Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-68/2022 29.03.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı "Qax Rayon AİK-nın və qərarlarının icrasını və istifadələrində olan torpaq sahələrinə 0,90 ha torpaq sahəsinin atası X4, anası X2, özünün və qardaşı X7 adına DƏDRX-də qeydə alınaraq reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Qax Rayon Aqrar İslahat Komissiyasının 30.06.1998-ci il tarixli 08 nömrəli qərarına əsasən, Zəyəm kəndi "Zəyəm" kolxozunda Aqrar İslahat Komissiyasının 24.06.1998-ci il tarixli 19 nömrəli protokolu təsdiq olunmuş, Zəyəm kəndində kompleks yerquruluşu işlərinin aparılmasına dair tərtib olunmuş layihə təsdiq edilmişdir. Qax Rayon Aqrar İslahat Komissiyası tərəfindən təsdiq edilmiş "Qax rayon Zəyəm icra nümayəndəliyi "Zəyəm" kolxozunda torpaq payı almaq hüququ olan vətəndaşların siyahısı"nın 226-cı sətrində mülkiyyətinə torpaq payı veriləcək şəxslər kimi X4, X2, İddiaçı, X7 adları qeyd edilmiş və onların qanuni istifadəsində olan torpaq sahəsi kimi 0,20 ha qeyd olunmuşdur. Qax Rayon Aqrar İslahat Komissiyası tərəfindən təsdiq edilmiş "Qax rayonunun Zəyəm kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəl"in 338-ci sətrində mülkiyyətinə torpaq payı veriləcək şəxslər kimi X4, X2, X3, İddiaçı, X5 adları qeyd edilmiş və onların qanuni istifadəsində olan torpaq sahəsi kimi 0,20 ha torpaq sahəsi qeyd olunmuşdur. Bundan sonra Qax Rayon Aqrar İslahat Komissiyasının 30.06.1998-ci il tarixli 08 nömrəli qərarına istinadən, Qax rayonu Zəyəm kəndində yerləşən 2052 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə bağlı İddiaçı adına A-168560 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilmişdir. Bundan başqa, Qax Rayon Aqrar İslahat Komissiyasının həmin qərarına əsasən, Qax rayonu Zəyəm kəndində yerləşən 3160 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə bağlı İddiaçı adına A-168425 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilmişdir. Qax Rayon Aqrar İslahat Komissiyasının həmin qərarına istinadən, Qax rayonu Zəyəm kəndində yerləşən 1979,79 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə bağlı İddiaçı adına A-162129 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilmişdir. Qax Rayon Aqrar İslahat Komissiyasının həmin qərarına istinadən, Qax rayonu Zəyəm kəndində yerləşən 2950 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə bağlı İddiaçı adına A-168573 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilmişdir. X8 15.07.2003-cü ildə vəfat etmişdir. Qax Rayon Notariat Ofisi hazırkı iş üzrə cavabdehə 11.02.2021-ci il tarixli 239 nömrəli məktubla müraciət edərək, İddiaçı hüquqi xidmət göstərilməsi üçün mərhum X4 qanun üzrə vərəsəsi olması nəzərə alınaraq ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün çıxarış və texniki pasport verilməsini xahiş etmişdir. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək, 0,90 ha pay torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsini xahiş etmiş, lakin sonuncu 01.04.2021-ci il tarixli **********06 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, İddiaçı adına Qax rayonu Zəyəm kəndində yerləşən 0,3160 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə A seriyalı 168425 nömrəli, 0,2950 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə A seriyalı 167573 nömrəli, 0,2052 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə A seriyalı 168560 nömrəli, 0,1979 ha həyətyanı torpaq sahəsinə A seriyalı 162129 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədləri verilmişdir. Həmin ailəyə aid məlumatlar Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsi tərəfindən təhvil verilmiş aqrar islahat zamanı pay torpaq sahəsi alacaq subyektlərin siyahısında 152-ci sıradadır, pay torpağından çıxılmış zəbt torpaq sahəsi göstərilməmişdir. Ailəyə aid məlumatlar həyətyanı torpaq sahəsi alacaq subyektlərin siyahısında 338-ci sıradadır, pay torpağından çıxılmış 1,72 ha zəbt torpaq sahəsinin olduğu göstərilmişdir. Qeyd olunan təsərrüfatda torpaq islahatı zamanı vətəndaşlara adambaşına verilməli pay torpaq sahəsinin norması, zəbt torpaq sahələrinin hansı əmsalla pay torpağından çıxılması barədə Ərazi İdarəsində məlumat olmadığından və müraciətdə təsdiqləyici sənədlər əlavə edilmədiyindən ailəyə verilməli olan torpaq sahəsinin ölçüsünü müəyyənləşdirmək mümkün olmamışdır. Bundan başqa, pay torpaq sahəsi alacaq subyektlərin siyahısında və həyətyanı torpaq sahəsi alacaq subyektlərin siyahısında pay torpağından çıxılmış zəbt torpaq sahəsi uyğun olmadığından, yerli aqrar islahat komissiyasının, rayon aqrar islahat komissiyasının qərarları və qeydiyyata alınmalı torpaq sahəsinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiqlənmiş yerləşmə sxemi təqdim olunmadığından müraciətin icrası mümkün olmamışdır. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı "Qax Rayon AİK-in və qərarlarının icrasını və istifadələrində olan torpaq sahələrinə 0,92 ha torpaq sahəsinə çıxarışın verilməsini cavabdehin üzərinə vəzifə olaraq qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, Qax Rayon Aqrar İslahat Komissiyasının 30.06.1998-ci il tarixli 08 nömrəli qərarına əsasən, ailə üzvlərinə 1,72 ha fındıq bağı sahəsi verilmişdir. Lakin səhvən həmin fındıq bağının 0,90 ha hissəsinə hüquqi sənəd verilməmişdir. Sözügedən torpaq sahəsi iddiaçı və onun ailə üzvlərinə 1998-ci ildə verilmiş və indiyədək istifadələrindədir. Torpaq sahəsi faktiki istifadələrində olsa da, ona hüquqi sənəd verilməmişdir. Cavabdeh iddiaya 08.05.2021-ci il tarixli **********53 nömrəli etirazında imtina məktubunun dəlillərinə istinad etmişdir. Bundan sonra İddiaçı məhkəməyə yeni iddia ərizəsi verərək iddianı dəyişdirmiş və tələbini "Qax Rayon AİK-nın və qərarlarının icrasını və istifadələrində olan torpaq sahələrinə 0,90 ha torpaq sahəsinin mərhum atası X4 adına DƏDRX-də qeydə alınaraq reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması" kimi ifadə etmişdir. Daha sonra o, məhkəməyə başqa bir iddia ərizəsi də verərək iddianı dəyişdirmiş və tələbini "Qax Rayon AİK-nın və qərarlarının icrasını və istifadələrində olan torpaq sahələrinə 0,90 ha torpaq sahəsinin atası X4, anası X2, özünün və qardaşı X7 adına DƏDR-də qeydə alınaraq reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması" kimi ifadə etmişdir. Şəki İnzibati Məhkəməsinin 17.02.2022-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, Qax Rayon İslahat Komissiyasının 30.06.1998-ci il tarixli 08 nömrəli iclas protokolundan çıxarışdan görünür ki, Zəyəm kəndi "Zəyəm" kolxozunda Aqrar İslahat Komissiyasının 24.06.1998-ci il tarixli 19 nömrəli protokolu təsdiq olunmuş, Zəyəm kəndində kompleks yerquruluşu işlərinin aparılmasına dair tərtib olunmuş layihə təsdiq edilmişdir. - İşdə olan, A-168560 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndən görünür ki, həmin sənəd Qax Rayon Aqrar İslahat Komissiyasının 30.06.1998-ci il tarixli 08 nömrəli qərarına istinadən, Qax rayonu Zəyəm kəndində yerləşən 2052 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə bağlı İddiaçı adına tərtib edilmişdir. - İşdə olan, A-168425 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndən görünür ki, həmin sənəd Qax Rayon Aqrar İslahat Komissiyasının həmin qərarına əsasən, Qax rayonu Zəyəm kəndində yerləşən 3160 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə bağlı İddiaçı adına tərtib edilmişdir. - İşdə olan, A-162129 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndən görünür ki, həmin sənəd Qax Rayon Aqrar İslahat Komissiyasının 30.06.1998-ci il tarixli 08 nömrəli qərarına qərarına istinadən, Qax rayonu Zəyəm kəndində yerləşən 1979,79 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə bağlı İddiaçı adına tərtib edilmişdir. - İşdə olan, A-168573 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndən görünür ki, həmin sənəd Qax Rayon Aqrar İslahat Komissiyasının həmin qərarına istinadən, Qax rayonu Zəyəm kəndində yerləşən 2950 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə bağlı İddiaçı adına tərtib edilmişdir. - İşdə olan, AZ-İİ seriyalı 135435 nömrəli "Ölüm haqqında şəhadətnamə"dən görünür ki, X8 15.07.2003-cü ildə vəfat etmişdir. - İşdə olan, Qax Rayon Notariat Ofisinin 11.02.2021-ci il tarixli 239 nömrəli məktubundan görünür ki, İddiaçı 15.07.2003-cü ildə vəfat etmiş X4 vərəsələrindən biridir. - İşdə olan, cavabdehin 01.04.2021-ci il tarixli **********06 nömrəli imtina məktubundan görünür ki, İddiaçı adına Qax rayonu Zəyəm kəndində yerləşən 0,3160 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə A seriyalı 168425 nömrəli, 0,2950 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə A seriyalı 167573 nömrəli, 0,2052 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə A seriyalı 168560 nömrəli, 0,1979 ha həyətyanı torpaq sahəsinə A seriyalı 162129 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədləri verilmişdir. Həmin ailəyə aid məlumatlar Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsi tərəfindən təhvil verilmiş aqrar islahat zamanı pay torpaq sahəsi alacaq subyektlərin siyahısında 152-ci sıradadır, pay torpağından çıxılmış zəbt torpaq sahəsi göstərilməmişdir. Ailəyə aid məlumatlar həyətyanı torpaq sahəsi alacaq subyektlərin siyahısında 338-ci sıradadır, pay torpağından çıxılmış 1,72 ha zəbt torpaq sahəsinin olduğu göstərilmişdir. Qeyd olunan təsərrüfatda torpaq islahatı zamanı vətəndaşlara adambaşına verilməli pay torpaq sahəsinin norması, zəbt torpaq sahələrinin hansı əmsalla pay torpağından çıxılması barədə Ərazi İdarəsində məlumat olmadığından və müraciətdə təsdiqləyici sənədlər əlavə edilmədiyindən ailəyə verilməli olan torpaq sahəsinin ölçüsünü müəyyənləşdirmək mümkün olmamışdır. Bundan başqa, pay torpaq sahəsi alacaq subyektlərin siyahısında və həyətyanı torpaq sahəsi alacaq subyektlərin siyahısında pay torpağından çıxılmış zəbt torpaq sahəsi uyğun olmadığından, yerli aqrar islahat komissiyasının, rayon aqrar islahat komissiyasının qərarları və qeydiyyata alınmalı torpaq sahəsinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiqlənmiş yerləşmə sxemi təqdim olunmadığından müraciətin icrası mümkün olmamışdır. - İşdə olan, Qax Rayon Zəyəm Bələdiyyəsinin 07.12.2021-ci il tarixli 65 nömrəli məktubundan görünür ki, Qax rayon Zəyəm kəndində torpaq islahatı zamanı hər subyektə 0,71 ha torpaq payı düşmüşdür. Zəbt torpaq sahələri adambaşına düşən pay torpaq sahələri ilə eyni əmsalda hesablanmışdır. İddiaçı və onun ailə üzvlərinə torpaq islahatı zamanı ümumilikdə 2,59 ha torpaq sahəsi hesablanmışdır. Ondan 0,75 ha pay torpaq sahəsi, 0,22 ha həyətyanı torpaq sahəsi və 1,72 ha zəbt sahədir ki, həmin 1,72 ha zəbt sahədən 0,80 ha hissəsi vətəndaşın ailəsinin mülkiyyətinə verilsə də, 0,92 ha hissəsi ailənin mülkiyyətinə verilməmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında iddia olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsassız hesab edir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində deyilir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsində deyilir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Həmin Qanunun 11-ci maddəsində deyilir ki, sovxozların (dövlət mülkiyyətində saxlanan müəssisələr istisna olmaqla), kolxozların özəlləşdirilən torpaqları onların daimi istifadəsindəki torpaqlarından bələdiyyənin ehtiyat fonduna ayrılan torpaqlar çıxılmaqla müəyyən edilir. (1-ci hissənin 1-ci abzası) Həmin Qanunun 13-cü maddəsində deyilir ki, torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir. Həmin Qanunun 20-ci maddəsinə əsasən, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. Aqrar islahat komissiyalarının yaradılması və fəaliyyəti "Sovxoz və kolxozların islahatı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Qanunun 21-ci maddəsinə görə, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası rayonlarının (şəhərlərinin) sərhədləri daxilində torpaqlar istifadəçilər, kəmiyyət və keyfiyyət göstəriciləri üzrə dürüstləşdirilir. Şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin perspektiv inkişafı nəzərə alınmaqla onların hüdudları müəyyən edilir. İslahat hər bir kənd təsərrüfatı müəssisəsi üçün torpaq islahatının kompleks yerquruluşu layihələri və şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin baş planları əsasında aparılır. Müəyyən edildi ki, işdə olan sənədlərdə iddiaçının ailə üzvlərinin mülkiyyətinə verilən həyətyanı sahənin ölçüsü 0,20 ha göstərilsə də, zəbt olunmuş torpağın sahəsi, onun torpaq payından çıxılıb-çıxılmaması, eləcə də torpaq payı norması barədə heç bir məlumat yoxdur. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidmətinə sorğu edilərək alınmış sənədlərdə bu məlumatlar olmadığına görə Qax Rayon Zəyəm Bələdiyyəsinə sorğu edilərək, torpaq islahatı zamanı hər subyektə düşən torpaq payı norması, zəbt torpaq sahəsinin torpaq payından çıxılma əmsalı, X6 və ailə üzvlərinə düşən torpaq payının, onların zəbtində olan torpaq sahəsinin və zəbt çıxıldıqdan sonra onların mülkiyyətinə verilən həyətyanı torpaq sahəsinin (zəbtlə birlikdə) ölçüsü barədə məlumatlar tələb olunmuşdur. Bələdiyyənin 07.12.2021-ci il tarixli 65 nömrəli məktubu ilə sorğuya cavab verilsə də, yenə də aşağıdakı anlaşılmazlıqlar qalmışdır: 1) Cavab məktubunda Zəyəm kəndində hər subyektə 0,71 ha torpaq payının düşdüyü bildirilmişdir. İşdə olan "Qax rayonu Zəyəm kolxozunda torpaq payı almaq hüququ olan vətəndaşların siyahısı"nda İddiaçı ailəsinin cəmi 4 nəfərdən ibarət olduğu göstərilmişdir. Belə olan halda, hər subyektə 0,71 ha olmaqla iddiaçının ailəsinə düşən torpaq sahəsi 2,84 ha olmalıdır (0,71 ha x 4 nəfər = 2,84 ha). Lakin məktubda həmin ailəyə bundan fərqli olaraq, ümumilikdə 2,59 ha torpaq sahəsi hesablandığı göstərilmişdir. 2) Bundan başqa, məktubda deyilir ki, ailəyə ayrılmış 2,59 ha-dan 0,75 ha pay torpaq sahəsi, 0,22 ha həyətyanı sahə, 1,72 ha zəbt (bağ) sahəsidir. Bu rəqəmlərdə də ziddiyyət vardır. Belə ki, 0,75 ha pay torpaq sahəsini, 0,22 ha həyətyanı sahəni, 1,72 ha zəbt (bağ) sahəsini topladıqda 2,69 ha alınar ki, (0,75 + 0,22 + 1,72 = 2,69) bu da məktubda göstərilmiş 2,59 ha-dan artıq olar. 3) Bundan başqa, "Qax rayonu Zəyəm kolxozunda torpaq payı almaq hüququ olan vətəndaşların siyahısı"nda iddiaçının ailəsinin qanuni istifadəsində 0,20 ha həyətyanı sahənin olması göstərilsə də, Bələdiyyənin cavab məktubunda bu rəqəm 0,22 ha kimi göstərilmişdir. 4) Bundan başqa, məktubda 1,72 ha zəbt (bağ) sahəsindən 0,80 ha hissəsinin iddiaçının ailəsinin mülkiyyətinə verildiyi göstərilsə də, iddiaçının atasının adına olan "Torpaq sahəsinin planı və ölçü"lərindən görünür ki, həmin sənədlərdə qeyd olunan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin cəmi 0,8162 ha (0,3160 ha+0,2950 ha + 0,2052 ha) təşkil edir. 5) Nəhayət, məhkəməyə göndərilmiş məlumatların hansı sənəddən əldə edildiyi də cavab məktubunda qeyd olunmamışdır. Ona görə də məhkəmə tərəfindən Qax Rayon Zəyəm Bələdiyyəsinə yenidən sorğu edilərək, göstərilən ziddiyyətlərin araşdırılıb məhkəməyə ətraflı arayış verilməsi, eləcə də istinad edilən rəqəmlərin əldə olunduğu sənədin məhkəməyə göndərilməsi tələb olunmuş, lakin Bələdiyyənin 07.02.2022-ci il tarixli 02 nömrəli cavab məktubunda göstərilmişdir ki, torpaq islahatı zamanı İddiaçı ailəsi ilə birgə təsərrüfatına düşən torpaq sahələrinin hansı əmsallar və ölçülərlə hesablanmasına dair istinad edilə biləcək heç bir sənəd olmadığına görə sorğunun cavablandırılması mümkün olmamışdır. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, iddiaçının tələb etdiyi 0,90 ha torpaq sahəsinin iddiaçının və ailə üzvlərinin mülkiyyətinə verilməsini təsdiq edən heç bir sənəd mövcud olmadığına görə cavabdeh qeydiyyat aparmaqdan imtina etməkdə haqlı olmuşdur. Ona görə də iddia təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı "Qax Rayon AİK-nın və qərarlarının icrasını və istifadələrində olan torpaq sahələrinə 0,90 ha torpaq sahəsinin atası X4, anası X2, özünün və qardaşı X7 adına DƏDRX-də qeydə alınaraq reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması" barədə iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-68/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-68/2022
29.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver