Məhkəmə qərarları › İş №2-1(116)-666/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-666/2023

06.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-666/2023 06.03.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2, üçüncü şəxs X4 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Şəki rayon X5rşı “Şəki rayon X17ində yerləşən mülkiyyətlərində olan torpaq sahəsinə bitişik 290 m2 torpaq sahəsinin hərracdan kənar qaydada onlara satılması ilə bağlı qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Şəki rayon X5rşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Şəki rayon X17ində yerləşən mülkiyyətlərində olan torpaq sahəsinə bitişik 290 m2 torpaq sahəsinin hərracdan kənar qaydada onlara satılmasına dair öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-666/2023 nömrəli qərardadı ilə X10 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri edilmişdir. Məhkəmə iclasında iddiaçı, tələbini dəqiqləşdirərək “Şəki rayon X17ində yerləşən mülkiyyətlərində olan torpaq sahəsinə bitişik 290 m2 torpaq sahəsinin hərracdan kənar qaydada onlara satılması ilə bağlı qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 23 may 2019-cu il tarixli Çıxarışa əsasən Şəki rayonu, X17ində yerləşən 0,0595 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən sahəsi 56,3 kvadrat metr fərdi yaşayış evindən ibarət əmlakın 2/5 hissə fərdi yaşayış evi X1, 3/12 hissə torpaq sahəsi İddiaçı2, 1/5 hissə fərdi yaşayış evi və 4/12 hissə torpaq sahəsi iddiaçıların və 2/5 hissə fərdi yaşayış evi və 5/12 hissə torpaq sahəsi X4 adlarına qeydiyyata alınmışdır. **********12-10301 nömrəli texniki pasportla mülkiyyətlərində 595 kv.metr torpaq sahəsi olduğu halda faktiki istifadələrində 890 kv.metr torpaq sahəsi vardır. Həmin 295 kv.m torpaq sahəsi Şəki rayonu X9 mülkiyyətində olsa da uzun müddətdir ki, iddiaçıların istifadəsindədir. Buna görə də iddiaçı 295 kv.m torpaq sahəsinin satılması üçün cavabdeh orqana müraciət etsə də, müraciəti təmin edilməmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. Cavadeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, həmin ərazi 890 kv.m olmaqla (595 kv.m sahə xüsusi mülkiyyətdə, 295 kv.m sahə isə bələdiyyə torpağıdır) İddiaçı1 atası X2 məxsus həyətyanı torpaq sahəsi olub. X3 vəfat etdikdən sonra onun varisləri İddiaçı1, X12 (öz payını bacısı X6 bağışlamışdır) və X10 ata mülkünü (torpaq sahəsini və yaşayış sahəsini) öz aralarında məhkəmə yolu ilə bölmüşlər. Hal-hazırda həmin evdə İddiaçı1 ailəsi ilə birlikdə və bacısı X10 yaşayırlar. Məhkəmə bölgüsündən sonra hər iki tərəf X11 müraciət edərək (İddiaçı1 və X10) X11 aid 295 kv.m torpaq sahəsinin onlara satılmasını (ərizə vasitəsilə) xahiş etmişlər, ancaq sözügedən ərazidən hər iki tərəf gediş-gəliş üçün istifadə etdiyindən Orta Zəyzid bələdiyyəsi hər iki tərəfə torpaq sahəsinin satılmasının mümkün olmadığını bildirmişdir. Ona görə ki, həmin ərazi tərəflərdən birinə satılarsa digər tərəfin yaşayış evinə girişi avtomatik olaraq bağlanır. Yalnız bir halda bələdiyyə mülkiyyətində olan torpağın müəyyən hissəsini hər iki evə daxil olmaq üçün ümumi istifadədə saxlayaraq ərizələrinə əsasən X4 oturduğu evin qarşısını onun adına, yerdə qalan hissəsini isə qardaşı İddiaçı1 adına sənədləşdirmək mümkündür. Üçüncü şəxs iddia tələbinə etirazında qeyd etmişdir ki, ünvan 1i ünvanında yerləşən, fərdi yaşayış evi üzrə Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(075)- 65/2019 saylı Qətnaməsinə əsasən, DƏDRX-nin, 12 saylı Şəki Əİ tərəfindən verilmiş, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* saylı (qeydiyyat tarixi xx.xx.2015) çıxarışa və xx.xx.2018-ci il tarixli 487 inventar saylı texniki pasporta əsasən Şəki rayonu, X17ində yerləşən 56.3 kv.m fərdi yaşayış evinin “A” literli yaşayış evinin sahəsi 10,4 kv.m olan 1 saylı köməkçi otağı və sahəsi 16,6 kv.m olan 2 saylı yaşayış otağı naturada ayrılaraq X4 mülkiyyətinə verilmişdir. Bundan başqa qeyd edilən fərdi yaşayış evi üzrə texniki pasport tərtib edilmiş və həmin Pasportda sənəd üzrə torpaq sahəsi 0,0595 ha, faktiki torpaq sahəsi isə, 0,0885 ha olduğu göstərilmişdir. Yəni, yeni tərtib olunmuş texniki pasporta əsasən, evə aid torpaq sahəsinin 0,029 ha hissəsi zəbt torpaq sahəsi kimi qeydə alınmış və həmin hissə uyğun olaraq ştrixlənmişdir. Texniki pasportda l-hasar, lll-darvaza, İV- darvaza. B-talvar, C-tövlə və F-talvar literləri ilə işarələnmiş hissələr, zəbt torpaq sahəsi üzrə ştrixlənmiş hissədə qeyd edilmişdir. Yuxarıda qeyd edilən texniki passportda, ştrixlənmiş zəbt torpaq sahəsi bir başa olaraq, yaşadığı, yəni texniki pasport-da göstərilən “A” literli yaşayış evinin, sahəsi 10,4 kv.m olan 1 saylı köməkçi otağı və sahəsi 16,6 kv.m olan 2 saylı yaşayış otağının qarşısını bağlayır ki, bu halda, qeyd edilən hissə ondan başqa kiməsə satıla bilməz. Məhkəmə iclasında iddiaçılar iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında üçüncü şəxs isə iddia tələbinə etiraza uyğun izahat verərək iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə işin araşdırılması zamanı məzmunu aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Şəki rayonu X17ində yerləşən 0,0595 ha torpaq sahəsinin 1/4 hissənin 2/3 hissəsi X7, 56,3 kv.m fərdi yaşayış evinin 2/5 hissəsi X1, torpaq sahəsinin 1/4 hissəsi İddiaçı2, fərdi yaşayış evinin 2/5 hissəsi və torpaq sahəsinin 1/4 hissəsi X4, fərdi yaşayış evinin 1/5 hissəsi və torpaq sahəsinin 1/4 hissə və 1/4-ün 1/3 hissəsi İddiaçı1 paylı mülkiyyətindədir. - **********12-10301 reyestr nömrəli çıxarışdan görünür ki, Şəki rayonu X17ində yerləşən 0,0595 ha torpaq sahəsinin 3/12 hissəsi İddiaçı2, 56,3 kv.m fərdi yaşayış evinin 2/5 hissəsi X1, torpaq sahəsinin 4/12 hissəsi və fərdi yaşayış evinin 1/5 hissəsi İddiaçı1, fərdi yaşayış evinin 2/5 hissəsi və torpaq sahəsinin 5/12 hissəsi X4 paylı mülkiyyətindədir. - Şəki Şəhər İcra Hakimiyyəti Başçısının Orta X15 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 61 nömrəli məktubunda qeyd edilmişdir ki, 290 kvadrat metr torpaq sahəsinin üzərində ötən əsrin 50 -ci illərində tikilmiş tövlə, 2002-ci ildə tikilmiş talvar, qaraj və həyətyanı sahəyə giriş üçün qapı mövcuddur. Tövlə və qaraj İddiaçı1 istifadəsində, talvar isə İddiaçı1 ilə X4 birgə istifadəsindədir. İddia olunan 290 kvadrat metr torpaq sahəsi uzun illərdir ki, İddiaçı1 və X4 birgə istifadəsindədir. İddiaçı1 məxsus olan torpaq sahəsinə keçmək üçün qoyulmuş həyət qapısı iddia olunan 290 kvadrat metr torpaq sahəsində qoyulmuşdur. Zəbt torpaq sahəsinin iddiaçıdan alınması həm İddiaçı1, həm də X4 yaşadıqları həyət evindən istifadələrini məhdudlaşdıra bilər. - xx.xx.2018-ci il tarixli 487 inventar nömrəli texniki pasportdan görünür ki, sənəd üzrə torpaq sahəsi 0.0595 ha, faktiki sahə 0.0885 ha, zəbt torpaq sahəsi 290 kv.m qeyd edilmişdir. - iddiaçıların xx.xx.2023-cü il tarixdə məhkəməyə ünvanladığı məktubdan görünür ki, mütəxəssis rəyinin verilməsinə görə cavabdeh orqan tərəfindən hesablanmış smeta xərcinin ödənilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının nail olmadığı hüquqi nəticəyə uyğun olaraq cavabdeh tərəfindən qəbul edilməsi tələb edilən qərar “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsi anlamında inzibati akt hesab olunduğundan hazırki iddia məcburetmə haqqında iddia (İPM-in 2.2.2 və 33.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoyulmasını məhkəmədən tələb tələb edir. Lakin, iddia əsassızdır. Tətbiq edilən hüquq. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu: Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Maddə 16.1. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. Maddə 16.2. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. Maddə 16.3. Bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir. Maddə 16.4. Torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınması mümkün olmadığı hallarda isə artıq sahələr eyni hüquq əsasında həmin şəxslərin adına rəsmiləşdirilir. İş materiallarından görünür ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçıların hüquqi marağı paylı mülkiyyətində olan 0.0.0595 ha torpaq sahəsinə bitişik, xx.xx.2018-ci il tarixli 487 inventar saylı texniki pasportda zəbt torpaq sahəsi olaraq qeyd edilmiş bələdiyyə mülkiyyətində olan 0,029 ha torpaq sahəsinin cavabdeh tərəfindən hərracdan kənar qaydada onlara satılması barədə qərar qəbul edilməsinə nail olmaqdır. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunun yuxarıda istinad edilən normalarının əlaqəli təhlili bu qənaətə gəlməyə əsas verir ki, qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları ilə bağlı ümumi qayda ondan ibarətdir ki, həmin torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. Bu qaydadan istisnaya iki halda yolverilməsi nəzərdə tutulmuşdur. Bu torpaq sahəsi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün istifadə edilməli (16.3-cü maddə) və ya torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən sahə olmalıdır (16.4-cü maddə). Lakin hər iki normada ümumi dispozisiya şərti kimi qeyri-qanuni istifadə edilən torpaq sahəsinin geri qaytarılmasının mümkün olmaması nəzərdə tutulmuşdur. Odur ki, qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının qanunvericilikdə nəzərdə tutulmuş aidiyyəti üzrə geri qaytarılması barədə ümumi qaydadan istisnaya yalnız həmin torpaq sahəsinin qaytarılmasının mümkün olmaması müəyyən edildiyi halda yol verilə bilər. Məhkəmə tərəfindən mütəxəssis rəyinin əldə edilməsi üçün “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə sorğu ünvanlanmış və aşağıda qeyd edilmiş məlumatların 20 gün müddətində məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur:  İddia olunan 290 m2 torpaq sahəsinin xüsusiyyətləri (mülkiyyətçisi, təyinatı, uqodiyası, faktiki istifadəçisi, digər subyektlərə məxsus torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi və s) nədən ibarətdir?  İddia olunan 290 m2 torpaq sahəsi iddiaçının adına tərtib edilmiş, 487 inventar nömrəli, xx.xx.2018-ci il tarixli texniki pasportda zəbt torpaq sahəsi olaraq öz əksini tapmışdırmı və iddiaçının mülkiyyətində olan torpaq sahəsinə bitişik olmaqla artıq ölçüdə istifadə olunan sahədirmi?  İddia olunan 290 m2 torpaq sahəsi üzərində hər hansı tikili mövcuddurmu, hazırda həmin torpaq sahəsi faktiki olaraq hansı subyekt tərəfindən və hansı məqsədlə istifadə olunur (istifadənin məqsədi - fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi ilə bağlıdırmı)?  İddia olunan 290 m2 torpaq sahəsi, iddiaçının mülkiyyətində olan 0.0595 ha torpaq sahəsindən hasarla ayrılmışdırmı?  İddia olunan 290 m2 torpaq sahəsi iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin fiziki sərhədləri daxilindədirmi?  İddia olunan 290 m2 torpaq sahəsinin digər subyektin mülkiyyətinə verilməsi, iddiaçının mülkiyyətində olan 0.0595 ha torpaq sahəsindən istifadəni, o cümlədən həmin torpaq sahəsinə gediş-gəlişi qeyri-mümkün edə bilərmi (yəni, müvafiq hal iddiaçının mülkiyyətində olan torpaq sahəsinin anklavına səbəb ola bilərmi)? “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəməyə hesab-faktura təqdim edilmiş, 95 manat xidmət haqqının ödəniləcəyi halda mütəxəssis rəyinin təqdim ediləcəyi bildirilmişdir. Məhkəmə tərəfindən mütəxəssis xərcinin ödənilməsi iddiaçılara təklif edilmiş, lakin, iddiaçılar həmin xərcin ödənilməsindən imtina etmişlər. Məhkəmə qeyd edir ki, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək hər hansı hüquqi əsas olmadan fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpağının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir. Yəni torpaq sahəsindən istifadə edən şəxsin ümumiyyətlə hər hansı hüquq müəyyənedici sənədi olmadığı, torpaq sahəsi zəbt edildiyi və zəbt etmə Qanun qüvvəyə minənədək baş verdiyi halda mübahisəyə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 16.3-cü maddəsi tətbiq ediləcəkdir. İnzibati Prossesual Məcəllənin 14.3-cü maddəsinin tələbinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Odur ki, iddiaçılar hazırkı tələbdə qeyd edilmiş 290 kv.m torpaq sahəsinin cavabdeh tərəfindən onlara hərracdan kənar qaydada satılması ilə bağlı qərarın qəbul edilməsi üçün faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyırlar. İşin hallarından göründüyü kimi iddiaçılar tələb olunan mütəxəssis xərclərini ödəmədiyindən mütəxəssis rəyinin alınması mümkün olmamış və iddiaçılar tərəfindən məhkəmənin sorğusunda qeyd edilmiş sualların aydınlaşdırılması ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Buna görə də məhkəmə işdə mövcud olan Şəki Şəhər İcra Hakimiyyəti Başçısının Orta X15 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 61 nömrəli məktubunda qeyd edilmiş məlumatları iş üzrə sübut qismində qəbul edərək iddia tələbinə hüquqi qiymət vermişdir. İşin hallarından görünür ki, iddia olunan torpaq sahəsi "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunun 16.3-cü maddəsi anlamında fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpağıdır. Belə ki, Şəki Şəhər İcra Hakimiyyəti Başçısının Orta X15 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 61 nömrəli məktubunda qeyd edilmişdir ki, 290 kvadrat metr torpaq sahəsinin üzərində ötən əsrin 50-ci illərində tikilmiş tövlə, 2002-ci ildə tikilmiş talvar, qaraj və həyətyanı sahəyə giriş üçün qapı mövcuddur. Tövlə və qaraj İddiaçı1 istifadəsində, talvar isə İddiaçı1 ilə X4 birgə istifadəsindədir. Həmçinin Şəki Şəhər İcra Hakimiyyəti Başçısının Orta X15 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 61 nömrəli məktubunda iddia olunan torpaq sahəsinin İddiaçı1 və X4 birgə istifadəsində olması, İddiaçı1 məxsus olan torpaq sahəsinə keçmək üçün istifadə olunan həyət qapısının iddia olunan 290 kvadrat metr torpaq sahəsində qoyulması, zəbt torpaq sahəsinin iddiaçıdan alınması həm İddiaçı1, həm də X4 yaşadıqları həyət evindən istifadələrini məhdudlaşdıracağı qeyd edildiyindən məhkəmə hesab edir ki, cavabdeh orqan haqlı olaraq sözügedən torpaq sahəsinin iddiaçılara hərracdan kənar qaydada satılması ilə bağlı qərarın qəbul edilməsindən imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Şəki rayon X5rşı “Şəki rayon X17ində yerləşən mülkiyyətlərində olan torpaq sahəsinə bitişik 290 m2 torpaq sahəsinin hərracdan kənar qaydada onlara satılması ilə bağlı qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar