Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-654/2023 24.11.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, iddiaçının vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı "xx.xx.2021-ci il tarixdən əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdeh PHŞ-yə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili (nümayəndəsi) iddia tələbini dəqiqləşdirərək, “xx.xx.2021-ci il tarixdən əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə iddiaçı xx.xx.1969-cu il tarixdə anadan olmuşdur. 1987-ci ildə Mingəçevir şəhər Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış, 1987-1989-cu illərdə Ukrayna Respublikasının Krivoy Roq şəhərində sovet ordusunda hərbi xidmət keçmişdir. 1993-cü ildə N nömrəli hərbi hissədə xidmət etmiş, Ağdərə uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir. 1994-cü il aprel ayının 24-də Ağdamın Güllücə kəndi uğrunda gedən döyüşlərdə sol kürək nahiyəsindən güllə yarası və qapalı kəllə-beyin travması almışdır. Tərtər rayon xəstəxanasında müalicə almışdır. Bir neçə gündən sonra müalicə olunmaq üçün Mingəçevir Şəhər xəstəxanasına göndərilmişdir. Ümumiyyətlə o, 1993-cü ilin fevral ayından 1995-ci ilin aprel ayına qədər hərbi xidmətdə olmuş, Mingəçevir şəhərinin “M-2” könüllü batalyonunun tərkibində Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Dəfələrlə müraciət etməsinə baxmayaraq o, yenidən əlillik dərəcəsi ala bilməmiş, hər dəfə ona yenidən müayinə olunmaq tövsiyyə olunmuş, o də yenidən müayinə olunmuşdur. Bütün müvafiq sənədləri toplayaraq cavabdeh inzibati orqana təqdim etmişdir. Şəki İnzibati-lqtisadi Məhkəməsinin 09 iyul 2015-ci il tarixli 2-1(84)-185/2015 saylı qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Respublika Tibbi Sosial-Ekspertiza Mərkəzinin üzərinə ona əlilliyin təyin olunması öhdəliyi qoyulmuşdur. Bundan sonra ona əvvəl bir illik 2-ci dərəcə əlillik təyin olunmuş, bir il bitdikdən sonra həmin təyinat beş il müddətinə uzadılmışdır. 2021-ci ilin sentyabr ayından isə həmin təyinat dayandırılmışdır. Səhhətində olan ağırlaşmalar səbəbindən 2020-2021-ci illər ərzində dəfələrlə müayinə və müalicə olunmuşdur. Lakin müraciətinə cavab olaraq xx.xx.2022-ci il tarixdə Tibbi-Sosial Ekspertiza və X2 əlillik təyinatından imtina edildiyi barədə bildiriş göndərilmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - iddiaçının əlillik vəziyyətinə Oğuz Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: V Sinif - Psixi pozğunluqlar və davranış :pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsi...; Diaqnozun mətni: - Postkontuzion sindrom, baş beynin travmatik xəstəliyi. Postravmatik ensefalopatiya. Xroniki : posttravmatik baş ağrısı, tez-tez təkrarlanan vegetativ damar krizləri ilə. Avtonom refleks : pozğunluğu.; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: 2.2. İkinci dərəcə əlillik => 2.2.12. Sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli), kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən fu...” səbəbi ilə 1il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsi...; Diaqnozun mətni: Postkontuzion sindrom, baş beynin travmatik xəstəliyi. Postravmatik ensefalopatiya. Xroniki posttravmatik baş ağrısı, tez-tez təkrarlanan vegetativ damar krizləri ilə. Avtonom refleks pozğunluğu.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: 2.2. ikinci dərəcə əlillik => 2.2.12. Sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli), kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən fu...” səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. Qəbələ Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəs...; Diaqnozun mətni: postkontuzion sindrom, Keçirilmiş (1994) baş-beyin travmasından və kor güllə yaralanmasından sonrakı vəziyyət; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Xəsarət aldığı yer və xəsarəti hansı şəraitdə aldığı qeyd edilsin.” səbəbi ilə imtina verilmişdir. Qəbələ Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36- Hərbi əməliyyatlar => Y36.4 - Hərbi əməliyyatlar nəticəsində odlu Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr. Sol kürək nahiyyəsinin yumşaq toxumasının kor güllə yaralanmasından sonrakı çapıqlar. Hipertrofik çapıq. Postkontuzion sindrom, Keçirilmiş (1994) baş-beyin travmasından sonrakı vəziyyət; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəb Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir” səbəbi ilə imtina verilmişdir. Göründüyü kimi, Oğuz rayon sakini xx.xx.1969-cu il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0240003AAJJA nömrəli göndərişi əsasında xx.xx.2021ci il tarixdə qiymətləndirilmiş və Göndəriş natamam doldurulduğundan müvafiq qeyd olunmaqla geri göndərilmişdir. Növbəti dəfə əlillik vəziyyətini qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmişdir, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında 21 sentyabr 2022-ci il tarixində əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2013-cü il tarixli 277 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sol kürək nahiyyəsinin yumşaq toxumasının kor güllə yarası. Ayaqların mikotik zədələnməsi” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sol yuxarı ətrafdakı hərəki məhdudluq, başındakı ağrılar və eşitmə zəifliyindən şikayətlənmiş, sol kürəkdə səthi dəri çapıq toxuması qeyd olunsa da, yuxarı ətraflarda əlillik təyinatına əsas verə biləcək hərəkət məhdudiyyət, kontraktura və əzələ atrofuiyası izlənilməmişdir. Ekspertiza üçün əhəmiyyətli və şikayətlərinə uyğun ilə instrumental müayinə nəticələri (KT, MRT, EEQ) təqdim edilməmiş, nevroloji ocaqlı əlamətlər müəyyən edilməmişdir. AR SN TƏBİB PHŞ Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2021-ci il tarixli audioqramda nəticə “Eşitmə sağ qulaqda İ (birinci), sol qulaqda /-// dərəcəli neyrosensor tipdə enib” kimi müəyyənləşdirilmişdir. Hazırda klinik əlamətlərdə və instrumental müayinə nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının vəkili (nümayəndəsi) iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(84)-185/2015 nömrəli qərarından görünür ki, iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Respublika Tibbi Sosial-Ekspertiza Mərkəzinin üzərinə İddiaçı əlilliyin təyin olunması öhdəliyi qoyulmuşdur. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2013-cü il tarixli 277 nömrəli qərarından görünür ki, Mingəçevir ŞHK tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı Ərzuman oğlunun döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994-cü ildə aldığı və xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi Mingəçevir şəhər birləşmiş xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma və xəstəlik - diaqnoz: «Sol kürək nahiyyəsinin yumsaq toxumasının kor güllə yarası Ayaqların mikotik zədələnməsi» (Oğuz rayon bölməsinin xx.xx.2013-cü il tarixli 1/12 nömrəli göndərişi, xx.xx.2013-cü il tarixli 1/103 saylı arayışı, Mingəçevir şəhər birləşmiş xəstəxanasınından verilmiş çıxarış epikrizi, xəstəlik tarixindən çıxarışlar, MN MHHK-nın həkim mütəxəssisi-cərrahın və hüquq məsləhətçisinin rəyləri ilə təsdiq edilir), «HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR». - Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının **********2 nömrəli, xx.xx.2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyası (bundan sonra - Komissiya) xx.xx.2022-ci il tarixdə aşağıda adı göstərilən vətəndaşın əlilliyinin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir: - Oğuz rayon sakini xx.xx.1969-cu il təvəllüdlü İddiaçı- (FİN:xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0240003AAJJA nömrəli göndəriş) əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və Göndəriş natamam doldurulduğundan müvafiq qeyd olunmaqla geri göndərilmişdir. Növbəti dəfə əlillik vəziyyətini qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmişdir, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2013-cü il tarixli 277 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sol kürək nahiyyəsinin yumsaq toxumasının kor güllə yarası. Ayaqların mikotik zədələnməsi” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sol yuxarı ətrafdakı hər məhdudluq, başındakı ağrılar və eşitmə zəifliyindən şikayətlənmiş, sol kürəkdə səthi dəri çapıq toxuması qeyd olunsa da, yuxarı ətraflarda əlillik təyinatına əsas verə biləcək hərəkət məhdudiyyət, kontraktura və əzələ atrofuiyası izlənilməmişdir. Ekspertiza üçün əhəmiyyətli və şikayətlərinə uyğun ilə instrumental müayinə nəticələri (KT, MRT, EEQ) təqdim edilməmiş, nevroloji ocaqlı əlamətlər müəyyən edilməmişdir. AR SN TƏBİB PHŞ Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2021-ci il tarixli audioqramda nəticə “Eşitmə sağ qulaqda İ (birinci), sol qulaqda /-// dərəcəli neyrosensor tipdə enib” kimi müəyyənləşdirilmişdir. Hazırda klinik əlamətlərdə və instrumental müayinə nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. - xxxxxxx002 akt nörməli Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin müayinə barədə məlumatından görünür ki, iddiaçı xx.xx.2016-cı il tarixdə müayinə olunmuş “Postkontuzion sindrom, baş beynin travmatik xəstəliyi. Postravmatik ensefalopatiya. Xroniki posttravmatik baş ağrısı, tez-tez təkrarlanan vegetativ damar krizləri ilə. Avtonom refleks pozğunluğu.” diaqnozu ilə (Əlilliyin müəyyən olunması meyarı: 2.2. İkinci dərəcə əlillik => 2.2.12.Sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli) kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən fu..) xx.xx.2021-ci il tarixədək 5 il müddətinə ikinci dərəcə əlillik təyin olunmuşdur. - Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixdə müayinə olunmuş, diaqnozun mətni: Postkontuzion sindrom, keçirilmiş (1994) baş-beyin travmasından və kor güllə yaralanmasından sonrakı vəziyyət, İmtina səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Xəsarət aldığı yer və xəsarəti hansı şəraitdə aldığı qeyd edilsin. - xxxxxxx004 akt nörməli Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin müayinə barədə məlumatından görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixdə müayinə olunmuş “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr. Sol kürək nahiyyəsinin yumşaq toxumasının kor güllə yaralanmasından sonrakı çapıqlar. Hipertrofik çapıq. Postkontuzion sindrom, keçirilmiş (1994) baş-beyin travmasından və kor güllə yaralanmasından sonrakı vəziyyət” diaqnozu ilə qoyulmuş, diaqnoz əlillik əlaməti təyin etməməsi (səbəb: diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir) səbəbi ilə əlilliyin təyin olunmasından imtina edilmişdir. - "Qəbələ Rayon Mərkəzi Xəstəxanası" X6 xx.xx.2023-cü il tarixli 6-52/2-393/2023 nömrəli məktubundan görünür ki, hal-hazırda əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları’na uyğun olaraq tənzimlənir. İddiaçı orqanizmindəki funksiyaların pozulmasına aid kliniki funksional xüsusiyyətləri “Əlilliyin müəyyən olunması meyarları’na Əlavədə təsbit olunmuşdur. Belə ki, B. Rüstəmovun hərbi əməliyyatlar nəticəsində odlu silahla aldığı zədələnmələr yeni meyarlara görə aşağıdakı kimi təsbit edilmişdir:
1. Sol kürək nahiyyəsinin yumşaq toxumasının kor güllə yaralanmasından sonrakı çapıqlar- L-90.5 (dəri və dərialtı toxumaların xəstəlikləri);
2. Hipertrofik çapıq - L-91.0 (Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarında təsbit olunmamışdır);
3. Poskontuzion sindrom - F-07.2 (psixi pozğunluqlar və davranış pozğunluqlar). Nəzərinizə çatdırırıq ki. Nazirlər Kabinetinin 187 saylı qərarında psixi pozğunluqlar bəndində konkret olaraq meyarlarda olmasa da, sonda qeyd hissəsində “F07.0 diaqnozu da nəzərdən keçirilə bilər” ifadəsi qeyd edilmişdir. - "Qəbələ Rayon Mərkəzi Xəstəxanası" X6 xx.xx.2023-cü il tarixli 6-52/2-1029/2023 nömrəli məktubundan görünür ki, İddiaçı orqanizmindəki funksiların pozulmasına aid kliniki funskional xüsusiyyətləri;
1. Sol kürək nahiyyəsinin yumşaq toxumasının kor güllə yaralanmasından sonrakı çapıqlar.
2. Hipertrofik çapıq.
3. Poskontuzion sindrom – Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 saylı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əlavədə təsbit olunmamışdır. - "Qəbələ Rayon Mərkəzi Xəstəxanası" X6 xx.xx.2023-cü il tarixli 6-52/2-1149/2023 nömrəli məktubundan görünür ki, Oğuz rayon sakini İddiaçı orqanizmindəki funksiyaların pozulması xx.xx.1994-cü ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən hərbi əməliyyatlar zamanı odlu silahdan aldığı xəsarətlərin nəticəsidir və hərbi travma sayılır. Bununla bağlı İddiaçı yaşadığı ünvan üzrə 2013- cü il tarixində Oğuz rayon həkim komissiyasına müraciət etmiş və ona xəstəliyinə uyğun olaraq əlilliyin təyin edilməsi üçün Forma 88 göndərişi rəsmiləşdirilərək mərkəzi TSEK-ə göndərilmişdir. Lakin, mərkəzi TSEK İddiaçı əlilliyin verilməsindən imtina etmişdir. İddiaçı TSEK-in qərarı ilə razılaşmayaraq məhkəməyə müraciət etmiş və Şəki inzibati Məhkəməsinin hakimi Məcidov Rüfət Agasi oğlunun sədrliyi ilə keçirilmiş xx.xx.2015-ci il tarixli məhkəmə iclasının qətnaməsinə uyğun olaraq, TSEK-in 277 saylı qərarı ilə ona İİ dərəcəli əlillik təyin edilmişdir. Məlumat üçün bildiririk ki, 2020-ci ildən Oğuz rayon sakinlərinin əlilliyin təyin edilməsi üçün F88 göndərişinin rəsmiləşdirilməsi "Qəbələ RMX” PHŞ-nin səlahiyyətinə verilmişdir. Növbəti həkim komissiyası zamanı B. Rüstəmovun XBT-nin kodlarına uyğun olaraq təqdim etdiyi sənədlərə, məhkəmənin qərarına, hərbi statusuna, sosial şəraitinə və təkidinə uyğun olaraq ona xx.xx.2021-ci ildə “Qəbələ RMX” PHŞ-nin həkim komissiyasında əlilliyin təsdiq edilməsi üçün F88 göndərişi rəsmiləşdirilmişdir. Lakin, mərkəzi TSEK-in 02.11 2022-ci il tarixli qərarına əsasən, 8.Rüstəmova əlilliyin bərpa edilməsinə imtina edilmişdir. - cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.01,2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydasf'na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Qəbələ Rayon Mərkəzi Xəstəxanasının 0240003AAJPQ nömrəli göndərişi və müraciəti əsasında xx.xx.2022-ci il tarixində Agentlikdə qəbulda olmuşdur. Keçirilən qəbulda təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsində müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2013-cü il tarixli 277 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sol kürək nahiyəsinin yumşaq toxumasının kor güllə yarası. Ayaqların mikotik zədələnməsi’ diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı sol kürəkdə səthi dəri çapıq toxuması qeyd olunsa da, yuxarı ətraflarda əlillik təyinatına əsas verə biləcək hərəkət məhdudiyyəti, kontraktura və əzələ atrofiyası izlənilməmişdir. Həmçinin ekspertiza üçün əhəmiyyətli və şikayətlərinə uyğun instrumental müayinə nəticələri (KT, MRT, EEQ) təqdim edilməmiş və nevroloji ocaqlı əlamətlər müəyyən edilməmişdir. Nəticə olaraq hazırda klinik əlamətlərdə və instrumental müayinə nəticələrində əlillik təyinatına əsas verən ağırlaşmalar və patofunksiona! pozuntular aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. - Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin xx.xx.2015-ci il tarixli məktubuna əlavə olunmuş 81/MEŞ nömrəli ekspert rəyindən görünür ki, 1969-cu il təvəllüdlü İddiaçı məhkəmə-tibbi ekspertizasına, iş materialında olan tibbi sənədlərdəki məlumatlara və həkim mütəxəssisin məsləhətinə əsaslanaraq qərardadda göstərilənləri nəzərə alaraq ekspertiza qarşısında qoyulmuş suallara uyğun olaraq komissiya aşağıdakı nəticəyə gəlmişdir:
1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika Tibbi-Sosial Ekspertiza Mərkəzinin xx.xx.2014-cü il tarixli 1307 nömrəli məktubunda göstərilən Müdafiə Nazirliyinin MHHK-nın xx.xx.2013-cü il tarixli 277 nömrəli Qərarında “sol kürək nahiyyəsinin yumşaq toxumasının kor güllə yarası, ayaqların mikotik zədələnməsi xəstəliyi ilə yanaşı, baş beynin travmatik xəstəliyi postravmatik ensefalopatiya,qıcolma tutmaları ilə və “şəkərli diabet xəstəliyi” diaqnozu əsaslıdır.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1997-ci il tarixli 99 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq X4 əlil hesab olunması Respublika TSEK-nin səlahiyyəti daxilindədir.
3. İddiaçı xx.xx.1994-cü ildə “sol kürək” nahiyyəsinin yumşaq toxumasının kor güllə yarası, ayaqların mikotik zədələnməsi” xəsarətlərini almasına qədər olan müddətdə praktik sağlam olması, o cümlədən onda postravmatik ensefalopatiya, qıcolma tutmaları ilə və şəkərli diabet xəstəliklərinə düçar olması barədə hər hansı bir tibbi sənədlərin olmaması baş beynin travmatik xəstəliyi postravmatik ensefalopatiya, qıcolma tutmaları ilə və şəkərli diabet xəstəliyi, sol kürək” nahiyyəsinin yumşaq toxumasının kor güllə yarası, ayaqların mikotik zədələnmənin nəticəsi olması qənaətinə gəlinməsinə əsas vermişdir.
Əsaslandırma hissəsi:
Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İPM-nin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Hazırkı iş üzrə cavabdeh orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina barədə inzibati aktın iddiaçıya hansı tarixdə verilməsinə dair sübut təqdim edilmədiyindən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün iddia müddəti ötürülməmişdir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Bənd 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi). Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi bilik və təcrübəyə malik olduğu hallardan gedir. Hazırkı işdə də söhbət, məhz inzibati orqanın işin mahiyyəti ilə bağlı xüsusi biliyə və təcrübəyə malik olduğu haldan gedir. Cavabdeh orqan iddiaçıya əlilliyin təyin edilməsindən “diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir” səbəbi ilə imtina etmişdir. İddiaçı barəsində tərtib edilmiş göndərişdə qeyd edilmiş diaqnoz “F48.0nevrasteniya, asteno-nevrotik sindrom, G44.3-xroniki posttravmatik baş ağırısı, posttravmatik ensefalopatiya, xroniki posttravmatik baş ağırları, E11-insulindən asılı olmayan şəkərli diabet, şəkərli diabet ikinci tip orta ağır forma, G63.2-diabetik polinevropatiya (E10-14 ümumi dördüncü 4 işarəsi ilə) diabetik polineyropatiya, L91.0hipertrofik çapıq, sol kürək nahiyyəsinin yumşaq toxumasının kor güllə yaralanmasından sonrakı çapıqlar, İ10-essensial birincili hipertenziya, arterial hipertoniya ikinci dərəcə, F07.2-postkontuzion sindrom, keçirilmiş (1994) baş beyin travmasından və kor güllə yaralanmasından sonrakı vəziyyət, G90.8-vegetativ (avtonom) sinir sisteminin digər pozğunluqları, tez-tez baş verən (ayda 5-15 dəfə) vegetativ damar krizləri ilə, H93.3eşitmə sinirinin xəstəlikləri, neyrosensor tip ağıreşitmə birinci-ikinci dərəcə” olmuşdur. Diaqnozun mətnindən görünür ki, iddiaçıya, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(84)-185/2015 nömrəli qərarı ilə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Respublika Tibbi Sosial-Ekspertiza Mərkəzinin üzərinə qoyulduqdan ötən dövr ərzində onun sağlamlıq vəziyyətində yaxşılaşma baş verməmiş, əksinə ona qoyulmuş diaqnozla sağlamlıq vəziyyətinin daha da pisləşməsi müəyyən edilmişdir. Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin xx.xx.2015-ci il tarixli məktubuna əlavə olunmuş 81/MEŞ nömrəli ekspert rəyi ilə iddiaçıya qoyulmuş “sol kürək nahiyyəsinin yumşaq toxumasının kor güllə yarası, ayaqların mikotik zədələnməsi xəstəliyi ilə yanaşı, baş beynin travmatik xəstəliyi postravmatik ensefalopatiya, qıcolma tutmaları ilə və “şəkərli diabet xəstəliyi” diaqnozunun əsaslı olması müəyyən edilmiş, cavabdeh orqan hazırkı iş üzrə imtina cavabı verərkən iddiaçıya qoyulmuş diaqnozun düzgünlüyünü mübahisələndirməmişdir. İddiaçı barəsində tərtib edilmiş göndərişdə qeyd edilmiş diaqnozlar əsasında müəyyən edilir ki, iddiaçıya qoyulmuş diaqnozlardan F48.0 kodu ilə qeyd edilmiş diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.3.9-cu bəndindəki xəstəliklərin əhatə dairəsinə düşür. Belə ki, göndərişdə F48.0 kodu qeyd edilmiş “nevrasteniya, asteno-nevrotik sindrom” diaqnozun istinad olunan Əsasnamədə əlilliyin müəyyən olunduğu xəstəliklərin siyahısındadır (2.3.9. uzun müddət dekompensasiya (altı aydan çox) vəziyyətində olan şəxsiyyət pozuntuları və psixopatiyalar (F60.0-F62.9, F45-F45.9, F48-F48.9)); Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh orqan xx.xx.2021-ci il tarixdə iddiaçıya əlilliyin təyin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; (-). 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. (-). 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. (-). 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən həll edilir. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə
qərara aldı:
İddia təmin edilir. Cavabdeh PHŞ-nin üzərinə İddiaçı xx.xx.2021-ci il tarixdən əlilliyin təyin edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.