Məhkəmə qərarları › İş №2-1(116)-660/2025

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-660/2025

03.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-660/2025 03.09.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçı Nümayəndə, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçılar İddiaçı,X3, Nümayəndə,X11 və X7 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Şəki Ərazi İdarəsinə qarşı “Ucar rayonu Qulabənd kəndi ərazisində yerləşən 3.35 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla bu barədə çıxarışın verilməsi və kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə, Müəyyən etdi : İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Ucar rayonu Qulabənd kəndi ərazisində yerləşən 3.35 ha torpaq sahəsinə dair sizin mülkiyyət hüququnuzun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçılar İddiaçı,X3, Nümayəndə,X11 və X7 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Şəki Ərazi İdarəsinə qarşı “Ucar rayonu Qulabənd kəndi ərazisində yerləşən 3.35 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla bu barədə çıxarışın verilməsi və kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi təqdim edərək iddia tələbini dəqiqləşdirmişlər.Ərizə xx.xx.2025-ci il tarixli iclas protokolunun qərardadı ilə qəbul edilmişdir. İddiaçılar, sözügedən torpaq sahəsinin ona Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 12 saylı qərarı ilə ayrılmasını və bu barədə dövlət aktı qeydiyyat kitabında 232 nömrə ilə qeyd aparıldığını bildirir. Cavabdeh orqanın imtinası 3.35 ha torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatlarının başqa şəxsin icarəsində olan **********68 və **********68 reyestr nömrəli torpaq sahələri ilə üst-üstə düşməsi ilə bağlıdır. Məhkəmə iclasında iddiaçı iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.

1. cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir.

2. JN 238 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı.

3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş Mütəxəssis rəyi.

4. **********68 və **********68 reyestr nömrəli çıxarışlar;

5. Ucar Rayon Qulabənd Bələdiyyəsinin xx.xx.2021-ci il və xx.xx.2016-cı il tarixli protokol qərarından Çıxarışlar.

Əsaslandırma hissəsi:

İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, iddiaçının hazırki iddianı qaldırmaqda hüquqi marağı iddiaçıların hüquqi marağı JN 238 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı əsasında Ucar rayonu Qulabənd kəndi ərazisində yerləşən 3.35 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın və plan ölçü sənədinin verilməsinə nail olmaqdır.İddiaçı həmin tələblə cavabdehə müraciət etmiş, tələb təmin olunmamışdır. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə ilkin olaraq qeye edir ki,iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı təqdim edilən ərizədə göstərilən “kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” inzibati orqana ilkin müraciətdə əks olunmamışdır.Lakin,iddianın bütünlüklə mümkünlüyü qiymətləndirildiyindən həmin hissənin ayrılması prosessual qənaət prinsipi baxımdan zəruri hesab edilmir. Məhkəmə tərəfindən iddia olunan torpaq sahəsinin xüsusiyyətlərinin öyrənilməsi məqsədilə cavabdeh orqandan mütəxəssis rəyi alınmışdır. Təqdim edilmiş mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, İddiaçı və qeyrılərınə JN-238 saylı "Torpağa mülkiyyət huququna dair” Dövlət aktına əsasən verilmiş 3 35 ha torpaq sahəsi kəndin kompleks yerquruluşu islahat layihəsinə (DVJ) və Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarına (TEKUİS) əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, əkin uqodıyalı, xususı mülkiyyətə verilmiş, kənd təsərrüfatına yararlı torpaq sahəsidir. TEKUİS məlumatlarının ıikın versiyasında torpaq sahəsi ehtiyat fondu torpaqları kateqoriyalı (əkin uqodıyalı bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olaraq göstərilmişdir Sonradan TEKUİS məlumatlarında aidiyyəti qurum tərəfindən müvafiq düzəliş aparılaraq sözügedən ərazi TEKUİS məlumatlarında kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, əkin uqodiyalı, xüsusi mülkiyyətə verilmiş torpaq sahəsi olaraq göstərilmişdir TEKUİS məlumatlarında göstərilən İddiaçı və qeyrilərinın JN-238 nömrəli Torpağa mülkiyyət huququna dair Dövlət Aktı ilə mülkiyyətinə verilmiş 3,35 ha torpaq sahəsinin 2.19 ha hissəsi DVJ məlumatlarında göstərilən iddiaçı və ailə üzvlərinin JN-238 nömrəli Dövlət Aktı ilə mulkiyyətinə verilmiş 3.35 ha torpaq sahəsi ilə, TEKUİS məlumatlarında göstərilən JN-238 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə mülkiyyətə verilmiş 3,35 ha torpaq sahəsinin 0,60 ha hissəsi kəndin kompleks yerquruluşu islahat layihəsində göstərilən JN-160 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" ilə X12 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 3,74 ha torpaq sahəsinin 1,0 ha hissəsi ilə üst-üstə düşür TEKUİS məlumatlarında göstərilən İddiaçı Əlısaab oğlu və qeyrilərinin JN-238 nömrəli Torpağa mülkiyyət huququna dair Dövlət Aktı ilə mülkiyyətinə verilmiş 3,35 ha torpaq sahəsinin 1,60 ha hissəsi **********68 reyestr nömrəli çıxarışla Nəbıyeva Almarə Yusif qızının bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olaraq icarəsinə verilmiş 7 5 ha torpaq sahəsi ilə, TEKUİS məlumatlarında göstərilən, İddiaçı Əlısaab oğlu və qeyrılərının JN-238 nömrəli "Torpağa mülkiyyət huququna dair Dövlət Aktı" ilə mülkiyyətinə verilmiş 3 35 ha torpaq sahəsinin 1 66 ha hissəsi isə **********68 reyestr nömrəli çıxarışla X1 icarəsinə verilmiş 14 ha torpaq sahəsi ilə üst- üstə düşür. Qulabənd kəndinin kompleks yerquruluşu islahat layihəsində (DVJ) göstərilən JN- 238 nömrəli Torpağa mülkiyyət huququna oaır Dövlət Aktı ilə mülkiyyətə verilmiş 3,35 ha torpaq sahəsinin 1,15 ha hissəsi **********68 reyestr nömrəli çıxarışla X5 bələdiyyə mülkiyyəti olaraq icarəsinə verilmiş 7,5 ha torpaq sahəsi ilə, Qulabənd kəndinin kompleks yerquruluşu islahat layihəsində (DVJ) göstərilən JN-238 nömrəli “Torpağa mülkiyyət huququna dair Dövlət Aktı ilə mülkiyyətə verilmiş 3,35 ha torpaq sahəsinin 1,46 ha hissəsi isə **********68 reyestr nömrəli çıxarışla X1 icarəsinə verilmiş 14 ha torpaq sahəsi ilə üstüstə düşür. Qulabənd kəndinin kompleks yerquruluşu islahat layihəsində (DVJ) göstərilən JN- 238 nömrəli Torpağa mülkiyyət huququna dair Dövlət Aktı ilə mülkiyyətə verilmiş 3,35 ha torpaq sahəsinin şimal qonşusu olan JN-160 nömrəli Torpağa mülkiyyət huququna dair Dövlət Aktı' ilə X12 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 3,74 ha torpaq sahəsinin 1,0 ha hissəsinin 0,73 ha torpaq sahəsi **********68 reyestr nömrəli çıxarışla X1 bələdiyyə mülkiyyəti olaraq icarəsinə verilmiş 14 ha torpaq sahəs ilə o cümlədən JN-160 nömrə "Torpağa mülkiyyət huququna dair Dövlət Aktı” ilə X12 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 3,74 ha torpaq sahəsinin 1,0 ha hissəsinin 0,26 ha torpaq sahəsi **********68 reyestr nömrəli çıxarışla X5 icarəsinə verilmiş 7 5 ha torpaq sahəsi ilə ust-ustə düşür X5 **********68 reyestr nömrəli çıxarışla icarə huququ qeydiyyata alınmış 7,5 ha torpaq sahəsi və X2 **********68 reyestr nömrəli çıxarışla icarə huququ qeydiyyata alınmış 14 ha torpaq sahəsinin icarəçilər tərəfindən faktiki istifadə edildiyi mütəxəssis tərəfindən müşahidə edilmişdir **********68 reyestr nömrəli çıxarışla X6 icarə huququ qeydiyyata alınmış 7,5 ha torpaq sahəsində çoxillik əkmələr mövcuddur. Əlavə olaraq bildirilir ki, Qulabənd kəndinin kompleks yerquruluşu islahat layihəsində (DVJ) göstərilən JN-238 və və JN-160 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktları digər Torpağa mülkiyyət huququna dair Dövlət Aktları ilə müqayisədə hektarları qeyd edilməmiş, ancaq dövlət aktlarının nömrələri göstərilmişdir. Göründüyü kimi, iddiaçıların mülkiyyət hüquqlarının qeydə alınmasını tələb etdiyi torpaq sahəsi digər subyektlərin torpaq sahəsi ilə üst-üstdə düşür.Yəni,iddia olunan torpaq sahəsi üzərində qeydə alınmış hüquqlar mövcuddur ki,iddiaçı ilkin olaraq həmin qeydiyyatı mübahisələndirməlidir. X6 **********68 reyestr nömrəli çıxarışla icarə huququnun qeydiyyata alındığı 7,5 ha torpaq sahəsi üzərində Ucar Rayon Qulabənd Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli protokol qərarından Çıxarışa əsasən Bələdiyyənin mülkiyyət hüququ qeydə alınmışdır. X1 **********68 reyestr nömrəli çıxarışla icarə huququnun qeydiyyata alındığı 14 ha torpaq sahəsinin də daxil olduğu 20 ha torpaq sahəsi üzərində Ucar Rayon Qulabənd Bələdiyyəsinin xx.xx.2016-cı il tarixli protokol qərarından Çıxarışa əsasən Bələdiyyənin mülkiyyət hüququ qeydə alınmışdır. Həmçinin,torpaq sahəsinin bir hissəsi X12 və ailə üzvlərinin mülkiyyətindədir, həmin hissə ilə bağlı TEKUİS-ə uyğunlaşdırılmanın mümkün olub-olmaması hazırkı iddia tələbi çərçivəsində araşdırılmamışdır. Odur ki, iddiaçılara İPM-in 13-cü maddəsinə əsasən hüquqi yardım qaydasında izah edilir ki,arzuladıqları hüquqi məqsədə nail olmaq üçün torpaq sahəsi ilə üst-üstə düşən reyestr qeydiyyatlarının əsasında dayanan bələdiyyə qərarları inzibati məhkəmə icraatı qaydasında mübahisələndirməlidir. Qaldırılmış iddia müsbət həll olunduğu halda iddiaçılar, sözügedən torpaq sahəsi ilə bağlı sonrakı hüquqi nəticəni tələb edə bilərlər. Beləliklə, iddia olunan torpaq sahəsi üzərində dövlət qeydiyyatına alınmış hüquqlar mövcud olduğundan, həmin qeydiyyatlar ləğv edilmədən hər hansı digər subyektin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı tələbə mahiyyəti üzrə baxılması mümkün deyildir. Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1). “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 saylı qərarının 17-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə” dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 6.1-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2-ci bəndinə əsasən iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 16.1-ci bəndinə əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2-ci bəndinə əsasən iddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3-cü bəndinə əsasən həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4-cü bəndinə əsasən İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.6-cı bəndinə əsasən iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə

qərara aldı:

İddiaçılar İddiaçı, X3, Nümayəndə,X11 və X7 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Şəki Ərazi İdarəsinə qarşı “Ucar rayonu Qulabənd kəndi ərazisində yerləşən 3.35 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla bu barədə çıxarışın verilməsi və kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Fəxri Hacızadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar