Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-678/2022 05.05.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı "8,1 kv.m bərbər dükanı üzərində mülkiyyət hüquqnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə qoyulması" tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələlərin Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Şəki Şəhər İcra Hakimiyyəti başçısının 22 mart 2002-ci il tarixli 1/69 nömrəli sərəncamı əsasında Şəki şəhər S.Rəhman küçəsinin şərqində avtobazanın yaxınlığında ümumi sahəsi 8.1 kv.m olan bərbər dükanına çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi 22.12.2021-ci il tarixdə məhkəmənin dəftərxanasına daxil olmuş və həmin tarixdən icraata qəbul edilmiş sayılmışdır. Məhkəmə iclasında iddiaçı, iddia tələbini dəqiqləşdirərək 8,1 kv.m bərbər dükanı üzərində mülkiyyət hüquqnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə qoyulmasını barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddiaçı tələb hüququnu Şəki Şəhər İcra Hakimiyyətinin 22.03.2002-ci il tarixli 1/69 saylı sərəncamı ilə ona Şəki şəhəri S.Rəhman küçəsinin şərqində avtobazanın yaxınlığında 8,1 kv.m torpaq sahəsi ayrılmış və ayrılmış torpaq sahəsində bərbərxana dükanını inşa etdirmişdir. Şəki Şəhər İcra Hakimiyyəti başçısının 03.09.1998-ci il tarixli, 1/347 saylı sərəncamı ilə yaradılmış komissiyanın üzvləri qeyd edilən tikintiyə baxış keçirmiş və istismara qəbul aktı tərtib edərək təsdiqlənmişdir. Cavabdeh iddia tələbinə etirazını çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı təqdim olunmadığını qeyd etmişdir Məhkəmə tərəfindən işin halları ilə bağlı hüquqi müzakirə aparılmış və iddiaçıya iddia tələbinin uğursuzluğu izah edilmişdir.. İddiaçı məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri götürülməsini xahiş etmişdir. Məhkəmənin 05.05.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə “iddia tələbinin geri götürülməsi barədə” ərizə icraata qəbul edilmişdir. Məhkəmə, ərizəni iş materialları ilə birgə araşdırıb hesab edir ki, iddiaçı öz aktiv hərəkəti ilə, iradəsinə uyğun olaraq təqdim edilmiş iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri götürmək istəyir. Yəni, iddiaçı hazırkı iddia tələbinə məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini arzu etmir. Belə olan halda məhkəmə tərəfindən iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. İddiaçıya izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 55, 80-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “8,1 kv.m bərbər dükanı üzərində mülkiyyət hüquqnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə qoyulmasını barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası geri götürülmüş sayılır və iş üzrə icraata xitam verilir. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-678/2022
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-678/2022
05.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver