Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-672/2021 27.04.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu İddiaçı cavabdeh Yevlax Rayon Cırdaxan Bələdiyyəsinə (üçüncü şəxs: ƏMDX-nin yanında Hərracların təşkili üzrə X1 ərazi torpaq müsabiqə və hərrac komissiyası) qarşı “Yevlax Rayon Cırdaxan Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 04 nömrəli iclas qərarının dəyişdirilməsi və həmin torpaq sahəsinin illik icarə haqqının real bazar qiymətlərinə və bələdiyyənin xx.xx.2020-ci il tarixli, 12 nömrəli iclas qərarı ilə təsdiq edilmiş qiymətə uyğunlaşdırılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Yevlax Rayon Cırdaxan Bələdiyyəsinə (üçüncü şəxs: ƏMDX-nin yanında Hərracların təşkili üzrə X1 ərazi torpaq müsabiqə və hərrac komissiyası) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Yevlax Rayon Cırdaxan Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 04 nömrəli iclas qərarının dəyişdirilməsi və həmin torpaq sahəsinin illik icarə haqqı real bazar qiymətlərinə və bələdiyyənin xx.xx.2020-ci il tarixli, 12 nömrəli iclas qərarı ilə təsdiq edilmiş qiymətə uyğunlaşdırılması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə məhkəməyə ərizə göndərərək, iddia ərizəsinin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, ərizəni iş materialları ilə birgə araşdırıb hesab edir ki, iddiaçı öz aktiv hərəkəti ilə, iradəsinə uyğun olaraq məhkəməyə “iddia ərizəsinin baxılmamış saxlanması barədə” ərizə təqdim etdiyindən, o, hazırki iddia tələbinə məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini arzu etmir. Belə olan halda məhkəmə tərəfindən iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. İddiaçıya izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 16.3, 55, 80-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Yevlax Rayon Cırdaxan Bələdiyyəsinə (üçüncü şəxs: ƏMDX-nin yanında Hərracların təşkili üzrə X1 ərazi torpaq müsabiqə və hərrac komissiyası) qarşı “Yevlax Rayon Cırdaxan Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 04 nömrəli iclas qərarının dəyişdirilməsi və həmin torpaq sahəsinin illik icarə haqqının real bazar qiymətlərinə və bələdiyyənin xx.xx.2020-ci il tarixli, 12 nömrəli iclas qərarı ilə təsdiq edilmiş qiymətə uyğunlaşdırılması” tələbinə dair iddiası geri götürülmüş sayılsın və iş üzrə icraata xitam verilsin. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev
Məhkəmə qərarları › İş №2-1(116)-672/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-672/2021
27.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver