Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-67/2022 01.02.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, iddiaçının vəkili X4 və üçüncü şəxs X11 iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı (üçüncü şəxslər: X22, Mingəçevir bələdiyyəsi) “X11 adına verilmiş 07 may 2019-cu il tarixli, **********77 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın İddiaçı Mingəçevir bələdiyyəsinin 39/5 nömrəli, 24 iyul 2007-ci il tarixli qərarı ilə ayrılmış və A259416 nömrəli plan-ölçüdə göstərilən 400 kv.m torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı (üçüncü şəxs X22) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X11 adına verilmiş 07 may 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçının həyat yoldaşı 11 dekabr 1994-cü ildə torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Şəhid ailəsi kimi fərdi ev tikintisi üçün Mingəçevir şəhər Bələdiyyəsinə müraciəti əsasında iddiaçıya 24 iyul 2007-ci il tarixli 39/5 saylı qərarla 400 kv.m torpaq sahəsi verilmişdir. Mingəçevir şəhər Bələdiyyəsinin qeyd edilən qərarı əsasında Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 19.04.2010-cu il tarixdə uçota alınmış torpaq sahəsinin plan və ölçüsü də tərtib edilmişdir. Torpaq sahəsi bələdiyyə tərəfindən iddiaçının iştirakı ilə ölçülmüş və ona təhvil verilmişdir. İddiaçı torpaq sahəsini hasarlaya bilməsə də, armatur və digər əşyalarla sərhədlərini müəyyən etmişdir. İddiaçının torpaq sahəsinin yerləşdiyi ərazidə olan qonşuları da bilir ki, neçə illərdir ki, həmin torpaq sahəsi iddiaçının sahibliyindədir. Sadəcə olaraq Bələdiyyənin qərarını və DTXK-nın torpağa dair sənədlərindən başqa torpağa dair çıxarışın əsas mülkiyyət sənədi olduğunu iddiaçı bilmədiyindən vaxtında mülkiyyət hüququnu rəsmiləşdirə bilməmişdir. Yaxın vaxtlarda ona məlum olmuşdur ki, torpağı Aqil adlı şəxs tərəfindən zəbt edilmiş və artıq ev tikmək üçün bünövrə də tökülmüşdür. İddiaçı onunla görüşüb hansı əsasla torpağında tikinti apadığını soruşanda məlum olmuşdur ki, torpağı Bəşir adlı şəxsdən alıb və torpağa dair mülkiyyət sənədi də əldə etmişdir. İddiaçı hesab edir ki, X11 adına verilmiş 07 may 2019-cu il tarixli çıxarış qanunsuz olduğundan ləğv edilməlidir. İddiaçı bununla bağlı cavabdeh orqana ərizə ilə müraciət etmiş, cavabdeh isə 03.06.2021-ci il tarixli imtina məktubunda qeyd etmişdir ki, DTXK-nın Mingəçevir şəhər şöbəsi tərəfindən verilmiş JN-2819A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən, şəhər ərazisində yerləşən 0,06 ha torpaq sahəsi X11 mülkiyyətinə verilmişdir. Ləğvi tələb edilən çıxarış JN-2819A nömrəli şəhadətnamə əsasında tərtib edildiyindən ona düzəlişin edilməsi İdarənin səlahiyyəti xaricindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 Saylı Yevlax ərazi idarəsinin 03.06.2021-ci il tarixli **********00 nömrəli imtina məktubunda bildirmişdir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər şöbəsi tərəfindən verilmiş JN-2819A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Mingəçevir şəhərində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi X23 mülkiyyətinə verilmişdir. Dövlət reyestrindən çıxarış Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər şöbəsi tərəfindən verilmiş JN- 2819A nömrəli nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında verildiyi üçün çıxarışda subyektlərlə bağlı düzəlişin edilməsi idarənin imkanı xaricindədir Belə ki. şəhadətnamənin ləğv edilməsi, şəhadətnamədə hər hansı bır düzəlişin və ya dəyişikliyin edilməsi DƏDRX 17 saylı Yevlax Ərazi idarəsinin səlahiyyətinə aid deyil. “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikasının Qanununun 23.1-ci maddəsində qeyd edildiyi kimi; Qeydiyyat orqanının vəzifəli şəxsiəri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-cü maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə tərəflər razı olmadıqda mübahisələrə qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq məhkəmədə baxılır. Cavabdeh orqan məhkəmənin sərəncamının icrası ilə əlaqədar ünvanladığı 22.06.2021-ci il tarixli, **********96 nömrəli iddia tələbinə etiraz məktubunda iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənləri qeyd edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmənin iş üzrə 19.10.2021-ci il tarixli qərardadı ilə Mingəçevir şəhər bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. 01.02.2022-ci il tarixli məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “X11 adına verilmiş 07 may 2019-cu il tarixli, **********77 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın İddiaçı Mingəçevir bələdiyyəsinin 39/5 nömrəli, 24 iyul 2007-ci il tarixli qərarı ilə ayrılmış və A259416 nömrəli plan-ölçüdə göstərilən 400 kv.m torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının qərardadı ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxs Mingəçevir bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə Mingəçevir bələdiyyəsinin nümayənəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı və iddiaçının vəkili iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İşdə materiallarında olan: Mingəçevir bələdiyyəsinin məhkəməyə ünvanladığı 06.07.2021-ci il tarixli 1473 nömrəli məktubunda qeyd edilir ki, bələdiyyənin 24.07.2007-ci il tarixli 39/5 nömrəli qərarına əsasən Mingəçevir şəhəri C.Əliyev küçəsi ev 38/3, mənzil 2-də yaşayan şəhər sakini, şəhid ailəsi İddiaçı baş planda göstərilən yerdən fərdi mənzil tikintisi üçün dəyəri ödənilmədən 400 kv.m torpaq sahəsi onun xüsusi mülkiyyətinə verilmişdir. Qərarın təqsiq olunmuş surəti məhkəməyə təqdim olunmuşdur. Azərbaycan Respublikası Dövlət Arxivinin Mingəçevir filialı tərəfindən 18.06.2021-ci il tarixli T-64 nömrəli məktubla Mingəçevir bələdiyyəsinin 24.07.2007-ci il tarixli 39/5 nömrəli qərarının təsdiq olunmuş surəti məhkəməyə təqdim edilmişdir. Mingəçevir bələdiyyəsinin 24.07.2007-ci il tarixli 39/5 nömrəli qərarından görünür ki, şəhər sakini, şəhid ailəsi İddiaçı baş planda göstərilən yerdən fərdi mənzil tikintisi üçün dəyəri ödənilmədən 400 kv.m torpaq sahəsinin onun xüsusi mülkiyyətinə verilməsi qərar alınmışdır. DTXK tərəfindən hazırlanmış A259416 nömrəli plan-ölçü sənədinin təsdiq edilmiş surətindən görünür ki, Mingəçevir bələdiyyəsinin 24.07.2007-ci il tarixli 39/5 nömrəli qərarı ilə 400 kv.m torpaq sahəsi fərdi yaşayış evi tikmək məqsədilə iddiaçıya verilmişdir. Sənəd X20 kitabında 19.04.2010-cu il tarixdə 3290 nömrə ilə uçota alınmışdır. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 25.10.2021-ci il tarixli **********23 nömrəli məktubu ilə X20 Kitabının 19.04.2010-cu il tarixli 3290-cı sırada İddiaçı adı qeyd edilən səhifəsinin təsdiq edilmiş surəti məhkəməyə göndərilmişdir. Təqdim edilən sənədin təsdiq edilmiş surətindən görünür ki, sənəddə İddiaçı adı 3290-cı sırada qeyd edilmiş, Mingəçevir bələdiyyəsinin 24.07.2007-ci il tarixli 39/5 nömrəli qərarı ilə ona 400 kv.m torpaq sahəsinin ayrılması və həmin torpaq sahəsinə dair A259416 nömrəli plan-ölçü sənədinin tərtib edildiyi göstərilmişdir. Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının 23.07.2004-cü il tarixli 293 nömrəli Sərancamının arxiv çıxarışından (sənəd Dövlət arxivinin Mingəçevir filialına sorğu göndərilməklə əldə edilmişdir) görünür ki, həmin sərəncamla şəhər ərazisində həyətyanı sahələrin istifadəsinin qanuniliyini təsdiq edən sənədlərin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin mütəxəssisləri ilə birlikdə araşdırılmasının təmin edilməsi, qanuni istifadədə olan həyətyanı sahələrə mülkiyyət hüququnu təsdiq edən müvafiq sənədlərin verilməsinin təmin edilməsi, qanuni istifadədən artıq olan və ya qeyri-qanuni istifadə olunan torpaq sahələrinin mövcud qanunvericiliyə uyğun olaraq sənədləşdirilməsi, məqsədəuyğun olmayan torpaq sahələrinin isə dövlət və ya bələdiyyə mülkiyyətinə qaytarılması barədə təkliflərin verilməsi, şəhər Bələdiyyəsi və hüquq mühafizə orqanları ilə birlikdə sənədləşdirilməsi məqsədə uyğun hesab edilməyən torpaq sahələrinin dövlət və ya bələdiyyə mülkiyyətinə qaytarılmasının təmin edilməsi qərara alınmışdır. Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının 23.07.2004-cü il tarixli 293 nömrəli Sərancamı ilə təsdiq edilmiş “Mingəçevir şəhəri ərazisində vətəndaşların xüsusi mülkiyyətinə verilən torpaq sahələrinə aid” cədvəlin təsdiq edilmiş surətindən görünür ki, cədvəldə 2819-cu sıra nömrəsi ilə X12 adı qeyd edilmiş və adının qarşısında qanuni istifadəsində 0,06 ha torpaq sahəsinin olduğu göstərilmişdir. JN-2819A kod 90200002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Mingəçevir Şəhər İcra Hakimiyyətinin 23.07.2004-cü il tarixli, 293 nömrəli qərarı ilə 0,06 ha həyətyanı torpaq sahəsi X13 mülkiyyətinə verilmişdir. Cavabdeh tərəfindən tərtib edilmiş A388060 nömrəli 06.05.2019-cu il tarixli planölçü sənədinin surətindən (sənədin əsli görülmüş, surəti çıxarıldıqdan sonra qaytarılmışdır) görünür ki, Mingəçevir şəhəri Naxçıvan küçəsi 113 ünvanında yerləşən, sənəd üzrə sahəsi 0,06 ha, faktiki 0,053 ha olan torpaq sahəsi X11 xüsusi mülkiyyətinə verilmişdir. Sənəd DTXK-nın Mingəçevir şəhər şöbəsinin JN-2819A nömrəli 25.04.2005-ci il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməsi əsasında tərtib edilmişdir. 07.05.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********77 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Mingəçevir şəhəri Naxçıvan küçəsi 113 ünvanında yerləşən 0,053 ha olan torpaq sahəsi X11 xüsusi mülkiyyətindədir. Cavabdeh 13.10.2021-ci il tarixli, **********44 nömrəli məktubunda qeyd etmişdir ki, İddiaçı adına verilmiş A 259416 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” idarənin elektron baza xəritəsinə işlənməmişdir. Lakin İddiaçı idarəyə təqdim etdiyi “Torpaq sahəsinin planı və ölçüsü”də qeyd olunan döngə nöqtələrinin koordinatları baza xəritəsinə işlənilən zaman məlum olmuşdur ki, həmin döngə nöqtələrinin koordinatları küçənin bir hissəsi də daxil olmaqla başqa mülkiyyətçilərin və həmçinin X11 mülkiyyətində olan **********77 reyestr nömrəli torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının üzərinə düşür. DTXK Mingəçevir şəhər şöbəsi tərəfindən tərtib olunmuş JN-2819A (kod ********) saylı “Torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamə” idarənin elektron xəritə bazasında (DWJ) və eyniadlı subyektlər siyahısında (DBF) əks olunmuş, həmçinin 1 nömrəli şəhadətnamələrin qeydiyyatı kitabının 72-ci səhifəsində 2292 sıra nömrəsi ilə qeydə alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən hüquqmüəyyənedici sənəd olan JN-2819A saylı şəhadətnamə əsasında torpaq sahəsi **********77 reyestr nömrəsi ilə X11 adına dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Mingəçevir Şəhər Prokurorluğunun icraatında olmuş ********* nömrəli cinayət işinin istintaqı zərurəti ilə əlaqədar olaraq cavabdehin inzibati binasında həmin idarənin istifadəsində olan “Elektron xəritə bazasında” (DWJ) və “Torpaq sahələri ayrılan şəxslərin elektron adlı siyasınına” (DBF) Mingəçevir şəhər prokurorunun müavini tərəfindən baxış keçirilmiş və müvafiq baxış keçirilməsi haqqında protokol tərtib olunmuşdur. Məhkəmə tərəfindən Mingəçevir Şəhər Prolurorluğuna sorğu edilərək protokolun məhkəməyə təqdim edilməsi xahiş edilmişdir. Mingəçevir Şəhər Prokurorluğunun 15.10.2021-ci il tarixli məktubu ilə təqdim edilmiş 04.05.2021-ci il tarixli, ********* nömrəli baxış keçirilməsi haqqında protokolun təsdiq edilmiş surətindən görünür ki, Mingəçevir şəhər prokurorunun müavini, ədliyyə müşaviri X3, icraatında olan ********* №-li cinayət işinin istintaq zərurəti ilə əlaqədar iş üzrə mütəxəssis qismində təyin edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin «Kadast üzrə baş mütəxəssisi» X1 iştirakı ilə Yevlax şəhərində yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin inzibati binasında həmin İdarənin istifadəsində olan «Elektron xəritə bazasına» (DWJ) və «Torpaq sahələri ayrılan şəxslərin elektron adlı siyahısına» (DBF) baxış keçirmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, vətəndaş X11 adına olan “JN-2819A” seriya nömrəli “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin elektron baza məlumatları vardır və baza məlumatları məhz Amid Nəbiyevin adınadır. Bundan başqa X11 adı bazanın adlı siyahısında mövcuddur. Yəni hər iki (DWJ) və (DBF) elektron baza məlumatlarında qeyd olunan nömrə ilə onun adına baza məlumatları mövcuddur. Baxış zamanı həmçinin müəyyən olundu ki, 2819A seriya nömrəsi ilə Amid Nəbiyevin adına olan baza məlumatlarındakı torpaq sahəsi Mingəçevir şəhəri, Kənar küçəsi 6-cı döngədə yerləşən 0,06 ha torpaq sahəsinə aiddir. Amid Nəbiyevin adına “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə aid olan Mingəçevir şəhəri, Kənar küçəsi 6-cı döngədə yerləşən 0,06 ha torpaq sahəsinə “Çıxarış” və “plan-ölçü” sənədi işlənməmişdir. Lakin, Amid Nəbiyevin adına şəhadətnamə ilə baza məlumatları Mingəçevir şəhəri, Kənar küçəsi 6-cı döngədə yerləşən 0,06 ha torpaq sahəsinə aid olsa da, onun adına “Çıxarış” və “Plan-ölçü” sənədi ünvan 2 ünvanda yerləşən 0,53 ha torpaq sahəsinə verilmiş və dövlət reyestrində qeydiyyatdan keçmişdir. Beləliklə, baxış zamanı müəyyən olundu ki, Amid Nəbiyevin adına olan baza məlumatlarındakı torpaq sahəsi ilə ona “Çıxarış” və “plan-ölçü” sənədində əks olunmuş torpaq sahələrinin yerləşdiyi ərazilər fərqlidir və aralarında hava yolu ilə 1314 metr məsafə vardır. İddiaçı adına olan “A259416” nömrəli “Torpaq sahəsinin Plan və ölçü” (Kadastr) sənədinin baza məlumatları yoxlandıqda müəyyən olundu ki, həmin sənədin kağız variantı olsa da, onun elektron baza məlumatları mövcud deyildir. Yəni İddiaçı adına olan “Kadastr” sənədindəki torpaq sahəsinin koordinatları və ümumilikdə sənədin özü elektron bazaya, həmçinin İddiaçı adı “Elektron adlı siyahıya” işlənməmişdir. Lakin, elektron bazaya baxış zamanı İddiaçı adına olan “A259416” nömrəli “Torpaq sahəsinin Plan və ölçü” sənədində əks olunmuş torpaq sahəsinin döngə nöqtələri və koordinatları (“x” və “y” koordinatları) “elektron xəritə bazasına” işləndikdə müəyyən edildik ki, İddiaçı “Kadastr” sənədində əks olunmuş 400 kv.m torpaq sahəsinin koordinatları hazırda X22, X5, X6 və X2 müvafiq olaraq **********77 reyestr nömrəli, **********73 reyestr nömrəli, **********45 reyestr nömrəli, **********91 reyestr nömrəli “Çıxarışlarla” verilmiş torpaq sahələrinin bir hissəsinə və yolun üzərinə düşür. Beləliklə, baxış zamanı müəyyən olundu ki, İddiaçı adına olan “Kadastr” sənədindəki torpaq sahəsinin döngə nöqtələrinin bir hissəsi hazırda Amid Nəbiyevin adına “Çıxarışla” rəsmiləşdirilmiş ünvan 2 ünvanda yerləşən torpaq sahəsinin üzərinə düşür. İşdə olan 19.05.2021-ci il tarixli ********* nömrəli “Cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” qərarda qeyd edilir ki, Mingəçevir şəhər sakini, İddiaçı Mingəçevir bələdiyyəsinin qərarı ilə verilmiş Mingəçevir şəhəri, Yeni həyat yaşayış massivində ayrılmış 400 kv.m torpaq sahəsinə “Torpaq sahəsinin plan və ölçüsü” (Kadastr) sənədi mövcud olduğu halda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əməkdaşları tərəfindən, torpaq koordinatları digər əraziyə uyğun olan şəhadətnamə əsasında vətəndaş X15 qanunsuz “Çıxarış” verməsi faktına görə 12.11.2020-ci il tarixdə Mingəçevir şəhər prokurorluğunda Azərbaycan Respublikası CM-nin 314.1-ci maddəsi ilə başlanaraq istintaq olunan ********* №-li cinayət işi yuxarıda qeyd olunan epizodla bağlı Mingəçevir ŞPŞ-nin İstintaq Bölməsindən aidiyyəti üzrə göndərilən ********* №-li cinayət işinə 08.01.2021-ci il tarixdə birləşdirilmiş, hazırda sonuncu nömrə altında istintaq aparılmışdır. Aparılmış ilkin istintaqla müəyyən edilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Yevlax ərazi idarəsinin baş mühəndisi vəzifəsində işləyən X8 vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə, o cümlədən dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmuş və tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. İş materiallarında İddiaçı adına olan “A259416” nömrəli “Torpaq sahəsinin plan və ölçü” (Kadastr) sənədində göstərilən torpaq sahəsinə Mingəçevir şəhər sakini X15 “çıxarış” və “plan-ölçü” sənədinin verilməsi hissəsində epizodla bağlı araşdırma aparılarkən müəyyən olunmuşdur ki, İddiaçı adına olan “A259416” nömrəli “Torpaq sahəsinin plan və ölçü” (Kadastr) sənədinin kağız variantı olsa da, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin istifadəsində olan “elektron xəritə bazasında” (DWJ-də) onun baza məlumatları mövcud deyildir. Yəni İddiaçı adına olan “Kadastr” sənədindəki torpaq sahəsinin koordinatları və ümumilikdə sənədin özü elektron bazaya, həmçinin İddiaçı adı “Elektron adlı siyahıya” (DBF) işlənməmişdir. Lakin, elektron bazaya baxış zamanı İddiaçı adına olan “A259416” nömrəli “Torpaq sahəsinin Plan və Ölçü” sənədində əks olunmuş torpaq sahəsinin döngə nöqtələri və koordinatları (“x” və “y” koordinatları) “elektron xəritə bazasına” işləndikdə müəyyən edilmişdir ki, İddiaçı “Kadastr” sənədində əks olunmuş 400 kv.m torpaq sahəsinin koordinatları hazırda X22, X5, X6 və X7ma müvafiq olaraq **********77 reyestr nömrəli, **********73 reyestr nömrəli, **********45 reyestr nömrəli, **********91 reyestr nömrəli “Çıxarışlarla” verilmiş torpaq sahələrinin bir hissəsinə və yolun üzərinə düşür. Beləliklə, baxış zamanı müəyyən olunmuşdur ki, İddiaçı adına olan “Kadastr” sənədindəki torpaq sahəsinin döngə nöqtələrinin bir hissəsi hazırda Amid Nəbiyevin adına “Çıxarışla” rəsmiləşdirilmiş ünvan 2 ünvanda yerləşən torpaq sahəsinin üzərinə düşür və Amid Nəbiyevə “çıxarış” və “planölçü” sənədi verilən torpaq sahəsi əvvəllər Mingəçevir bələdiyyəsinin mülkiyyətində olmuşdur. İşin hallarından həmçinin görünür ki, 2000-ci illərin ortalarında Amid Nəbiyevin adına olan “JN-2819A” seriya nömrəli “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə ayrılan torpaq sahəsi Mingəçevir şəhəri, Kənar küçəsində yerləşən 0,06 ha torpaq sahəsinə aid olsa da, onun adına ünvan 2 ünvanda yerləşən 0,053 ha torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən “çıxarış” və “plan-ölçü” sənədi verilmişdir. Amid Nəbiyevin adma olan “JN- 2819A” №-li şəhadətnamə ilə onun faktiki istifadə etdiyi kimi təqdim etdiyi və hazırda çıxarış aldığı ünvan 2 ünvanda yerləşən torpaq sahələri arasında uyğunsuzluq olduğu və ünvan 3da yerləşən torpaq sahəsi əvvəllər bələdiyyə mülkiyyətində olduğu üçün sənədlə faktiki istifadə edilən kimi göstərilən torpaq sahələri arasında yaranmış uyğunsuzluğun aradan qaldırılması üçün Mingəçevir bələdiyyəsinin sabiq sədri X9, torpaq sahəsinin yerləşdiyi ərazidə qonşu kimi yaşayan şəxslər, həmçinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin əməkdaşlarının iştirakı ilə “uyğunsuzluğun” aradan qaldırılmasına dair 25.04.2019-cu il tarixli akt tərtib edilmiş və həmin aktı bələdiyyə sədri kimi Coşqun Abdullayev də imzası ilə təsdiq etmiş, nəticədə həmin akt və digər sənədlər əsasında İddiaçı kadastr sənədi olan torpaq sahəsinin bir hissəsinə Amid Nəbiyevin xüsusi mülkiyyət hüququnu təsdiq edən çıxarış verilmişdir. Şərh olunanlardan görünür ki, torpaq sahələri arasında olan uyğunsuzluğun aradan qaldırılmasına dair aktda göstərilən ünvan 2 ünvanda yerləşən torpaq sahəsi əvvəllər Mingəçevir bələdiyyənin mülkiyyətində olmuş, həmin torpaq sahəsinin bir hissəsi Mingəçevir bələdiyyəsinin 24.07.2007-ci il tarixli, 39/5 №-li qərarı ilə İddiaçı ayrılmış, bununla bağlı “Kadastr” sənədi hazırlanmışdır. Lakin, Mingəçevir bələdiyyəsinin sabiq sədri Coşqun Abdullayev 25.04.2019-cu il tarixli aktı, onu imzalayan digər şəxslərin real olaraq torpaq sahəsinə baxışda iştirak edib-etməməsini araşdırmadan, imzalamaqla faktiki olaraq həmin torpaq sahəsinə heç bir sənədin işlənmədiyini və həmin torpaq sahəsinin boş olduğunu təsdiq etmişdir. Halbuki bələdiyyənin mülkiyyətində olan qeyd olunan torpaq sahəsi ilə bağlı bələdiyyə orqanına rəhbərlik edən şəxs kimi Coşqun Abdullayev həmin torpaq sahəsi ilə bağlı müvafiq araşdırma aparmaqla, həmin torpaq sahəsinin kimə və hansı qərarla ayrıldığını aydınlaşdırmalı və sözü gedən aktı imza etməkdən imtina etməli olmuşdur. X19 vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, bələdiyyə mülkiyyətində olan torpaq sahəsi ilə bağlı heç bir araşdırma aparmadan, yalnız Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin istifadəsində olan “elektron baza məlumatlarında” həmin torpaq sahəsinin boş olması barədə məlumatlara əsaslanmaqla qeyd olunan aktı imzalamış, nəticədə vətəndaş İddiaçı mənafelərinə mühüm ziyan vurulmasına səbəb olan hərəkətlərə yol vermişdir. Mingəçevir bələdiyyəsi məhkəməyə ünvanladığı 24.12.2021-ci il tarixli 2704 nömrəli məktubundan bildirmişdir ki, Mingəçevir bələdiyyəsinin 24.07.2007-cı il tarixli, 39/5 nömrəli qərarına əsasən Mingəçevir şəhəri C.Əliyev küçəsi ev 38/3, mənzil 2-də yaşayan şəhər sakini şəhid ailəsi İddiaçı bələdiyyəyə müraciəti nəzərə alınaraq baş planda göstərilən yerdən fərdi mənzil tikintisi üçün dəyəri ödənilmədən 400 (dörd yüz) kv.m torpaq sahəsi onun xüsusi mülkiyyətinə verilmişdir. Eyni zamanda İddiaçı adına Azərbaycan Respublikasının Dövlət torpaq və xəritəçəkmə komitəsinin X20 kitabında 19.04.2010-cu il tarixdə A№ 259416 nömrə ilə uçota alınmış torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Cavabdeh məhkəmənin sorğusuna cavab olaraq 13.01.2022-ci il tarixli **********87 nömrəli məktubunda qeyd etmişdir ki, idarənin arxiv materiallarına və elektron baza xəritəsinə (DWG) istinadən məlumat olaraq bildirirlər ki, iddiaçının adına verilmiş A 259416 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” elektron baza xəritəsinə işlənməmişdir. Lakin İddiaçı idarəyə təqdim etdiyi “Torpaq sahəsinin planı və ölçüsü”ndə qeyd olunan döngə nöqtələrinin koordinatları baza xəritəsinə işlənilən zaman məlum olmuşdur ki, həmin döngə nöqtələrinin koordinatları küçənin bir hissəsi də daxil olmaqla başqa mülkiyyətçilərin və həmçinin X11 mülkiyyətində olan **********7 reyestr nömrəli torpaq sahəsinin 74 kv.m hissədə üzərinə düşür. İddia ərizəsinə işin yuxarıda göstərilən halları və mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələblərinə uyğun hüquqi qiymət verən məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsaslıdır. “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnaməyə əsasən həmin Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək (3.0.8-ci bənd), vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifəsidir. Bu hallar qeydiyyat zamanı aşkar olunacağı təqdirdə isə xidmət vəzifələrini yerinə yetirməli və hüquqların dövlət qeydiyyatını torpaq sahəsinin faktiki yerləşmə koordinatlarına uyğun aparmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur; 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Qanunun 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Belə ki, Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ...8.0.3-cü maddəsinə görə daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun: 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; 10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 11.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir; 16.3-cü maddəsinə əsasən əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər; 16.4-cü maddəsinə görə bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər; 16.5-ci maddəsinə əsasən dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. İnzibati mühakimə icraatı çərçivəsində məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilibedilməməsinə göstərəcəyi təsirini nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının müdafiəsi məqsədilə hər hansı vəzifənin müvafiq inzibati orqanın üzərinə qoyulub-qoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir. Odur ki, məhkəmə araşdırma nəticəsində müəyyən edilmiş hallara hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçıya Mingəçevir bələdiyyəsinin 39/5 nömrəli 24.07.2007-ci il tarixli qərarı ilə əvəzsiz olaraq 400 kv.m torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Bələdiyyə qərarı mübahisələndirilməmişdir və qüvvədədir. Torpaq sahəsinin döngə nöqtələrinin kordinatları plan və ölçü sənədində öz əksini tapmışdır və məlumdur. Həmin məlumatların elektron bazaya daxil edilməməsi iddiaçının iradəsindən asılı olmamış, bilavasitə cavabdehin üzərinə düşən vəzifələrin icrası ilə bağlı olmuşdur. Həmçinin üçüncü şəxs A.Nəbiyevin adına tərtib edilmiş **********77 reyestr nömrəli çıxarışın verilməsinə əsas olmuş hüquqi sənədlərin araşdırılması zamanı müəyyən edilmişdir ki, A.Nəbiyevin adına şəhadətnamə ilə baza məlumatları Mingəçevir şəhəri Kənar küçəsi 6-cı döngədə yerləşən 0,06 ha torpaq sahəsinə aid olsa da, onun adına “Çıxarış” və “Plan-ölçü” sənədi Mingəçevir şəhəri ünvan 3da yerləşən 0,53 ha torpaq sahəsinə verilmiş və dövlət reyestrində qeydiyyatdan keçmişdir. A.Nəbiyevin adına olan baza məlumatlarındakı torpaq sahəsi ilə ona “Çıxarış” və “plan-ölçü” sənədində əks olunmuş torpaq sahələrinin yerləşdiyi ərazilər fərqlidir və aralarında hava yolu ilə 1314 metr məsafə vardır. Yəni çıxarış və plan ölçü sənədi şəhadətnamə ilə A.Nəbiyevə ayrılmış torpaq sahəsinə münasibərdə verilməli olduğu halda tamam fərqli ərazidə yerləşən, fərqli koordinatlı torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər işlənmişdir. Eyni zamanda cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq A.Nəbiyevin mülkiyyətində olan torpaq sahəsi ilə iddiaçıya ayrılmış torpaq sahəsinin 74,0 kv.m hissədə üst-üstə düşdüyü təsdiq edilmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinasını əsassız olmuşdur, iddianın təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla və iddiaçının hüquqlarını pozmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər; 23.3-cü maddəsinə görə isə dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdehin üzərinə X11 adına verilmiş 07 may 2019-cu il tarixli, **********77 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın İddiaçı Mingəçevir bələdiyyəsinin 39/5 nömrəli, 24 iyul 2007-ci il tarixli qərarı ilə ayrılmış və A259416 nömrəli plan-ölçüdə göstərilən 400 kv.m torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Üçüncü şəxs X11 adına verilmiş 07 may 2019-cu il tarixli, **********77 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın İddiaçı Mingəçevir bələdiyyəsinin 39/5 nömrəli, 24 iyul 2007-ci il tarixli qərarı ilə ayrılmış və A259416 nömrəli plan-ölçüdə göstərilən 400 kv.m torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax ərazi idarəsinin üzərinə qoyulsun. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə.
Məhkəmə qərarları › İş №2-1(116)-67/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-67/2022
01.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver