Məhkəmə qərarları › İş №2-1(116)-664/2023

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-664/2023

12.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-664/2023 12.06.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili (nümayəndəsi) Vəkil, cavabdehin nümayəndəsi X5, üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “İsmayıllı rayon AİK-nin xx.xx.2003-cü tarixli 111 saylı qərarının 149 sıra nömrəsində mərhum X10 aid hissədə ləğv edilməsi, xx.xx.2014-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış bütünlükdə (torpaq sahəsinə və fərdi yaşayış evinə aid hissədə) ləğv edilməsi, həmçinin həmin fərdi yaşayış evinə dair tərtib edilmiş xx.xx.2014-cü il tarixli 407-1/3762 inventar nömrəli texniki pasportun hüquq subyekti qrafasına “İddiaçı” adı yazılması və tikilinin texniki göstəricilərinə faktiki vəziyyətinə uyğun dəyişiklik edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərardadı qəbul etdi: Təsviri hissə : İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək “X1 adına fərdi yaşayış evinə dair tərtib edilmiş xx.xx.2014-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışın və fərdi yaşayış evinin texniki pasportunun ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(116)-664/2023 nömrəli qərardadı ilə X6, X13 və X14 üçüncü şəxs qismində inzibati məhkəmə icraatında zəruri cəlb edilmişlər. Məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “İsmayıllı rayon AİK-nin xx.xx.2003-cü tarixli 111 saylı qərarının 149 sıra nömrəsində mərhum X10 aid hissədə ləğv edilməsi, xx.xx.2014-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış bütünlükdə (torpaq sahəsinə və fərdi yaşayış evinə aid hissədə) ləğv edilməsi, həmçinin həmin fərdi yaşayış evinə dair tərtib edilmiş xx.xx.2014-cü il tarixli 407-1/3762 inventar nömrəli texniki pasportun hüquq subyekti qrafasına “İddiaçı” adı yazılması və tikilinin texniki göstəricilərinə faktiki vəziyyətinə uyğun dəyişiklik edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - İsmayıllı şəhər RİHB-nin şəhər ərazi bölgüsü üzrə Nümayəndəliyin 30 aprel 1993cü il tarixli 8 nömrəli Sərəncamı ilə mərhum X3na 25 fevral 1991-ci il tarixdə, İsmayıllı şəhəri XDS İK-nin 3 nömrəli qərarı ilə İsmayıllı şəhəri 15a, 16a, 21a kvartallardan fərdi yaşayış evi tikilməsi üçün verilmiş 0,06 ha həyətyanı torpaq sahəsi fərdi yaşayış evi tikməyə imkanı olmadığına görə özünün şəxsi razılığı və rəsmi müraciəti nəzərə alınaraq ona verilmişdir. İddiaçı həmin il, evin bünövrəsini qoysa da evi 2013-2014-ci illərdə öz vəsaiti və mərhum anası xx.xx.2021-ci il tarixdə vəfat etmiş Quliyeva Əmlakə Ağa qızının köməkliyi ilə özü üçün tikmişdir. X3 ilkin ailəsindən 2003-cü ildə ayrıldığı üçün və özünə məxsus evi ayrıldığı ailəsinə qoyaraq, oradan çıxdığı üçün, müvəqqəti iddiaçının evində yenidən evləndiyi ikinci ailəsi və anası yaşamışdır. X3 xx.xx.2020-ci il tarixdə vəfat etmiş, anası isə ondan sonra xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. İddiaçı 2022-ci ilin noyabr ayında məlum olmuşdur ki, mərhum qardaşı onun faktiki mülkiyyətində olan, öz vəsaiti ilə tikdirdiyi evi və İsmayıllı şəhər RİHB-nin şəhər ərazi bölgüsü üzrə Nümayəndəliyin 30 aprel 1993-cü il tarixli 8 nömrəli Sərəncamı ilə fərdi yaşayış evi tikmək üçün ona ayrılmış 0,06 ha həyətyanı torpaq sahəsinə hansısa vasitə ilə öz adına xx.xx.2014-ci tarixli ********** qeydiyyat nömrəli çıxarış almış və onun əmlakını öz əmlakı kimi dövlət qeydiyyatına aldırmışdır. İddiaçı bunu biləndən sonra torpaq sahəsinin onun mülkiyyəti olması və evin onun vəsaiti ilə özü üçün tikilməsi sənədlərini cavabdeh təşkilata təqdim edərək, mərhum qardaşının adına hazırlanmış Çıxarışın ləğv edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin olunmasından imtina etmişdir. Buna görə də hazırkı mübahisə yaranmışdır. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - X8 adma tərtib edilmiş xx.xx.2014- cü il tarixli, ********** qeydiyyat nömrəli Ç.xanşm və Torpaq sahəsinin plan, və ölçüsü sənədinin ləğv edilməsi ilə bağh tələb. Daş.nmaz Əmlka.n Dövlət Kadastr, və Reyestri” X16 9 sayh Qəbələ Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyil. Qeyd olunan səbəbə görə də müraciətinin icrası mümkün olmamışdır. Məhkəmə iclasında iddiaçı və iddiaçıların vəkili (nümayəndəsi) iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi, iddia ərizəsinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs, iddia tələbinin qanuni həll edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - İsmayıllı rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 274 nömrəli arayışından görünür ki, İsmayıllı şəhər İcra hakimiyyəti başçısının səlahiyyətli nümayəndəsinin xx.xx.1993-cü il tarixli 8 №-li sərəncamı ilə İsmayıllı şəhər XDS İK-nin 25 fevral 1991-ci il tarixli 3№ -li qərarına qismən dəyişiklik edilmiş, şəhərin 15a, 16a, 21a-ci kvartallarından fərdi yaşayış evi tikməkdən ötrü X11 verilmiş 0,06 ha həyətyanı torpaq sahəsi fərdi yaşayış evi tikməyə imkanı olmadığına görə özünün şəxsi razılığı və rəsmi müraciəti nəzərə alınmaqla qardaşı İddiaçı adına sənədləşdirilməsi qərara alınmışdır.. - RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, İsmayıllı şəhəri Abdulla Şaiq küçəsi ev 15 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evində X8 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. - AZ-İİ 140646 nömrəli Ölüm haqqında şəhadətnamədən görünür ki, X15 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. - cavabdehin xx.xx.2022-ci il tarixli məktubuna əlavə olunmuş İsmayıllı rayon Aqrar İslahatı Komissiyasının xx.xx.2003-cü il tarixli 111 nömrəli iclas protokolundan görünür ki, İsmayıllı şəhər sakinlərinin qanuni istifadəsində olan həyətyanı torpaq sahələrinin mülkiyyətlərinə verilməsi üçün hazırlanmış yerquruluşu sənədləri təsdiq edilmiş, vətəndaşların həyətyanı torpaq sahələrinə mülkiyyət hüququna dair şəhadətnamələrin hazırlanmasına köməklik göstərmək DT və XK-dən xahiş edilmişdir. 149-cu sırada X15 və onun adının qarşında 600 k.m torpaq sahəsi qeyd edilmişdir. - İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli 72 saylı sərəncamından çıxarışdan görünür ki, X11 inşa edilmiş yaşayış evlərinin (İsmayıllı şəhəri A.Şaiq küçəsində İsmayıllı rayon XDS rəyasət heyətinin xx.xx.1991-ci il tarixli 03 saylı qərarına uyğun həyətyanı torpaq sahəsində ümumi sahəsi 117 kv.m, yaşayış sahəsi 58,65 kv.m olan 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi və ümumi sahəsi 55 kv.m olan təsərrüfat tikilisi) istismar olunduğunu nəzərə alaraq müvafiq qaydada sənədləşdirilməsinə və kommunikasiya (elektrik, qaz, rabitə, su və kanalizasiya) xətlərinin qoşulmasına icazə verilmiş, sərəncamın icrasına nəzarət İsmayıllı rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinə tapşırılmışdır. - A 273987 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, sözügedən sənəd İsmayıllı rayon Aqrar İslahatı Komissiyasının xx.xx.2003-cü il tarixli 111 nömrəli qərarına əsasən İsmayıllı şəhərində yerləşən 600 kv.m torpaq sahəsi ilə bağlı X8 adına tərtib edilmişdir. - AZEMİS-dən çıxarışdan görünür ki, mərhum X8 ailə üzvləri X6, X13 və X9r. - İsmayıllı rayon XDS rəyasət heyətinin xx.xx.1991-ci il tarixli 03 saylı qərarından görünür ki, X11 0.06 ha həyətyanı torpaq sahəsinin ayrılması qərara alınmışdır. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. İddia ərizəsindən görünür ki, iddiaçının cavabdeh orqana qarşı tələbi aşağıdakılardan ibarətdir:

1. İsmayıllı rayon AİK-nin xx.xx.2003-cü tarixli 111 saylı qərarının 149 sıra nömrəsində mərhum X10 aid hissədə ləğv edilməsi,

2. xx.xx.2014-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış bütünlükdə (torpaq sahəsinə və fərdi yaşayış evinə aid hissədə) ləğv edilməsi,

3. xx.xx.2014-cü il tarixli 407-1/3762 inventar nömrəli texniki pasportun hüquq subyekti qrafasına “İddiaçı” adının yazılması və tikilinin texniki göstəricilərinə faktiki vəziyyətinə uyğun dəyişiklik edilməsi. “İsmayıllı rayon AİK-nin xx.xx.2003-cü tarixli 111 saylı qərarının 149 sıra nömrəsində mərhum X10 aid hissədə ləğv edilməsi” tələbinə münasibətdə məhkəmənin hüquqi mövqeyi aşağıdakı kimidir: “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. Həmin Qanunun 22-ci maddəsində deyilir ki, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon X4 qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli fərmanına əsasən, "X20 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş, bununla da ölkədə aparılan islahat başa çatmış və X4 həmin fərmanla hüquqi varisi müəyyən edilməmişdir. Odur ki, İsmayıllı rayon AİK-nin xx.xx.2003-cü tarixli 111 saylı qərarının ləğvi ilə bağlı tələbə münasibətdə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsi iddia tələbinə cavab verməli inzibati orqan deyildir. Yəni, iddiaçı cavabdeh orqandan onun səlahiyyətinə aid olmayan məsələnin həllini tələb edir. Məhkəmə əlavə olaraq qeyd edir ki, İsmayıllı rayon AİK-nin xx.xx.2003-cü tarixli 111 saylı qərarı inzibati aktdır və həmin qərarın mübahisələndirilməsi tələblərinə iddia müddəti şamil olunur. Bu zaman müddətlərin tətbiqi məsələsinə Aqrar İslahat Komissiyasının qərarının qəbul olunduğu zaman qüvvədə olan hüquq normalarına əsasən hüquqi qiymət verilməlidir. Mübahisələndirilən İsmayıllı rayon AİK-nin xx.xx.2003-cü tarixli 111 saylı qərarının qəbul olunduğu zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. 2011-ci il 1 yanvar tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il 1 yanvar tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Göründüyü kimi inzibati orqanın mübahisələndirilən hərəkəti baş verən dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi bu cür mübahisələndirmə üçün (inzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyinin mübahisələndirilməsi) qısaldılmış iddia müddəti müəyyən etmişdi və iddia müddətinin axımının hüquq və azadlığının pozulduğu barədə şəxsə məlum olan gündən hesablanması qaydasını nəzərdə tutmuşdur. İddiaçı, sözügedən qərardan məlumatsız olduğunu bildirsə də, faktiki istifadəsində olan torpaq sahəsinin hüquqi taleyi ilə bağlı tərtib edilmiş sənədlərdən və həmin sənədlərin tərtib edilməsinə əsas olmuş digər sənədlərin məzmunundan mübahisəli daşınmaz əmlaka faktiki sahibliyi həyata keçirdiyinə görə məlumatı olmalı idi. Belə ki, iddiaçı, sözügedən fərdi yaşayış evini 2013-2014-ci illərdə öz vəsaiti və mərhum anası xx.xx.2021ci il tarixdə vəfat etmiş Quliyeva Əmlakə Ağa qızının köməkliyi ilə tikdiyini, Zöhrab Quliyevin isə həmin fərdi yaşayış evində müvəqqəti yaşadığını bildirir. Mülki Prosessual Məcəllənin yuxarıda qeyd olunan normaları Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi qüvvəyə mindiyi 01 yanvar 2011-ci il tarixdən qüvvədən düşmüş və ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələrə 01 yanvar 2011-ci ildən qüvvədə olan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun baxılır ki, İnzibati-Prosessual Məcəllə qüvvəyə mindiyi tarixdən öncə buraxılmış prosessual müddətləri bərpa etməmişdir. xx.xx.2014-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış bütünlükdə (torpaq sahəsinə və fərdi yaşayış evinə aid hissədə) ləğv edilməsi tələbinə münasibətdə məhkəmənin hüquqi mövqeyi aşağıdakı kimidir: İş materiallarından görünür ki, mübahisələndirilən xx.xx.2014-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən İsmayıllı şəhəri Abdulla Şaiq küçəsi ev 15 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evində X8 tam xüsusi mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Torpaq sahəsi üzərində X8 mülkiyyət hüququnun qeydə alınmasına əsas İsmayıllı rayon XDS rəyasət heyətinin xx.xx.1991-ci il tarixli 03 saylı qərarı və İsmayıllı rayon AİKnin xx.xx.2003-cü tarixli 111 saylı qərarı olmuşdur. İsmayıllı rayon AİK-nin xx.xx.2003-cü tarixli 111 saylı qərarı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində, İsmayıllı rayon XDS rəyasət heyətinin xx.xx.1991-ci il tarixli 03 saylı qərarı isə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda hüquqların dövlət qeydiyyatı üçün müstəqil əsas kimi nəzərdə tutulmuşdur (1.4-cü bənd). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”:

1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: (-) 1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar, (-) Göründüyü kimi torpaq sahəsi əvvəlcə İsmayıllı rayon XDS rəyasət heyətinin xx.xx.1991-ci il tarixli 03 saylı qərarı ilə Zöhrab Quliyevə ayrılmış, daha sonra isə ayrılmış həmin torpaq sahəsi İsmayıllı rayon AİK-nin xx.xx.2003-cü tarixli 111 saylı qərarı ilə sonuncunun xüsusi mülkiyyətinə verilmişdir. Yuxarıda qeyd edildiyi kimi mübahisəli torpaq sahəsinə dair İsmayıllı rayon XDS rəyasət heyətinin xx.xx.1991-ci il tarixli 03 saylı qərarının və İsmayıllı rayon AİK-nin xx.xx.2003-cü tarixli 111 saylı qərarının mübahisələndirilməsi imkanı artıq itirildiyindən həmin sənədlər əsasında verilmiş xx.xx.2014-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış torpaq sahəsinə aid hissədə mübahisələndirilə bilməz. Sözügedən çıxarışda qeyd edilmiş fərdi yaşayış evinə münasibətdə isə məhkəmə qeyd edir ki, iş materiallarında olan İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli 72 saylı sərəncamı əsasında İsmayıllı şəhəri A.Şaiq küçəsində İsmayıllı rayon XDS rəyasət heyətinin xx.xx.1991-ci il tarixli 03 saylı qərarına uyğun həyətyanı torpaq sahəsində ümumi sahəsi 117 kv.m, yaşayış sahəsi 58,65 kv.m olan 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi və ümumi sahəsi 55 kv.m olan təsərrüfat tikilisinin X8 adına sənədləşdirilməsinə icazə verilmişdir. İddiaçının isə həmin fərdi yaşayış evinə aidiyyətini göstərən hər hansı mötəbər dəlil mövcud deyil. Odur ki, çıxarışın fərdi yaşayış evinə münasibətdə mübahisələndirilməsi ilə bağlı iddiaçının subyektiv hüququ yoxdur. Məhkəmə əlavə olaraq qeyd edir ki, çıxarışda qeyd edilmiş fərdi yaşayış evi üzərində Zöhrab Quliyevin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına əsas olmuş İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli 72 saylı sərəncamı inzibati aktdır və həmin sərəncamın mübahisələndirilməsi ilə bağlı tələbə iddia müddəti şamil olunur. Bu zaman müddətlərin tətbiqi məsələsinə müvafiq sərəncamın qəbul olunduğu zaman qüvvədə olan hüquq normalarına əsasən hüquqi qiymət verilməlidir. Yuxarıda qeyd edilmiş, İsmayıllı rayon AİK-nin xx.xx.2003-cü tarixli 111 saylı qərarının mübahisələndirilməsi ilə bağlı tələbin mümkünsüzlüyünə aid hallar İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli 72 saylı sərəncamına münasibətdə də tətbiq edilir və həmin sərəncam qüvvədə olduğundan xx.xx.2014-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışın fərdi yaşayış evinə aid hissədə ləğvi tələbinə də mahiyyəti üzrə baxılması mümkün deyildir. “xx.xx.2014-cü il tarixli 407-1/3762 inventar nömrəli texniki pasportun hüquq subyekti qrafasına “İddiaçı” adının yazılması və tikilinin texniki göstəricilərinə faktiki vəziyyətinə uyğun dəyişiklik edilməsi” tələbinə münasibətdə məhkəmmənin hüquqi mövqeyi aşağıdakı kimidir: Məhkəmə tərəfindən iddiaçının cavabdeh orqana ilkin müraciəti sorğu edilərək öyrənilmiş və müəyyən edilmişdir ki, iddiaçının ilkin tələbi çıxarışın ləğvi və evin öz adına rəsmiləşdirilməsi ilə bağlı olmuş, məhkəməyə təqdim edilmiş iddia ərizəsində isə həmin fərdi yaşayış evinin texniki pasportu da mübahisələndirilmişdir. İddiaçı tələb hüququnun əsası kimi İsmayıllı şəhər İcra hakimiyyəti başçısının səlahiyyətli nümayəndəsinin xx.xx.1993-cü il tarixli 8 №-li sərəncamına istinad edir. Belə ki, həmin sərəncamda İsmayıllı şəhər XDS İK-nin 25 fevral 1991-ci il tarixli 3№ -li qərarına qismən dəyişiklik edilməsi, şəhərin 15a, 16a, 21a-ci kvartallarından fərdi yaşayış evi tikməkdən ötrü X11 verilmiş 0,06 ha həyətyanı torpaq sahəsinin fərdi yaşayış evi tikməyə imkanı olmadığına görə özünün şəxsi razılığı və rəsmi müraciəti nəzərə alınmaqla qardaşı İddiaçı adına sənədləşdirilməsi barədədir. Məhkəmə qeyd edir ki, İsmayıllı şəhər İcra hakimiyyəti başçısının səlahiyyətli nümayəndəsinin İsmayıllı şəhər XDS İK-nin 25 fevral 1991-ci il tarixli 3№ -li qərarına dəyişiklik etmək səlahiyyəti olmasa da, hər bir halda sözügedən sərəncamın verilməsi hazırkı tələbin irəli sürülməsi üçün iddiaçıda hüquqi gözlənti yaratmışdır. Odur ki, məhkəmə hazırkı iddia tələbinin irəli sürülməsi üçün torpaq sahəsinə münasibətdə iddiaçının subyektiv hüququnun mövcud olması qənaətinə gəlmişdir. Bununla belə torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evinin iddiaçıya aidiyyətini göstərən hər hansı sübut iş materiallarında yoxdur. Odur ki, məhkəmə hesab edir ki, yuxarıda qeyd edildiyi kimi ümumiyyətlə iddiaçının sözügedən fərdi yaşayış evinə dair tərtib edilmiş xx.xx.2014-cü il tarixli 407-1/3762 inventar nömrəli texniki pasporta hər hansı düzəlişin edilməsi ilə bağlı tələb irəli sürmək üçün subyektiv hüququ yoxdur. Belə olan halda cavabdeh inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hər hansı subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulub-pozulmamasına hazırki mərhələdə hüquqi qiymət vermək mümkün deyildir. İddiaçı yalnız öz (subyektiv) hüquqlarının pozulduğunu bildirməlidir. Subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrəAzərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 4 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Hazırkı iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi məhkəmənin xx.xx.2023-cü il tarixli i hüquqi yardım məktubunda iddiaçıya izah edilmiş, həmçinin xx.xx.2023-cü il tarixdə keçirilmiş şifahi məhkəmə baxışı iclasında dəqiqləşdirilmiş tələbə münasibətdə iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi bir daha iddiaçıya izah edilərək tərəflərin iştirakı ilə hüquqi müzakirə aparılmış və iddiaçının dinlənilmə hüququ təmin edilmişdir. İddiaçı, məhkəmənin hüquqi mövqeyi ilə razılaşmamışdır. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Məhkəmə həmçinin qeyd edir ki, İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 5 nömrəli Qərarında aşağıdakı hüquqi mövqe öz əksini tapmışdır: Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Bənd 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Bənd 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Bənd 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Bənd 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 12.1-ci maddəyə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2-ci maddəyə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 58.7-ci maddəyə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlər əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “İsmayıllı rayon AİK-nin xx.xx.2003-cü tarixli 111 saylı qərarının 149 sıra nömrəsində mərhum X10 aid hissədə ləğv edilməsi, xx.xx.2014-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış bütünlükdə (torpaq sahəsinə və fərdi yaşayış evinə aid hissədə) ləğv edilməsi, həmçinin həmin fərdi yaşayış evinə dair tərtib edilmiş xx.xx.2014-cü il tarixli 407-1/3762 inventar nömrəli texniki pasportun hüquq subyekti qrafasına “İddiaçı” adı yazılması və tikilinin texniki göstəricilərinə faktiki vəziyyətinə uyğun dəyişiklik edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar