Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-659/2021 05.04.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlu İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “paylı mülkiyyətlərinə 0.24 hektar həyətyanı torpaq sahəsinin verilməsinə dair cavabdeh tərəfindən ona verilmiş xx.xx.2020-ci il qeydiyyat tarixli və **********06 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya RX ******* nömrəli çıxarışda səhv qeyd olunan mülkiyyətçinin ad və soyadında düzəliş edilməklə ona hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın, plan-ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddiasına dair inzibati işə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “paylı mülkiyyətlərinə 0.24 hektar həyətyanı torpaq sahəsinin verilməsinə dair cavabdeh tərəfindən ona verilmiş xx.xx.2020-ci il qeydiyyat tarixli və **********06 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya RX ******* nömrəli çıxarışda səhv qeyd olunan mülkiyyətçinin ad və soyadında düzəliş edilməklə ona hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın, plan-ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir (iş № 2-1(116)-659/2021). Bundan başqa, müəyyən edildi ki, iddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "paylı mülkiyyətlərinə 0.24 hektar həyətyanı torpaq sahəsinin verilməsinə dair cavabdeh tərəfindən ona verilmiş xx.xx.2020-ci il qeydiyyat tarixli və **********06 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya RX ******* nömrəli çıxarışda səhv qeyd olunan mülkiyyətçinin ad və soyadında düzəliş edilməklə ona hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın, plan-ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması" barədə ayrıca iddia ərizəsi ilə də Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir (iş № 2- 1(116)-666/2021). Məhkəmə aşağıdakı hallara görə bu qənaətə gəldi ki, göstərilən işlər üzrə icraat bir icraatda birləşdirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 56.1-ci maddəsində deyilir ki, məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır. Həmin Məcəllənin 56.3-cü maddəsinə görə, məhkəmə müstəqil işlər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. İşlərdən görünür ki, qeyd olunan hər iki iddia üzrə mübahisə predmetləri eynidir, hər iki iddia müxtəlif şəxslər tərəfindən və eyni cavabdehə qarşı verilmişdir. Belə olan halda, həmin işlərə birgə baxılması və vahid qərar qəbul edilməsi daha məqsədə müvafiqdir. Hazırkı qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyinə görə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə əsasən, şifahi məhkəmə baxışı keçirilmədən qəbul edildi. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: Şəki İnzibati Məhkəməsinin icraatında olan aşağıdakı inzibati işlər üzrə icraat bir icraatda birləşdirilsin: 1) İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “paylı mülkiyyətlərinə 0.24 hektar həyətyanı torpaq sahəsinin verilməsinə dair cavabdeh tərəfindən ona verilmiş xx.xx.2020-ci il qeydiyyat tarixli və **********06 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya RX ******* nömrəli çıxarışda səhv qeyd olunan mülkiyyətçinin ad və soyadında düzəliş edilməklə ona hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın, plan-ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair 2-1(116)- 659/2021 nömrəli iş, 2) iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "paylı mülkiyyətlərinə 0.24 hektar həyətyanı torpaq sahəsinin verilməsinə dair cavabdeh tərəfindən ona verilmiş xx.xx.2020-ci il qeydiyyat tarixli və **********06 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya RX ******* nömrəli çıxarışda səhv qeyd olunan mülkiyyətçinin ad və soyadında düzəliş edilməklə ona hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın, plan-ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması" barədə iddiasına dair 2-1(116)- 666/2021 nömrəli iş. Qərardaddan şikayət verilə bilməz.. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-659/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-659/2021
05.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver