Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-677/2021 22.09.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Nur Məftunə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi qarşı “Baki Ağır Cinayətlər Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli, 1(101)-288/2019 saylı icra vərəqəsi əsasında yüklülükdən azad edilmiş ünvan 2-ə münasibətdə “əmlak üzərində müvəqqəti nəzarət” adı altında mülkiyyət hüquqlarını əsassız məhdudlaşdıran qanunsuz hərəkətləri dayandırmaq və daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair” dövlət reyestrindən ünvan 2-ə olan hüquqları barədə real vəziyyəti özündə əks etdirən arayış vermək öhdəliyinin icrası vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması, o cümlədən hazırkı problemlə bağlı hüquq xidmətlərinə görə ödədiyi 500 (beş yüz) manatın cavabdeh inzibati orqandan alınaraq İddiaçı və ya AR-İİ seriyalı 209016 nömrəli, 7E-827 reyestr qeydiyyatlı etibarnamə əsasında bu mübahisə üzrə İddiaçı müvafiq dövlət orqanlarında təmsil etmiş nümayəndə X2 verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “cavabdehin ünvan 2-ə münasibətdə “əmlak üzərində müvəqqəti nəzarət” adı altında mülkiyyət hüquqlarını əsassız məhdudlaşdıran qanunsuz hərəkətlərini dayandırmaq və həmin ünvan üzrə daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair” dövlət reyestrindən hüquqları barədə real vəziyyəti özündə əks etdirən arayış vermək öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması, o cümlədən hazırkı problemlə bağlı hüquq xidmətlərinə görə ödədiyi 500 (beş yüz) manatın cavabdeh inzibati orqandan alınaraq İddiaçı və ya AR-İİ seriyalı 209016 nömrəli, 7E-827 reyestr qeydiyyatlı etibarnamə əsasında bu mübahisə üzrə İddiaçı müvafiq dövlət orqanlarında təmsil etmiş nümayəndə X2 verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, ünvan 2 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən mənzil tam xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi 06.05.2015-ci il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsinə məktub ünvanlayaraq Azərbaycan Beynəlxalq Bankının külli miqdarda pul vəsaitlərinin dələduzluq yolu ilə ələ keçirilməsi barədə müraciəti əsasında DİN-də Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işinin başlanması barədə məlumat verilmiş və təqdim edilmiş siyahıda adları qeyd edilmiş şəxslərə mülkiyyət hüququ əsasında məxsus olan daşınmaz əmlaklar barədə məlumat verilməsini və onların özgəninkiləşdirilməsinin dayandırılmasını xahiş etmişdir. Təqdim edilmiş siyahıda iddiaçının adı 566 nömrə ilə qeyd edilmişdir. 11.03.2016-cı il tarixdə Daxili İşlər Nazirliyi tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsinə məktub ünvanlanaraq 06.05.2015-ci il tarixli 1/99m №-li məktubun məzmununun məxfi olması zərurətinin aradan qalxması və qeyri-məxfi sənəd dövriyyəsinin həmin sənədlərə də şamil edilməsi xahiş edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsi 26.09.2019-cu il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsinə X1 və qeyrilərinin Azərbaycan Respublikası CM-nin 179.3.1, 179.3.2-ci və digər maddələri ilə məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəyə minmiş 05 sentyabr 2019-cu il tarixli, 1(101)-288/2019 saylı hökmündən çıxarışını və icra vərəqəsini daşınmaz əmlakların həbsdən azad edilməsi hissəsində icra edilməsi üçün göndərmiş, həbsdən azad edilməli olan əmlakların siyahısında iddiaçıya məxsus ünvan 2 ünvanı qeyd edilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Ağır Cinayətlər Məhkəməsinin 26.09.2019-cu il tarixli 1(101)-288/2019 saylı icra vərəqəsini icra edərək məktubda qeyd olunan daşınmaz əmlakların üzərinə qoyulmuş həbsin götürülməsini təmin etmişdir. Bundan sonra iddiaçı cavabdeh inzibati orqana “daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair” dövlət reyestrindən arayışın alınması üçün müraciət etmiş, lakin cavabdeh tərəfindən təqdim edilən arayışda həmin ünvan üzrə 27.01.2021-ci il tarixinə olan məlumata əsasən məhdudiyyət və yüklülüyün qeydə alınmaması, əmlak üzərində “müvəqqəti nəzarət” –in olması qeyd edilmişdir. İddiaçı tərəfindən cavabdehə əmlak üzərində müvəqqəti nəzarət qeydinin götürülməsi və əmlakın real hüquqi vəziyyətinə uyğun arayışın verilməsi üçün müraciət edilmiş, lakin cavabdeh müraciətin təmin edilməsindən imtina edərək, müvəqqəti nəzarət qeydinin götürülməsi üçün aidiyyəti üzrə nəzarəti qoyan orqana müraciət edilməsini tövsiyə etmişdir. Buna görə də hazırki inzibati mübahisə yaranmışdır. İddiaçı, tələbini Daxili İşlər Nazirliyinin onun əmlakı üzərinə müvəqqəti nəzarət qoyma səlahiyyətinin olmaması ilə, habelə Bakı Ağır Cinayətlər Məhkəməsinin 26.09.2019-cu il tarixli 1(101)-288/2019 saylı icra vərəqəsinə əsasən ona məxsus əmlak üzərindən həbsin götürülməsi ilə əsaslandırmışdır. Məhkəmə tərəfindən iddiaçıya məxsus daşınmaz əmlak üzərində müvəqqəti nəzarət qeydinin aparılmasına əsas olmuş sənədlərin surətləri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən sorğu edilmiş, sonuncunun (BMCMİ) 08.06.2021-ci il tarixdə məhkəməyə təqdim etdiyi cavab məktubunda iddiaçının Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 sentyabr 2019-cu il tarixli hökmü ilə 5 il müddətinə şərti olaraq azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi barədə məlumat verilməklə sorğu natamam cavablandırılmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh inzibati orqan iddiaya qarşı rəsmi münasibət bildirməmiş, yalnız məhkəmənin dəfələrlə verdiyi sorğulara cavab olaraq iddiaçıya məxsus əmlak üzərində müvəqqəti nəzarət qeydinin aparılmasına səbəb olan, məzmunu yuxarıda qeyd edilmiş sənədlərin təqdim edilməsi ilə kifayətlənmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - ********** qeydiyyat nömrəli, 21.01.2021-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən mənzil tam xüsusi mülkiyyət hüququ ilə iddiaçının mülkiyyətindədir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 06.05.2015-ci il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsinə ünvanladığı 1/99m №-li məktubu və ona əlavə edilmiş siyahıdan görünür ki, siyahıda adları qeyd edilmiş şəxslərə mülkiyyət hüququ əsasında məxsus olan daşınmaz əmlaklar barədə məlumat verilməsi və onların özgəninkiləşdirilməsinin dayandırılması xahiş edilmişdir. Siyahıda iddiaçının adı 566 nömrə ilə qeyd edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 11.03.2016-cı il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsinə ünvanladığı məktubundan görünür ki, 06.05.2015-ci il tarixli 1/99m №-li məktubun məzmununun məxfi olması zərurətinin aradan qalxması barədə məlumat verilmiş və qeyri-məxfi sənəd dövriyyəsinin həmin sənədlərə də şamil edilməsi xahiş edilmişdir. - Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəyə minmiş 05 sentyabr 2019-cu il tarixli, 1(101)-288/2019 saylı hökmündən çıxarışından və icra vərəqəsindən görünür ki, hökmdən çıxarış və icra vərəqəsi daşınmaz əmlakların həbsdən azad edilməsi hissəsində icra edilməsi üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə göndərilmiş, həbsdən azad edilməli olan əmlakların siyahısında iddiaçıya məxsus ünvan 2 ünvanı qeyd edilmişdir. - Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17.10.2019-cu il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinə ünvanladığı məktubundan görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 26.09.2019-cu il tarixli 1(101)-288/2019 saylı icra vərəqəsi icra edilmişdir. - ünvan 2 ünvanı üzrə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin “daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair” arayışından görünür ki, mübahisə predmeti olan ünvan üzrə 27.01.2021-ci il tarixinə olan məlumata əsasən məhdudiyyət və yüklülüyün qeydə alınmaması, əmlak üzərində “müvəqqəti nəzarət”-in olması qeyd olunmuşdur. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin 18.02.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Tərəflər, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxaraq qərar qəbul edə bilmişdir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. Belə ki, AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 138.1-ci maddəsinə əsasən əşyanın yüklülüyü - qanun və ya əqd əsasında əşyaya mülkiyyət hüququnun hər hansı formada məhdudlaşdırılmasıdır. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 05.04.2007-ci il tarixli 05-Q nömrəli Qərarı ilə təsdiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 13.04.2007-ci il tarixli 3297 nömrəli Qərarla dövlət qeydiyyatına alınmış “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi haqqında” Təlimatın 1.1-ci bəndinə əsasən bu Təlimat «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununa, «Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə uyğun olaraq hazırlanmışdır və daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi qaydalarını tənzimləyir. Həmin Təlimatın 1.2-ci bəndinə əsasən bu Təlimatda müəyyən olunmuş qaydada Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə və qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir. Həmin Təlimatın 2.1- ci bəndinə əsasən reyestrdən arayışı əldə etmək üçün hüquq sahibi Xidmətin Ərazi İdarələrinin rayon şöbələrinə ərizə ilə müraciət etməlidir. Hüquq sahibi fiziki şəxs olduqda ərizəyə şəxsiyyətini təsdiq edən sənədi, hüquqi şəxs olduqda isə onun dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surətini və nümayəndəsinin səlahiyyətini təsdiq edən sənədi əlavə etməlidir... Həmin Təlimatın 3.1.3-cü bəndinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış daşınmaz əmlak (onun tərkibi, bir hissəsi, ondakı paylardan biri və ya bir neçəsi) üzərində hüquqların məhdudlaşdırılması (yüklülük) (həbs, qadağa, ipoteka, icarə, istifadə (o cümlədən, yaşayış binasının tərkib hissəsindən istifadə), servitut və s.) olduqda arayışda məhdudlaşdırılma (yüklülük) və buna əsas olan sənədlər haqqında məlumat (hüququ məhdudlaşdırılan şəxs, onun payı, məhdudlaşdırılmanın tarixi və növü, yüklü olan hissə, pay və ya paylar, yüklü edən şəxs, yüklülüyün müddəti, yüklülüyün qeydə alınma tarixi və s.) qeyd edilir. Qanunvericilikdə əşyanın yüklülüyü dedikdə qanun və ya əqd əsasında əşyaya mülkiyyət hüququnun hər hansı formada məhdudlaşdırılması nəzərdə tutulur. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılması (yüklülük) (həbs, qadağa, ipoteka, icarə, istifadə (o cümlədən, yaşayış binasının tərkib hissəsindən istifadə), servitut və s.) olduqda arayışda məhdudlaşdırılma (yüklülük) və buna əsas olan sənədlər haqqında məlumat (hüququ məhdudlaşdırılan şəxs, onun payı, məhdudlaşdırılmanın tarixi və növü, yüklü olan hissə, pay və ya paylar, yüklü edən şəxs, yüklülüyün müddəti, yüklülüyün qeydə alınma tarixi və s.) qeyd edilir. İşin məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, iddiaçının cavabdeh inzibati orqana müraciət etdiyi vaxt mübahisə predmeti olan, iddiaçıya məxsus ünvan 2 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən mənzil üzərində hər hansı məhdudiyyət və yüklülük olmamışdır. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 26.09.2019-cu il tarixli 1(101)-288/2019 saylı icra vərəqəsinin icrası qaydasında əmlak üzərindən həbs götürüldüyündən, cavabdeh inzibati orqan həmin əmlakın yüklülüyünü ifadə edəcək hər hansı qeydi müvafiq arayışa daxil etməməli idi. Cavabdehin imtinasının əsasını təşkil edən Daxili İşlər Nazirliyinin 06.05.2015-ci il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsinə ünvanladığı 1/99m №-li məktubu əmlak üzərində qanun və ya əqd əsasında yüklülük yaradan hal kimi qiymətləndirilə bilməzdi. Yəni, qeyd edilən məktub iddiaçıya məxsus əmlak üzərinə müvəqqəti nəzarətin qoyulması əsası ola bilməzdi. Ümumiyyətlə qanunvericilikdə “müvəqqəti nəzarət” adı altında məhdudlaşdırma növünə rast gəlinmir. Cavabdeh inzibati orqan qeyd edilən məktubun heç bir hüquqi nəticəsinin olmadığını bilməli olduğu və bildiyi halda, o cümlədən Bakı Ağır Cinayətlər Məhkəməsinin müvafiq hökmü ilə iddiaçıya məxsus əmlak üzərindən həbsin götürüldüyündən aşkar şəkildə məlumatlı olmasına baxmayaraq, iddiaçının əmlak hüquqlarını pozmuş, ona məxsus əmlakın həqiqi hüquqi vəziyyətinə uyğun olmayan arayış təqdim etmiş və heç bir hüquqi əsası olmayan “müvəqqəti nəzarət” qeydini arayışa daxil etmişdir. İnzibati işin məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqan iddiaçıya məxsus daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasının (yüklülük) (həbs, qadağa, ipoteka, icarə, istifadə (o cümlədən, yaşayış binasının tərkib hissəsindən istifadə), servitut və s.) qanun və ya əqd əsasında mövcud olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş və bu halı sübut edə bilməmişdir (cavabdeh inzibati orqan bunun əksini təkzib edən sübutları məhkəməyə təqdim edə bilməmişdir). Təqdim edilən yeganə məhdudlaşma əsası isə yuxarıda qeyd edilən, qanuna və əqdə əsaslanmayan Daxili İşlər Nazirliyi tərəfindən 06.05.2015-ci il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsinə ünvanlanan 1/99m №-li məktub olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı ona məxsus olan daşınmaz əmlak üzərindən müvəqqəti nəzarət qeydinin götürülməsini və özünə məxsus əmlakın real hüquqi vəziyyətinə uyğun arayışın verilməsini tələb etməkdə haqlı olmuşdur. Məhkəmə iddia tələbinin “hüquq xidmətlərinə görə ödənilən 500( beş yüz) manatın cavabdeh inzibati orqandan alınaraq İddiaçı və ya AR-İİ seriyalı 209016 nömrəli, 7E-827 reyestr qeydiyyatlı etibarnamə əsasında bu mübahisə üzrə İddiaçı müvafiq dövlət orqanlarında təmsil etmiş nümayəndə X2 verilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə X2 500 manat pul məbləğinin ödənilməsi barədə 02.02.2021-ci il tarixli 900360 AAC №-li mədaxil qəbzi təqdim edilsə də, məhkəmə hüquq xidmətlərinə görə iddiaçının 500 manat pul məbləğini ödəməsini inandırıcı hesab etmir. Belə ki, iddia tələbinin özündən görünür ki, iddiaçı həmin pul məbləğinin cavabdehdən tutularaq özünə, yaxud nümayəndəsinə qaytarılmasını arzulayır. Yəni, iddiaçı 500 manat pul məbləğini nümayəndəsinə ödəmiş olsa idi, çəkdiyi xərclərin birbaşa özünə ödənilməsində maraqlı olardı. Hazırki mübahisə ilə əlaqədar iddiaçı 500 manat xərc çəkdiyi halda, həmin məbləğin cavabdehdən tutularaq yenidən onun nümayəndəsinə ödənilməsini xahiş etməsi isə, məhkəmədə iddiaçının həmin pul məbləğini nümayəndəsinə həqiqətən də ödəməsi ilə bağlı əsaslı şübhələr yaradır. Odur ki, iddia tələbinin prossesual xərclərlə bağlı hissəsi sübuta yetirilmədiyindən həmin hissədə təmin edilməməlidir. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia qismən təmin edilir. ünvan 2 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən mənzil üzərinə qoyulmuş “müvəqqəti nəzarət” qeydi haqqında məlumatın götürülməsi və İddiaçı ünvan 2 (yeni qaydalarla: ünvan 1 ünvanı üzrə “daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair” arayışın əmlakın real hüquqi vəziyyətinə uyğun olaraq verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 12 saylı Ərazi İdarəsinin üzərinə qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.