Məhkəmə qərarları › İş №2-1(116)-66/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-66/2021

04.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-66/2021 04.02.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi Məmmədova Aynur Əhəd qızının katibliyi, Cavabdehin nümayəndəsi Ömərov Rafael Ömər oğlunun, Üçüncü şəxs X12 iştirakı ilə İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X13 (üçüncü şəxs: X18) qarşı "Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X16 tərəfindən Zaqatala rayonu, Çökəkoba kəndi ünvanında yerləşən, 0.0604 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq üzərində tam, fərdi yaşayış evi üzərində isə ½ hissə olmaqla X12, fərdi yaşayış evinin digər ½ hissəsi üzərində İddiaçı1 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması haqqında qəbul etdiyi qərarın ləğv olunması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: Zaqatala rayon məhkəməsinin xx xxxxx 2018-ci il tarixli 2(033)-420/2018 nömrəli qətnaməsi ilə iddiaçı X4 ilə üçüncü şəxs X12 birgə nikahları dövründə əldə edilmiş, ünvan 1ində yerləşən, cavabdeh X14 verilmiş 641,94 kv.m torpaq sahəsi üzərində 1999-cu ildə tikilmiş, ümumi sahəsi 147 kv.m., yaşayış sahəsi 102 kv.m. olan fərdi yaşayış evi ərarvadın ümumi birgə mülkiyyəti sayılmış və həmin fərdi yaşayış evində tərəflərin payı bərabər hesab edilmişdir. Həmin qətnamənin icrası qaydasında cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X16 tərəfindən xx.xx.2019-cu il tarixdə iddiaçının həmin fərdi yaşayış evi və torpaq sahəsi üzərində 1/2 hissə ilə paylı mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış və ona müvafiq çıxarış verilmişdir. Cavabdeh inzibati orqan 18 saylı X16 tərəfindən iddiaçıya xx xxxxxx 2019-cu il tarixli **********86 saylı məktub göndərilərək bildirilmişdir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq Zaqatala rayonu, Çökəkoba kəndi ünvanında yerləşən, 0.0604 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin qeydiyyatı zamanı buraxılmış texniki səhvlər daşınmaz əmlakın dövlət reyestrində aradan qaldırılaraq həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq üzərində tam, fərdi yaşayış evi üzərində isə 1/2 hissə olmaqla X12, fərdi yaşayış evinin digər 1/2 hissəsi üzərində İddiaçı1 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Beləliklə, cavabdeh inzibati orqan qəbul etdiyi inzibati aktla 1/2 hissə ilə iddiaçının mülkiyyətində olan və ünvan 1i ünvanında yerləşən fərdi yaşayış sahəsinə aid 0,0604 ha torpaq sahəsinə mükiyyət hüququnun qeydiyyatını ləğv etmişdir. Cavabdehin etirazının dəlilləri: İş üzrə 3-cü şəxs X3 rayonu, Çökəkoba kəndi ünvanında 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində Hudulova (Məmmədova) Gülüşən Məhəmməd qızının adına aparılmış qeydiyyatda düzəliş edilərək yalnız fərdi yaşayış evinin 1/2 hissəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədi ilə 18 saylı X13 ərizə ilə müraciət etmişdir. Belə ki, Zaqatala rayonu, Çökəkoba kəndi ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0,0604 ha torpaq sahəsi Zaqatala rayonu, Çökəkoba kəndində aparılan torpaq islahatı zamanı yalnız X12 mülkiyyətinə verildiyini nəzərə alaraq, texniki səhv nəticəsində qeyd olunan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 1/2 hissəsi üzərində İddiaçı1 daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış mülkiyyət hüququnun qeydiyyatı zamanı buraxılan texniki səhv aradan qaldırılmış və münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə bildiriş göndərilmişdir. İddia ərizəsi ilə bağlı aparılan araşdırma zamanı məlum olmuşdur ki, Zaqatala rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(033)-420/2018 saylı qətnaməsinə əsasən Zaqatala rayonu, Çökəkoba kəndi ünvanında yerləşən cavabdeh X14 verilmiş 0,0641 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi ər-arvadın ümumibirgə mülkiyyəti sayılmış və həmin fərdi yaşayış evində tərəflərin payının bərabər hesab edilməsi qət edilmişdir. Lakin, qeyd olunan fərdi yaşayış evi üzərində İddiaçı1 hüquqlarının dövlət reyestrində qeydiyyatı zamanı texniki səhv nəticəsində qeyd olunan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində də hüquqular daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır (0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi ilə bağlı arxiv qovluğunda saxlanılan sənədlər təqdim olunur). Belə ki, iddiaçı X12 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X9rşı “Zaqatala Rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən mülkiyyətinə verilmiş, Zaqatala rayonu, Çökəkoba kəndində yerləşən 0,3227 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatda düzəliş edilərək, Hudulova (Məmmədova) Gülüşən Məhəmməd qızının adının həmin torpaq sahəsinin mülkiyyətçiləri sırasından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə bağlı Şəki İnzibati-İqtisadi Məhkəməsinin icraatında olan 2-1(84)-19/2019 saylı işin araşdırılması zamanı Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən xx.xx.2018-ci il tarixli, **********13 nömrəli məktubla təqdim olunmuş mütəxəssis rəyindən məlum olmuşdur ki, Kadastr və X7 X6 Məmmədovaya torpaq sahəsinin verilməsi barədə məlumat yoxdur. “Bakı fəhləsi” kolxozunun torpaq payı almaq hüququ olan vətəndaşların siyahısında yalnız X12 adı vardır. Məlumat üçün bildiririk ki, Zaqatala rayonu, Çökəkoba kəndi ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0,06 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə keçmiş DTİ və MHQİ tərəfindən 03 nömrəli reyestr kitabının 43-cü səhifəsində X12 adına qeydiyyata alınmışdır. Sərəncamın 2-ci hissəsinin 3-cü bəndində qeyd olunan məsələ ilə bağlı bildiririk ki, Hudulova (Məmmədova) Gülüşən Məhəmməd qızı və onun vəkili Şəki İnzibati-İqtisadi Məhkəməsinin icraatında olan 2-1(84)-19/2019 saylı işin araşdırılması ilə bağlı Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən xx.xx.2018-ci il tarixli, **********13 nömrəli məktubla təqdim olunmuş mütəxəssis rəyindən məlumatlıydılar. Bundan başqa, Hudulova (Məmmədova) Gülüşən Məhəmməd qızı ərazi idarəsinə dəvət olunaraq qeyd olunan texniki səhv barədə ona məlumat verilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında 3-cü şəxs iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan xx.xx.2019-cu il tarixli **********41-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, torpaq sahəsi 0.0604, ümumi sahəsi 133.50 kv.m olan fərdi yaşayış evi İddiaçı1 fərdi yaşayış evinin ½ hissəsi, X14 fərdi yaşayış evinin ½ hissəsi və torpaq sahəsi tam bölünmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli **********41-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, torpaq sahəsi 0.0604, ümumi sahəsi 133.5 kv.m olan fərdi yaşayış evi İddiaçı1 və X14 arasında ½ hissə olmaqla bölünmüşdür. İş materiallarında olan A seriyalı 148226 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin təsdiqlənmiş surətindən görünür ki, X17 Komissiyasının xx xxxxxx 1999-cu il tarixli 81 nömrəli qərarı ilə ünvan 1ində yerləşən 641.94 kv.m torpaq sahəsi X12 adına qeydiyyata alınmışdır. Dövlət Torpaq Kadastrı kitabında xx.xx.2009-cu il tarixdə 219 nömrə ilə uçota alınmışdır. İş materiallarında olan 18 saylı Zaqatala X1 Rəyindən görünür ki, Kadastr və X8 X6 Məmmədovaya torpaq sahəsi verilməsi barədə məlumat yoxdur. “Bakı fəhləsi” kolxozunun torpaq payı almaq hüququ olan vətəndaşların siyahısında tək X12 adı vardır. İş materiallarında olan Zaqatala Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(033)-420/2018 saylı qətnaməsindən görünür ki, iddiaçı X4 ilə cavabdeh X12 birgə nikahları dövründə əldə edilmiş ünvan 1ində yerləşən cavabdeh X14 verilmiş 641,94 kv.m torpaq sahəsi üzərində 1999-cu ildə tikilmiş, ümumi sahəsi 147 kv.m. yaşayış sahəsi 102 kv.m olan fərdi yaşayış evi ər-arvadın ümumi birgə mülkiyyəti sayılmış və həmin fərdi yaşayış evində tərəflərin payı bərabər hesab edilmişdir. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2-1(107)-1880/2018 saylı qətnaməsindən görünür ki, cavabdeh X18 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Zaqatala Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(033)-420/2018 nömrəli qətnaməsi qisməniddiaçı X2 “Kapitalbank” Açıq Səhmdar Cəmiyyətininin Zaqatala filialı ilə xx.xx.2017-ci il tarixdə bağladığı 139GTKR172540501 nömrəli kredit müqaviləsindən yaranmış 2300 (iki min üç yüz) manat kredit borcundan nikahın pozulduğu vaxtdan sonuncu ödəniş günü olan xx.xx.2018-ci il tarixədək qalan 2227,56 manat borcun yarısı yəni, 1113,78 manat məbləğində borcun cavabdeh X11 alınıb iddiaçıya verilməsi hissəsində ləğv edilmiş, iş üzrə ləğv olunan hissə ilə bağlı yeni qətnamə qəbul edilmiş və iddiaçı X2 cavabdeh X14 qarşı iddiasının “KapitalBank" Açıq Səhmdar Cəmiyyətinə ümumi borcları olan 2784.45 (iki min yeddi yüz səksən dörd manat qırx beş qəpik) manatın yarısının cavabdehdən alınaraq, ona verilməsi hissəsi rədd edilmişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun səbbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, iddiaçıya təqdim olunmuş bildirişdə iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-in 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddiaçının tələbində inzibati aktı mübahisələndirməsinə baxmayaraq məhkəmə qeyd edir ki, hazırki halda cavabdeh tərəfindən inzibati akt qəbul olunmamış, texniki səhvin düzəldilməsi istiqamətində faktiki xarakterli hərəkət həyata keçirilmişdir ki, onun bu səlahiyyəti də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə nəzərdə tutulmuşdur. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddia tələbi əsassızdır, ona görə də təmin oluna bilməz. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Zaqatala rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(033)-420/2018 saylı qətnaməsinə əsasən Zaqatala rayonu, Çökəkoba kəndi ünvanında yerləşən cavabdeh X14 verilmiş 0,0641 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi ər-arvadın ümumibirgə mülkiyyəti sayılmış və həmin fərdi yaşayış evində tərəflərin payının bərabər hesab edilməsi qət edilmişdir. Lakin, qeyd olunan fərdi yaşayış evi üzərində İddiaçı1 hüquqlarının dövlət reyestrində qeydiyyatı zamanı texniki səhv nəticəsində qeyd olunan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində də hüquqular daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Belə ki, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(033)-420/2018 saylı qətnaməsindən də görünür ki, iddiaçı X4 iddia ərizəsində Zaqatala rayonu, Çökəkoba kəndində X14 xx.xx.1995-ci il tarixində 0.06 ha həyətyanı torpaq sahəsi verildiyini, 3-cü şəxslə xx.xx.1996-cı il tarixində nikaha daxil olduğunu, 1999-cu ildə 3-cü şəxsə məxsus torpaq sahəsində ev tikib ora köçmək qərarına gəldiklərini qeyd etmişdir. Göründüyü kimi iddiaçı mübahisəli torpaq sahəsinin 3-cü şəxsə məxsus olduğunu qəbul etmiş, əmlak bölgüsü tələbində torpaq sahəsinə dair iddia irəli sürməmişdir. Yanlız həmin torpaq sahəsi üzərində tikilmiş evə dair tələb irəli sürmüşdür ki, ona münasibətdə də iddiası təmin olunmuşdur. Cavabdeh inzibati orqan qətnaməni icra edərkən texniki səhvə yol verməklə iddiaçının mövcud olmayan hüququnu qeydə almış, bununla da 3-cü şəxsin torpaq sahəsi üzərində olan mülkiyyət hüququnu pozmuşdur. Qeyd olunan texniki səhvi inzibati orqan özü sonradan aradan qaldırmış, nəticədə hazırki mübahisə yaranmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. Həmin Qanunun 16.1-1-ci maddəsinə əsasən bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş ərizə və bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun: 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Qeyd olunanlara əsasən iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. qərara aldı: İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X13 (üçüncü şəxs: X18) qarşı "Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X16 tərəfindən Zaqatala rayonu, Çökəkoba kəndi ünvanında yerləşən, 0.0604 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq üzərində tam, fərdi yaşayış evi üzərində isə ½ hissə olmaqla X12, fərdi yaşayış evinin digər ½ hissəsi üzərində İddiaçı1 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması haqqında qəbul etdiyi qərarın ləğv olunması" tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar