Məhkəmə qərarları › İş №2-1(116)-671/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-671/2025

05.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-671/2025 05.03.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “İsmayıllı rayonu Sumağallı kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək “İsmayıllı rayonu Sumağallı kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa məzmunu ondan ibarətdir ki, İddiaçı 1963-ci ildə İsmayıllı rayonun Sumağallı kəndində anadan olmuş və hal-hazırda da keçmiş hərbçi kimi həmin kəndə yaşayır. Həmin vaxt həmin kəndə atası X5 məxsus fərdi yaşayış evi və evin yerləşdiyi 0,24 ha həyətyanı torpaq sahəsi var idi. İddiaçı orta məktəbi qutardıqdan sonra kəndin ərazisində fəaliyyət göstərən “Engels” adına kolxozda işləmiş,kolxozun 15 dekabr 1987-ci il tarixli protokol Qərarı ilə iddiaçıya fərdi yaşayış evinin tikilməsi üçün 0,12 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsi qonşu torpaqları ilə həmsərhəd olmaqla dörd tərəfi hasarlanmışdır və orada fərdi yaşayış evi tikməyə başlamışdır. Sonradan hərbiyə işləməyə getməyi ilə əlaqədar evin tikintisi yarımçıq qalmış və hal-hazırda tikintini davam etdirir. Ölkədə torpaq islahatı aparılan zaman iddiaçının ata evində, ona aid təsərrüfatda qeydiyyatda olmağına görə atasının qanuni istifadədsində olan torpaq sahələri üçün Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamələr hazırlananda idddiaçının adında digər ailə üzvüləri kimi həmin Şəhadətnaməyə daxil edilmiş, İsmayıllı rayonun Engels adına kolxozun 15 dekabr 1987-ci il tarixli protokol Qərarı ilə iddiaçıya Sumağallı kəndi üzrə siyahıda 9 nömrə ilə qeyd olunaraq verilmiş 0,12 ha həyətyanı torpaq sahəsi üçün Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilməmişdir. Cavabdeh 30 oktyabr 2023-ci il tarixli 3-21-3-42/2-5587/2023 nömrəli məktubu ilə tələbin təminindən imtina etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya münasibətində bildirmişdir ki, iddiaçı Xəlilov X7 rayonu Sumağallı kəndi ərazisində yerləşən mülkiyyətinə verildiyini iddia etdiyi 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün əsas olan hüquqmüəyyənedici sənədlər təqdim etməmişdir. Qeyd olunan səbəbə görə də müraciətinin İcrası tərəfimizdən mümkün olmamışdır. Eyni zamanda qeyd etmək istəyirik ki. İddiaçı və ailə üzvlərinin adına İsmayıllı rayonu ərazisində yerləşən İsmayıllı Rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 43 saylı qərarına əsasən 0.24 ha həyətyanı torpaq sahəsinə dair JN-129F saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə 0.14 ha həyətyanı torpaq sahəsinə dair JN-129F saylı torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə verilmişdir. İddiaçı Xəlilov X7 rayonu, Sıımağallı kəndi ərazisində yerləşən özünün və ailə üzüvlərinin mülkiyyətinə verildiyini iddia etdiyi 0.12 ha torpaq sahəsinə dair Ərazi İdarəsinin arxiv məlumatlarında hər -hansı sənəd aşkarlanmamışdır.Daşınmaz Əmlkaın Dövlət Kadastrı və Reyestri” X11 9 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:

1. cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir.

2. JN-129F 40711038 seriya nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998 mart tarixli 43 saylı qərarı ilə iddiaçı X5 0.24 ha torpaq sahəsi verilmişdir.

3. JN-129B 40711038 seriya nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998 mart tarixli 43 saylı qərarı ilə iddiaçı X5 0.14 ha torpaq sahəsi verilmişdir.

4. İsmayıllı rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli arayışının surəti.

5. 1920001785 nömrəli Çıxarışdan görünür ki, İsmayıllı rayonu Sumağallı kəndi ərazisində yerləşən 0.12 ha torpaq sahəsi X1 mülkiyyətindədir.

6. A 481970 seriyalı torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, İsmayıllı rayonu Sumağallı kəndi ərazisində yerləşən 0.12 ha torpaq sahəsinin subyekti X2.

7. İsmayıllı rayonu Sumağallı bələdiyyəsinin xx.xx.2024-cü il tarixli məktubu;

8. İsmayıllı rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli məktubu və ona əlavə olunan sənədlər;

9. Cavabdehin xx.xx.2024-cü il tarixli etiraz məktubu və ona əlavə olunan sənədlər;

10. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-42/2-5064/2024 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyindən görünür ki, İsmayıllı rayonu “Engels” kolxozunun ümumi yığıncağının 15 dekabr 1987-ci il tarixli iclasının qərarına əsasən ayrılmış torpaq sahəsinə dair texniki sənədlər (torpaq sahəsinin plan və ölçü və s.) olmadığından torpaq sahəsinin yerini müəyyənləşdirmək mümkün deyildir. ddiaçı İddiaçı tərəfindən göstərilən faktiki naturada ölçülmüş 0,1498 hektar (1498 kv.m) torpaq sahəsi Sumağallı kəndi ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DWG) və X6 X8 (TEKUİS) əsasən İsmayıllı rayonu Sumağallı kənd inzibati ərazi sərhəddi daxilində yaşayış məntələrinin torpaqları kateqoriyasına aid perspektiv inkişaf üçün aynlmış, uqodiyası həyətyanı sahə olan ərazidə bələdiyyə mülkiyyətində yerləşir. Torpaq sahəsi faktiki olaraq İddiaçı istifadəsindədir, torpaq sahəsinin yerləşmə vəziyyəti və döngə nöqtələrinin koordinatları yerquruluşu planı üzrə göstərilmişdir. İddiaçı tərfindən göstərilən faktiki naturada ölçülmüş 0,1498 hektar (1498 kv.m) torpaq sahəsi JN-129 F və JN-129 B olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən verilmiş torpaq sahəsi ilə üst- üstə düşmür. ismayıllı rayonu 'Engels” kolxozunun ümumi yığıncağının 15 dekabr 1987-ci il tarixli iclasının qərarına əsasən ayrılmış torpaq sahəsinə dair texniki sənədlər (torpaq sahəsinin plan və ölçü və s.) olmadığından torpaq sahəsinin yerini müəyyənləşdirmək mümkün olmadığından başqa şəxslərin torpaq sahəsi ilə üst-üstə düşməsini müəyyənləşdirmək mümkün deyildir. İddiaçı tərfindən göstərilən faktiki naturada ölçülmüş 0,1498 hektar (1498 kv.m) torpaq sahəsi başqa şəxslərin torpaq sahəsi ilə üst-üstə düşmür.

11. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş İsmayıllı rayonu Sumağallı kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid subyektlər siyasından çıxarışdan görünür ki, X4 adı qeyd olunmuşdur.

12. İsmayıllı rayon İcra Hakimiyyəti başçısının Sumağallı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2025-ci il tarixli 5-54-29/2-2/2025 nömrəli məktubunun surəti.

Əsaslandırma hissəsi:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. İfadə tərzindən asılı olmayaraq iddiaçının hazırkı iddia tələbinə əsasən hüquqi marağı İmsayıllı rayon keçmiş “Engels” adına kolxozun 15 dekabr 1987-ci il tarixli protokol Qərarı ilə ona ayrılmış, İsmayıllı rayonu Sumağallı kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsindən ibarətdir. Cavabdehin imtina ərizəsi verilməsinə arqumenti Xəlilov X7 rayonu Sumağallı kəndi ərazisində yerləşən mülkiyyətinə verildiyini iddia etdiyi 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün əsas olan hüquqmüəyyənedici sənədlər təqdim etməməsindən ibarətdir. AR İPM-nin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Məhkəmə aşağıdakı normaları işin hallarına tətbiq edərək iddianı əsaslı hesab edir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 2.5-ci bəndində yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış qeyd edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə araşdırması zamanı İsmayıllı rayonu Sumağallı kənd keçmiş “Engels” adına kolxozun 15 dekabr 1987-ci il tarixli protokol Qərarı ilə iddiaçıya fərdi yaşayış evinin tikilməsi üçün 0,12 ha həyətyanı torpaq sahəsi ayrıldığı müəyyən edilmişdir.İddia olunan torpaq sahəsi ilə bağlı mütəxəssis rəyi tələb edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-42/2-5064/2024 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyindən görünür ki, İddiaçı tərəfindən göstərilən faktiki naturada ölçülmüş 0,1498 hektar (1498 kv.m) torpaq sahəsi Sumağallı kəndi ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DWG) və X6 X8 (TEKUİS) əsasən İsmayıllı rayonu Sumağallı kənd inzibati ərazi sərhəddi daxilində yaşayış məntələrinin torpaqları kateqoriyasına aid perspektiv inkişaf üçün ayrılmış, uqodiyası həyətyanı sahə olan ərazidə bələdiyyə mülkiyyətində yerləşir. Torpaq sahəsi faktiki olaraq İddiaçı istifadəsindədir, torpaq sahəsinin yerləşmə vəziyyəti və döngə nöqtələrinin koordinatları yerquruluşu planı üzrə göstərilmişdir. İddiaçı tərfindən göstərilən faktiki naturada ölçülmüş 0,1498 hektar (1498 kv.m) torpaq sahəsi JN-129 F və JN-129 B olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən verilmiş torpaq sahəsi ilə üst- üstə düşmür. İsmayıllı rayonu “Engels” kolxozunun ümumi yığıncağının 15 dekabr 1987-ci il tarixli iclasının qərarına əsasən ayrılmış torpaq sahəsinə dair texniki sənədlər (torpaq sahəsinin plan və ölçü və s.) olmadığından torpaq sahəsinin yerini müəyyənləşdirmək mümkün olmadığından başqa şəxslərin torpaq sahəsi ilə üst-üstə düşməsini müəyyənləşdirmək mümkün deyildir. İddiaçı tərfindən göstərilən faktiki naturada ölçülmüş 0,1498 hektar (1498 kv.m) torpaq sahəsi başqa şəxslərin torpaq sahəsi ilə üst-üstə düşmür. İddia olunan 0.12 ha torpaq sahəsinin koordinatları mülkiyyətçi İsmayıllı rayonu Sumağallı Bələdiyyəsinin təqdim etdiyi sxemə əsasən müəyyən edilmişdir. Qeyd olunanlara əsasən iddia təmin edilməli, İsmayıllı rayonu Sumağallı kənd keçmiş “Engels” adına kolxozun 15 dekabr 1987-ci il tarixli protokol Qərarı ilə iddiaçıya fərdi yaşayış evinin tikilməsi üçün ayrılmış 0,12 ha həyətyanı torpaq sahəsi üzərində (İsmayıllı rayonu Sumağallı Bələdiyyəsinin təqdim etdiyi koordinatlar daxilində) İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İddiaçı ərizə verərək, məhkəmə xərcinin ona aid edilməsini xahiş etdiyi üçün mütəxəssis rəyinin verilməsinə çəkilən xərc ona aid edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə İsmayıllı rayonu Sumağallı kənd keçmiş “Engels” adına kolxozun 15 dekabr 1987-ci il tarixli protokol Qərarı ilə iddiaçıya fərdi yaşayış evinin tikilməsi üçün ayrılmış 0,12 ha həyətyanı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar