Məhkəmə qərarları › İş №2-1(116)-656/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-656/2020

06.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-656/2020 06.03.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Göyçay rayon şöbəsinə qarşı “01.09.1971-ci il tarixdən 09.07.1975-ci il tarixədək Azərbaycan Dövlət Pedaqoji İnstitutunda əyani təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi və hüququ yarandığı 13.01.2017-ci il tarixdən pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı 01.09.1971-ci il tarixdən 09.07.1975-ci il tarixədək Azərbaycan Pedaqoji İnstitutunda təhsil almışdır. Ona 13.01.2017-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş, təhsil aldığı müddət sosial sığorta stajına daxil ediləcəyi təqdirdə əmək pensiyasının məbləği 11,83 manat artacaqdır. İddiaçı təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu 21.01.2020-ci il tarixli məktubla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə istinad edərək bundan etmişdir. Bununla razılaşmayan iddiaçı hazırki tələblə məhkəməyə müraciət edərək, təhsil illərinin əmək pensiyası stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı 06.03.2020-ci il tarixdə keçirilən məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “01.09.1971-ci il tarixdən 09.07.1975-ci il tarixədək Azərbaycan Dövlət Pedaqoji İnstitutunda əyani təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi və hüququ yarandığı 13.01.2017-ci il tarixdən pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin iclas protokol qərardadına əsasən ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasnda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı 0******* nömrəli vətəndaşın Şəxsiyyət Vəsiqəsinin surəti, DSMF-nin Göyçay rayon şöbəsinin 23.01.2020-ci il tarixli **********2 nömrəli imtina məktubu və 25.02.2020-ci il tarixli **********7 nömrəli məktubu, НЗ seriyalı ******* nömrəli hərbi biletin surəti, Я seriyalı 106398 nömrəli diplomun təsdiqlənmiş surəti, 1978-ci il tarixli əmək kitabçasının surəti, iddia tələbinin dəqiqləşdirməsi barədə 06.03.2020-ci il tarixli ərizə aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddiaçının hazırki tələblə məhkəməyə müraciət etməkdə hüquqi marağı mövcuddur. Belə ki, təhsil aldığı müddət sosial sığorta stajına daxil ediləcəyi təqdirdə pensiya məbləği 11,83 manat artacaqdır. Həmçinin, iddia əsaslıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 01.10.1956-cı ildə qanuni qüvvəyə minmiş və 23.09.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları” haqqında SSRİ Qanunun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. Sadalanan maddi hüquq normalarını müqayisəli şəkildə təhlil edərək məhkəmə hesab edir ki, iddiaçı 1971-1975-ci illərdə təhsil aldığından həmin dövrdə qüvvədə olan qanunvericilik aktları hazırki münasibətlərə tətbiq edilməlidir. Belə ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir (Azərbaycan Respublikası Konstitusiyası maddə-149.7). Həmin dövrdə qüvvədə olan qanunvericilik aktlarının tələbindən göründüyü kimi, ali məktəbləri bitirmiş şəxslərin təhsil müddəti onların iş stajına daxil edilməlidir. Hazırki mübahisədə cavabdeh inzibati orqanın iddiaçının hüquqi vəziyyətini ağırlaşdıran normalara istinad edərək iddiaçının təhsil müddətin sosial sığorta stajına daxil etməməsi onun Konstitusiya ilə qorunan hüquqlarının pozulmasına gətirib çıxarır. İddiaçının təhsil müddətinin onun iş stajına daxil edilməsi təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyin tələbidir. Bu hüquq isə iddiaçı tərəfindən artıq qazanılmış hüquqdur. Bundan başqa məhkəmə iddianın təhsil müddətinin yaşa görə əmək pensiyası təyin edildiyi 13.01.2017-ci il tarixdən sosial sığorta stajına daxil edilməsi ilə bağlı qeyd edir ki, iddiaçı tələbində haqlıdır. Belə ki, yuxarıda şərh olunduğu kimi iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan qanunverciliyin tələbləri baxımından onun təhsil aldığı dövr ona iş stajı kimi qəbul edilmiş və bu hüquq artıq sonuncu tərəfindən qazanılmış hüquqdur. Belə olan halda iddiaçının təhsil aldığı dövr onun pensiyaya çıxdığı tarixdən sosial sığorta stajına daxil edilməli və pensiya məbləğində yaranan fərq ona ödənilməlidir. İddiaçıya ödənilməli pensiya məbləği sonuncunun mülkiyyətidir ki, o heç bir halda mülkiyyətindən məhrum edilə bilməz. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə İddiaçı 01.09.1971-ci il tarixdən 09.07.1975-ci il tarixədək Azərbaycan Dövlət Pedaqoji İnstitutunda əyani təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi və hüququ yarandığı 13.01.2017-ci il tarixdən pensiyanın yenidən hesablanması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi, 1) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar