Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-674/2021 23.04.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Şəki İnzibati Məhkəməsinin hakimi Qasımov Vidadi Kamal oğlu, İddiaçı cavabdeh "Qəbələ Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsə qarşı "xx.xx.2020-ci ildə ölmüş X1 adına "Ölüm haqqında tibbi şəhadətnamə" verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiasına dair inzibati işə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "Qəbələ Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsə qarşı "xx.xx.2020-ci ildə ölmüş X1 adına "Ölüm haqqında tibbi şəhadətnamə" verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Aşağıdakı hallara görə məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının xx.xx.2018-ci il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş "İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası"nın 4.1-ci bəndinə əsasən, "Ölüm haqqında tibbi şəhadətnamə" (bundan sonra "şəhadətnamə") mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin qaydanın 4.2-ci bəndində deyilir ki, ölüm hadisəsi yaşayış yerində (kənd və qəsəbə istisna olmaqla) baş veribsə Təcili və X2 Stansiyasının (TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyətini təsdiq edən sənəd əsasında "Xəbərdarlıq vərəqəsi"ni doldurur. Ölümün baş vermə səbəbi məlum olan hallarda, həmin "Xəbərdarlıq vərəqəsi" və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən "Ölüm haqqında tibbi şəhadətnamə’' verilir. İşdə olan, Gəncə Şəhər İcra Hakimiyyəti Səhiyyə İdarəsinin Təcili və X2 Stansiyasının həkimi İ.Ə.Bayramov tərəfindən tərtib edilmiş "Xəbərdarlıq vərəqəsi"ndə onun xx.xx.2019-cu ildə saat 00.20-də Gəncə şəhərinin Sevinc qəsəbəsində X1 yanına gəlməsi və xəstənin yarım saat əvvəl təcili yardım həkiminədək keçinməsi göstərilmişdir. "İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası"nın 4.2-ci bəndinə görə, həmin "Xəbərdarlıq vərəqi" əsasında "Ölüm haqqında tibbi şəhadətnamə’' vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. Deməli, "Ölüm haqqında tibbi şəhadətnamə’'ni vermək vəzifəsini vəfat edən şəxsin yalnız qeydiyyatda olduğu yer üzrə deyil, alternativ olaraq onun faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi də daşıyır. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin birinci cümləsində deyilir ki, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 3-cü maddəsinin 1-ci bəndinə görə, Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. "AZEMİS" elektron məhkəmə informasiya sistemində X1 şəxsiyyət vəsiqəsi məlumatları ilə bağlı xx.xx.2021-ci ildə edilmiş sorğunun nəticəsində müəyyən edildi ki, sistemdə belə bir məlumat mövcud deyil. Belə olan halda, X1 Qəbələ rayonunda qeydiyyatda olması iddia oluna bilməz. Bu səbəbdən də "Qəbələ Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxs "İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası"nın məqsədləri üçün X1 qeydiyyatda olduğu yer üzrə ambulator tibb müəssisəsi sayılmır. Beləliklə, mərhum X1 yaşayış yeri üzrə və ya olduğu yer üzrə qeydiyyatı mövcud olmadığına görə, onun adına "Ölüm haqqında tibbi şəhadətnamə’'nin verilməsi tələbinin onun qeydiyyatda olduğu yer üzrə ambulator tibb müəssisəsinə qarşı verilməsi mümkün deyil. Belə bir tələb yalnız onun faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsinə qarşı verilə bilər. İşdə olan Gəncə Şəhəri Kəpəz RİH başçısının Məhsəti Qəsəbə İƏD üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli 311 nömrəli və Qəbələ RİH başçısının Tikanlı kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli 21 nömrəli arayışları ilə təsdiq edilir ki, X1 faktiki yaşadığı yer Gəncə şəhərinin Kəpəz rayonu olmuşdur. Belə olan halda, X1 adına "Ölüm haqqında tibbi şəhadətnamə’'nin verilməsi tələbi onun faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsinə qarşı verilməlidir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən "Ölüm haqqında tibbi şəhadətnamə’'nin verilməsi üçün onun X1 faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsinə müraciət etməsi müəyyən olunmur. Ona görə də məhkəmənin xx.xx.2021-ci il tarixli məktubu ilə iddiaçıya təklif edilmişdir ki, X1 adına "Ölüm haqqında tibbi şəhadətnamə’'nin verilməsi üçün onun faktiki yaşadığı Gəncə şəhərinin Kəpəz rayonu üzrə ambulator tibb müəssisəsinə müraciət etsin. Həmin tibb müəssisəsi "Ölüm haqqında tibbi şəhadətnamə’' verməkdən imtina edəcəyi, yaxud da müraciətə cavab verməyəcəyi halda, iddiaçı eyni iddia ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edə bilər. Hazırkı iddia isə mümkün sayıla bilməz. İddiaçıya əlavə olaraq izah edilmişdir ki, o, hazırkı iddianı dəyişdirərək iddianı X1 faktiki yaşadığı ərazi üzrə (Gəncə şəhərinin Kəpəz rayonu) ambulator tibb müəssisəsinə qarşı verə bilər. Belə olan halda, hazırkı inzibati işin ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilməsi məsələsi müzakirə ediləcək. İddiaçının iddianı dəyişdirməsi, məhkəmənin bu təklifi ilə razılaşmadığı halda isə, fikrini yazılı şəkildə Şəki İnzibati Məhkəməsinə bildirməsi üçün 10 gün müddət təyin edilmişdir. Məhkəmənin məktubu poçt vasitəsilə iddiaçıya göndərilmiş və xx.xx.2021-ci ildə ünvana çatdırılmışdır. Lakin ötən müddət ərzində iddiaçı məhkəmənin məktubuna cavab verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, iddiaçı öz iddia tələbini ona cavab verməli olan orqana qarşı vermədiyinə və məhkəmənin təklifinə baxmayaraq, bu çatışmazlığı aradan qaldırmadığına görə iddia mümkün sayıla bilməz. Hazırkı qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyinə görə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə əsasən, şifahi məhkəmə baxışı keçirilmədən qəbul edildi. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı : İddiaçı cavabdeh "Qəbələ Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsə qarşı "xx.xx.2020-ci ildə ölmüş X1 adına "Ölüm haqqında tibbi şəhadətnamə" verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-674/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-674/2021
23.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver