Məhkəmə qərarları › İş №2-1(116)-680/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-680/2021

03.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-680/2021 03.09.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, iddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, cavabdehin nümayəndəsi Hacı-X7, üçüncü şəxsin nümayəndələri X19, X9 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 İddiaçı5 və İddiaçı6 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə (üçüncü şəxs: Qax rayonu Qaxbaş bələdiyyəsi) qarşı “islahat aparılan vaxt ailə üzvlərinə verilmiş Qax Rayon İcra Hakimiyyəti başçısının Qax İngiloy kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində olan təsərrüfatbaşına kitaba əsasən 1,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınaraq plan-ölçü və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 İddiaçı5 və İddiaçı6 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “islahat aparılan vaxt ailə üzvlərinə verilmiş Qax Rayon İcra Hakimiyyəti başçısının Qax İngiloy kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində olan təsərrüfatbaşına kitaba əsasən 1,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınaraq plan-ölçü və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi Şəki İnzibati Məhkəməsinə 10.03.2021-ci il tarixdə daxil olmuş və həmin tarixdən icraata qəbul edilmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Qax rayonu Alatəmir kəndində torpaq islahatı aparılan zaman hər bir subyektə 0,29 ha pay torpaq sahəsi ayrılıb verilmişdir. 6 nəfər ailə üzvü olmaqla kolxozdan pay almaq hüququna əsasən yuxarıda qeyd edilən ailə üzvlərinin payına və Qax rayon İcra Hakimiyyətyi başçısının Qax İngiloy kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində olan təsərrüfatbaşına kitabına əsasən iddiaçılara 1,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılıb verilmişdir. Bu fakt Qax rayon İcra Hakimiyyətyi başçısının Qax İngiloy kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində olan təsərrüfatbaşına kitabda öz əksini tapır. Həmin torpaq sahəsi hazırki vaxtadək iddiaçıların istifadəsindədir. İddiaçılar sözügedən torpaq sahəsini və onun üzərində yerləşən ferma binasını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alıb çıxarışın verilməsi üçün müvafiq orqana rəsmi qaydada müraciət etmişlər. Lakin onların müraciəti təmin edilməmişdir. Cavabdeh orqan məhkəməyə təqdim etdiyi 03.05.2021-ci il tarixli məktubunda qeyd etmişdir ki, ərazi idarəsinin arxiv materiallarında DTXK-nın Qaxi rayon şöbəsi tərəfindən İddiaçı1 adına 6 nəfər ailə üzvü ilə birlikdə 0.12 ha həyətyanı torpaq sahəsinə kod 40409028, JN-679F saylı, 0.15 ha həyətyanı torpaq sahəsinə kod 40409028, JN-679A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin verilməsi barədə məlumat mövcuddur. Sözügedən ailəyə aid məlumatlar DTXK-nın Qax rayon şöbəsi tərəfindən təhvil verilmiş aqrar islahat zamanı pay torpaq sahəsi alacaq subyektlərin adlı siyahısında 216-cı sıradadır, torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı verilməmiş, sənəd üzrə 0.25 ha həyətyanı torpaq sahəsinin olduğu göstərilmiş, pay torpağından çıxılmış zəbt torpaq sahəsi göstərilməmişdir, həmçinin həyətyanı torpaq sahəsinə subyektlərin adlı siyahısında 679-cu sıradadır, sənəd üzrə 0.25 ha həyətyanı torpaq sahəsinin olduğu, pay torpağından çıxılmış zəbt torpaq sahəsi göstərilməmişdir. Qeyd olunan təsərrüfatda aqrar islahat zamanı vətəndaşlara adambaşına verilməli pay torpaq sahəsinin norması, zəbt torpaq sahələrinin hansı əmsalla pay torpağından çıxılması barədə ərazi idarəsində məlumat olmadığından sözügedən ailəyə aqrar islahat zamanı verilməli olan pay torpaq sahəsinin ölçüsünü müəyyənləşdirmək mümkün olmamışdır. Digər tərəfdən bildiririk ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısf’nda yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə aiddir. Daşınmaz əmlakın qeydiyyatı üçün tələb olunan sənədlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cu, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrinin tələblərinə uyğun təqdim ediləcəyi təqdirdə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən müəyyən edilmiş dövlət rüsumu ödənilərək müayinə ölçü işlərinin aparılması təmin edildikdən sonra qeydiyyata alınacaq torpaq sahəsi magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında yerləşməzsə hüquqların dövlət qeydiyyatının aparılmasına qanunvericiliyin tələblərinə uyğun baxılacaqdır. Həmçinin tərəfimizdən hazırlanacaq sənədlərə görə Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının 04 yanvar 2021 -ci il tarixli, 04 nömrəli qərarı ilə təsdiq edilmiş xidmət haqqının ödənilməsi zəruridir. İş üzrə üçüncü şəxs məhkəməyə ünvanladığı 21.04.2021-ci il tarixli məktubunda qeyd edir ki, İddiaçı1, X8, İddiaçı3, İddiaçı4 qızma, İddiaçı5, İddiaçı6 qızma Qax rayonu Qaxbaş kəndi “Şota Rustaveli” adına kolxozun ərazisindən islahat zamanı Kiçik Alatəmir kəndində fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinə bitişik zəbt torpaq sahəsi olduğuna görə onlara düşən pay torpaq sahəsinə hüquqi sənəd verilməmişdir. İslahat dövründə zəbt torpaqlarının açılması barədə qərara həmin vətəndaşlar məhəl qoymamışlar. Vətəndaşların zəbt etdikləri torpaq sahələri ərazilər üzrə, yəni ev və həyətyanıya bitişik 3:1, kəndaltı 2:1, kənd ətrafı 3:2 əmsallarla verilməlidir. Vətəndaşların zəbt etdiyi torpaq sahələri həyətyanı və fərdi yaşayış evlərinə bitişik olduğu üçün 3:1 nisbətində ayrılması nəzərdə tutulmuşdur. Qaxbaş kəndi “Şota Rustaveli” adına kolxozda islahat dövründə adambaşına çöl əkin sahələrindən maksimum 0.29 ha torpaq sahəsi ayrılmışdır. Bunları nəzərə alaraq onların zəbt etdiyi torpaq sahəsi həyətyanı torpaq sahələrinə bitişik və fərdi yaşayış evinin yanında olduğuna görə 3:1 nisbətdə adambaşına 0.10 ha torpaq sahəsi (fındıq bağı) verilməsi nəzərdə tutulmuşdur. Cəmi 6 nəfər ailə üzvünə 0.60 ha torpaq sahəsi (fındıq bağı) ayrılmış, islahat dövründə həmin vətəndaşların adına bələdiyyələr yaranarkən bələdiyyədə 0.60 ha torpaq sahəsi zəbt kimi qeydiyyata alınmışdır. 2000-ci ildən bu günə qədər İddiaçı1 ailəsi ilə birlikdə istifadə etdiyi zəbt olunmuş 0.60 ha torpaq sahəsinə ildə 0.01 ha üçün 0.12 qəpik cəmi 7.20 (yeddi manat 20 qəpik) manat vergi ödəyir. Qeyd edirik ki, islahat dövründə “Ş.Rustaveli” kolxozunda adambaşına çöl əkin torpaq sahəsindən 0.29 ha torpaq sahəsi ayrılması nəzərdə tutulduğu üçün Qax rayonu İcra Hakimiyyətinin Qaxingiloy kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində həmin vətəndaşların adına islahatın ümumi siyahısında ayrılması nəzərdə tutulan 1.74 ha torpaq sahəsi qeydiyyata alınmışdır. Ancaq həmin vətəndaşların qanunsuz istifadə etdikləri həyətyanılarında zəbt torpaq sahələri olduğuna görə onlara 0.60 ha zəbt torpağı qeydə alınmışdır, yəni 3:1 nisbətində ayrılıb. Ona görə də həmin vətəndaşların hərəsinə 0.10 ha , cəmi 0.60 ha pay torpaq sahəsi ayrıla bilər. Həmin torpaq sahələrinin bələdiyyədə hər hansı plan ölçüsü yoxdur. Məlumat üçün bildiririk ki, sözügedən ferma binasında İddiaçı1 məxsus əmlak barədə bələdiyyədə hər hansı bir məlumat yoxdur. Ferma binasının altındakı və ətrafı torpaq sahəsi ictimai tikili təyinatlı torpaq sahəsi olduğu üçün vətəndaşa pay torpaq sahəsi kimi verilə bilməz. Həmin torpaq sahəsi bələdiyyədən hərrac və ya müsabiqə yolu ilə sənədləşdirilə bilər. Məhkəmə iclasında iddiaçılar iddia tələbinin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndələri iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. İş materiallarında olan Qax RİH başçısının Qax İngiloy kənd İƏD üzrə nümayəndəliyinin 11.01.2021-ci il tarixli, 23 nömrəli arayışında qeyd edilir ki, iddiaçılar 02.08.1996-cı il tarixədək Qax rayonunun Qaxbaş kəndində daimi qeydiyyatda olmuşlar. Arayışda qeyd edilir ki, torpaq islahatı aparılan zaman Kiçik Alatəmir kəndinin ərazisində hər bir subyekt üçün pay torpaq sahəsi 0.29 ha müəyyən edilmişdir. İş materiallarında olan Qax RİH başçısının Qax İngiloy kənd İƏD üzrə nümayəndəliyinin 11.01.2021-ci il tarixli, 23 nömrəli arayışında qeyd edilir ki, Qax rayonunun Kiçik Alatəmir kəndində yerləşən heyvandarlıq fermasının bir hissəsi 1996-cı il tarixdən hal-hazıradək İddiaçı1 və ailə üzvlərinin istifadəsindədir. İş materiallarında olan Qax İngiloy kənd ƏİN-nin 1996-2000-ci illər üzrə təsərrüfatbaşına kitabından çıxarışın təsdiq edilmiş surətindən görünür ki, iddiaçılar həmin təsərrüfatda qeydiyyatda olmuşlar və cəmi 0.25 ha torpaq sahələri vardır. İş materiallarında olan Qax rayonu Qaxbaş bələdiyyəsinin məhkəməyə ünvanladığı 22.06.2021-ci il tarixli məktubda qeyd edilir ki, iddiaçılar İddiaçı1, X8, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 Qax rayonu Qaxbaş kəndi “Şota Rustaveli” adına kolxozun ərazisindən islahat zamanı Kiçik Alatəmir kəndində fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinə bitişik zəbt torpaq sahəsi olduğuna görə onlara düşən pay torpaq sahəsinə hüquqi sənəd verilməməsi barədə məlumat üçün bildiririk ki, İddiaçı1 ailəsi ilə birlikdə Qaxbaş bələdiyyəsinə, Qax şəhər sakini X17 və Şıxlar kənd sakini X21 qarşı məhkəmə salonunda verdikləri ifadələri əsassızdır. Ona görə ki, həmin torpaq sahələrinin sənədləşməsinin bələdiyyəyə heç bir aidiyyatı yoxdur. Məlumat üçün bildirik ki, islahat aparılan zaman Qax rayon Aqrar İslahat Komissiyasının 20 iyul 2000-ci il 07 saylı qərarı ilə İddiaçı1 və ailə üzvlərinin iddia etdikləri ərazidəki torpaq sahəsi Qaxbaş kənd sakini X4 JN-201 nömrəli Dövlət Aktı ilə 0,26 ha, X3 və qızı X12 JN-202 nömrəli Dövlət Aktı ilə 0,52 ha pay torpaq sahəsi mülkiyyətlərinə ayrılmışdır. Həmin torpaq sahələrini Şıxlar kənd sakini X26 notarial qaydada alqı-satqı edərək mülkiyyətinə almışdır. Sözügedən ferma ərazisinə isə Qax rayon sakini X22 31.02.2012-ci il tarixdə MA seriyalı, ******* nömrəli, **********77-03601 reyestr nömrəli, ********** qeydiyyat nömrəli mülkiyyət hüququnu təsdiq edən sənəd (çıxarış) almışdır. İş materiallarında olan JN-201 (kod ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair”Dövlət aktının surətindən görünür ki,Qax rayon AİK-nın 20.07.2000-ci il tarixli 07 saylı qərarı ilə 0.26 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X5 verilmiş, sənəd qeydiyyat kitabında 7726 nömrə ilə 18.04.2001-ci il tarixdə qeydə alınmışdır. İş materiallarında olan ******* nömrəli 07.04.2021-ci il tarixli “daşınmaz əmlakın alqısatqı” müqaviləsinin surətindən görünür ki, X16 özünə məxsus 0.26 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini X2. İş materiallarında olan JN-202 (kod ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair”Dövlət aktının surətindən görünür ki,Qax rayon AİK-nın 20.07.2000-ci il tarixli 07 saylı qərarı ilə 0.52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X6 və X13 verilmiş, sənəd qeydiyyat kitabında 7797 nömrə ilə 18.07.2001-ci il tarixdə qeydə alınmışdır. İş materiallarında olan ******* nömrəli 11.09.2014-cü il tarixli “daşınmaz əmlakın alqı-satqı” müqaviləsinin surətindən görünür ki, X10 özünə məxsus 0.52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini X1. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən tərtib edilən 09.03.2021-ci il tarixli, AA seriyalı 601065 nömrəli “torpaq sahəsinin planı və ölçüsü” sənədinin surətindən görünür ki, Qax rayonu DNK, 11.09.2014-cü il tarixli 4ə-537 nömrəli alqı-satqı müqaviləsinə əsasən 0.52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X14 mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 09.03.2021-ci il qeydiyat tarixli, ********** qeydiyyat nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»ın surətindən müəyyən olunur ki, X14 xüsusi mülkiyyətinə verilmiş Qax rayonu Qaxbaş kəndində 0,52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan ******* nömrəli 16.03.2021-ci il tarixli “daşınmaz əmlakın alqısatqı” müqaviləsinin surətindən görünür ki, X23 özünə məxsus 0.52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini X2. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəki Ərazi İdarəsi tərəfindən 28.03.2012-ci il tarixdə tərtib edilən **********77-06301 reyestr nömrəli “daşınmaz əmlakın texniki pasportu”nun surətindən görünür ki, Qax rayonu Kiçik Alatəmir kəndində yerləşən qeyri-yaşayış binası (mal ferması) X15 mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 31.03.2012-ci il qeydiyat tarixli, ********** qeydiyyat nömrəli, Seriya MA ******* saylı «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»ın təsdiq olunmuş surətindən müəyyən olunur ki, X15 xüsusi mülkiyyətinə verilmiş Qax rayonu Qaxbaş kəndində 0,08 ha torpaq sahəsi üzərində inşa edilmiş 1 mərtəbəli ümumi sahəsi 690.7 kv.m olan qeyriyaşayış binası (mal ferması) Daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 157 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Qaxbaş bələdiyyəsinin 21.06.2021-ci il tarixli məktubunda qeyd edilir ki, vətəndaş İddiaçı1 ona məxsus 0,12 ha həyətyanı torpaq sahəsinə bitişik ailəsi ilə birlikdə Kiçik Alatəmir kəndində islahatdan əvvəl istifadə etdiyi (zəbt olunmuş) torpaq sahəsi Qax rayon Dövlət Arxivinin məlumatına əsasən 1999-cu ildə 0,65 ha, 2000ci ildə, 0,55 ha, bələdiyyələr yarandıqdan sonra isə Qaxbaş bələdiyyəsində onların adına 0,60 ha zəbt torpaq sahəsi qeydə alınmışdır. Vətəndaş, 21.06.2021-ci il tarixə qədər istifadəsində olan həyətyanısına bitişik bələdiyyə mülkiyyətində olan 0,60 ha torpaq sahəsinin vergi ödəyicisidir. İş materiallarında olan Qax rayon Dövlət Arxivinin 29.06.2021-ci il tarixli məktubunda qeyd edilir ki, Qax rayon Qaxbaş kənd “Ş.Rustaveli” adına kolxozda aparılmış aqrar islahatla əlaqədar subyeklərə verilmiş pay torpaq sahəsi barədə məlumatlar (torpaq pay alacaq subyektlərin siyahısı, torpaq payı alacaq subyektlərin püşk ardıcıllığı, subyektlərə verilmiş pay torpağının sahəsi və sair) Arxivə təhvil verilməyib. Bildiririk ki,İddiaçı1 və ailə üzvlərinə pay torpaq sahəsinin ayrılmasına dair Arxivdə hər hansı bir məlumat tapılmadı. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 27.03.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, Seriya RX ******* saylı «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»ın təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı4 xüsusi mülkiyyətinə verilmiş Qax rayonu Qaxingiloy kəndində 0,15 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Daşınmaz əmlakın dövlət reyestrində 28 nömrəli reyestr kitabının 17 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsinin 21.01.2016-cı ildə tərtib etdiyi “torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surətindən görünür ki, Qax rayonu DNK, 13.01.2016-cı il tarixli 7E-113 nömrəli Bölgü sxemi, Qax rayonu DNK 13.01.2016-cı il tarixli 4ə-16 nömrəli alqı-satqı müqaviləsinə əsasən Qax rayonunun Qaxingiloy kəndində yerləşən 0.012 ha həyətyanı torpaq sahəsi İddiaçı3 xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 21.01.2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, Seriya RX ******* saylı «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»ın təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı3 xüsusi mülkiyyətinə verilmiş Qax rayonu Qaxingiloy kəndində 0,0120 ha torpaq sahəsi Daşınmaz əmlakın dövlət reyestrində 38 nömrəli reyestr kitabının 13 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan 966 inventar nömrəli 12.01.2017-ci il tarixdə tərtib edilən fərdi yaşayış evinin “texniki pasportu”nun surətindən görünür ki, Qax rayonu, Qaxbaş kəndində 0.15 ha torpaq sahəsində inşa edilən ev İddiaçı1 məxsusdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12.01.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, Seriya RX ******* saylı «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»ın təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı1 xüsusi mülkiyyətinə verilmiş Qax rayonu Qaxbaş kəndində 0,15 ha torpaq sahəsi üzərində inşa edilmiş ümumi sahəsi 171.5 kv.m olan fərdi yaşayış evi Daşınmaz əmlakın dövlət reyestrində 29 nömrəli reyestr kitabının 19 nömrəli vərəqində qeydiyyata alınmışdır. Çıxarışdan görünür ki, 0.15 ha torpaq sahəsi iddiaçıların ümumi birgə mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsinin 27.01.2018-ci ildə tərtib etdiyi **********18-10301 reyestr nömrəli fərdi yaşayış evinin “Texniki pasportu”nun təsdiq edilmiş surətindən görünür ki, Qax rayonu, Kiçik Alatəmir kəndində 0.12 ha torpaq sahəsində inşa edilən fərdi yaşayış evi İddiaçı1 məxsusdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 25.01.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, Seriya RX ******* saylı «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»ın təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı1 xüsusi mülkiyyətinə verilmiş Qax rayonu Kiçik Alatəmir kəndində 0,12 ha torpaq sahəsi üzərində inşa edilmiş ümumi sahəsi 113.8 kv.m olan fərdi yaşayış evi Daşınmaz əmlakın dövlət reyestrində 29 nömrəli reyestr kitabının 33 nömrəli vərəqində qeydiyyata alınmışdır. Çıxarışdan görünür ki, 0.12 ha torpaq sahəsi iddiaçıların ümumi birgə mülkiyyətindədir. İş materiallarında olan edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin 20.11.2019-cu ildə tərtib etdiyi “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surətindən görünür ki, Qax rayonu DNK, 4ə-789, 31.10.2019-cu il tarixli alqısatqı müqaviləsinə əsasən sənəd üzrə sahəsi 0.05 ha, faktiki sahəsi 0.216 ha olan Qax şəhəri, Fətəli xan Xoyski küçəsində yerləşən torpaq sahəsi İddiaçı6 xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 20.11.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»ın təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı6 xüsusi mülkiyyətinə verilmiş Qax şəhəri, Fətəli xan Xoyski küçəsində yerləşən 0,05 ha torpaq sahəsi Daşınmaz əmlakın dövlət reyestrində 78 nömrəli reyestr kitabının 73 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 08.06.2021-ci il tarixli məktubunda qeyd edilir ki, arxivdə Qax rayon Aqrar İslahat Komissiyasının 20.07.2000-ci il tarixli 07 saylı qərarı və Qax rayonu Alatəmir kəndi üzrə həyətyanı və pay torpaq sahələrinə dair subyektlər siyahısında isə sözügedən vətəndaşların adları aşkar edilməmişdir. Əlavə olaraq nəzərinizə çatdırırıq ki, müraciətdə qeyd edilən vətəndaşların adları Qax rayonu Qaxbaş kəndinin həyətyanı və pay torpaq sahələrinə dair subyektlər siyahılarında qeyd edilmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia tələbi əsassızdır, ona görə də təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən olunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İddiaçılar iddia ərizəsində Qax Rayon İcra Hakimiyyəti başçısının Qax İngiloy kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində olan təsərrüfatbaşına kitaba əsasən 1,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin islahat aparılan vaxt ailə üzvlərinə verildiyini qeyd etmiş, lakin bununla bağlı hüquqmüəyyənedici sənədlərin təqdim edilmədiyini bildirmişlər. Bununla bağlı iddiaçılar cavabdeh orqana müraciət edərək, qeyd olunan torpaq sahələrinin dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsini xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. İddiaçılar həmin torpaq sahəsinin onlara verilməsini təsdiqləyən hüquqmüəyyənedici sənədlərə malik deyildirlər. Həmçinin məhkəmə araşdırması zamanı iddiaçılara 1.74 ha pay torpaq sahəsinin verilməsini təsdiq edən hüquqmüəyyənedici sənədlər aşkar edilməmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun: 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə vəvaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, habelə həmin torpaq sahəsinin iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrində nəzərdə tutulmuş qanuni əsas olmadığından iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 İddiaçı5 və İddiaçı6 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə (üçüncü şəxs: Qax rayonu Qaxbaş bələdiyyəsi) qarşı “islahat aparılan vaxt ailə üzvlərinə verilmiş Qax Rayon İcra Hakimiyyəti başçısının Qax İngiloy kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində olan təsərrüfatbaşına kitaba əsasən 1,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınaraq plan-ölçü və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.” Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar