Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-679/2023 26.04.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır: - o, 0N avqust N97N-ci ildə Yevlax rayonu Hürüuşağı kəndində anadan olmuşdur. N989-cu ilin dekabr ayından N99N-ci ilin oktyabr ayı da daxil olmaqla keçmiş Sovetlər İttifaqı dövründə həqiqi hərbi xidmətdə olmuş, hərbi xidmətini başa vurduqdan sonra vətənə qayıtmışdır. Bundan sonra N992-ci ildə Səfərbərliklə əlaqədar müharibə dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda döyüşlərdə iştirak etmək üçün keçmiş Yevlax Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış və Yevlax Rayon Hərbi Komissarlığı tərəfindən xidmət etmək üçün N nömrəli hərbi hissəyə göndərilmişdir. Həmin hərbi hissədə o, N nömrəli hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli 36№-li əmri ilə (əsas §-l, səh-45, sıra -7) hərbi hissənin şəxsi heyətinin siyahısına salınaraq bütün növ təminatlarla təmin olunmuşdur. Həmin hərbi hissədə xidmətilə əlaqədar maaş da almışdır. O, N nömrəli hərbi hissədə xx.xx.N992-ci il tarixdən N996-cı ilədək hərbi xidmətdə olmuş, maddi təminat tağımında sürücü yanğınsöndürən vəzifəsində çalışaraq xidmət etmişdir. N996-cı ildə ordudan tərxis olunmuşdur. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun N8-ci maddəsinin "D” bəndinə əsasən ailə vəziyyətinə görə sıravi iddiaçı, İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrindən tərxis olunduğu üçün xidmət etdiyi N nömrəli hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli 59№-li əmri ilə (əsas §-N, səh-96. sıra -N) hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün keçmiş Yevlax Rayon Hərbi Komissarlığma göndərilmişdir. İddiaçının hərbi hissədə xidməti barədə hərbi biletində qeydlərdə vardır. N nömrəli hərbi hissədə xidmət etdiyi müddətdə baxmayaraq ki, maddi təminat tağımında sürücü yanğınsöndürən vəzifəsində çalışmış, döyüşlərdə də iştirak etmişdir. Belə ki, verilən əmr əsasında xidmət etdiyi N nömrəli hərbi hissənin şəxsi heyət üzvlərindən seçilmiş heyət üzvləri erməni işğalçılarına qarşı Ağdərə rayonunun Çıldıran kəndi uğrunda, Ağdam rayonunun Çəmənli, Sırxavənd kəndi uğrunda, Füzuli rayonunun Dilavarlı kəndi uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etmişlər. O, da həmin heyətdə olaraq döyüşlərdə iştirak etmişdir. Bunu onunla bərabər onla N nömrəli hərbi hissədə xidmət edən döyüşçü yoldaşları təsdiq edə bilərlər. Lakin, onun döyüşlərdə iştirakı hərbi biletində qeyd olunmayıb. Bu onun günahı deyil, o, əmrə tabe olan sıravi əsgər olmuşdur. Bunu hərbi hissənin qərargah rəisi etməli idi. Digər bir məsələ onun hərbi biletində hərbi hissəni özbaşına tərk etməyi qeyd olunub. Hərbi biletində aparılan bu qeyd düzgün deyil. İddiaçı hərbi hissəni özbaşına tərk etməmişdir. Bu bir faktdır. Bu faktı onunla xidmət edən N nömrəli hərbi hissənin şəxsi heyət üzvlərindən ona şahidlik edərək təsdiqləyə bilərlər. Əgər hərbi hissəni özbaşına tərk etsəydi haqqında cinayət işi açılardı və ona kiçik çavuş rütbəsi verilməzdi. Hansı ki, xidməti ilə əlaqədar xx.xx.N993-cü ildə ona kiçik çavuş rütbəsi verilib. Bu haqda hərbi biletində qeyd də var. O, dəfələrlə müraciət etməsinə veteranlıq vəsiqəsini ala bilməmişdir. Səbəblərdən biri də xidmətilə əlaqədar arxiv arayışının olmaması olub. Bununla əlaqədar o, Azərbaycan Respublikası 2020-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivinə müraciət edərək bu məsələnin həllinə ona köməklik göstərməsini xahiş etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivi tərəfindən ona xx.xx.2020-ci il tarixli 9/2-N0226 №- li xidmətilə əlaqədar arxiv arayışı göndərilmişdir. İddiaçı əlində olan sənədləri notarial qaydada təsdiqlədərək 2020-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və onun aidiyyatı qrumuna göndərərək, müraciət edərək ona müharibə veteranı statusunun və vəsiqəsinin verilməsi üçün köməklik göstərilməsini xahiş etmişdir. Lakin Müdafiə Nazirliyinin Şəxsi heyət Baş İdarəsi tərəfindən ona ünvanlanan xx.xx.2020-ci il tarixli N/M N4922 nömrəli cavabında göstərilmişdir ki, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsində imtina edilmişdir və səbəb isə onun döyüşlərdə iştirakıla əlaqədar hərbi hissənin siyahısında olmadığına görə geri qaytarılmışdır. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. Cavabdeh inzibati orqan iddia tələbinə qarşı xx.xx.2022-ci il tarixli etirazında qeyd edilmişdir ki, Yevlax RHK-dan həqiqi hərbi xidmətə çağırılmış, N97N-ci il təvəllüdlü İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli 36 №-li əmrilə (əsas: §-N, səh-45, sıra-7) hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara salınmışdır. Sıravi İddiaçı hərbi hissəni özbaşına tərk etdiyinə görə, N №-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli 83 №-li əmrilə (əsas: §-2, səh-23, sıra-26) hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılaraq sənədləri Yevlax RHK-na göndərilmişdir. Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin xx.xx.N992-xx.xx.N993-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti və hansı divizionda olması barədə məlumat aşkar olunmamışdır. N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 67 №-li əmrilə (əsas: §-2, səo-9N, sıra-N) təsərrüfat tağımında sürücü-yanğınsöndürən vəzifəsində xidmət edən, sıravi İddiaçı “kiçik çavuş” növbəti hərbi rütbəsi verilmişdir. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunununun N8-ci maddəsinin “D” bəndinə (ailə vəziyyətinə görə) uyğun olaraq, maddi təminat tağımında sürücüyanğınsöndürən vəzifəsində xidmət edən, sıravi İddiaçı Silahlı Qüvvələrindən tərxis olunduğuğuna görə, N №-li hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli 59 №-li əmrilə (əsas: §-N, səh-96, sıra-N) hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Yevlax RHK-na göndərilmişdir. Qeyd edilmişdir ki, N №-li hərbi hissə komandirinin may-dekabr N993-cü il, yanvar-dekabr N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı döyüş əməliyyatları bölgəsinə ezamiyyətə göndərilməsi və hansı divizionda olması barədə məlumat aşkar olunmamışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2020-ci il tarixli N/M-N4922 nömrəli məktubundan görünür ki, cavabdeh orqan iddiaçının müraciətin təmin edilməsindən imtina etmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirliyinin Katibliyi Mərkəzi Arxivinin xx.xx.2020-ci il tarixli 9/2-N0226 nömrəli arxiv arayışından görünür ki, Yevlax RHK-dan həqiqi hərbi xidmətə çağırılmış, N97N-ci il təvəllüdlü İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli 36 №-li əmrilə (əsas: §-N, səh-45, sıra-7) hərbi hissənin şəxsi heyətinin siyahısına salınaraq bütün növ təminatlarla təmin olunmuşdur. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun N8-ci maddəsinin “D” bəndinə (ailə vəziyyətinə görə) müvafiq olaraq, maddi təminat tağımında sürücüyanğınsöndürən vəzifəsində xidmət edən, sıravi İddiaçı Silahlı Qüvvələrdən tərxis olunduğu üçün N №-li hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli 59 №-li (əsas: §-N, səh-96, sıra-N) hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Yevlax RHK-na göndərilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.202N-ci il tarixli məktubundan görünür ki, N nömrəli hərbi hissədən Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı qovluğunda N (, və N ZRD) №-li hərbi hissənin xx.xx.N993-cü ildən xx.xx.N994-cü il tarixədək döyüş əməliyyatlarında iştirak etməsi barədə qeydiyyat aparılmışdır. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.N-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin N-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N0 may N994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara- müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. İş materialları ilə iddiaçının N №-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli 36 №-li əmrilə (əsas: §-N, səh-45, sıra-7) hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilməsi və N №-li hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli 59 №-li əmrilə (əsas: §- N, səh-96, sıra-N) hərbi hissənin şəxsi heyətinin siyahısından xaric edilməsi müəyyən edilsə də, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi şərti sübuta yetirilmir. Nəzərə alınmalıdır ki, N saylı hərbi hissənin tabeliyində olan ancaq 3, 6 və 8 ZRD xx.xx.N993-cü ildən xx.xx.N994-cü il tarixədək döyüş əməliyyatlarında iştirak etmişdir. Odur ki, iddiaçı N saylı hərbi hissənin məhz həmin dvizionlarında xidmət etməsi barədə sübut təqdim etməlidir. Məhkəmə araşdırmasına iddiaçının sözügedən 3, 6 və 8 ZRD-da xidmət etməsinə dair hər hansı sübut təqdim edilməmişdir. Odur ki, iddiaçının N saylı hərbi hissədə xidmət etməsi faktı onun qeydsiz-şərtsiz döyüş əməliyyatları aparan hərbi hissə tərkibində xidmət keçməsi kimi qiymətləndirilə bilməz. Həmçinin iddiaçıya məxsus H3 ******* hərbi biletdə və SHXÇÜDX-nin Yevlax rayon şöbəsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş qeydiyyat kartasında onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etməsi barədə hər hansı qeyd yoxdur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının N saylı hərbi hissənin döyüş əməliyyatlarında iştirak etmiş 3, 6 və 8 ZRD-da xidmət etməsi, ümumiyyətlə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi sübuta yetirilmədiyindən cavabdeh orqan haqlı olaraq müraciətin təmin edilməsindən imtina etmişdir. Öhdəliyin icrası haqqında iddialar üzrə öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı döyüş əməliyyatları aparan hərbi hissədə xidmət keçməsini sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 8.N.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 34.N-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in NN0.N-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.N.N2-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 3N8) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-679/2023
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-679/2023
26.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver