Məhkəmə qərarları › İş №2-1(116)-67/2020

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-67/2020

14.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-67/2020 14.09.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi Qanuni nümayəndə, İddiaçının vəkili X2 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “Göyçay rayonu Qaraməryəm bələdiyyəsinin xx xxxxxx 2017-ci il tarixli 07 saylı qərarının iddiaçının sahibliyində olan tikilinin altında yerləşən torpaq sahəsinin bələdiyyə mülkiyyəti kimi tanınması hissəsində ləğv edilməsi” tələbi barədə işə məhkəmənin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Göyçay rayonu R.Rza adına sovxoz tərəfindən ona verilmiş Göyçay rayonunun Qaraməryəm kəndində yerləşən baş emalatxana binasının yerləşdiyi, istifadəsində olan torpaq sahəsini onun mülkiyyətinə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Dövlət X3 xx xxxxxx 1998-ci il tarixli 10/AK-1 nömrəli iclas protokolu ilə təsdiq edilmiş əmlakdan pay haqqının verilməsi barədə akta əsasən Göyçay rayonu R.Rza adına sovxoz tərəfindən ona Göyçay rayonunun Qaraməryəm kəndində yerləşən baş emalatxana binası əmlak payı kimi verilmişdir. İddiaçı baş emalatxana binasının yerləşdiyi torpaq sahəsinə başqa fiziki və ya hüquqi şəxsin mülkiyyət hüququnun qeydə alınıb-alınmaması, torpaq sahəsinin özgəninkiləşdirilibözgəninkiləşdirilməməsi, əgər mülkiyyət hüququ qeydə alınmışdırsa hüquqmüəyyənedici və texniki sənədlərin, həmçinin hüququn qeydə alınmasına əsas olan sənədlərin təsdiq olunmuş surətlərinin alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X7 vəkil sorğusu ilə müraciət etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X6 xx.xx.2019-cu il tarixli **********25 saylı məktubuna əlavə edilmiş sənədlərdən müəyyən edilmişdir ki, ona verilmiş Göyçay rayonunun Qaraməryəm kəndində yerləşən baş emalatxana binasının yerləşdiyi torpaq sahəsiyaşayış məntəqələrinin torpaqları kateqoriyasında Qaraməryəm bələdiyyəsinin mülkiyyəti kimi qeydə alınmışdır. İddiaçı xx.xx.2019-cu il il tarixdə cavabdeh orqana poçt vasitəsi ilə ərizə göndədərərək “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 16.3-cü maddəsinin tələblərinə əsasən Göyçay rayonu R.Rza adına sovxoz tərəfindən ona verilmiş Göyçay rayonunun Qaraməryəm kəndində yerləşən baş emalatxana binasının yerləşdiyi, istifadəsində olan torpaq sahəsini onun mülkiyyətinə verilməsini xahiş etmiş, lakin cavabdeh orqan xx.xx.2019-cu il tarixdə iddiaçının müraciətini xəbərnaməyə imza etməklə alsa da müraciətə cavab verməmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli iclasında iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Qanuni nümayəndə xx.xx.2020-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək “Göyçay rayonu Qaraməryəm bələdiyyəsinin xx xxxxxx 2017-ci il tarixli 07 saylı qərarının iddiaçının sahibliyində olan tikilinin altında yerləşən torpaq sahəsinin bələdiyyə mülkiyyəti kimi tanınması hissəsində ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixli iclasında protokol qərardadla ərizə icraata qəbul edilmişdir. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, İddiaçı baş emalatxana binasının ərazisi Qaraməryəm bələdiyyəsinin mülkiyyətinə aiddir. Sözügedən ərazinin müəyyən bir qismi RX seriyalı ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən üzərində bələdiyyə mülkiyyəti tanıdılaraq 0.20 hektarı Qaraməryəm kəndinin sakinlərinə satılmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilinin izahatını dinləyib, iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarında olan Dövlət X3 1993-cü il 17 yanvar tarixli 10/AK-1 nömrəli iclas protokolu ilə təsdiq edilmiş xx.xx.1999-cu il tarixli 21 nömrəli Aktın təsdiq edilmiş surətindən müəyyən edilir ki, Göyçay rayonu “R.Rza” adına kolxozun ərazisində yerləşən əmlak növü “baş emalatxana binası” olaraq qeyd olunan kompleksdən bir hissə Qaraməryəm kəndində yaşayan Göyçay rayon Daxili İşlər Şöbəsi tərəfindən 1977-ci il 28 sentyabr tarixdə verilmiş pasport nömrəsi İVЖГ658490 olan şəxsə verilmişdir. İş materiallarında olan DƏDRX-nin 16 saylı X6 xx.xx.2019-cu il tarixli **********77 nömrəli məktubu və ona əlavə edilmiş sənədlərin təsdiq edilmiş surətlərindən müəyyən edilir ki, Cavabdeh xx.xx.2017-ci il tarixli 07 saylı protokoldan çıxarışı, ƏMDK-nın 10 saylı Ərazi şöbəsinin xx.xx.2017-ci i l tarixli 497 nömrəli rəyi, Göyçay rayon İH Memarlıq və Tikinti şöbəsinin xx.xx.2017-ci il tarixli 95 nömrəli rəyinə əsasən Göyçay rayon Qaraməryəm kəndində yerləşən 0.20 ha torpaq sahəsinə A seriyalı 192448 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmiş və RX seriyalı ******* nömrəli xx.xx.2017-ci il tarixli Çıxarışla Cavabdeh mülkiyyətinə verilmişdir. İş materiallarında olan Göyçay rayon Notariat ofisinin xx.xx.2020-ci il tarixli 17 nömrəli məktubu və ona əlavə olunmuş sənədlərin təsdiq edilmiş surətindən müəyyən edilir ki, mübahisələndirilən 0.20 ha torpaq sahəsi 0.10 ha olmaqla ******* nömrəli “Alqısatqı” müqaviləsinə əsasən X1 və ******* nömrəli “Alqı-satqı” müqaviləsinə əsasən Nəbiyeva Qəmzə Babaşah qızına satılmışdır. İddiaçının iddia tələbindən aydın görünür ki, onun iddiası mübahisələndirmə haqqında iddia növünə aiddir. Bu növ iddiaların xüsusi mümkünlük şərtlərindən ən mühümü odur ki, iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində (Azərbaycan Respublikası İPM-nin 38.1-ci maddəsi) qaldırıla bilər. Lakin iddiaçı qanunla müəyyən edilmiş həmin müddəti ötürmüşdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Mübahisələndirilən inzibati akt 2017-ci il 28 avqust tarixində qəbul edilmişdir. İş materiallarında olan sənədlərdən də göründüyü kimi iddiaçı baş emalatxana binasının yerləşdiyi torpaq sahəsinə başqa fiziki və ya hüquqi şəxsin mülkiyyət hüququnun qeydə alınıb-alınmaması, torpaq sahəsinin özgəninkiləşdirilib-özgəninkiləşdirilməməsi, əgər mülkiyyət hüququ qeydə alınmışdırsa hüquqmüəyyənedici və texniki sənədlərin, həmçinin hüququn qeydə alınmasına əsas olan sənədlərin təsdiq olunmuş surətlərinin alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X7 vəkil sorğusu ilə müraciət etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X6 xx.xx.2019-cu il tarixli **********25 saylı məktubuna əlavə edilmiş sənədlərdən müəyyən edilmişdir ki, ona verilmiş Göyçay rayonunun Qaraməryəm kəndində yerləşən baş emalatxana binasının yerləşdiyi torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyasında Qaraməryəm bələdiyyəsinin mülkiyyəti kimi qeydə alınmışdır. Göründüyü kimi iddiaçı ən azından 2019cu ilin mart ayından mübahisələndirilən qərardan məlumatlı olmuş, 16 saylı X8 tərəfindən ona mübahisəli qərarın surəti göndərilmişdir. İddiaçı isə xx.xx.2019-cu il tarixində poçt vasitəsi ilə məhkəməyə iddia ərizəsi göndərməklə (iddia ərizəsi xx.xx.2019-cu il tarixində məhkəməyə daxil olmuşdur.) qanunla müəyyən edilmiş 30 günlük müddəti ötürmüşdür. xx.xx.2019-cu il tarixində məhkəməyə daxil olmuş iddia ərizəsindən də göründüyü kimi iddiaçı həmin torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olmasına etiraz etməmiş, əksinə həmin torpaq sahəsinin ona əvəzsiz verilməli olduğu bildirmişdir. Buradan da göründüyü kimi iddiaçı sözügedən inzibati aktın qəbul edilməsindən xəbərdar olmuş, lakin o, qanunla müəyyən edilmiş müddət ərzində inzibati aktı mübahisələndirməmiş, həmin aktı mübahisələndirmə imkanını itirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “Göyçay rayonu Qaraməryəm bələdiyyəsinin xx xxxxxx 2017-ci il tarixli 07 saylı qərarının iddiaçının sahibliyində olan tikilinin altında yerləşən torpaq sahəsinin bələdiyyə mülkiyyəti kimi tanınması hissəsində ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar