Məhkəmə qərarları › İş №2-1(116)-676/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-676/2022

23.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-676/2022 23.08.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, iddiaçının nümayəndəsi Nümayəndə2, cavabdehin nümayəndəsi Hacı-X6, üçüncü şəxsin nümayəndəsi vəkil Nümayəndə1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı "X1nun adına verilmiş, xx.xx.2019-cu ildə qeydiyyata alınmış RX seriyalı ******* nömrəli çıxarışın verilməsinə əsas olmuş qeydiyyatın ləğv edilməsi" barədə iddiasına dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Qax rayonu Qaxbaş kəndində yaşayır və onun əvvəlki soyadı Seyidova olmuşdur. X1 iddiaçının əmisidir. Qax rayonu Şota Rustaveli adına kolxozun xx.xx.1996-cı il tarixli 2 nömrəli qərarına əsasən, Əhmədov Nadirin kəsilən və kolxoz fonduna birləşən 0,06 ha torpaq sahəsi Seyidova Elenaya ölçülmüşdür. Qax rayonu Şota Rustaveli adına kolxozun həmin qərarı ilə ayrılmış 0,06 ha (30 metr x 20 metr) torpaq sahəsi xx.xx.1997-ci ildə kolxozun baş aqronomu, təftiş komissiyasının sədri, 1 nömrəli təsərrüfat briqadasının briqadiri tərəfindən naturada ölçülərək iddiaçı X16 verilmiş və bu barədə akt tərtib edilmişdir. Aktda torpaq sahəsinin qonşuları kimi şimaldan Nümayəndə2, cənubdan Xürrəm Seyidov, şərqdən Eldar Salamov, qərbdən isə yol göstərilmişdir. Qax rayonu Şota Rustaveli adına kolxozun Torpaq kadastrı kitabında da 1081-ci sırada X12 0,06 ha həyətyanı torpaq sahəsinin olması qeyd olunmuşdur. "Qax rayon Qaxbaş kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəl"in 721-ci sətrində mülkiyyətinə torpaq sahəsi veriləcək şəxs kimi X12 adı qeyd edilmiş və onun qanuni istifadəsində olan həyətyanı torpaq sahəsi kimi 0,06 ha qeyd olunmuşdur. Bundan başqa, Qax rayonu Şota Rustaveli adına kolxozun xx.xx.1995-ci il tarixli 02 nömrəli ümumi iclas protokolundan çıxarışda Qaxingiloy kənd sakini X5 öhdəsində kolxozun qaytanlanmış kitabında 0,07 ha həyətyanı torpaq sahəsi olduğu halda, ona bitişik olan 0,05 ha torpaq sahəsinin də əlavə olaraq X7 verilərək 0,12 ha-ya çatdırılmasının qərara alındığı göstərilmişdir. "Qax rayon Qaxbaş kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəl"in 717-ci sətrində mülkiyyətinə torpaq sahəsi veriləcək şəxslər kimi X5, X9, X17, X10 və X13 adları qeyd edilmiş və onların qanuni istifadəsində olan həyətyanı torpaq sahəsi kimi 0,12 ha qeyd olunmuşdur. Qax rayonu Qaxbaş kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinə və fərdi yaşayış evinə X5 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu ildə qeydiyyata alınmışdır. X8 xx.xx.2020-ci ildə vəfat etdikdən sonra Qax Rayonu Notariat Ofisi tərəfindən onun arvadı X9 adına xx.xx.2021-ci il tarixli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə" verilmiş, ona görə də X4 miras qalmış Qax rayonu Qaxbaş kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinə və fərdi yaşayış evinə X9 mülkiyyət hüququ xx.xx.2021-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək, X1nun adına verilmiş xx.xx.2019-cu il tarixli RX ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunmasını xahiş etmiş, lakin cavabdeh xx.xx.2022-ci il tarixli **********01 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, X1nun adına verilmiş xx.xx.2019-cu il tarixli RX ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi üçün aidiyyəti üzrə müraciət etməsi tövsiyə olunur. İddiaçı cavabdehlər X5 hüquqi varisi X14 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDRX-in 12 saylı Şəki Ərazi İdarəsinə qarşı "X1nun adına verilmiş, xx.xx.2019-cu ildə qeydiyyata alınmış RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, qarşı tərəfin saxta sənədlər əsasında əldə etdiyi çıxarışla onun torpaqla bağlı mülkiyyət hüququ məhdudlaşdırılmış, öz qanuni torpağından istifadə etməyinə imkan verilməmişdir. Bundan sonra iddiaçı məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə göndərərək, iddia ərizəsində cavabdeh kimi göstərdiyi X5 hüquq varisi X15 üçüncü şəxs kimi göstərdiyini bildirmiş, iddia tələbini isə "X1nun adına verilmiş, xx.xx.2019-cu ildə qeydiyyata alınmış RX seriyalı ******* nömrəli çıxarışın verilməsinə əsas olmuş qeydiyyatın ləğv edilməsi" kimi ifadə etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X19 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmənin həmin qərardadı ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi hüquq varisi olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsi ilə əvəz edilmişdir. Cavabdeh iddianı qəbul etməmiş və iddiaya qarşı xx.xx.2022-ci il tarixli **********81 nömrəli etirazında imtina məktubunun dəlillərinə istinad edərək bildirmişdir ki, X5 adına olan xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışda qeyd olunan daşınmaz əmlak qanunvericiliyin tələblərinə uyğun olaraq qeydiyyata alınmışdır. Sözügedən daşınmaz əmlak xx.xx.2021-ci ildə Qax rayon Notariat ofisində təsdiqlənmiş 2V-207 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, xx.xx.2020-ci ildə vəfat etmiş X5 vərəsəsi X9 adına xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, Respublika Dövlət Arxivinin Şəki filialının xx.xx.2021-ci il tarixli 637 nömrəli arxiv çıxarışından görünür ki, Qax rayonu Şota Rustaveli adına kolxozun xx.xx.1996-cı il tarixli 2 nömrəli iclas qərarı ilə Əhmədov Nadirin kəsilən və kolxoz fonduna birləşən 0,06 ha torpaq sahəsinin Seyidova Elenaya ölçülməsi qərara alınmışdır. - İşdə olan xx.xx.1997-ci il tarixli aktdan görünür ki, Qax rayonu Şota Rustaveli adına kolxozun xx.xx.1996-cı il tarixli 2 nömrəli qərarı ilə ev tikmək üçün ayrılmış 0,06 ha (30 metr x 20 metr) torpaq sahəsi kolxozun baş aqronomu, təftiş komissiyasının sədri, 1 nömrəli təsərrüfat briqadasının briqadiri tərəfindən ölçülərək iddiaçı X16 verilmiş, torpaq sahəsinin qonşularının şimaldan Nümayəndə2, cənubdan Xürrəm Seyidov, şərqdən Eldar Salamov, qərbdən isə yol olması müəyyən edilmişdir. - İşdə olan Qax Rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 127 nömrəli arxiv arayışından görünür ki, Qax rayonu Şota Rustaveli adına kolxozun Torpaq kadastrı kitabında 1081-ci sırada X12 0,06 ha həyətyanı torpaq sahəsinin olması qeyd olunmuşdur. - "Qax rayon Qaxbaş kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəl"in 721-ci sətrində mülkiyyətinə torpaq sahəsi veriləcək şəxs kimi X12 adı qeyd edilmiş və onun qanuni istifadəsində olan həyətyanı torpaq sahəsi kimi 0,06 ha qeyd olunmuşdur. Həmin cədvəlin 717-ci sətrində mülkiyyətinə torpaq sahəsi veriləcək şəxslər kimi X5, X9, X17, X10 və X13 adları qeyd edilmiş və onların qanuni istifadəsində olan həyətyanı torpaq sahəsi kimi 0,12 ha qeyd olunmuşdur. - İşdə olan Qax rayonu Şota Rustaveli adına kolxozun xx.xx.1995-ci il tarixli 02 nömrəli ümumi iclas protokolundan çıxarışdan görünür ki, Qaxingiloy kənd sakini X5 öhdəsində kolxozun qaytanlanmış kitabında 0,07 ha həyətyanı torpaq sahəsi olduğu halda, ona bitişik olan 0,05 ha torpaq sahəsinin də əlavə olaraq X7 verilərək 0,12 ha-ya çatdırılmasının qərara alındığı göstərilmişdir. - İşdə olan RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, Qax rayonu Qaxbaş kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinə və fərdi yaşayış evinə iddiaçının əmisi X5 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu ildə qeydiyyata alınmışdır. - İşdə olan Qax Rayonu Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"dən görünür ki, X8 xx.xx.2020-ci ildə vəfat etdikdən sonra onun həmin şəhadətnamə mərhumun arvadı X9 adına verilmişdir. - İşdə olan "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, Qax rayonu Qaxbaş kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinə və fərdi yaşayış evinə X9 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci ildə qeydiyyata alınmışdır. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə aşağıdakı hallara görə iddianı qismən əsaslı hesab edir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş ""Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı"nın 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 149.2-ci maddəsinə görə, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Bundan başqa, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə görə, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə görə, hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Müəyyən edildi ki, İddiaçı 0,06 ha həyətyanı torpaq sahəsi Qax rayonu Şota Rustaveli adına kolxozun xx.xx.1996-cı il tarixli 2 nömrəli qərarı ilə verilmişdir. Bu barədə məlumat Respublika Dövlət Arxivinin Şəki filialında mövcuddur. X5 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış və hazırda iddiaçı tərəfindən mübahisələndirilən qeydiyyatla bağlı cavabdehdən tələb edilərək alınmış sənədlərlə isə müəyyən edildi ki, 2019-cu ildə həmin qeydiyyatın aparılması üçün cavabdehə təqdim olunmuş sənədlər arasında Qax rayonu Şota Rustaveli adına kolxozun xx.xx.1995-ci il tarixli 02 nömrəli ümumi iclas protokolundan çıxarışda da vardır. Həmin çıxarışda Qaxingiloy kənd sakini X5 öhdəsində kolxozun qaytanlanmış kitabında 0,07 ha həyətyanı torpaq sahəsi olduğu halda, ona bitişik olan 0,05 ha torpaq sahəsinin də əlavə olaraq X7 verilərək 0,12 ha-ya çatdırılmasının qərara alındığı göstərilmişdir. İddiaçı öz iddia ərizəsində həmin sənədin saxta olmasını bildirdiyinə görə məhkəmə tərəfindən Qax Rayon Dövlət Arxivinə sorğu edilərək Qax rayonu Şota Rustaveli adına kolxozun xx.xx.1995-ci il tarixli 02 nömrəli ümumi iclas protokolunun X7 torpaq sahəsi verilməsi barədə hissəsi və torpaq sahəsinin X7 verilməsi barədə xx.xx.1995-ci il tarixli akt tələb edilmişdir. Lakin Qax Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, Arxivdə mühafizə olunan Qax rayonu Şota Rustaveli adına kolxozun xx.xx.1995-ci il tarixli 02 nömrəli ümumi iclas protokolunda X7 torpaq sahəsinin verilməsinə dair məlumat tapılmadı (Əsas fond № 41, siyahı 1, saxlama vahidi 113, iş 1995-1997-ci il), xx.xx.1995-ci il tarixli akt isə Şota Rustaveli adına kolxozun sənədlərində yoxdur. Bundan sonra məhkəmə tərəfindən Qax Rayon Dövlət Arxivinə təkrar sorğu edilərək Qax rayonu Şota Rustaveli adına kolxozun xx.xx.1995-ci il tarixli 02 nömrəli ümumi iclas protokolunun təsdiqlənmiş surəti alınaraq işə əlavə olundu. Göründüyü kimi, X1nun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas vermiş Qax rayonu Şota Rustaveli adına kolxozun xx.xx.1995-ci il tarixli 02 nömrəli ümumi iclas protokolundan çıxarışın məzmunu protokolun məzmununa uyğun deyil və əslində, göstərilən iclas qərarında X7 torpaq sahəsi verilməsi barədə müddəa yoxdur. Eyni zamanda, cavabdehin xx.xx.2022-ci il tarixli məktubu ilə məhkəməyə göndərilmiş mütəxəssis rəyi ilə müəyyən edildi ki, iddiaçı X2 qərarı ilə ayrılmış 0,06 ha torpaq sahəsi faktiki olaraq 0,0565 ha təşkil edir, iddiaçının iddia etdiyi faktiki 0,06 ha torpaq sahəsi X1nun adına qeydiyyata alınmış **********596 nömrəli çıxarışda göstərilən 0,12 ha torpaq sahəsi ilə üst-üstə düşür. Mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında torpaq sahələrinin üst-üstə düşən 565 kv.m hissəsinin döngə nöqtələrinin koordinatları aşağıdakı kimi göstərilmişdir: Döngə Döngə Məsafə nöqtələrinin X Y nöqtələri (metrlə) nömrəsi 1 664098,46 4589009,33 1-2 15,2 2 664102,82 4589023,85 2-3 5,5 3 664105,95 4589028,38 3-4 34,5 4 664139,38 4589036,74 4-5 11,0 5 664143,48 4589026,49 5-1 48,2 Beləliklə, müəyyən edildi ki, X1nun adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat yuxarıda göstərilən koordinatlarda, yəni iddiaçı X2 qərarı ilə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşən hissədə əsassızdır. Belə olan halda, iddiaçı qeydiyyatın həmin hissəsinin ləğv olunmasını tələb etməkdə haqlıdır. Ona görə də iddia həmin hissədə təmin edilməli, qalan hissədə isə təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Daşınmaz əmlakın dövlət reyestrində X1nun adına aparılmış xx.xx.2019-cu il tarixli ********** nömrəli qeydiyyatın Qax rayonu Şota Rustaveli adına kolxozun xx.xx.1996-cı il tarixli 2 nömrəli qərarı ilə iddiaçı X16 verilmiş torpaq sahəsi ilə üst-üstə düşən və koordinatları aşağıda göstərilmiş 565 kv.m torpaq sahəsinə aid hissədə ləğv edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə qoyulsun: Döngə Döngə Məsafə nöqtələrinin X Y nöqtələri (metrlə) nömrəsi 1 664098,46 4589009,33 1-2 15,2 2 664102,82 4589023,85 2-3 5,5 3 664105,95 4589028,38 3-4 34,5 4 664139,38 4589036,74 4-5 11,0 5 664143,48 4589026,49 5-1 48,2 İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar