsi Azərbaycan Respublikasının İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin iddia əsaslıdır.Məhkəmə işin araşdırılması zamanı aşağıdakı müddəalar istinad edir. Azərbaycan Respublikasının 3 oktyabr 1997-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə: 146 (-). Yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı) ilə təmin edilirlər. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanları, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularmı bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün torpaqla “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində göstərilmiş qaydada təmin edirlər.
156. Hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: a) xidmət müddətləri başa çatdıqda (kadr zabitlərindən başqa); b) yaşa görə — həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatanlar; v) xəstəliyə görə — hərbihəkim komissiyaları tərəfindən dinc dövrdə, müharibə dövründə isə 6 aydan, yaxud 12 aydan sonra yenidən müayinədən keçməklə hərbi xidmətə yararsız sayılanlar; q) ştatların ixtisarına görə- ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); d) ailə vəziyyətinə görə (qadın hərbi qulluqçuları və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları). (-); e) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); ə) hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlər törətdikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); j) öz arzusu ilə yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər. "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci hissəsinin üçüncü və dördüncü abzaslarında deyilir ki, yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli qərarına əsasən yYaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay yalnız nağdsız qaydada kompensasiya ödənilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 48.1 Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2 və 7-ci hissələrinin, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli qərarının və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2022-ci il tarixli Qərardadında göstərilir ki, nəzərə alınmalıdır ki, sosial hüquqların məzmunu, həyata keçirilməsi və s. sosial-təminat xarakterli məsələlərlə bağlı qanunverici tərəfindən müvafiq tənzimlənmə müəyyən edilərkən, dövlətin iqtisadi vəziyyətinin, cəmiyyətin, yaxud onun müəyyən bir hissəsinin dövlət yardımına və dəstəyinə ehtiyacının olub-olmaması kimi məqamların nəzərə alınması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə hesab edir ki, cavabdehin etirazı əsassızdır. Cavabdehin etirazına münasibətdə məhkəmə qeyd edir ki,iddiaçının mənzil kirayə müqaviləsi bağladıqdan sonra orada yaşamadığını bildirməsinə dair cavabdeh tərəfindən hər hansı sübut təqdim edilməmiş,məhkəmə iclasında iddiaçı 2022-ci ilin aprel ayından kirayə müqaviləsi bağladığı ünvanda yaşamağa başladığını bildirmişdir. Cavabdeh başçısının Monitorinq qrupunun yaradılmasına dair xx.xx.2022-ci il tarixli 37 nömrəli Sərəncamından görünür ki, yaradılmış qrup ildə iki dəfə-mart və oktyabr aylarında monitorinq aparılmasını həyata keçirməlidir.İddiaçıya münasibətdə Akt 2022-ci ilin sentyabr ayında tərtib edilmiş,əvvəlki tarixlərdə kirayə müqaviləsində göstərilən ünvanda iddiaçı və ailə üzvlərinin yaşamadığını təsdiq edən hər hansı sənəd təqdim edilə bilməmişdir. Kompensasiya mahiyyət etibarı ilə həmin kateqoriya şəxslərin xərclərinin tarazlaşdırılması məqsədi ilə qanunvericilikdə nəzərdə tutulmuşdur.İş materiallarından da müəyyən edilir ki,iddiaçı xx.xx.2022-ci il tarixində kirayə müqaviləsi bağlamış və həmin tarixdən kirayə haqqının hesablanılması başlanmışdır.Odur ki,şəxsin kompensasiya almaq hüququnun əvvəli kimi xərclərin yaranma anı götürülməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh üzərinə müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya məbləğinin kirayə müqaviləsinin bağlandığı 19 aprel 2022-ci il tarixindən hesablanaraq İddiaçı ödənilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə