Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-676/2024 22.04.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, iddiaçının vəkili (nümayındəsi) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Silahlı Qüvvələrdən ehtiyyata buraxılması barəsində öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciə edərək “Silahlı Qüvvələrdən ehtiyata buraxılması barəsində öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır: - o, xx.xx.1989-cu il tarixdə Mingəçevir şəhərində doğulmuşdur. 2007-ci il tarixdə Azərbaycan Tibb Universitetinə Hərbi tibb fakültəsinə daxil olmuşdur. 2011-ci il tarixindən təhsilini Hərbi tibb fakültəsində kursant kimi davam etdirmişdir. xx.xx.2013-cü ildən zabit kimi Silahlı Qüvvələrdə, xx.xx.2017-ci il tarixdən bu günə qədər Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində cərrahiyyə bölməsinin baş ordinatoru vəzifəsində xidmət edir. xx.xx.2023-cü il tarixdə "Hərbi xidmətkeçmə haqqında" Azərbaycan Respublikasının Qanunun 156 "j" maddəsinə müvafiq olaraq onun Azərbaycan ordusundan həqiqi hərbi xidmətdən ehtiyyata buraxılmağı barədə rapotla (qeydiyyat tarixi: xx.xx.2023) müraciət etməyinə baxmayaraq, ona şifahi olaraq məqsədə uyğun deyil cavabı verilmişdir. İnzibati orqan tərəfindən Müraciət raportunun və raportuna cavab məktubunun surəti və ya qeydiyyat nömrəsi ona təqdim olunmamışdır. Qeyd olunan sənədlərin ona təqdim olunması tərəfindən təkidlə tələb olunsa da, inzibati orqan bu sənədlərin yalnız məhkəmənin tələbi ilə veriləcəyini şifahi şəkildə bildirilmişdir. Cavabdeh orqan iddia tələbinə münasibətində bildirmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “ehtiyata buraxılması" tələbinə dair iddia ərizəsi mümkün sayıla bilməz. İddiaçının ehtiyata buraxılması barədə təqdimatı hal-hazırda baxılmaqdadır. (Şəxsi Heyət Baş idarəsinin xx.xx.2024-cü il tarixli 14/334 nömrəli məktubun surəti əlavə olunur). “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 2.0.2-ci maddəsində təsbit edilmiş “inzibati akt” iddiaçının müvafiq müraciətinə münasibətdə qəbul edilmiş və məzmunda iddiaçının tələbinin təmin olunmasında imtina olunduğu açıq-aydın ifadə olunmasıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq və AR İPM-nın 35, 47.2-ci maddələrini rəhbər tutaraq məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - xx.xx.2023-cü il tarixli təqdimatdan görünür ki, tibb xidməti kapitanı İddiaçı N nömrəli hərbi hissənin cərrahiyyə bölməsinin baş ordinatoru, xx.xx.2022-ci il tarixdən, tibb xidməti mayoru, 12/03, ******* öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün təqdim olunmuşdur. Tibb xidməti kapitanı İddiaçı xx.xx.2022-ci il tarixdən N nömrəli hərbi hissədə cərrahiyyə bölməsinin baş ordinatoru vəzifəsində xidmət edir. Xidmət etdiyi müddət ərzində özünü intizamlı, bacarıqlı, təcrübəli, savadlı və işgüzar bir zabit kimi göstərməyə çalışır. Xidməti vəzifələrini nizamnamələr çərçivəsində yerinə yetirməyə çalışır. Özünün və tabeliyində olanların döyüş hazırlığının, mənəvi və işgüzar keyfiyyətlərinin artırılması üçün çalışır. Onunla aparılan söhbətlər zamanı şəxsi və ailə problemlərinin olduğunu, mənəvipsixoloji vəziyyətdən yorğun olduğunu əsas gətirərək həqiqi hərbi xidmətdən ehtiyata buraxılmaq istədiyini bildirir. Mənəvi cəhətdən safdır. Dövlət sirrini qorumağı bacarır., fiziki cəhətdən sağlamdır. Onun xidmət müddəti təqvimlə 12 il 04 ay 28 gün, güzəştli 02 il 11 ay 27 gün, ümumi 15 il 04 ay 25 gündür. xx.xx.2023-cü il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilərək, “Hərbi xidmətə yararlı" qərarı verilmişdir. (arayış № 8727). Hərbi geyim forması daşımaq hüququna malik deyil. Xidmət etdiyi müddət ərzində mənzillə və yaşayış sahəsi ilə təmin olunmayıb. Ehtiyata buraxıldıqdan sonra qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir Şəhər Şöbəsinə göndərilsin. - cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu tibb xidməti kapitanı İddiaçı "Hərbi xidmətkeçmə haqqında Əsasnamənin 156-cı maddəsinin “j" bəndinə (öz arzusu ilə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılması ilə bağlı təqdimatı 10 yanvar 2024-cü il tarixdə Şəxsi Heyət Baş idarəsinin Kadrlar İdarəsinə daxil olmuşdur. Daxil olmuş təqdimat mütəxəssis rəyinin öyrənilməsi məqsədi ilə N nömrəli hərbi hissəyə göndərilmiş və Tibb İdarəsi rəisinin 27 yanvar 2024-cü il tarixli 17/044 nömrəli məktubuna əsasən cərrahiyyə profilli ixtisaslara malik tibbi kadrların çatışmazlığını nəzərə alaraq tibb xidməti kapitanı İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasının 2024-cü ilin dekabr ayına kimi təxirə salınması məqsədəuyğun hesab edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, tibb xidməti kapitanı İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılması ilə bağlı təqdimatı icra olunmadan N nömrəli hərbi hissəyə geri qaytarılmışdır. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iştirak etməmişlər. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının nail olmaq istədiyi hüquqi nəticəyə uyğun olaraq hazırki iddia məcburetmə haqqında iddia (İPM-in 2.2.2 və 33.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoyulmasını məhkəmədən tələb tələb edir. İddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, iddiaçı cavabdeh orqana anoloji tələblə müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 41. Həqiqi hərbi xidmətdən ehtiyata buraxılma 41.0. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: ... 41.0.9. öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər; “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 18. Həqiqi hərbi qulluqçuların hərbi xidmətdən buraxılmaq hüququ 1. Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş xidmət müddətini başa çatdıran, habelə həqiqi hərbi xidmətdə olmadığın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır. Qadınlar və müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular həqiqi hərbi xidmətdə olmağın müddətləri başa çatanadək ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən öz arzuları ilə buraxıla bilər, zabitlər isə, bundan başqa, bir də zabit vəzifələrində beş illik xidmət müddəti başa çatdıqdan sonra öz arzuları ilə buraxıla bilər. Maddə 22. Təklif, ərizə və şikayət hüququ ... 2. Müəyyən olunmuş təminatın qane etməməsi, hərbi qulluqçular barəsində komandirlərin (rəislərin) və ya başqa hərbi qulluqçuların qanunsuz xidməti sərəncamları (hərəkətləri) barəsində, hərbi-xidmət münasibətlərinin başqa məsələləri barəsində şikayətlər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrində nəzərdə tutulan qaydada verilir, nəzərdən keçirilir və həll edilir. Hərbi qulluqçular hərbi vəzifəli şəxslərin və hərbi idarə orqanlarının qərar və hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilərlər. Azərbaycan Respublikasının 3 oktyabr 1997-ci il tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı bəndinin maddəsinin “j” bəndinə əsasən, yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər öz arzusu ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsi: Bənd 6. Hərbi qulluqçu xidmət məsələlərinə dair özünün bilavasitə rəisinə və ancaq onun icazəsi ilə komanda üzrə daha böyük rəisə müraciət edə bilər. Hərbi qulluqçu şəxsi məsələlərə dair, bir qayda olaraq, özünün bilavasitə rəisinə, xüsusi hallarda isə böyük rəisə müraciət edə bilər. Hərbi qulluqçu rəisə yazılı surətdə müraciət etdikdə, raportu yalnız komanda üzrə verə bilər. Hərbi qulluqçu təklif, ərizə və şikayət verdikdə, İntizam nizamnaməsinin müddəalarını rəhbər tutmalıdır. İş materialları ilə müəyyən olunur ki, iddiaçının 10 ildən çox xidmət etmiş zabit kimi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətdən öz arzusu ilə ehtiyata buraxılmaq hüququ olmuş və o, bu hüququndan istifadə edərək “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.9-cu maddəsinə (öz arzusu ilə) müvafiq olaraq həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmağı barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. Cavabdeh orqan N nömrəli hərbi hissədən daxil olmuş, təqdimat əsasında inzibati icraat aparmış və cərrahiyyə profilli ixtisaslara malik tibbi kadrların çatışmazlığını əsas gətirərək iddiaçının həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasının 2024-cü ilin dekabr ayına kimi təxirə salınmasını məqsədəuyğun hesab etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın “cərrahiyyə profilli ixtisaslara malik tibbi kadrların çatışmazlığı” ilə bağlı dəlili əsaslı hesab edilə bilməz. Belə ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.9-cu və “Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı bəndinin maddəsinin “j” bəndində nəzərdə tutulmuş dispozisiya şərtləri iddiaçıya münasibətdə yerinə yetirilir. Qanunvericilik zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlərin həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasını cavabdeh orqanın vəzifəsi olaraq müəyyən etmiş və bunu hər hansı şərtin baş verməsindən asılı etməmişdir. Başqa sözlə cavabdehin gətirdiyi dəlil (cərrahiyyə profilli ixtisaslara malik tibbi kadrların çatışmazlığı) iddiaçının məsuliyyət sferasına aid deyil və kadr potensialının komplektləşdirilməsində mövcud olan hər hansı çatışmazlıqlar iddiaçının qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarının pozulmasına səbəb olmamalıdır. Buna görə də, məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Məcburetmə haqqında iddia üzrə ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının öz arzusu ilə vəzifəsindən azad olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu (İPM-in 14.3-cü maddəsi), hərbi qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmaması, cavabdehin imtinasının qanunazidd olması və iddiaçının hüquqlarını pozması (İPM-in 73.1-ci maddəsi) iş üzrə təsdiqini tapır. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkündür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1 İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 24.1 İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2 İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 58.1 İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. İddiaçı öz arzusu ilə “Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-676/2024
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-676/2024
22.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver