Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-683/2021 08.09.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Hacı-X4 iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə verilmiş RX seriyalı 045979 nömrəli çıxarışda torpaq sahəsinin ölçüsü qrafasında düzəliş edilərək həmin evin texniki pasportuna uyğun olaraq 0,1025 ha torpaq sahəsi qeyd edilməklə yeni çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Şəki şəhəri, Mahmud Əliyev küçəsi, ev 34 ünvanında yerləşən fərdi yaşayış evinə verilmiş RX seriyalı 045979 nömrəli çıxarışda torpaq sahəsinin ölçüsü qrafasında düzəliş edilərək həmin evin texniki pasportuna uyğun olaraq 0,1025 ha torpaq sahəsi qeyd edilməklə yeni çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi Şəki İnzibati Məhkəməsinə 10.03.2021-ci il tarixdə daxil olmuş və həmin tarixdən icraata qəbul edilmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və onun altında yerləşən 0,0118 ha torpaq sahəsi 27.09.2014-cü il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən İddiaçı və X3 ümumi birgə mülkiyyətindədir. Həmin ünvanda yerləşən fərdi yaşayış evinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış aldıqdan sonra məlum olub ki, verilən çıxarışda evin yerləşdiyi torpaq sahəsi 0,0118 ha qeyd edilmişdir. Lakin arxiv sənədlərinə və fərdi yaşayış evinin texniki pasportundan görünür ki, evin yerləşdiyi torpaq sahəsinin ümumi sahəsi 0,1025 ha dır. Cavabdeh orqanın 05.02.2021-ci il tarixli imtina məktubunda görünür ki, iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X9 RX seriyalı ******* nömrəli dövlət reyestrindən çıxarışa düzəliş edilərək, torpaq sahəsinin 0.1025 ha göstərilməklə yeni çıxarışın verilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin müraciət təmin edilməmişdir. İmtina məktubunda qeyd edilir ki, etibarnamə əsasında çıxış etdiyi İddiaçı paylı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə verilmiş RX ******* nömrəli çıxarışa düzəliş edilərək torpaq sahəsinin 0.1025 ha göstərilməklə yeni çıxarış verilməsinə köməklik göstərilməsi barədə müraciətə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsində baxılmışdır. Bildirilmişdir ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Aparılan araşdırma zamanı sözügedən ünvana aid 23 sentyabr 2014-cü il tarixli, 13199 inventar nömrəli texniki pasportda göstərilən 0.1025 ha faktiki torpaq sahəsinin mülkiyyətə verilməsinə əsas aşkar edilməmişdir. Müraciətin icrası üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cu və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda göstərilən əsaslardan biri təqdim edilməlidir. Müraciətə əlavə edilən Şəki Bələdiyyəsinin 15 sentyabr 2014-cü il tarixli arayışı hüquqların dövlət qeydiyyatı üçün əsas deyildir. Cavabdeh orqan məhkəməyə ünvanladığı 29.04.2021-ci il tarixli “iddiaya qarşı rəsmi münasibət bildirilməsi haqqında” məktubunda 05.02.2021-ci il tarixli imtina məktubunda göstərilənləri qeyd etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan 6065/2592 nömrəli “Qeydəalma vəsiqəsi”nin təsdiq edilmiş surətindən görünür ki, 02.09.1986-cı il tarixli vərəsəliyə əsasən Şəki şəhəri, 21-ci rayon, M.Əliyev küçəsində yerləşən fərdi yaşayış evi İddiaçı və X1 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən 27.09.2014-cü il qeydiyyat tarixli, **********58-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli RX seriyalı ******* nömrəli “Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın təsdiq edilmiş surətindən görünür ki, ünvan 4 ünvanında 0.0118 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi İddiaçı və X3 ümumi birgə xüsusi mülkiyyətindədir. İş materiallarında olan 13199 inventar nömrəli, **********58-10301 reyestr nömrəli, 23.09.2014-cü il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 6065/2592 saylı “Qeydiyyat vəsiqəsi”nə əsasən tərtib edilən “Texniki pasport”un təsdiq edilmiş surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı və X3 mülkiyyətindədir. Sözügedən Texniki pasportda fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin sənəd üzrə 0.0118 ha, faktiki 0.1025 ha olduğu qeyd edilmişdir. Texniki pasportda 907 kv.m zəbt torpaq sahəsinin olması, “Həyətyanı tikililərin və qurğuların texniki göstəriciləri” qrafasında göstərilən B, C, D, E, F, K, İ literli tikililərin zəbt torpaq sahəsinə düşdüyü qeyd edilmişdir. İş materiallarında olan Şəki şəhər XDS İcraiyyə Komitəsinin 21.02.1987-ci il tarixli, 03 nömrəli iclas protokolundan çıxarışdan görünür ki, mənzil tikintisi ilə əlaqədar vətəndaşların ərizələri, aktları və memarlıq şöbəsinin rəyi nəzərə alınmaqla Şəki şəhər XDS İcraiyyə Komitəsi Şəki şəhəri, 137-ci kvartal, sahə 3b 21-ci rayon, M.Əliyev küçəsi 34 nömrəli evdə yaşayan İddiaçı və X2 həmin ünvanda adlarına olan ev 21 yanvar 1987-ci il tarixli akta əsasən yandığından həmin evin yerində 185-000-109c nömrəli layihə ilə üç otaqlı 60 kv.m yaşayış, 35 kv.m qeyri-yaşayış sahəsi olan ev tikməyə icazə verilmişdir. İş materiallarında olan Şəki bələdiyyəsinin 15.09.2014-cü il tarixli arayışında qeyd edilir ki, İddiaçı Şəki Bələdiyyəsində 1436/3/ vergi uçotu üzrə 600 kv/metr üçün hər il 1.80 (bir manat səksən qəpik) manat torpaq vergisi ödəyir. Məhkəmə iddia tələbində fərdi yaşayış evinin çıxarış nömrəsinin “045979” kimi göstərilməsi ilə bağlı qeyd edir ki, iddiaçı texniki səhv olaraq çıxarış nömrəsini “0459759” kimi qeyd etmək əvəzinə yalnışlıqla “045979” olaraq qeyd etmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia tələbi əsassızdır, ona görə də təmin oluna bilməz. Məhkəmə iddia tələbində fərdi yaşayış evinin çıxarış nömrəsinin “0459759” kimi qeyd etmək əvəzinə 045979 kimi göstərilməsini texniki səhv kimi qəbul edir və iddiaya mahiyyəti üzrə baxılması üçün maneə hesab etmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən olunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İddia ərizəsi və ona əlavə edilən sənədlərdən müəyyən edilir ki, iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə hüquqi marağı RX seriyalı ******* nömrəli dövlət reyestrindən çıxarışa düzəliş edilərək, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin 13199 inventar nömrəli, **********58-10301 reyestr nömrəli, 23.09.2014-cü il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 6065/2592 saylı “Qeydiyyat vəsiqəsi”nə əsasən tərtib edilən “Texniki pasport”una uyğun olaraq 0.1025 ha torpaq sahəsi qeyd edilməklə yeni çıxarışın verilməsindən ibarətdir. Cavabdeh orqan isə sözügedən texniki pasportda 0.1025 ha faktiki torpaq sahəsinin mülkiyyətə verilməsinə əsas aşkar edilmədiyi üçün müraciətin təmin edilməsindən imtina etmiş və beləliklə tərəflər arasında hazırkı mübahisə yaranmışdır. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, iş materiallarına əlavə edilən sənədlərdən də göründüyü kimi iddiaçı tələbində qeyd etdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərə malik deyil və bu hal məhkəmə araşdırması zamanı da aşkar edilməmişdir. İş materiallarında olan hüquqi və texniki sənədlərin hamısı ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə dair tərtib edilmiş sənədlərdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun: 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə verilmiş RX seriyalı ******* nömrəli çıxarışda torpaq sahəsinin ölçüsü qrafasında düzəliş edilərək həmin evin texniki pasportuna uğun olaraq 0,1025 ha torpaq sahəsi qeyd edilməklə yeni çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-683/2021
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-683/2021
08.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver