Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-658/2020 20.07.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X1 qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “pensiyasının xx.xx.2013-cü il tarixdən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı xx.xx.1954-cü ildə Oğuz rayonu, Baş Daşaqıl kəndində anadan olmuşdur. İddiaçı təhsil illərini sosial sığorta stajına daxil edilməsi üçün cavabdeh orqana xx.xx.2020-ci il tarixdə müraciət etmiş lakin, cavabdeh orqan xx.xx.2020-ci il tarixli məktubla bundan imtina etmişdir. İddiaçı imtinanı əsasız hesab etmiş və məhkəməyə müraciət edərək, ali təhsil illərinin əmək pensiyası stajına daxil edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmənin sərəncamına əsasən göndərdiyi xx.xx.2020-ci il tarixli **********4 nömrəli məktubunda “Əmək pensiyaları haqqında” Azərbaycan Republikası Qanununun 21-ci maddəsinə istinad edərək, təhsil müddətinin sosial sığorta stajına daxil edilmədiyi qeyd edib iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçıya xx.xx.2013-cü il tarixdən yaşa görə pensiya təyin edildiyini, təhsil müddətinin sosial sığorta stajına daxil ediləcəyi təqdirdə iddiaçının pensiyasının məbləğində artım olacağını qeyd etmişdir. Bundan sonra cavabdeh məhkəməyə xx.xx.2020-ci il tarixli **********5 nömrəli məktub göndərərək bildirmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2020-ci il 06 fevral tarixli **********2 nömrəli tapşırığına, Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2020-ci il tarixli **********4 nömrəli məktubuna əsasən 2006-cı il 01 yanvar tarixinədək bitmiş əyani təhsil müddəti nəzərə alınmaqla əmək pensiyalarının təyin edilməsinin və hesablanmasının (o cümlədən yenidən hesablanmasının) vətəndaşın müraciəti əsasında həyata keçirilməsi və keçmiş dövr üçün hesablanmış məbləğlərin ödənilməsinin “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1ci maddəsinə uyğun aparılması tapşırılmışdır. Nazirlik yanında DSMF-nin 2019-cu il 31 iyul tarixli **********8 nömrəli məktubu ilə verilmiş “2006-cı il 01 yanvar tarixədək bitmiş əyani təhsil müddətinin 2 instansiya məhkəmə qərarından sonra nəzərə alınması” tapşırığı həmin məsələyə münasibətdə qüvvədən düşmüş hesab edilmişdir. Bunu nəzərə alaraq İddiaçı “1972-1976-cı illərdə təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair məhkəmə işi üzrə təhsil illəri iddiaçının sosial sığorta stajına daxil etdiyimizə görə iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli iclasında iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, təhsil illəri cavabdeh tərəfindən sosial sığorta stajına daxil edilsə də, pensiya hüququnun yarandığı xx.xx.2013cü il tarixindən hesablanmamışdır. Odur ki, “pensiyasının xx.xx.2013-cü il tarixdən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin həmin tarixli iclasında ərizə icraata qəbul edilmiş və cavabdehə münasibət bildirilməsi üçün təqdim olunmuşdur. Cavabdeh tərəfindən iddiaya xx.xx.2020-ci il tarixli **********0 nömrəli etiraz verilmiş və “Əmək pensiyaları haqqında” Azərbaycan Republikası Qanununun 21-ci maddəsinə istinad edərək, təhsil müddətinin sosial sığorta stajına daxil edilmədiyi qeyd edib iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçıya xx.xx.2013-cü il tarixdən yaşa görə pensiya təyin edildiyini, təhsil müddətinin sosial sığorta stajına daxil ediləcəyi təqdirdə iddiaçının pensiyasının məbləğində artım olacağını qeyd etmişdir. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı 0******* nömrəli vətəndaşın Şəxsiyyət Vəsiqəsinin surəti, Cavabdeh xx.xx.2020-ci il tarixli **********9 nömrəli imtina məktubu, B-İ seriyalı 007093 nömrəli diplomun təsdiqlənmiş surəti, ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasının surəti, Cavabdeh xx.xx.2020-ci il tarixli **********4 nömrəli və xx.xx.2020-ci il tarixli **********5 nömrəli məktubları, Nikahın bağlanması haqqında İİ-ЖГ seriyalı 275505 nömrəli şəhadətnamənin təsdiqlənmiş surəti, Cavabdeh xx.xx.2020-ci il tarixli **********0 nömrəli etirazı aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və iddiaçı teleqram göndərərək xəstə olduğunu bildirib, işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdehin nümayəndəsi isə gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Həmçinin, iddia əsaslıdır. İddiaçının xx.xx.1972-ci il tarixdən xx.xx.1976-cı il tarixinə qədər Azərbaycan Pedaqoji Dillər Universitetində təhsil alması Б-İ seriyalı 007093 nömrəli diplomun təsdiqləmiş surəti ilə öz təsdiqini tapır və bu işin mübahisələndirilməyən halıdır. Cavabdehin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, iddiaçı xx.xx.2013-cü ildən yaşa görə əmək pensiyaçısıdır. Ona158.82 manat məbləğində əmək pensiyası ödənilir. xx.xx.1972-ci il tarixdən xx.xx.1976-cı il tarixədək təhsil aldığı illər sosial sığorta stajına daxil ediləcəyi halda pensiyasında artım olacaqdır. Göründüyü kimi iddiaçının qeyd olunan iddianı qaldırmaqda hüquqi marağı təhsil müddətinin sosial sığorta stajına daxil ediləcəyi təqdirdə, pensiyasının artması, pensiya hüququnun yarandığı vaxtdan ödənilməmiş pensiya məbləğinin alınmasından ibarətdir. İPM-in 1.2-ci maddəsindən göndərişlə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsının 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddiaçının əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməsi məsələsi iddiaçının pensiya təyin edilməsi üçün müvafiq yaşa çatdığı vaxt qüvvədə olan qanunvericiliyə görə deyil, həmin təhsilin özünün alındığı zaman qüvvədə olan qanunvericiliyə görə həll edilməlidir. Çünki bu zaman həll edilməli olan məsələ həmin müddətin sosial sığorta stajına daxil edilməli olub-olmadığı məsələsidir. Başqa sözlə, aydınlaşdırılmalı olan hüquq münasibəti əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməli olub-olmadığıdır. Hüquq münasibətinə verilməli olan qiymət isə onun yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına görə həll olunmalıdır. Bu mənada, konkret iş üzrə mübahisəli hüquq münasibəti əyani təhsil alınması ilə bağlı yaranan münasibətdir. Ona görə də, həmin münasibətə məhz onun yarandığı zaman qüvvədə olan qanunvericiliyin tələbləri nəzərə alınmaqla qiymət verilməlidir. 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi istər iddiaçının təhsil aldığı vaxt qüvvədə olan, istərsə də “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 01 yanvar tarixədək qüvvədə olan qanunvericilik ali təhsil müəssisələrində alınmış əyani təhsil müddətlərinin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta (iş) stajına daxil edildiyini təsbit etmişdir. Ona görə də, iddiaçı həmin müddətlərin ona pensiya təyin edilməsi zamanı sosial sığorta stajı (iş) kimi nəzərə alınmasını tələb etmək hüququna malikdir. Bununla bağlı olaraq məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bundan başqa, sonrakı tənzimləmələr iddiaçıya münasibətdə onun hüquqi vəziyyətini pisləşdirdiyi üçün də tətbiq edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Məhkəmə qeyd edir ki, cavabdeh xx.xx.2020-ci il tarixli **********5 nömrəli məktubunda təhsil illərinin iddiaçının sosial sığorta stajına daxil etdiyini bildirsə də, sonradan xx.xx.2020-ci il tarixli **********0 nömrəli etiraz verilmiş və “Əmək pensiyaları haqqında” Azərbaycan Republikası Qanununun 21-ci maddəsinə istinad edərək, təhsil müddətinin sosial sığorta stajına daxil edilmədiyi qeyd edib iddianın təmin edilməməsini xahiş etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının tələbi “pensiyasının xx.xx.2013-cü il tarixdən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi” olduğu üçün hər bir halda məhkəmə tərəfindən həmin tələbə qiymət verilməlidir ki, təhsil illərinin sosial sığorta stajına daxil edilməli olması yuxarıda qeyd olunan normalara istinad edilməklə əsaslandırılmışdır. Cavabdehin iddiaya münasibətindən müəyyən olunur ki, o, pensiyanın xx.xx.2013cü il tarixindən hesablanmasından narazıdır və mövqeyini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2020-ci il 06 fevral tarixli **********2 nömrəli tapşırığına, Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2020-ci il tarixli **********4 nömrəli məktubuna əsasən 2006-cı il 01 yanvar tarixinədək bitmiş əyani təhsil müddəti nəzərə alınmaqla əmək pensiyalarının təyin edilməsinin və hesablanmasının (o cümlədən yenidən hesablanmasının) vətəndaşın müraciəti əsasında həyata keçirilməsi və keçmiş dövr üçün hesablanmış məbləğlərin ödənilməsinin “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1ci maddəsinə uyğun aparılmasının tapşırılması ilə əsaslandırmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının pensiya hüququnun yarandığı vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Republikası Qanununun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. İddiaçının pensiya hüququnun yarandığı vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Republikası Qanununun 32.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. Cavabdehin istinad etdiyi “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsi xx.xx.2017-ci il tarixli 543 VQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanuna əlavə edilmişdir. Həmin maddə iddiaçının pensiya hüququ yarandığı zaman qüvvədə olmamışdır və iddiaçının vəziyyətini pisləşdirdiyi üçün geriyə şamil oluna bilməz. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehin üzərinə iddiaçının pensiyasının xx.xx.2013-cü il tarixdən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməs öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə İddiaçı pensiyasının xx.xx.2013-cü il tarixdən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 1) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-658/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-658/2020
20.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver