Məhkəmə qərarları › İş №2-1(116)-66/2025

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-66/2025

16.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-66/2025 16.09.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qəhrəmanzadə Nəzrin Fuad qızının katibliyi, iddiaçı Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Nümayəndə cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “X2 və İddiaçı məxsus, Göyçay rayonu Cəyirli kəndində yerləşən “Xırdavat topdansatış” müəssisəsinin 203.4 kv.metr faktiki tikilisinin və müəssisənin yerləşdiyi 3157 kv.metr torpaq sahəsinə dair texniki pasportun hazırlanması və paylara uyğun qeyd olunmaqla çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Nümayəndə cavabdeh Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə qarşı məhkəməyə müraciət edərək, X2 və İddiaçı məxsus, Göyçay rayonu Cəyirli kəndində yerləşən “Xırdavat topdansatış” müəssisəsinin 203.4 kv.metr faktiki tikilisinin və müəssisənin yerləşdiyi 3157 kv.metr torpaq sahəsinə dair texniki pasportun hazırlanması və paylara uyğun qeyd olunmaqla çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddiaçı izahat verərək qeyd etmişdir ki, “Xırdavat topdansatış” müəssisəsi onun atası X2 və İddiaçı məxsus olsada hazırda o həmin müəssisəsinin fəaliyyətinin iştirakından kənarlaşdırılmışdır. İddiaçıya İPM-in 13-cü maddəsinin tələblərinə əsasən “Xırdavat topdansatış” müəssisəsinin fəailiyyətindən iddiaçının kənarlaşdırlması ilə əlaqədar maneələrin aradan qaldırıması tələbi ilə müəssisənin müvafiq səlahiyyətli şəxsinə qarşı mülki məhəkəmədə iddia qaldırmaq hüququ izah olunmuşdur. İddiaçı məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə, ərizəni iş materialları ilə birgə araşdırıb hesab edir ki, iddia geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı öz aktiv hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə iddianın geri götürülmüş sayılması barədə ərizə verdikdə də o, iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Həmin səbəbdən də iddiaçının iradəsinə uyğun olaraq məhkəmə iddianın geri qaytarılması barədə qərardad qəbul etməlidir. Bununla yanaşı məhkəmə qeyd edir ki, iddiaçı hazırkı tələblə çıxış etsə də Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. İddiaçıya izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 16.3, 55, 80-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı Nümayəndə cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞnin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “X2 və İddiaçı məxsus, Göyçay rayonu Cəyirli kəndində yerləşən “Xırdavat topdansatış” müəssisəsinin 203.4 kv.metr faktiki tikilisinin və müəssisənin yerləşdiyi 3157 kv.metr torpaq sahəsinə dair texniki pasportun hazırlanması və paylara uyğun qeyd olunmaqla çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası geri götürülmüş sayılır və iş üzrə icraata xitam verilir. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar