Məhkəmə qərarları › İş №2-1(116)-677/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-677/2025

04.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-677/2025 04.03.2026 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədli Jalə Rahim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-ya qarşı “müddətsiz əlillik dərəcəsinin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq,məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin əlilliyin təyin edilməsi ilə bağlı qəbul etdiyi imtina barədə qərarın ləğv edilməsi və ona müddətsiz olaraq 2-ci qrup əlillik dərəcəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “iddiaçı 2021-ci ilədək İİ qrup əlil kimi qeydiyyatda olmuşdur. 2021-ci ildən İİ qrup əlilliyi ləğv edilmiş və iddiaçıya ödənən pensiya dayandırılmışdır. İddiaçıya İİ qrup əlil kimi pensiya təyin edilməsinin səbəbi şəkərsiz diabet xəstəliyi olmuşdur. 2021-ci ildən bəri İİ qrup əliliyinin bərpa edilməsi ilə bağlı aidiyyatı dövlət orqanlarına müraciət etmişdir. Sonuncu dəfə etdiyi müraciətində isə tibbi-sosial ekspert komissiyası dioqnozun təsdiqini tapmaması əsası ilə əlilliyin təyin edilməsindən imtina etmişdir. İlkin olaraq tibbi-sosial ekspert komissiyası əlavə müayinə və müalicəyə ehtiyacı var adı altında iddiaçıya əlilliyin təyin edilməsindən imtina etmişdi və iddiaçı sonuncunun həmin qərarından məhkəməyə şikayət vermişdi. Şəki İnzibati Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli, e-2-1 (116)-1755/2023 iş nömrəli qərarı ilə iddiam qismən təmin olunmuş və iddiaçı həmin qərara əsasən təkrar müayinədən keçmişdir. Cavabdeh inzibati orqan növbəti dəfə iddiaçıya əlilliyin təyin edilməsindən imtina etmiş və səbəb kimi "diaqnozun əllik əlaməti təyin etməməsini" qeyd etmişdir. Qeyd olunanlardan da göründüyü kimi, hazırki rəyi qəbul etmiş tibbi-sosial ekspert komissiyası məsələyə formal yanaşmış və qərəzli olaraq ədalətli rəyin verilməsindən yayınmışdır. Cavabdeh inzibati orqan qaydada nəzərdə tutulmayan əsaslarla əlilliyin təyin edilməsindən imtina etmişdir ki, bununla da "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərinə əməl etməmişdir. Əlillərə münasibət sahəsində Dövlətin apardığı sosial siyasət onların cəmiyyətə inteqrasiyasına, sosial rifah hallarının və maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir ki, Dövlətin bu sahədə olan siyasətini həyata keçirən cavabdehin fəaliyyəti tibbi etika və deontologiya prinsiplərinə əsasən həyata keçirilməlidir. Cavabdeh formal və hər hansı qanuni əsasa söykənməyən hərəkətləri ilə əlil olan iddiaçının sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsindən imtina etmişdir ki, onun bu hərəkətləri Dövlətin bu sahəsdə həyata keçirdiyi siyasətin prinsiplərinə zidd olmaqla tibbi etika və deontologiya prinsipləri ilə də uzlaşmır.”. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: “İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı tələbinə dair iş üzrə bildiririk ki. iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Zaqatala Rayon Mərkəzi Xəstəxanasının 11 03.2023-cü il tarixli göndərişi əsasında baxılmış, “Diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə imtina qərarı verilmişdir. Nəzərinizə çatdırırıq ki, İddiaçı ilk dəfə olaraq xx.xx.2007-ci il tarixindən etibarən xx.xx.2011-ci il tarixinədək (16 yaş tamam olanadək) “Şəkərsiz diabet ağır forma. Endokrin kardiopatiya .Arterial hipertenziya" diaqnozu ilə sağlamlıq imkanları məhdud uşaq hesab olunmuşdur. Vətəndaşa növbəti dəfə xx.xx.2014-cü il tarixindən 1 il müddətinə eyni diaqnozla 2-ci qrup əlillik dərəcəsi təyin edilmişdir. İddiaçı Məmməd oğluna 22 02.2016-cı ildə təkrar müayinədən keçərək 5 il müddətinə (xx.xx.2021-ci ilədək) həmin diaqnozla 2-ci qrup əlillik dərəcəsi təyin edilmişdir. Bildiririk ki, müvafiq müddət başa çatdıqdan sonra vətəndaşa əlillik təyinatı aparılmamışdır. Nəzərə alsaq kı. ilkin əlillik təyinatı üçün qiymətləndirilmə 2007-cı ildə və sonuncu əlillik təyinatı üçün qiymətləndirmə 2016-cı ildə keçirilmişdir, o zaman vətəndaş barəsində müddətsiz əlillik təyinatının aparılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 saylı Qərarının 4.2-ci bəndinə ziddir. Yəni sonuncu dəfə əlillik statusu qiymətləndinlərkən iddiaçının ümumilikdə əlillik müddəti qanunverciliyin müəyyən etdiyi həddə çatması üçün kifayət etmirdi. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasf'nın 4.2-ci bəndinə əsasən: Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. Vətəndaşın sağlamlıq vəziyyəti sonuncu dəfə 11.03 2023-cü il tarixli göndərişi ilə xx.xx.2024-cü il tarixində müayinəsi aparılmışdır. Müayinə əsasında vətəndaşın sağlamlıq vəziyyəti qiymətləndirilmiş və müəyyən edilmişdir ki, Zaqatala rayon sakini xx.xx.1995-ci il təvəllüdlü İddiaçı əlillik müddəti tamamlandıqdan sonra müraciəti əsasında 4 dəfə göndəriş rəsmiləşdirilsə də, əlillik təyinatı aparılmamış və qərardan narazı olan vətəndaş məhkəməyə müraciət etmişdir. Məhkəmənin qərardadı ilə İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı əyani müayinənin aparılması və müvafiq inzibatı aktın qəbul edilməsi öhdəliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Əlillik müddəti tamamlandıqdan sonra, vətəndaşın müraciəti əsasında 4 dəfə göndəriş rəsmiləşdirilsə də Zaqatala Rayon Mərkəzi Xəstəxanasının 31 03.2022-ci il tarixli 0256003AAP8J nömrəli rəsmiləşdirilmiş növbəti göndərişi əsasında (rəsmiləşdirilmiş göndərişdə göstərilmiş əsas diaqnoz “Əsas diaqnoz Şəkərsiz diabet Şəkərsiz diabet ağır forma Ağırlaşma Fon retinopatiyaları və retınal damar dəyişiklikləri. Ağırlaşma Dəmir defisitli anemiya Ağırlaşma Endokrin xəstəliklərdə və maddələr mübadiləsi pozğunluqlarında vegetativ (avtonom) nevropatiyalar Amiloıd vegetativ (avtonom) nevropatiya. Ağırlaşma Xronik tubulointerstisial nefrit. . Yanaşı xəstəliklər Nevrasteniya, . Yanaşı xəstəliklər Essensial [birincili] hipertenzıya. İ d Yanaşı xəstəliklər Başqa rubrikalarda təsnif olunmayan xroniki hepatit,") əsasında. Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilmiş. Göndərişin natamam doldurulması barədə qərar qəbul edilmişdir. (Səbəb: aparılan müayinələr diaqnozun təsdiqi üçün yetərli deyil.). Yenidən Zaqatala Rayon Mərkəzi Xəstəxanasının 23 08.2022-ci il tarixli Q00010801İQZ nömrəli rəsmiləşdirilmiş növbəti göndərişi əsasında (rəsmiləşdirilmiş göndərişdə göstərilmiş əsas diaqnoz: "Ağırlaşma Dəqiqləşdirilməmiş dəmir defisitli anemiya, Anemiya Əsas diaqnoz Şəkərsiz diabet. Şəkərsiz diabet ağır forma Ağırlaşma Endokrin xəstəliklərdə və maddələr mübadiləsi pozğunluqlarında vegetativ (avtonom) nevropatiyalar Amiloid vegetativ (avtonom) nevropatiya Endikrik xəstəliklərdə və maddələr mübadiləsi pozğunluqlarında vegetativ nevropatiya Ağırlaşma Fon retinopatiy Başqa rubrikalarda təsnif olunmayan xroniki hepatit Xroniki hepatit.") əsasında, Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilmiş, Göndərişin natamam doldurulması barədə qərar qəbul edilmişdir. (Səbəb: Xəstə ixtisaslaşmış stasionarda müayinə və müalicə olunaraq , ekspertiza üşün əhəmiyyətli ağırlaşmalar instrumental müayinələr .ixtisas həkimlərinin rəyi ilə təsdiq olunsun). Daha sonra Zaqatala Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-ci il tarixli E00070330RSJ nömrəli rəsmiləşdirilmiş növbəti göndərişi əsasında (rəsmiləşdirilmiş göndərişdə göstərilmiş əsas diaqnoz. “Fon retinopatiyaları və retinal damar dəyişiklikləri, hıpertonık angıoptıya. Mıopık astiqmatizm Eksımer lazer əm-dan sonrakı vəziyyət Endokrin xəstəliklərdə və maddələr mübadiləsi pozğunluqlarında vegetativ (avtonom) nevropatiyalar Amiloid vegetativ (avtonom) nevropatıya, Endokrin xəstəliklərdə və maddələr mübadiləsi pozğunluqlarda vegetativ nevropatiya Başqa rubrikalarda təsnif olunmayan xroniki hepatit. Xroniki hepatıt [Durğunluq] ürək çatmamazlığı olmadan, əsasən ürəyin zədələnməsi ilə hıpertenzıv [hipertoniya] xəstəlik [-yi], Arterial hipertenziya İİİ dərəcə") əsasında. Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilmiş. Əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir. (Səbəb: Səbəb: 2007- dən 2022-ci ilə kimi stasionar müalicəsi yoxdur, ixtisaslaşmış müalicəni davam etdirməsi məsləhət görülür.). Sonuncu dəfə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının 11,03.2023-cü il tarixli X00083712ZKJ nömrəli rəsmiləşdirilmiş növbəti göndərişi əsasında (rəsmiləşdirilmiş göndərişdə göstərilmiş əsas diaqnoz: “Şəkərsiz diabet ağır forma Endokrin xəstəliklərdə və maddələr mübadiləsi pozğunluqlarında vegetativ (avtonom) nevropatiyalar Amiloid vegetativ (avtonom) nevropatıya Endokrin xəstəliklərdə və maddələr mübadiləsi pozğunluqlarda vegetativ neyropatiya") əsasında. Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilmiş, Göndərişin natamam doldurulması barədə qərar qəbul edilmişdir. (Səbəb: ixtisaslaşmış müəssisədə müayinə və müalicə məsləhətdir ). Qərardan narazı olan vətəndaş məhkəməyə müraciət etmiş, xx.xx.2024-cü il tarixində məhkəmə qərardadı əsasında DTSERA-da Tibbi-Sosialİ Ekspert Komissiyasına dəvət olunaraq əyani müayinədən keçmiş, xəstənin hazırkı vəziyyəti qiymətləndirilmiş və müayinələr aparılmışdır. xx.xx.2024-cü il tarixində DTSERA-da xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi ağızda quruluq hissinin olmasından, görmə zəifliyindən, tez-tez sidik ifrazatından, həddindən çox maye qəbulunun olmasından, halsızlıq və tez yorulmadan şikayətlənmişdir. Anamnestik məlumatlarında 2003-cü ildən şəkərsiz diabet xəstəliyindən əziyyət çəkdiyini bildirmiş, medikamentoz preparatlardan ‘Minirin" nazal spreyindən istifadə etdiyini qeyd etmişdir. Müayinə zamanı huşu aydın, vəziyyəti aktiv, normastenik bədən quruluşlu, dəri və görünən selikli qişaların rəngi normal olmuşdur. Respublika Endokrinoloji Mərkəzin 14 12 2022-xx.xx.2022-ci il tarixli ******* nömrəli Çıxarışında diaqnoz “Şəkərsiz diabet” kimi qeyd edilmişdir. ƏƏSMN tabeliyində DTSERAda xx.xx.2024-cü il tarixli Oftalmoloq müayinəsinin nəticəsi “QD=0.2 k/ı 0.7. Vıs 05=0.2 k/i=0,5. OU-lsadə miopik astiqmatizm" kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2024-cü il tarixli Transtorakal Exokardıoqrafiya müayinəsinin nəticəsi "Aorta normaldır. Ürək kameraları normal ölçüdədir So/ mədəciyin sistola-dıastolik ölçülən böyüməyib, diastolik funksiya pozulmayıb, seqmentar divar hərəkət pozğunluğu qeyd olunmur, sistolik funksiya azalmayıb (LVEF=65%) Aortal və Mitral qapaqlar cüzi fıbrotikdır. Mm MR. Perikard təmizdir, kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Vətəndaş uroloji heç bır şikayət bildirməmiş və buna aid heç bir müayinə sənədi təqdim etməmişdir. Beləliklə, aparılmış anamnestik, obyektiv, klinik və instrumental müayinələrin nəticəsinə əsasən hal-hazırda əlillik təyinatına əsas verə biləcək patofunksıonal pozuntular aşkar edilməmişdir. Aparılan əyani müayinələrin və təqdim edilmiş tibbi sənədlərdə qeyd edilən diaqnozların araşdırılması nəticəsində daha əvvəlki qiymətləndirmə tarixində qüvvədə olan Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və eləcə də hazırda qüvvədə olan Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları na müvafiq əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar edilmədiyindən “Diaqnoz əlillik əlaməti təyin etmir’’ barədə qərar qəbul edilsin. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası"nın 1 4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında’’ Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq ‘Əlilliyin müəyyən olunması meyarları'na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən ' Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrf'nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və icbari Tibbi Sığorta uzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin. V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1 5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat "Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırıhr. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır.”. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər:

1. xxxxxxx0008 qeydiyyat nömrəli qiymətləndirmə nəticəsi;

2. Cavabdehin etirazı və ona əlavə edilmiş sənədlər;

3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli qərarı

4. “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.xx.xx.2015-ci il tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarının əlavəsində “E23.2-Şəkərsiz diabet, diabet ağırforma”(11.4.5), i10-Essensial hipertenziya (2.1), “K73- Başqa rubrikalarda təsnif olunmayan xroniki hepatit”, (3.5.1),"H35.0-Fon retinopatiyaları və retinal damar dəyişiklikləri"(8.1) diaqnozları öz əksini tapmışdır. Digər diaqnozlar “N11- Xroniki tubulointerstitia! nefrit”, “D50-Dəmİr defisitli anemiya”, “G99.0- Endokrin xəstəliklərdə və maddələr mübadiləsi pozğunluqlarında vegetativ (avtonom) nevropatiyalar”, ‘'F48-Nevrasteniya” əlavədə öz əksini tapmamışdır.

5. Cavabdehin xx.xx.2025-ci il tarixli 3-17-4/2-6260/2025 nömrəli məktubundan görünür ki, N.X2 Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2- 1(116)-1755/2023 nömrəli qərarının icra edilməsi məqsədilə xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinəyə dəvət edilmişdir. Aparılan əyani müayinə zamanı həyat fəaliyyəti kateqoriyalarını əlillik səviyyəsində poza biləcək əlilliyin təyininə əsas verən patofunksional pozuntular-görmənin zəifliyi (Oftalmoloq müayinəsinin nəticəsi OD=0.2 k/i 0.7. Vis OS=0.2 k/i=0,5. OU-İsadə miopik astiqmatizm), xroniki böyrək çatışmazlığı əlamətləri (ürəkbulanma, iştahın azalması, müalicəyə çətin tabe olan arterial təzyiq, anemiya və s.) və nevroloji ağırlaşmalar aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.

6. Məhkəmənin xx.xx.2025-ci il tarixli 2-1(116)-677/2025 nömrəli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir.

7. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X1-Təcrübi və Tədris Birliyi”-nin və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-nin xx.xx.2025-ci il tarixli 5137 nömrəli məktubu və ona əlavə edilmiş T 806/2025 ekspert rəyi.

Tətbiq edilən hüquq “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. Maddə 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. Maddə 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası” 1.3. Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi-həkim-məsləhət komissiyasına müraciət edir. 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.6. Tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri” nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra– Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra– Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra TSEK) tərəfindən həyata keçirilir. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 1.10. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri 31-35-dək olduqda 35 faiz müəyyən edilir. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri üzrə qiymətləndirilməsi 5 faiz aralığı ilə aparılır. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə- “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra– Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra– göndəriş) əsasında aparılır. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarınınpozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” : 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 1.2. Bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur.

3. Orqanizmin funksiyalarının pozulması faizləri 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.0.6. İnzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 21.1. Qanunda başqa qaya nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 57.1. Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. Maddə 57.2. Yazılı inzibati akt icraatı həyata keçirən inzibati orqanın müvafiq vəzifəli şəxsi və ya kollegial inzibati orqanın vəzifəli şəxslərindən biri tərəfindən tərtib olunur. İnzibati akt inzibati orqanın müvafiq vəzifəli şəxsi tərəfindən və ya kollegial inzibati orqanın üzvləri tərəfindən imzalanır. Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Maddə 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Maddə 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Maddə 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Maddə 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. Maddə 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. Maddə 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Maddə 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Maddə 68.5. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 68.2.3-cü və 68.2.4-cü maddələrinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. Maddə 68.6. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanuni inzibati aktı ləğv etmiş inzibati orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onlarıntəqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya prosesiştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradanqaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında,natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan vəbilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 48. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertlərivə digər proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Əsaslandırma hissə:

İddiaçının hazırkı iş üzrə hüquqi marağı və ondan irəli gələn tələbi cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi və ona 2-ci dərəcəli müddətsiz əlilliyin təyin olunması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə həvalə edilməsindən ibarətdir. İddiaçının iddiası mübahisələndirmə və məcburetmə haqqında iddia (İPM-in 2.2.1ci, 2.2.2-ci, 32.1-ci 33.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının iddia müddətinə əməl etməsi və əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı qanunla müəyyən olunmuş müddətdə hazırki tələblə məhkəməyə müraciət etmişdir. İşin müəyyən edilən hallarından belə görünür ki, iddiaçı ilk dəfə olaraq xx.xx.2007ci il tarixindən etibarən xx.xx.2011-ci il tarixinədək (16 yaş tamam olanadək) “Şəkərsiz diabet ağır forma. Endokrin kardiopatiya .Arterial hipertenziya" diaqnozu ilə sağlamlıq imkanları məhdud uşaq hesab olunmuşdur. xx.xx.2014-cü il tarixindən 1 il müddətinə eyni diaqnozla 2-ci qrup əlillik dərəcəsi təyin edilmişdir. 22 02.2016-cı ildə təkrar müayinədən keçərək 5 il müddətinə (xx.xx.2021-ci ilədək) həmin diaqnozla 2-ci qrup əlillik dərəcəsi təyin edilmişdir. İddiaçının sağlamlıq vəziyyəti sonuncu dəfə 11.03 2023-cü il tarixli göndərişi ilə xx.xx.2024-cü il tarixində müayinəsi aparılmışdır. Müayinə əsasında onun sağlamlıq vəziyyəti qiymətləndirilmiş və müəyyən edilmişdir ki, Zaqatala rayon sakini xx.xx.1995-ci il təvəllüdlü İddiaçı əlillik müddəti tamamlandıqdan sonra müraciəti əsasında 4 dəfə göndəriş rəsmiləşdirilsə də, əlillik təyinatı aparılmamış və qərardan narazı olan vətəndaş məhkəməyə müraciət etmişdir. Şəki İnzibati Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli, 2-1(116)-1755/2023 nömrəli qərarı ilə İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xx.xx.2022-ci il tarixdən İİ dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyininin üzərinə xx.xx.1995-ci il təvəllüdlü İddiaçı aid xx.xx.2022-ci il müayinə tarixli xxxxxxx0007 akt nömrəli göndərişə məhkəmənin bu qərarda ifadə olunan hüquqi mövqeyi nəzərə alınmaqla yenidən baxmaq öhdəliyi qoyulmuşdur. Sözügedən qərarın icrası ilə bağlı cavabdeh bildirmişdir ki, qərarın icra edilməsi məqsədilə xx.xx.2024-ci il tarixində Agentlikdə əyani müayinəyə dəvət edilmişdir. Aparılan əyani müayinə zamanı həyat fəaliyyəti kateqoriyalarını əlillik səviyyəsində poza biləcək əlilliyin təyininə əsas verən patofunksional pozuntular-görmənin zəifliyi (Oftalmoloq müayinəsinin nəticəsi OD=0.2 k/i 0.7. Vis OS=0.2 k/i=0,5. OU-İsadə miopik astiqmatizm), xroniki böyrək çatışmazlığı əlamətləri (ürəkbulanma, iştahın azalması, müalicəyə çətin tabe olan arterial təzyiq, anemiya və s.) və nevroloji ağırlaşmalar aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Belə ki, xx.xx.2024-cü il tarixində cavabdeh tərəfindən iddiaçının əyani müayinəsi zamanı o ağızda quruluq hissinin olmasından, görmə zəifliyindən, tez-tez sidik ifrazatından, həddindən çox maye qəbulunun olmasından, halsızlıq və tez yorulmadan şikayətlənmişdir. Anamnestik məlumatlarında 2003-cü ildən şəkərsiz diabet xəstəliyindən əziyyət çəkdiyini bildirmiş, medikamentoz preparatlardan ‘Minirin" nazal spreyindən istifadə etdiyini qeyd etmişdir. Müayinə zamanı huşu aydın, vəziyyəti aktiv, normastenik bədən quruluşlu, dəri və görünən selikli qişaların rəngi normal olmuşdur. Respublika Endokrinoloji Mərkəzin 14 12 2022-xx.xx.2022-ci il tarixli ******* nömrəli Çıxarışında diaqnoz “Şəkərsiz diabet” kimi qeyd edilmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2024-cü il tarixli Oftalmoloq müayinəsinin nəticəsi “QD=0.2 k/ı 0.7. Vıs 05=0.2 k/i=0,5. OU-lsadə miopik astiqmatizm" kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2024-cü il tarixli Transtorakal Exokardıoqrafiya müayinəsinin nəticəsi "Aorta normaldır. Ürək kameraları normal ölçüdədir So/ mədəciyin sistola-dıastolik ölçülən böyüməyib, diastolik funksiya pozulmayıb, seqmentar divar hərəkət pozğunluğu qeyd olunmur, sistolik funksiya azalmayıb (LVEF=65%) Aortal və Mitral qapaqlar cüzi fıbrotikdır. Mm MR. Perikard təmizdir, kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Vətəndaş uroloji heç bır şikayət bildirməmiş və buna aid heç bir müayinə sənədi təqdim etməmişdir. Beləliklə, aparılan əyani müayinələrin və təqdim edilmiş tibbi sənədlərdə qeyd edilən diaqnozların araşdırılması nəticəsində daha əvvəlki qiymətləndirmə tarixində qüvvədə olan Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və eləcə də hazırda qüvvədə olan Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları na müvafiq əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar edilmədiyindən “Diaqnoz əlillik əlaməti təyin etmir’’ barədə qərar qəbul edilmişdir. “Zaqatala rayon mərkəzi xəstəxanasi" publik hüquqi şəxsin məhkəməyə ünvanlamış xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.xx.xx.2015-ci il tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarının əlavəsində “E23.2-Şəkərsiz diabet, diabet ağırforma”(11.4.5), i10-Essensial hipertenziya (2.1), “K73- Başqa rubrikalarda təsnif olunmayan xroniki hepatit”, (3.5.1),”H35.0-Fon retinopatiyaları və retinal damar dəyişikliklərin(8.1) diaqnozları öz əksini tapmışdır. Digər diaqnozlar “N11- Xroniki tubulointerstitial nefrit”, “D50-Dəmİr defisitli anemiya”, “G99.0-Endokrin xəstəliklərdə və maddələr mübadiləsi pozğunluqlarında vegetativ (avtonom) nevropatiyalar”, ‘'F48- Nevrasteniya” əlavədə öz əksini tapmamışdır. Məhkəmə ilkin olaraq mövcud qanunvericilik çərçivəsində iddiaçıya təyin olunmuş ikinci dərəcə müddətli əlilliyin hazırda müddətsiz hesab olunması üçünsonradan cavabdeh qurum tərəfindən dəyişdirilməsi ilə bağlı cavabdehin səlahiyyətinin olub-olmadığını, əgər varsa, onun hansı şərtlər çərçivəsində reallaşdırılması imkanının mövcudluğunun aydınlaşdırılmasını zəruri hesab edir. Yuxarıda qeyd olunan normalardan göründüyü kimi qanunverici cavabdeh quruma müəyyən şərtlər daxilində əvvəllər şəxsə təyin olunmuş əlillik dərəcəsinin dəyişdirilməsi imkanını tanımışdır. İstinad olunan normanın dispozisiya şərtlərinə görə bunun üçün iki şərt ödənilmiş olmalıdır: birincisi, TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalıdır, ikincisi isə şəxs əyani müayinəyə cəlb olunmalıdır. İstinad olunan normaya əsasən məhkəmə qeyd edir ki, iddiaçının əyani müayinəyə cəlb edilməsi iş üzrə öz təsdiqini tapır. Belə ki, iddiaçı sonuncu dəfə xx.xx.2024-cü il tarixdə əyani müyaniyə cəlb olunmuş və təqdim edilən tibbi sənədlər və sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı müəyyən edilmiş ağırlaşmalar və patofunksional göndərişlərin, o cümlədən adına rəsmiləşdirilən göndərişlərdə qeyd edilmiş diaqnozlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarla təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq əlillik təyininə əsas vermədiyindən barəsində diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Cavabdeh tərəfindən əvvəlki təyin edilmiş əlilliyin ləğvinə əsas olub olmamasına münasibətdə qeyd olunmalıdır ki. iş üzrə əldə edilmiş “Məhkəmə-Tibbi Ekspertiza və X1- Təcrübi və Tədris Birliyi”-nin və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-nin xx.xx.2025-ci il tarixli 5137 nömrəli məktubu və ona əlavə edilmiş T 806/2025 nömrəli rəyindən belə görünür ki, “1995-ci il təvəllüdlü İddiaçı adma tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1-5. Vətəndaş İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəmə-tibbi müayinədən keçərkən “Akademik M.C.Cavad-zadə adına Respublika Kliniki Uroloji Xəstəxanasf’na göndərilmiş və 19.07-xx.xx.2025-ci il tarixlərdə xəstəxanada müayinə olunmuş və ona “Soltərəfli hidronefroz 1-2 dərəcə, sağtərəfli pieloektaziya (Q62.0), prostat vəzin kistası (N42.8), xroniki sidik ləngiməsi (R33)” diaqnozu müəyyən edilmişdir. Onun adın iş materiallarında olan tibbi sənədlərinə əsasən “Zaqatala rayon mərkəzi xəstəxanası” tərəfindən tərtib edilmiş İ 1,03.2023-cü il tarixli, X00083712ZKJ saylı (Forma TQS Ne-088) göndərişdə qeyd edilmiş “Əsas diaqnoz: E23.2-şəkərsiz diabet ağır forma. Ağırlaşmalar: H35.0-fon retinopatiyaları və retinal damar dəyişiklikləri, hipertonik angiopatiya, miopik astiqmatizm, ektimer lazer əməliyyatından sonrakı əməliyyat, F48.0- nevrasteniya, asteno-nevrotik hal, G99.0-endokrin xəstəliklərdə və maddələr mübadiləsi pozğunluqlarında vegetativ (avtonom) neyropatiyalar, Amiloid vegetativ (avtonom) neyropatiya (E85-), K73-başqa rubrikalarda təsnif olunmayan xroniki hepatit, xroniki hepatit, Nİ 1,9-durğunluq ürək çatmamazlığı olmadan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəlik(yi), arterial hipertenziya 3-cü dərəcə. Yanaşı xəstəliklər: D50-dəmir defisitli anemiya, anemiya” diaqnoz ona stasionarda aparılmış müayinələri əsasında qoyulsa da istər şəxsin xx.xx.2024-cü il tarixdə DTSERA-da, istərsə də hazırki əyani müayinəsində aparılmış anamnestik, obyektiv, klinik və instrumental müayinələrin nəticəsinə əsasən hal-hazırda əlillik təyinatına əsas verə biləcək patofunksional pozuntular aşkar edilmədiyindən, əlilliyin təyini zamanı ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarının hər-hansı bəndini şamil etmək mümkün olmadı.”. Göründüyü kimi cavabdehin əsaslandığı dəlillər iş üzrə əldə edilmiş ekspert rəyi ilə də təsdiq olunur. Nəzərə alınmalıdır ki, məhz iddiaçıya qoyulmuş diaqnozun düzgünlüyü və onun sağlamlıq vəziyyətinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” nəzərdə tutulmuş diaqnozun hər hansı birinə uyğunluğu sübuta yetirildiyi halda iddiaçının iddia tələbi əsaslı hesab oluna bilərdi. Hazırda isə belə bir halın mövcudluğu iş üzrə müəyyən edilmir. Odur ki, iddia əsasız olduğundan təmin edilə bilməz.

Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: Qərara aldı:

İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-ya qarşı “cavabdehin əlilliyin təyin edilməsi ilə bağlı qəbul etdiyi imtina barədə qərarın ləğv edilməsi və ona müddətsiz olaraq 2-ci qrup əlillik dərəcəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar