Məhkəmə qərarları › İş №2-1(116)-667/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-667/2021

24.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-667/2021 24.06.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı1 vəkili X15, Üçüncü şəxs X6 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X23, X13) “ümumi birgə mülkiyyətlərində olan Yevlax rayonu, Tanrıqulular kəndində yerləşən həyətyanı torpaq sahəsinin ölçüsünün 0,25 ha qeyd olunmaqla hüquqların dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X23, X13) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “ümumi birgə mülkiyyətlərində olan Yevlax rayonu, Tanrıqulular kəndində yerləşən həyətyanı torpaq sahəsinin ölçüsünün 0,25 ha qeyd olunmaqla hüquqların dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Yevlax rayonu Tanrıqulular kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsi iddiaçıların ümumi birgə miilkiyyələrində olmuşdur. Həmin torpaq sahəsi əvvəllər iddiaçının nənəsi X4 qardaşı arvadı X11 mülkiyyətində olmuşdur. X25 torpaq sahəsini 60-cı illərin ortalarında nənəm Reyhan Mehtiyevaya bağışlamış, bağışladıqdan sonra iddiçılar həmin torpaq sahəsinə köçmüş və hazırda həmin ünvanda yaşayırlar. Lakin iddiaçıların yaşadıqları evin torpaq sahəsinin ölçüsü 0,25 ha olmasına baxmayaraq Yevlax rayon Tanrıqulular kənd sovetliyinin 1969 - 1971-ci illərə dair təsərrüfatbaşına kitabında torpağın ölçüsü 0,21 ha və həmin torpaq sahəsinə dair iddiaçıların adına 19 may 2004-cü il tarixdə verilmiş JN-149F KOD 90110018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə torpaq sahəsi 0,18 ha yazılmışdır. İddiaçılar birgə mülkiyyətlərində olan torpaq sahəsinin ölçüsünün 0,25 ha qeyd olunmaqla hüquqların dövlət reyestrindən çıxarışın verilməsi barədə cavabdeh orqana müraciət etmiş, lakin onların müraciəti təmin edilməmişdir. Cavabdeh orqan iddiaçılara ünvanladığı 01.02.2021-ci il tarixli, **********95 nömrəli imtina məktubunda qeyd etmişdir ki, ərizəyə əlavə edilən Dövlət Arxiv İdarəsinin Yevlax filialının 04.05.2020-ci il tarixli 88/10 saylı arxiv arayışında ailə üzvü olmayan X11 mülkiyyətinə 0.25 ha torpaq sahəsinin ayrılması qeyd olunmuşdur. X18 JN-149F KOD 90110018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin adlı siyahısında ailə üzvü kimi göstərilməmişdir. Halbuki, iddiaçılara yerli Aqrar İslahat Komissiyası tərəfindən 0.18 ha torpaq sahəsi ümumibirgə mülkiyyətə verilmişdir. Təqdim edilən arxiv arayışı hazırda iddiaçıların mülkiyyətində olan 0.18 ha torpaq sahəsinin ölçüsünün dəyişməsi üçün əsas hesab edilə bilməz. Qeyd edilir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.4-cü, 4.1-ci və 16.1-ci, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1.3, 139-1.1.8-ci maddələrində daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının aparılması və onlara düzəlişin edilməsi qaydası izah olunmuşdur. Odur ki, yuxarıda qeyd olunanlara əsasən yalnız iddiaçıların mülkiyyətində olan 0.18 ha torpaq sahəsinin hüquqların dövlət reyestrində qeydiyyata alınması mümkündür. Cavabdeh orqanın məhkəməyə ünvanladığı 08.04.2021-ci il tarixli, **********25 nömrəli etiraz məktubunda qeyd edilir ki, Yevlax rayon, Tanrıqulular kənd sakini X7 və ailə üzvləri kollektiv qaydada 15.01.2021-ci il tarixli ərizə ilə DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət edərək, Yevlax rayonu, Tanrıqulular kəndində yerləşən, JN-149F KOD 90110018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0.18 ha torpaq sahəsinin ölçüsündə dəyişiklik edilərək 0.25 ha kimi qeyd olunub hüquqların dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdirlər. Ərizələrinə qoşma etdikləri, Azərbaycan Respublikasının Dövlət Arxiv İdarəsinin Yevlax filialının 04.05.2020-ci il tarixli 88/10 saylı arxiv arayışında ailə üzvü olmayan X11 mülkiyyətinə 0.25 ha torpaq sahəsinin ayrılması qeyd olunmuşdur. X18 JN-149F KOD 90110018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin adlı siyahısında ailə üzvü kimi göstərilməmişdir. X17 izah olunmuşdur ki, yerli Aqrar İslahat Komissiyasının 25.04.1998-ci il tarixli 30 saylı qərarı ilə 0.18 ha torpaq sahəsi onun və ilə üzvlərinin ümumibirgə mülkiyyətinə verilmişdir. Vətəndaşın təqdim etdiyi arxiv arayışı hazırda mülkiyyətində olan 0.18 ha torpaq sahəsinin ölçüsünün dəyişməsi üçün əsas hesab edilə bilməz. Eyni zamanda ərazi idarəsi tərəfindən yerində araşdırılma aparılarkən məlum oldu ki, ərizəçinin iddia etdiyi 0.07 ha torpaq sahəsi DT və XK-nin tərtib etdiyi JN-643 A KOD 90110018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0.12 ha ölçüdə olan torpaq sahəsinin tərkib hissəsi olmaqla həmin kəndin sakini X14 mülkiyyətinə verilmişdir. Sözügedən torpaq sahəsi 01 noyabr 2004-cü il tarixli, 4Ə-1-154 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X23 tərəfindən X1. X13 həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasına dair şifahi müraciət etsə də, ona izah edilmişdir ki, alqı-satqı müqaviləsinə əsasən ona məxsus torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-643 A KOD 90110018 saylı şəhadətnamə elektron baza xəritə məlumatlarında öz əksini tapmır. Hazırda elektron xəritə baza məlumatlarına islahatdan kənar qalan torpaqların işlənməsi və daxil edilməsi prosesi davam edir. İş yekunlaşdığı təqdirdə torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasına dair rəsmi qaydada müraciət etməsi tövsiyyə olunmuşdur. Lakin buna baxmayaraq həmin torpaq sahəsi elektron xəritə baza məlumatlarına əsasən bələdiyyə mülkiyyəti kimi görsənir, JN-643A KOD 90110018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ikinci nüsxəsi arxiv qovluğunda mövcud olsa da “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”lərin verilməsinə dair qeydiyyat kitabında hər hansı məlumat qeyd olunmamışdır. İddiaçı X5 “Dalınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.4-cü, 4.1-ci, 16.1-ci, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1.3, 139-1.1.8-ci maddələrində daşınmaz əmlak üzərində mülkiyyət hüquqların Məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı4 iddia tələbinin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında İddiaçı1 vəkili X26 iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs X13 iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə prosesdə iştirak edən şəxsləri dinləyib, iddia ərizəsi və ona əlavə olunmuş sənədləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarında olan X20 filialının 09.03.2016-cı il tarixli, 164 nömrəli arxiv arayışında qeyd edilir ki, Dövlət Arxivində mühafizə olunan Yevlax rayon Tanrıqulular kənd Sovetliyinin 1969-1971-ci iilərə dair təsərriifatbaşına kitabında X12 təsərrüfat başçısı yazılmışdır. Təsərrüfatın xüsusi istifadəsində olan torpağın miqdarı 0,21 ha qeyd edilmişdir. İş materiallarında olan X20 filialının 04.05.2020-ci il tarixli, 88/10 nömrəli arxiv arayışında qeyd edilir ki, Yevlax rayon Tanrıqulular kənd Sovetliyinin 1957- 1959-cu illərə dair 01 saylı təsərrüfatbaşına kitabının 90-cı səhifəsinin 45 saylı qeydinə əsasən Yevlax rayonunun Tanrıqulular kəndində yaşayan X11 mülkiyyətində və ya paylı mülkiyyətdə olan 0,25 ha (iyirmi beş sot) həyətyanı torpaq sahəsinin olduğu qeyd edilmişdir. İş materiallarında olan JN-149F KOD 90110018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədən görünür ki, Yevlax rayon AİK-nın 25.04.1998-ci il tarixli 30 saylı qərarı ilə 0.18 ha həyətyanı torpaq sahəsi iddiaçıların mülkiyyətinə verilmişdir. Şəhadətnamə kitabda 129 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan JN-643A KOD 90110018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədən görünür ki, Yevlax rayon AİK-nın 25.04.1998-ci il tarixli 30 saylı qərarı ilə 0.12 ha həyətyanı torpaq sahəsi iş üzrə üçüncü şəxs X14 mülkiyyətinə verilmişdir. Şəhadətnamə kitabda 643 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan 01.11.2004-cü il tarixli müqavilənin surətindən görünür ki, X23 özünə məxsus olan 0.12 ha torpaq sahəsini X2. İş materiallarında olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 20.05.2021-ci il tarixli, **********87 nömrəli məktubuna əlavə edilən mütəxəssis rəyinin təsdiq edilmiş surətində qeyd edilir ki, Yevlax rayonu, Tanrıqulular kəndində yerləşən iddiaçının istifadəsində olan həyətyanı torpaq sahəsi faktiki 0,23 hektardır. Həmin torpaq sahəsinin 0.18 ha hissəsi İddiaçı1 və ailə üzvlərinə JN-149 F nömrəli şəhadətnaməyə əsasən mülkiyyətinə verilmişdir. 0.23 ha torpaq sahəsindən İddiaçı1, X3. X9 və İddiaçı4 istifadə edir (torpaq sahəsinin ərazisi və koordinatları əlavə edilmiş sxemdə göstərilmişdir). Məktuba əlavə edilən “Yevlax rayonunun Tanrıqulular kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid” cədvəlin təsdiq edilmiş surətindən görünür ki, 0.21 ha həyətyanı torpaq sahəsi iddiaçıların mülkiyyətində verilmişdir. Məhkəmə qeyd edir ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 04 nömrəli Qərarına əlavə və dəyişikliklər edilməklə 17-ci bənd aşağıdakı redaksiyada verilmişdir: “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülkiyyət hüququ və ya inzibati hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki- hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda isə inzibati məhkəmələrdə baxılmalıdır.” Yuxarıda qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, iş materiallarına əsasən müəyyən edilir ki, iddiaçının hüquqi marağı 0.07 ha torpaq sahəsinin JN-149F nömrəli “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə qeyd edilən 0.18 ha torpaq sahəsinin üzərinə əlavə edilərək şəhadətnamədə 0.25 ha qeyd edilməsinə nail olmaqdan ibarətdir. Lakin cavabdehin etiraz ərizəsində qeyd olunanlardan görünür ki, iddiaçıların iddia etdiyi 0.07 ha torpaq sahəsi DT və XK-nin tərtib etdiyi JN-643 A KOD 90110018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0.12 ha ölçüdə olan torpaq sahəsinin tərkib hissəsi olmaqla həmin kəndin sakini X14 mülkiyyətinə verilmişdir. Sözügedən torpaq sahəsi 01 noyabr 2004-cü il tarixli, 4Ə-1-154 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X23 tərəfindən X1. Göründüyü kimi iddia tələbində qeyd olunan iddiaçılara məxsus şəhadətnamədə torpaq sahəsinin ölçüsünün 0.25 ha göstərilərək çıxarışın verilməsi üçün ehtiyac olan 0.07 ha torpaq sahəsi Yevlax rayon AİK-nın 25.04.1998-ci il tarixli, 30 saylı qərarı ilə iş üzrə üçüncü şəxslərdən olan X16 verilən 0.12 ha torpaq sahəsinin tərkib hissəsi olduğundan və bununla bağlı X14 adına JN-643A KOD 90110018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə tərtib edildiyindən iddiaçılara məxsus JN-149F KOD 90110018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə düzəliş edilərək, torpaq sahəsinin 0.25 ha kimi göstərilərək çıxarışın verilməsi mümkün deyildir. Həmçinin iddiaçılara iddianın dəyişdirilməsi üçün də yardım edilməsini məhkəmə əhəmiyyətsiz hesab etmişdir. Belə ki, hətta iddiaçılar iddianı dəyişib JN-643A KOD 90110018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etsələr belə, analoji tələblə ilk növbədə cavabdehə müraciət etmədikləri üçün iddiaçılara yardım edilməsi iddianın mümkün sayılması ilə nəticələnməyərək lüzumsuz yazışmalara səbəbə olacaqdır. Bu səbəbdən icraata qənaət prinsipi rəhbər tutularaq iddiaçılara yardım edilməsindən imtina edilmiş, lakin bununla belə hüquqi maraqları nəzərə alınmaqla JN-643A KOD 90110018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ləğv edilməsi barədə cavabdehə müraciət etmək hüquqları izah edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X23, X13) “ümumi birgə mülkiyyətlərində olan Yevlax rayonu, Tanrıqulular kəndində yerləşən həyətyanı torpaq sahəsinin ölçüsünün 0,25 ha qeyd olunmaqla hüquqların dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Mütəxəssis rəyinin verilməsinə çəkilən xərc iddiaçılara aid edilir. Mütəxəssis rəyinin verilməsinə çəkilən xərcə görə 311 manat iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 tutularaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastr və Yerquruluşu Layihə-X22 Məsuliyyətli Cəmiyyətinin hesabına (Kapital Bank ASC Xətai filialı, kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC hesab AZ23AİİB******************** VÖEN: **********) köçürülsün. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar