Məhkəmə qərarları › İş №2-1(116)-67/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-67/2021

20.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-67/2021 20.04.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlu İddiaçılar İddiaçı1, İddiaçı2 Məhəmməd oğlu, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı (X15, X2, X16, X6) “Qax rayon Aqrar İslahat Komissiyasının və X30 İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 09 saylı, xx.xx.2004-cü il taixli 02 saylı, xx.xx.2006-cı il tarixli 1 saylı, xx.xx.2000-ci il tarixli 3 saylı və xx.xx.2001-ci il tarixli qərarlarının icrasının, istifadələrində olan torpaq sahələrinə çıxarışın verilməsinin və üçüncü şəxslər X15, X2, X16, X3 məxsus olan JN-00xx xxx 40312038 saylı Dövlət Aktının ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddiasına dair inzibati işə baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 Məhəmməd oğlu, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Qax rayon Aqrar İslahat Komissiyasının və X30 İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 09 saylı, xx.xx.2004-cü il taixli 02 saylı, xx.xx.2006-cı il tarixli 1 saylı, xx.xx.2000-ci il tarixli 3 saylı və xx.xx.2001-ci il tarixli qərarlarının icrasının, istifadələrində olan torpaq sahələrinə çıxarışın verilməsinin və üçüncü şəxslər X15, X2, X16, X3 məxsus olan JN-00xx xxx 40312038 saylı Dövlət Aktının ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir (iş № 2-1(116)-67/2021). Bundan başqa, müəyyən edildi ki, iddiaçılar X11, X7, X12, İddiaçı3, X17, X13 və İddiaçı1 cavabdeh Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsinə qarşı “X4 adına işlənmiş JN-0051 saylı, X1 adına işlənmiş JN-0052 saylı, X5 adına işlənmiş JN- 0054 saylı, İddiaçı3 adına işlənmiş JN-0053 saylı, X10 adına işlənmiş JN-0056 saylı, X8 adına işlənmiş JN-0050 saylı, X18 adına işlənmiş JN-0055 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktlarının ləğvi və DT və XK Qax rayon şöbəsi üzərinə həmin torpaq sahələrinin əvəzində onlara verilmiş və faktiki istifadələrində olan torpaq sahələrinə plan və ölçünün işlənməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə qəbul olunmuş Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2014-cü il tarixli, 2-1(84)-479/2014 nömrəli qərarının iş üzrə üçüncü şəxs kimi cəlb edilməklə ləğv edilməsi və icraatının təzələnməsinə dair X9 ərizəsinə əsasən Şəki İnzibati Məhkəməsinin 2-1(84)-479/2014 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2014-cü il tarixli, 2-1(84)-479/2014 nömrəli qərarı ləğv edilmiş və iş üzrə icraat təzələnmişdir (iş № 2-1(116)-755/2021). Məhkəmə aşağıdakı hallara görə bu qənaətə gəldi ki, göstərilən işlər üzrə icraat bir icraatda birləşdirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 56.1-ci maddəsində deyilir ki, məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır. Həmin Məcəllənin 56.3-cü maddəsinə görə, məhkəmə müstəqil işlər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. İşlərdən görünür ki, qeyd olunan hər iki iddia üzrə mübahisə predmetləri eynidir, hər iki iddia müxtəlif şəxslər tərəfindən və eyni cavabdehə qarşı verilmişdir. Belə olan halda, həmin işlərə birgə baxılması və vahid qərar qəbul edilməsi daha məqsədə müvafiqdir. Hazırkı qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyinə görə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə əsasən, şifahi məhkəmə baxışı keçirilmədən qəbul edildi. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: Şəki İnzibati Məhkəməsinin icraatında olan aşağıdakı inzibati işlər üzrə icraat bir icraatda birləşdirilsin: 1) İddiaçılar İddiaçı1, İddiaçı2 Məhəmməd oğlu, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Qax rayon Aqrar İslahat Komissiyasının və X30 İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 09 saylı, xx.xx.2004-cü il taixli 02 saylı, xx.xx.2006-cı il tarixli 1 saylı, xx.xx.2000-ci il tarixli 3 saylı və xx.xx.2001-ci il tarixli qərarlarının icrasının, istifadələrində olan torpaq sahələrinə çıxarışın verilməsinin və üçüncü şəxslər X15, X2, X16, X3 məxsus olan JN-00xx xxx 40312038 saylı Dövlət Aktının ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair 2-1(116)- 67/2021 nömrəli iş, 2) iddiaçılar X11, X7, X12, İddiaçı3, X17, X13 və İddiaçı1 cavabdeh Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsinə qarşı “X4 adına işlənmiş JN-0051 saylı, X1 adına işlənmiş JN-0052 saylı, X5 adına işlənmiş JN-0054 saylı, İddiaçı3 adına işlənmiş JN-0053 saylı, X10 adına işlənmiş JN-0056 saylı, X8 adına işlənmiş JN-0050 saylı, X18 adına işlənmiş JN-0055 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktlarının ləğvi və DT və XK Qax rayon şöbəsi üzərinə həmin torpaq sahələrinin əvəzində onlara verilmiş və faktiki istifadələrində olan torpaq sahələrinə plan və ölçünün işlənməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair 2-1(116)-755/2021 nömrəli iş. Qərardaddan şikayət verilə bilməz. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar