Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-665/2022 29.04.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X1 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “cavabdehin üzərinə İddiaçı Yevlax rayonu Aran qəsəbəsində yerləşən fərdi yaşayış evinin 26.05.2015-ci il tarixli 2347/i №-li ipoteka müqaviləsinə əsasən qeydə alınmış ipoteka yüklülüyündən azad olunmasını təsdiq edən hüquqların dövlət qeydiyyatından çıxarışın iddiaçının adına verilməsi öhdəliyinin qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “cavabdehin üzərinə İddiaçı Yevlax rayonu Aran qəsəbəsində yerləşən fərdi yaşayış evinin 26.05.2015-ci il tarixli 2347/i №-li ipoteka müqaviləsinə əsasən qeydə alınmış ipoteka yüklülüyündən azad olunmasını təsdiq edən hüquqların dövlət qeydiyyatından çıxarışın iddiaçının adına verilməsi öhdəliyinin qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 05.04.2022-ci il tarixli 2-1(116)-665/2022 nömrəli qərardadı ilə Əmanətlərin Sığortalanması Fondu iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin 12.04.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X1 17 saylı Yevlax Ərazi İdarəsi ilə əvəz edilmişdir. İnzibati işin 28.04.2022-ci il tarixə təyin məhkəmə hazırlıq iclasında tərəflərin iştirakı ilə mübahisə ilə bağlı hüquqi müzakirə aparılmış, inzibati işin şifahi məhkəmə baxışı iclası 24.05.2022-ci ilə tarixə təyin edilmişdir. Məhkəmə iclası başa çatdıqdan sonra iddiaçı, məhkəmənin dəftərxanasına ərizə təqdim edərək, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini iş materialları ilə birgə araşdırıb hesab edir ki, iddiaçı öz aktiv hərəkəti ilə, iradəsinə uyğun olaraq təqdim edilmiş iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri götürmək istəyir. İddiaçı hazırkı iddia tələbinə məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini arzu etmir. Belə olan halda məhkəmə tərəfindən iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, iddianın geri götürülməsi zamanı prosessual qanunvericilik iddiaçıya münasibətdə heç bir məhdudiyyət nəzərdə tutmadığı üçün (İPMnin 55.2-ci maddəsində şifahi məhkəmə baxışında tərəflərin çıxışlarından sonra iddiadan imtina edilməsinə yalnız cavabdehin razılığı ilə yol verilməsi barədə məhdudiyyət mövcuddur.) və iddianın geri götürülməsi cavabdehin iradəsindən asılı olmadığına görə 24.05.2022-ci il tarixinə saat 16:00-a təyin edilmiş məhkəmə baxışı iclasının keçirilməsinə icraata qənaət prinsipi rəhbər tutularaq zərurət qalmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. İddiaçıya izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 16.3, 55, 80-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X1 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “cavabdehin üzərinə İddiaçı Yevlax rayonu Aran qəsəbəsində yerləşən fərdi yaşayış evinin 26.05.2015-ci il tarixli 2347/i №-li ipoteka müqaviləsinə əsasən qeydə alınmış ipoteka yüklülüyündən azad olunmasını təsdiq edən hüquqların dövlət qeydiyyatından çıxarışın iddiaçının adına verilməsi öhdəliyinin qoyulması” tələbinə dair iddiası geri götürülmüş sayılır və iş üzrə icraata xitam verilir. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev
Məhkəmə qərarları › İş №2-1(116)-665/2022
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-665/2022
29.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver