Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-66/2024 03.09.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçılar İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “JN-0009 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı üzrə birgə mülkiyyətlərində olan 0,48 ha əkin torpaq sahəsinin 2008-ci ildə Oğuz-Qəbələ-Bakı su kəmərini çəkilməsi ilə əlaqədar dövlət ehtiyacına alınması və kompensasiyanın ödənilməməsi nəticəsində iddiaçılara vurulmuş 16380 manat maddi zərərin və dövlət ehtiyacları üçün alınmış torpağa görə ödənilməmiş qalan 2680 manat məbləğində kompensasiyanın, cəmi 19060 (on doqquz min altmış) manat məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçılar X6, İddiaçı, X4 və X5 cavabdehlərə qarşı “JN-0009 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı üzrə birgə mülkiyyətlərində olan 0,48 ha əkin torpaq sahəsinin 2008-ci ildə Oğuz-Qəbələ-Bakı su kəmərini çəkilməsi ilə əlaqədar dövlət ehtiyacına alınması və kompensasiyanın ödənilməməsi nəticəsində iddiaçılara vurulmuş 16380 manat maddi zərərin və dövlət ehtiyacları üçün alınmış torpağa görə ödənilməmiş qalan 2680 manat məbləğində kompensasiyanın, cəmi 19060 (on doqquz min altmış) manat məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan birgə iddiaçılar vəsatətlə müraciət edərək özlərinə məxsus torpaq sahəsini İddiaçı bağışladıqlarını və iddiaçı qismində İddiaçı saxlanılmasını xahiş etmişdirlər.Vəsatət məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə təmin edilmişdir. İddia ərizəsinin əsaslarına görə, Respublikada aparılan məlum torpaq islahatları zamanı İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli 37 saylı qərarına uyğun olaraq İsmayıllı rayon Qarakolluq kəndi ərazisindən dörd nəfərlik ailə üzvülərinin birgə mülkiyyətinə 0,98 ha əkin torpaq sahəsi verilmiş, mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq iddiaçılar Azərbaycan Respublikası keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən JN-0009 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı yazılmışdır. X10 üzrə 0,48 ha əkin torpaq sahəsindən Cavabdeh ASC iddiaçıların xəbəri olduğu halda, lakin razılıqları olmadan və heç bir kompensasiya ödənlməsi barədə bildirilmədən və kompensasiya verilmədən Oğuz- Qəbələ-Bakı su kəməri xətti keçirilmişdir. Bununla da iddiaçılara məxsus cəmi 0,48 ha torpaq sahəsi qazılaraq şumlanmış, borunun basdırılması üçün kanal qazılmışdır. Nəticədə həmin torpaq sahəsində əkilən taxıl bitkisi məhv edilmiş, əldə edilən 1800 kq buğda məhsulundan məhrum olunmuşdur. Hazırda İsmayıllı rayonunda taxılın hər kiloqramının orta bazar qiyməti 60-65 qəpik olması nəzərə alınsa, 1170 manat məbləğində əldə edilən faydadan məhrum olunmuşdur. Bundan başqa mülkiyyətdə olan 0,48 ha əkin torpaq sahəsi dövlət ehtiyaclarına zəbt edilməklə alınsa da, dövlət tərəfindən qanunla nəzərdə tutulan kompensasiya ötən illər ərzində iddiaçılara ödənilməmişdir. Bu barədə müvafiq dövlət qrumlarına şikayət ərizələri yazılsa da bu günədək müsbət nəticəsi olmamışdır. Hazırda mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazidə 1 ha əkin torpaq sahəsinin orta bazar qiyməti 5000 manat təşkil edir. Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli Fərmanına əsasən dövlət ehtiyacları üçün alman daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satın alma qiymətinə əlavə haqq ödənilir. Bu hesabla cavabdeh tərəfindən dövlət ehtiyaclarına alınmış 0,48 ha torpaq sahəsinə görə orta bazar qiyməti ilə 2400 manat + 20% (480 manat) = 2880 manat kompensasiya ödəməlidir. Nəzərə alınsa ki, dövlət ehtiyacları üçün alman 0,48 ha torpaq sahəsinə görə kompensasiya vaxtında ödənilmiş olsaydı iddiaçılar onunla başqa bir yerdən həmin ölçüdə əkin torpaq sahəsi alar və 2008-ci ildən ötən 14 il ərzində hər il ən azı 1170 manat gəlir əldə edərdi. Beləliklə də orta hesabla 1170 manat x 14 il = 16380 manat əldə ediləcək faydadan da məhrum olunmuşdur. Eyni zamanda qeyd edilir ki, iddiaçılar eyni məzmunlu iddia ilə Şəki İnzibati məhkəməsinə müraciət etmişdir. Lakin məhkəməyə səhvən su kəmərini keçdiyi 0,48 ha barədə deyil, özlərində qalan 0,5037 ha torpaq sahəsini çıxarışını təqdim etmişlər. Nəticədə həmin sənəd üzrə mövcud olan 0,5037 ha əkin torpaq sahəsini dövlət ehtiyaclarına alınmaması barədə 9 saylı Qəbələ Ərazi İdarəsi rəy vermişdir. Bu haqda məhkəmə qərarı vasitəsi ilə bildikdən sonra iddiaçılar yenidən su kəmərini keçdiyi 0,48 torpaq sahəsini dövlət ehtiyaclarına götülməklə onlara vurulmuş maddi və mənəvi zərərin tələbi ilə yenidən iddia qaldırmalı olmuşdur. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddiaya qarşı etirazını və mülahizəsini onlara əlavə olunmuş sənədlərlə birlikdə, iqtisadi mübahisələr üzrə isə mülahizənin digər tərəfə göndərilməsi barədə sübutları işə baxılana kimi ona qarşı izahat verilə bilən müddətdə məhkəməyə təqdim etməyə haqlıdır Aşağıda göstərilənlərə əsasən hesab edirik ki, təqdim edilmiş iddia tələbi heç bir qanunvericilik normasına əsaslanmır və məhkəmə qaydasında rədd edilməlidir.Belə ki, bu mülki işə baxarkən məhkəmə aşağıdakıları aydınlaşdırmalıdır: Oğuz-Qəbələ-Bakı su kəməri iddiaçı X3 və qeyrilərinin torpaq sahəsindən keçirmi, yəni su kəmərinin keçdiyi torpaq sahəsi həqiqətən iddiaçıya məxsusdurmu? Oğuz-Qəbələ-Bakı su kəmərinin keçdiyi torpaq sahələrinin mülkiyyət və ya istifadə hüquqlarının itirilməsi ilə bağlı mübahisələr üzrə "Azərsu” ASC cavabdeh qismində çıxış etməlidirmi? Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsi ilə bağlı kəmərin keçdiyi torpaq sahələrinin mülkiyyət və ya istifadə hüquqlarının itirilməsi və ya məhdudlaşması istiqamətində Cavabdeh ASC tərəfindən hər-hansı qanunsuzluğa yol verilmişdirmi, yəni cəmiyyətin hərəkətləri delikt məsuliyyəti yarada bilərmi? Qeyd etmək lazımdır ki, iddiaçı iddia ərizəsində qeyd edir ki, onun İsmayıllı rayonu Qarakollu kəndi ərazisində 0,48 ha torpaq sahəsi var. Buna dair iddiaçı ərizəyə torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətini əlavə etmişdir. Lakin iddiaçı torpaqla bağlı son sənəd olan- AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş çıxarışı əlavə etməmişdir. Cavabdeh olaraq bizim üçüun əsas mübahisə doğuran məqam- Oğuz-Qəbələ- Bakı su kəmərinin iddiaçıya məxsus olan torpaq sahəsindən keçibkeçməməsidir. İddiaçı iddia edir ki, su kəmərinin keçdiyi müəyyən ərazi onlara məxsusdur. Lakin təəssüf ki, iddiaçılara verilmiş torpağa mülkiyyət hüququna dair dövlət aktı və digər sənədlərdəki torpağın cizgiləri Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 65-ci maddəsinin tələblərinə tam cavab vermədiyindən, yəni ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirmədiyinə görə iddiaçıya məxsus torpaq sahəsi ilə onun iddia etdiyi, yəni su kəmərinin bir hissəsinin keçdiyi torpaq sahəsinin eynilik təşkil edib-etməməsini dəqiqliklə müəyyən etmək mümkün deyildir. Həmçinin iddiaçılara məxsus sənədlərdə göstərilən koordinatlara əsasən onların iddia etdikləri torpaqların həqiqətən sənəddə göstərilən torpaqlar olubolmadığını məlum deyil. ki, iddiaçılara verilmiş torpağa mülkiyyət hüququna dair dövlət aktı və digər sənədlərdəki torpağın cizgiləri Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 65-ci maddəsinin tələblərinə tam cavab vermədiyindən, yəni ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirmədiyinə görə iddiaçıya məxsus torpaq sahəsi ilə onun iddia etdiyi, yəni su kəmərinin bir hissəsinin keçdiyi torpaq sahəsinin eynilik təşkil edib-etməməsini dəqiqliklə müəyyən etmək mümkün deyildir. Həmçinin iddiaçılara məxsus sənədlərdə göstərilən koordinatlara əsasən onların iddia etdikləri torpaqların həqiqətən sənəddə göstərilən torpaqlar olubolmadığını məlum deyil. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasına iddiaçı gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə iddiaçının iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:
1. JN-0009 kod 40718048 nömrəli dövlət aktının təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, İsmayıllı rayon AİK-nın xx.xx.1998-ci il tarixli 37 nömrəli qərarı ilə 0,98 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyətə verilmişdir.
2. A seriyalı 683274 nömrəli xx.xx.2022-ci il tarixli 9 saylı Qəbələ ərazi idarəsi tərəfindən verilmiş plan-ölçü sənədi və xx.xx.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli **********68 reyestr nömrəli çıxarışdan görünür ki, İsmayıllı rayonunun Qarakollu kəndində yerləşən 0.4799 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçının mülkiyyətindədir.
3. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd olunur ki, xx.xx.2022-ci il qeydiyyat tarixli, **********68 reyestr nömrəli çıxarışda qeyd edilmiş 0.4799 hektar torpaq sahəsi dövlət ehtiyacları üçün alınmamışdır.
Əsaslandırma hissəsi:
İPM-in 2.2.7-ci maddəsinə görə hazırkı iddia növü inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara dair iddiadır. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl ərizə ilə cavabdehə müraciət etmiş, imtina cavabı aldıqdan sonra məhkəmədə iddia qaldırmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İPM 68.1) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia əsassızdır. Belə ki, iddiaçı torpaq sahəsinin cavabdeh tərəfindən dövlət ehtiyacları üçün alındığını bildirsə də, bununla bağlı Məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir.Məhkəmə araşdırması nəticəsində xx.xx.2022-ci il qeydiyyat tarixli, **********68 reyestr nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətində olan 0.4799 hektar torpaq sahəsindən Oğuz- Qəbələ-Bakı su kəmərinin keçmədiyi müəyyən edilmişdir.Rəyə əlavə edilmiş sxemdən də göründüyü kimi iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə su kəməri arasında yol və yoldan əlavə müəyyən məsafə vardır.Həmçinin,mülkiyyətdə olan torpaq sahəsinin tam əkinə yararlı olması təsdiqini tapmışdır.Nəticə etibarı ilə cavabdehin hər hansı faktiki hərəkəti nəticəsində iddiaçının mülkiyyət hüququ pozulmamışdır. “İnzibati icraat haqqında” Qanunun 67 və 68-ci maddələri ilə maraqlı şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməsi nəzərdə tutulmuşdur ki, kompensasiya maraqlı şəxsin müraciətinə əsasən və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olaraq ödənilir. Həmin Qanunun 89.1-ci maddəsinə görə, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Mülki Məcəllənin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1100-cü maddəsinə əsasən, dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir; 1115-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə bildirir ki, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddia (İPM- 2.2.7) öhdəliyin icrası haqqında iddianın xüsusi forması sayılır (İPM-34.1, ikinci cümlə). İnzibati orqanların qərarları və ya hərəkətləri nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinin əsaslı sayılması üçün: 1. inzibati orqanın fəaliyyəti publik hüquq sahəsinə aid olmalı; 2. inzibati orqanın qanunla bu hakimiyyət tədbirini həyata keçirmək səlahiyyəti olmalı; 3. inzibati orqan bu fəaliyyətlə qanunla daşıdığı vəzifələri pozmuş olmalı (səlahiyyətləri aşmalı yaxud diskresion səlahiyyətləri yanlış icra etməli); 4. hüququ pozulan (maraqlı) şəxs bu vəzifənin əhatə etdiyi qorunma sferasına daxil edilmiş olmalı; 5. maraqlı şəxsə zərər vurulmuş olmalı, onun hüquqi vəziyyəti inzibati orqanın öz vəzifələrini pozması vasitəsilə pisləşmiş olmalıdır (inzibati orqanın daşıdığı vəzifəni pozması və zərərin meydana gəlməsi arasında səbəbli əlaqə mövcud olmalıdır). Başqa sözlə, zərərin əvəzinin ödənilməsi tələb edilərkən ilk əvvəl hüquq pozuntusunun baş verməsi sübut edilməli, bu sübuta yetirildikdən sonra zərər vuranın təqsirliliyi və zərər vuranın əməli (hərəkət və ya hərəkətsizliyi) ilə zərər arasında səbəbli əlaqənin olması təsdiqini tapmalıdır. Lakin sadalanan şərtlərdən üçüncü və beşinci şərtə, yəni inzibati orqanın öz fəaliyyəti ilə qanunla daşıdığı vəzifələrini pozması, inzibati orqanın daşıdığı vəzifəni pozması ilə zərərin meydana gəlməsi arasında səbəbli əlaqənin mövcud olması şərtinə iş üzrə əməl olunmur. Bu da o deməkdir ki, iddiaçıların hüquqlarının pozuntusuna cavabdeh tərəfində yol verilməmişdir. Çünki, inzibati orqan kimi fəaliyyəti ümumi hüququn tənzimləmə predmetinə aid olan cavabdehin öz fəaliyyəti ilə qanunla daşıdığı vəzifələri iddiaçılara münasibətdə pozması, eləcə də iddia ərizəsində vurulduğu irəli sürülən zərərin cavabdehin hərəkətləri nəticəsində vurulması, iddiaçının hüquqi vəziyyətinin cavabdehin öz vəzifələrini pozması ilə pisləşmiş olması, yəni, cavabdehin hərəkətləri ilə vurulduğu güman olunan zərərin meydana gəlməsi və onlar arasında səbəbli əlaqənin mövcud olması sübut olunmur. İddiaçı ona dəymiş ziyanın cavabdeh orqanın qanunsuz və əsassız hərəkətləri nəticəsində nəticəsində yarandığını iddia etdiyindən və bununla bağlı cavabdeh orqanın hərəkətlərinin qanunsuzluğu və torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması məhkəmə tərəfindən öz təsdiqini tapmadığından məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Beləliklə, məhkəmə araşdırması ilə sabit olur ki, qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunazidd deyil və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “JN-0009 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı üzrə birgə mülkiyyətlərində olan 0,48 ha əkin torpaq sahəsinin 2008-ci ildə Oğuz-Qəbələ-Bakı su kəmərini çəkilməsi ilə əlaqədar dövlət ehtiyacına alınması və kompensasiyanın ödənilməməsi nəticəsində iddiaçılara vurulmuş 16380 manat maddi zərərin və dövlət ehtiyacları üçün alınmış torpağa görə ödənilməmiş qalan 2680 manat məbləğində kompensasiyanın, cəmi 19060 (on doqquz min altmış) manat məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə.