Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-671/2023 10.02.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “düzgün müalicə və birinci qrup əlilliyin müəyyən edilməsi ilə bağlı cavabdehin hərəkətsizliyinin qanunsuz hesab edilməsi, müalicəsinin davam etdirilməsinin təşkili və birinci qrup əlilliyinin lazımi qaydada müəyyən edilməsi üçün qanunvericiliyə uyğun tədbirlərin görülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, müalicənin qanunsuz dayandırılması və ona birinci qrup əlilliyin müəyyən edilməsinə qəsdən mane olma ilə əlaqədar Cinayət Məcəlləsinin 308.1, 308.2, 314.2-ci maddələri ilə təqsirli olan vəzifəli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi barədə xüsusi qərardad çıxarılması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “düzgün müalicə və birinci qrup əlilliyin müəyyən edilməsi ilə bağlı cavabdehin hərəkətsizliyinin qanunsuz hesab edilməsi, müalicəsinin davam etdirilməsinin təşkili və birinci qrup əlilliyinin lazımi qaydada müəyyən edilməsi üçün qanunvericiliyə uyğun tədbirlərin görülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, müalicənin qanunsuz dayandırılması və ona birinci qrup əlilliyin müəyyən edilməsinə qəsdən mane olma ilə əlaqədar Cinayət Məcəlləsinin 308.1, 308.2, 314.2-ci maddələri ilə təqsirli olan vəzifəli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi” barədə xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsin xx.xx.2022-ci il tarixli, 2-1(112)-13218/2022 nömrəli qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. İnzibati iş Məhkəmənin icraatına daxil olduqdan sonra Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixdə iddiaçıya hüquqi yardım məktubu göndərilmiş və hazırkı iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi izah edilərək, iddia ərizəsində olan nöqsanların aradan qaldırılması üçün 5 gün müddət təyin edilmişdir. Ötən müddət ərzində iddiaçı tərəfindən yardım məktubunda qeyd edilən nöqsanlar aradan qaldırılmamış və məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməmişdir. İddia ərizəsini, ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, iddia mümkün sayılmamalıdır. İddia ərizəsindən görünür ki, iddiaçının hüquqi marağı əlillik dərəcəsinin müəyyən edilməsinə nail olmaqdan ibarətdir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Tibbi-Sosial Ekspertiza və X1”nə əsasən Nazirlik əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində səlahiyyətlərini Agentlik vasitəsilə həyata keçirir. Bununla bağlı yardım məktubunda iddiaçıdan cavabdeh inzibati orqan qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin qeyd olunması təklif edilmişdir. Həmçinin iddia ərizəsindən görünür ki, hazırkı iddia tələbi “məcburetmə haqqında” iddia növünə aiddir. Bu növ iddiaların mümkünlük şərtlərindən biri iddiaçının analoji tələblə cavabdeh orqana ərizə ilə müraciət etməsi, cavabdeh orqanın onun müraciətinin təmin edilməsindən imtina etməsi və ya cavabsız saxlamasıdır. İddiaçının cavabdeh orqana ərizə ilə müraciət etməsi, cavabdeh orqanın onun müraciətinin təmin olunmasından imtina etməsinə dair məktubu, müraciət cavabsız saxlanıldığı halda ərizənin göndərilməsini təsdiq edən müvafiq poçt qəbzi iş materiallarında aşkar edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.2-ci maddəsinə əsasən “məcburetmə haqqında” iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Qeyd edlənlərlə bağlı yardım məktubunda iddiaçıya bildirilmişdir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “düzgün müalicə və birinci qrup əlilliyin müəyyən edilməsi ilə bağlı cavabdehin hərəkətsizliyinin qanunsuz hesab edilməsi, müalicəsinin davam etdirilməsinin təşkili və birinci qrup əlilliyinin lazımi qaydada müəyyən edilməsi üçün qanunvericiliyə uyğun tədbirlərin görülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, müalicənin qanunsuz dayandırılması və ona birinci qrup əlilliyin müəyyən edilməsinə qəsdən mane olma ilə əlaqədar Cinayət Məcəlləsinin 308.1, 308.2, 314.2-ci maddələri ilə təqsirli olan vəzifəli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi barədə xüsusi qərardad çıxarılması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Fəxri Hacızadə.
Məhkəmə qərarları › İş №2-1(116)-671/2023
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-671/2023
10.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver