Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-68/2024 30.01.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi ilə İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi Sosial Ekspertiziya və Reabilitasiya Agentliyinə qarşı “xx.xx.2022-ci il tarixli imtinasının qanusuz hesab edilməsi və iddiaçıya əlillik dərəcəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq,məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdehin xx.xx.2023-cü il tarixdə əlillik təyinatından imtina edilməsi barədə (əlilliyin ləğv edilməsi) qərarının ləğv edilməsi və əlillik alt-sistemində xx.xx.2023-cü ildən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2021-ci ildə həqiqi hərbi xidmətə çağırılmışdır və xx.xx.2022-ci il tarixinədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. xx.xx.2021-ci il tarixdə döyüş tapşırığını yerin yetirərkən Laçın rayonu ərazisində düşmənin əks həmləsinin qarşısını alan zaman ağır yaralanmışdır. Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixdə hərbi xidmətə yararsız olmağı barədə qərar qəbul edilmiş və yararsız olduğuna görə də xx.xx.2022-ci il tarixində hərbi xidmətdən vaxtından qabaq tərxis olunmuşdur. Sonralar səhhətində ağırlaşmalar oluğu üçün müalicə almışdır. 2021-ci ilin sonrasında əlilliyin təyin olunması üçün cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli imtina məktubu təqdim edilmişdir. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, vətəndaşın müraciəti əsasənda əlavə əyani müayinənin aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Republikası Müdafiə Nazirliyi Mərkəzi Nazirliyi Mərkəzi Hərbi Həkim tərəfinfən xx.xx.2022-ci il tarixli 805 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Partlayış travması nəticəsində sağ ayağın birinci barmağını dəlib keçən qəlpə yaralanması, sağ ayağın birinci falanqasının qəlpəli bitişmiş sınığı, bərkimiş dəri çapığı, döş qəfəsinin yumşaq toxumaslnln yad cismi. Partlayış travması (xx.xx.2021) nəticəsində sol tərəfli kəskin koxlear nevritdən sonrakı vəziyyət, pıçıltı nitqini sol qulaqda 3 metr, sağ qulaqda 6 metr məsafədən eşitməsi ilə” dioqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır” Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır.” Kimi müəyyənləşdirilmişdir. Mikrositoz funksiyanın pozulmaması ilə 11, 21-ci dişlərin kariyesi” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır.” Kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Respublikas Psixatriya Xəstəxanasının PHŞ 28.02-xx.xx.2022-ci il tarixli 2333/22 nömrəlı xəstəlik tarixindən Çıxarışında diaqnoz “Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Dissosiativ-konversion pozuntu. Anamnezində funksional tutmalar (ayda 4-5 dəfə).” Kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı zəif eşitmıdın, baş ağrısından, baş gicəllənməsindən, yuxu və yaddaş pozulmasından, əsəbilikdən, qıcolmadan, əhval-ruhiyyə düşkünlüyündən şikayətlənmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2022-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnaməyə uyğun olaraq Müalicənin davam etdirilməsi barədə qərar qəbul edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyası (bundan sonra - Komissiya) xx.xx.2022-ci il tarixdə aşağıda adı göstərilən 25 nəfər vətəndaşın əlilliyinin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir: 8) Şəki şəhər sakini xx.xx.2002-cu il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0344003AAMLR nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və ona əlavə müalicəyə ehtiyav olması barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli 805 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Partlayış travması nəticəsində sağ ayağın birinci barmağını dəlib keçən qəlpə yaralanması, sağ ayağın birinci falanqasının qəlpəli bitişmiş sınığı, bərkimiş dəri çapığı, döş qəfəsinin yumşaq toxumaslnln yad cismi. Partlayış travması (xx.xx.2021) nəticəsində sol tərəfli kəskin koxlear nevritdən sonrakı vəziyyət, pıçıltı nitqini sol qulaqda 3 metr, sağ qulaqda 6 metr məsafədən eşitməsi ilə.” diaqnozu ilə travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; Mikrositoz funksiyanın pozulmaması ilə 11, 21-ci dişlərin kariyesi” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır.” Kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Respublikas Psixatriya Xəstəxanasının PHŞ xx.xx.2022-xx.xx.2022-ci il tarixli 2333/22 nömrəlı xəstəlik tarixindən Çıxarışında diaqnoz “Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Dissosiativ-konversion pozuntu. Anamnezində funksional tutmalar (ayda 4-5 dəfə).” Kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Respublikas Psixatriya Xəstəxanasının PHŞ xx.xx.2022-xx.xx.2022-ci il tarixli 817/2022 nömrəlı xəstəlik tarixindən Çıxarışında diaqnoz “posttravmatik stress pozuntusu. Davranış pozuntuları və depressiv əlamətlər.” Kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı zəif eşitmıdın, baş ağrısından, baş gicəllənməsindən, yuxu və yaddaş pozulmasından, əsəbilikdən, qıcolmadan, əhval-ruhiyyə düşkünlüyündən şikayətlənmişdir. Agentliyin həkim-ekspert-travmatoloqun əyani müayinəsi zamanı sağ ayağın qəlpə yarası, çapıq izi izlənilmişdir. Atrofiya qeyd edilməmiş, hərəkətlər tam həcmdə olmuşdur. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən hazırkı işə tərəflərin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Cavabdehin nümayənədəsi məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı izahatında iddianın təmin olunmasını xahiş etdi. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - xx.xx.2022-ci il tarixli 805 nömrəli Xəstəlik haqqında Şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Partlayış travması nəticəsində sağ ayağın birinci barmağını dəlib keçən qəlpə yaralanması, sağ ayağın birinci falanqasının qəlpəli bitişmiş sınığı, bərkimiş dəri çapığı, döş qəfəsinin yumşaq toxumaslnln yad cismi. Partlayış travması (xx.xx.2021) nəticəsində sol tərəfli kəskin koxlear nevritdən sonrakı vəziyyət, pıçıltı nitqini sol qulaqda 3 metr, sağ qulaqda 6 metr məsafədən eşitməsi ilə.” diaqnozu ilə travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəki Rayon Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli 1714 nömrəli məktubundan görünür ki, İddiaçı Şəki Rayon Psixiatriya xəstəxanasının dispanser müşahidəsindədir., xx.xx.2022-xx.xx.2022, xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə Şəki RPX-da stasionar müalicələr almışdır. - Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-994/2023 nömrəli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. - Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli T697/2023 nömrəli rəyi . Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (Azərbaycan Respublikasının İPMin 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Lakin,iddia mahiyyət etibari ilə əsassızdır. Məhkəmə işin hallarını araşdıraraq,aşağıdakı normaları işin hallarına tətbiq edərək mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İddiaçı cavabdeh inzibati orqanın bu qərarının İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddiaçı hazırkı tələb üzrə subyektiv hüquqa malikdir. Belə ki, o müayinədən keçməklə ona münasibətdə əlilliyin təyin edilməsi ilə bağlı inzibati akt qəbul olunmasını tələb etsə də müraciəti təmin edilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 1.5-ci bəndinə əsasən tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Əsasnamənin 2.1-ci bəndinə görə birinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, sosial uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacı olsun. 2.2-ci bəndinə əsasən ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Həmin bənddə ikinci dərəcə əlilliyin təyin edilməsi üçün 15 hal sadalanmışdır. 2.3-cü bəndinə görə üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 1.1 və 1.3-cü bəndlərinə əsasən məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. İş materiallarına əlavə olunmuş cavabdehin xx.xx.2023-ci il tarixli məktubundan görünür ki, iddiaçı əyani müayinə olunmuş və “PHŞ xx.xx.2022-xx.xx.2022-ci il tarixli 2333/22 nömrəlı xəstəlik tarixindən Çıxarışında diaqnoz “Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Dissosiativ-konversion pozuntu. Anamnezində funksional tutmalar (ayda 4-5 dəfə)” anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır. “Diaqnoz əlillik əlaməti təyin etmir” əsası ilə iddiaçıya əlilliyin təyin olunmasından imtina edilmişdir. Məhkəmə araşdırması zamanı əldə edilmiş, iş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli T52/2023 nömrəli rəyində deyilir: “2002-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir ki: İddiaçı qoyulmuş “Posttravmatik stress pozgunluğu. Aşağı ətrafın açıq yaralanmasının nəticələri, partlayış travması nəticəsində sağ ayağın birinci barmağının dəlib keçən qəlpə yaralanması” diaqnozunda sağ ayağın qəlpə yarasının sağalmış izi olan çapıq toxuma izlənmiş, atrofiya qeyd edilməmiş, hərəkətlər tam həcmdə olmuşdur. Qeyd edilən diaqnoz xəstənin hazırkı sağlamlıq durumudur və diaqnozla əlaqədar onun hazırda əlavə müalicəsinə zərurət yoxdur. İddiaçı “Posttravmatik stress pozgunluğu.Dissosiativ konvulsiyalar” diaqnozu qoyulsa da xəstənin hazırkı sağlamlıq durumunda kobud psixoproduktiv əlamətlər, davranış pozuntuları müəyyən edilmədi”. İddiaçının hazıkı sağlamlıq vəziyyətinin yoxlanılması zamanı təyin edilmiş məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən onun hazırkı sağlamlıq durumunda kobud psixoproduktiv əlamətlər, davranış pozuntuları müəyyən edilmişdir.Nəticə etibarı ilə iddiaçının orqanizminin funksiyalarının pozulması əlillik əlaməti təyin etmir.Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: qərara aldı: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi Sosial Ekspertiziya və Reabilitasiya Agentliyinə qarşı “xx.xx.2022-ci il tarixli imtinasının qanusuz hesab edilməsi və iddiaçıya əlillik dərəcəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fəxri Hacızadə
Məhkəmə qərarları › İş №2-1(116)-68/2024
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-68/2024
30.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver