Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-670/2021 06.09.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Nur Məftunə İlham qızının katibliyi, İddiaçı, cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “sosial sığorta üçün ödədiyi vəsaitin qəbzlər əsasında proqram təminatında işlənməsinin təmin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “sosial sığorta üçün ödədiyi vəsaitin qəbzlər əsasında proqram təminatında işlənməsinin təmin edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahat verərək göstərdi ki, onun işlədiyi illər ərzində sığortaya pul ödəməyimə baxmayaraq qəbzlərinin hec biri sistemə alınmayıb. Həmin ödənişlərin nə səbəbdən sistemə alınmadığını bilmir. Ödənişlər sistemə alınmadığına görə ona əmək pensiyası düşməmişdir. O, 25 ilə yaxın işləməsinə baxmayaraq 130 azn müavinət alır. Ödədiyi qəbzlərin sistemə salınması ilə əlaqədar dəfələrlə DSMF-yə və 11 saylı Ərazi Vergilər İdarəsinə müraciətlər etməsinə baxmayaraq müsbət cavab ala bilməmişəm. 2007-ci ildən ödəniş etsə də, qəbzlərin çoxu itib. Onda 5 qəbz qalıb. Buna görə də həm qəbzlərin proqram təminatına işlənməsini, həm də işlədiyi illərin sosial sığorta stajına daxil edilməsini istəyir. Belə ki, 24 il əmək stajı və 2 illik təhsil müddətinə görə ona əmək pensiyasının təyin edilməsi mümkündür. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək bildirdi ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, ‘‘Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikasının Qanunlarında edilmiş dəyişikliklərə əsasən sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə yığımların təmin edilməsi 01.01.2019-cu il tarixdən etibarən Azərbaycan Respublikası Vergilər Nazirliyinə həvalə edilmişdir. Hazırkı iddiadan və iddia ərizəsinə əlavə edilmiş ödəniş qəbzlərindən də göründüyü kimi ödənişlər 2007-cı ildə həyata keçirilmiş, lakin sosial sığorta haqqları üzrə öhdəliklərin yerinə yetirilməsinə nəzarət və qanunvericiliklə müəyyən edilmiş vəzifələrin həyata keçirilməsi 01.01.2019-cu il tarixdən etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilmişdir. Hal-hazırda da sosial sığorta haqqları üzrə yığımların təmin edilməsi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən yerinə yetirilərək toplanmış vəsaitlər Dövlət Sosial Müdafiə Fonduna köçürülür və məbləğlərin bölüşdürülməsi, şəxsi uçot vərəqələdinə işlənilməsi, həmçinin ödənişlərin vətəndaşların pensiya kapitalına aid edilməsi məsələləri Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilir. Odur ki, iddiaçı tərəfindən 2007-ci ildə sosial sığorta haqqları üzrə ödənişlərinin şəxsi uçot vərəqələrinə işlənməməsinə və iddiaçı tərəfindən həyata keçirilən ödənişlərin pensiya təminatına aid edilməməsi məsələsinə görə 11 saylı Ərazi Vergilər Baş İdarəsi cavabdehlik daşıya bilməz. İşin hallarının müzakirəsi ilə əlaqədar keçirilən məhkəmə hazırlıq iclasında iddiaçıya izah edilmişdir ki, hazırki iddia tələbində ancaq sosial sığorta üçün ödənilən vəsaitin qəbzlər əsasında proqram təminatında işlənməsinin təmin edilməsi ilə bağlı tələb öz əksini tapıb. İddiaçı işlədiyi illərin sosial sığorta stajına daxil edilməsini arzulayırsa bu barədə iddia ərizəsində dəqiqləşdirmə aparmalı və tələbin həcmini artırmalıdır. Hazırki iddia tələbinə cavab verməli olan inzibati orqan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialıdır. Odur ki, iddia tələbində cavabdeh olaraq həmin inzibati orqan qeyd olunmalıdır. Cavabdeh inzibati orqanla bağlı iddia ərizəsi dəqiqləşdirildikdən sonra inzibati iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. İddiaçının “işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi” barədə tələbi üzrə cavabdeh inzibati orqan isə Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialıdır və hüquqi ünvanı Bakı şəhərində yerləşir. İddiaçının əmək stajı və təhsil aldığı müddət 25 ildən çoxdursa o, əmək pensiyasının təyin edilməsinə daha asan yolla nail ola bilər. Bunun üçün iddiaçı əvvəlcə həmin inzibati orqana müraciət etməli, müraciəti təmin olunmadığı və ya cavabsız saxlandığı halda iddia ərizəsi ilə məhkəməyə müraciət etməlidir. İddiaçı 06.09.2021-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək iddia ərizəsinə hazırda baxılmasını istəmədiyini bildirərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmənin 06.09.2021-ci il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Məhkəmə, ərizəni iş materialları ilə birgə araşdırıb hesab edir ki, iddiaçı hazırki işdə öz aktiv hərəkəti ilə, iradəsinə uyğun olaraq iddia ərizəsinin geri götürülməsini xahiş edir. İddiaçı hazırki iddia tələbinə məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini arzu etmir. Belə olan halda məhkəmə tərəfindən iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. İddiaçılara izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 16.3, 55, 80-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “sosial sığorta üçün ödədiyi vəsaitin qəbzlər əsasında proqram təminatında işlənməsinin təmin edilməsi” tələbinə dair iddiası geri götürülmüş sayılır və iş üzrə icraata xitam verilir. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-670/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-670/2021
06.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver