Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-683/2022 31.10.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, iddiaçı X2 iştirakı ilə, İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçı xx xxxxxxx N964-cü ildə Ağdaş şəhərində anadan olmuşdur. N983-N985-ci illərdə keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. NN-ci ilin mart ayında Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı müharibədə iştirak etmək üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsi (keçmiş Ağdaş rayon Hərbi komissarlığı) vasitəsi ilə keçirilən səfərbərliklə könüllü olaraq yeni yaranan Milli Ordu birləşmələrin tərkibinə yazılmışdır. Onları hərbi maşınlarla Qazax rayonuna, oradan da cavabdehin Şəmkir rayonu ərazisində yerləşən hərbi korpusuna aparmışlar. Həmin gün onları hərbi geyim və sursatla təmin edərək növbəti gün Ağdaş rayonunun Şahbulaq kəndi ərazisində yerləşən N saylı hərbi hissəyə yerləşdirmişlər. Könüllü Ordu sıralarına gedən gündən N3-cü ilin 30 mart N3-cü il tarixədək cavabdeh Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin tərkibində Ağdam və keçmiş Ağdərə rayonunda ermənilərə qarşı gedən döyüşlərdə iştirak etmişdir. Cavabdeh Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandirinin N mart N3-cü il tarixli 87 saylı əmri ilə hərbi xidmətdən azad edilərək ehtiyyata buraxılmışdır. 30 mart N3-cü il tarixdə iddiçının NN-ci ilin mart ayından N3-cü 30 mart tarixinədək könüllü olaraq N saylı hərbi hissənin tərkibində, həmin tarixdən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsi tərəfindən (keçmiş Ağdaş rayon Hərbi komissarlığı) səfərbərlik yolu ilə hərbi xidmətə çağırılmasına baxmayaraq hərbi biletində səfərbərlik yolu ilə könüllü olaraq Qarabağ bölgəsində gedən döyüşlərdə iştirak etməyi barədə qeydlər aparılmamışdır. Həmin qeydlərin aparılmasında onun heç bir günahı yoxdur və bu birbaşa o vaxt cavabdehin tabeliyində olmuş Ağdaş rayon Hərbi Komissarlığının maddi məsul şəxslərinin vəzifəsinə səhlənkarlığı nəticəsində baş vermişdir. Məhz həmin Hərbi komissarlığın və N saylı hərbi hissənin məsul şəxslərinin laqeyidliyi nəticəsində cavabdeh Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin verdiyi arayışda onun NN-ci ilin mart ayından yox, N2-ci ilin 22 oktyabr tarixindən adının N saylı hərbi hissənin şəxsi heyətinin siyahısına salınmışdır. Belə ki, həmin arayışda onun Ağdam rayonuna qeyri-müəyyən vaxta həmin hərbi hissəyə ezam edilməyi qeyd edilsə də, onun haradan, hansı hərbi hissədən və ya birləşmədən ezam olunmağı qeyd edilməmişdir. Əmrin qeyri-dəqiq olması həmin əmrin məzmunundan aydın görünür. Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq iştirak etdiyi dövrdə cinayət məsuliyyətinə cəlb olunmamış, barəsində hər hansı təqsirləndiriei material olmamışdır və bununla bağlı barəsində əfv və ya aministiya aktı tətbiq edilməmişdir. Həmin vaxtdan hal-hazıra qədər iddiaçı “Müharibə veteranı" adını və vəsiqəsini ala bilmir. Belə ki, iddiaçı ona “Müharibə veteranı" adı verilməsi xahişi ilə ərizə və ona əlavə edilmiş rəsmi sənədlərlə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsinə (keçmiş Ağdaş rayon Hərbi Komissarlığına) müraciət etmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsi müraciətini araşdırmış, iddiaçının NN-ci ilin mart ayından 30 mart N3-cü il tarixədək MN-nin N saylı hərbi hissənin tərkibində Qarabağın müdafiəsi uğrunda gedən iştirak etməyi və həmin tarixdən Azərbaycan Respublikası Silahlı Qüvvələrindən tərxis olunmağı barədə şöbədə məlumat olmadığı bildirilmişdir və bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etməyi tövsiyyə olunmuşdur. Müdafiə Nazirliyi ilə əlaqə saxladığı vaxt ona tələb olunan sənədlərlə aidiyyati üzrə Müdafiə Nazirliyinin nəzdində veteran adlarının və müvafıq vəsiqələrinin verilməsi üzrə komissiyaya müraciət etməli olduğu bildirilmişdir. İddiaçı əldə etdiyi tələb olunan bütün sənədlərlə ona Qarabağ müharibəsi veteranı və vəsiqəsinin verilməsi üçün cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyasına müraciət etmişdir. Cavabdeh Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın 09 dekabr 202N-ci il tarixli 4/3-N963 saylı məktubu ilə ona bildirilmişdir ki, nazirliyin Mərkəzi Arxivinin xx.xx.202N-ci il tarixli 4/2-N6N2 nömrəli arayışına əsasən döyüş əməliyyatları aparılan dövrdə N mart N3-cü il tarixli 87 nömrəli əmri ilə bağlaşma pozulmaqla xidmətdən azad edilməsi hərbi xidmətdən qanuni əsaslarla ehtiyyata buraxılma sayılmadığından ona “Müharibə Veteranı" və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. İddiaçı Ordu sıralarına könüllü yazılmışdır və ordu sıralarına gedərkən cavabdeh orqanın Ağdaş rayon şöbəsi ilə aralarında hər hansı müqavilə və bağlaşma yazılaraq tərəfindən imzalanmamışdır. İddiaçı hərbi hissəni özbaşına tərk etməmişdir. Əgər iddiaçı hərbi hissəni özbaşına tərk etmiş olsaydı, onda barəsində cinayət işi başlanardı. İddiaçı sadəcə ailə vəziyyətilə əlaqədar olaraq hərbi hissə komandirinin əmri ilə hərbi xidmətdən azad olunmuşdur. Belə olan halda, hansı bağlaşmadan söhbət gedə bilər. İddiaçının NN-ci ilin payızından 30 mart N3-cü il tarixədək cavabdeh MN-nin N saylı hərbi hissənin tərkibində Dağlıq Qarabağın müxtəlif bölgələrində və ona bitişik ərazilərində gedən döyüşlərdə iştirak etməyi ərizəsinə əlavə etdiyi sənədlərlə. MN-nin Mərkəzi Arxivində və Səfərbərlik və Hərbi Xidmətə Çağrış Üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsində saxlanılan şəxsi işində olan sənədlərlə təsdiq oluna bilər. İddiaçı ilə birlikdə Qarabağ döyüşlərində iştirak etmiş bir neçə nəfərə ’‘Müharibə veteranı" adı verilməsinə baxmayaraq, cavabdeh orqan onun müraciətini təmin etməmişdir. Hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin N5-ci il 22 sentyabr tarixli, 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnaməyə əsasən ona “Müharibə veteranı" adı verilməlidir. Cavabdeh inzibati orqan iddia tələbinə qarşı xx.xx.2022-ci il tarixli etirazında qeyd etmişdir ki, Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 09 dekabr 202N-ci il tarixli 4/3-N963 nömrəli arayışına əsasən iddiaçı hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli 87 nömrəli əmri ilə bağlaşma pozulmaqla, xidmətdən azad edilmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin qeyd hissəsinə əsasən bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası cinayət-prosessual məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Beləliklə də Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran” adlarının müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyası məhz bu əsaslarla 09 dekabr 202N-ci il tarixli qərarı ilə iddiaçıya “Müharibə veteranı” vəsiqəsinin verilməsindən imtina etmişdir. Qeyd olunanlar nəzərə alaraq iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirinin Katibliyi xx.xx.202Nci il tarixli 4/3-N963 nömrəli məktubundan görünür ki, cavabdeh orqan iddiaçının müraciətin təmin edilməsindən imtina etmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.20N9-cu il tarixli 9/2-2558 nömrəli arxiv arayışından görünür ki, N nömrəli hərbi hissə komandirinin 0N yanvar N3-cü il tarixli 0N №-li əmrilə (əsas: səh-2, §-N3, əmrdə atasının adı Əlihəsən yazılmışdır) sıravi X3 şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. N nömrəli hərbi hissə komandirinin N mart N3-cü il tarixli N №-li əmrilə (əsas: səh- 3N, §-N2, əmrdə atasının adı Əlihəsən yazılmışdır) sıravi XN 30.03.93-cü il tarixdən bağlaşması pozulmaqla hərbi xidmətdən azad edilərək şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Ağdaş Rayon Şöbəsinin xx.xx.2022-ci il tarixli 2N6 nömrəli məktubundan görünür ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsində N964-cü il təvəllüdlü X4 barəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə cinayət tətbiqinin həyata keçirilməsi, barəsində cinayət tətbiqinə bəraətverici əsaslar olmadan xitam verilməsi və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı material yoxdur. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirliyinin Katibliyinin Hüquq İdarəsinə ünvanlandığı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, N nömrəli hərbi hissə xx.xx.N2-xx.xx.N4-cü il tarixlərdə döyüş əməliyyatlarında iştirak etmişdir. - N №-li hərbi hissə komandirinin N №-li əmrindən xx.xx.N3-cü il tarixli arxiv çıxarışından görünür ki, X3 xx.xx.N3-cü ildən bağlaşması pozulmaqla hərbi xidmətdən azad edilmiş, briqada kəşfiyyat bölüyünün şəxsi heyətin siyahısından çıxarılmış və bütün təminat növlərindən silinmişdir. - Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun xx.xx.2022-ci il tarixli, Azərbaycan Respublikası Tərtər Hərbi Prokurorluğunun xx.xx.2022-ci il tarixli, Ağdam Hərbi Prokurorluğunun xx.xx.2022-ci il tarixli, Füzuli Hərbi Prokurorluğunun xx.xx.2022-ci il tarixli məktublarından görünür ki, iddiaçı barəsində cinayət işi istintaq olunmamış və təqsirləndirici material araşdırılmamışdır. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.N-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N5-ci il tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin N-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda NN-ci il oktyabrın 9-dan N4-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N0 may N4-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçularamüdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. İş materiallarında olan görünür ki, iddiaçının hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmasına dair məlumat yoxdur. İddiaçının hərbi hissənin şəxsi heyətinin siyahısına daxil olması müəyyən olunsa da, onun xidmət etdiyi hərbi hissədən qanuni əsaslarla tərxis olunması sübut olunmur. İddia ərizəsində iddiaçı özü də hərbi xidmətinin NN-ci ilin mart ayından N3-cü ilin 30 mart tarixədək olduğunu bildirir. Nəzərə alınmalıdır ki, hərbi qulluqçuların ehtiyata buraxılması prosesi Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 23 yanvar N6-cı il tarixli, 433 nömrəli Fərmanından sonra başlamışdır. Şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılmasıdır. Yəni, şəxsin hərbi hissəyə daxil olması kifayət etmir, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) da baş verməlidir. Odur ki, iddiaçının “Müharibə veteranı” statusunu almaq üçün hərbi xidmətdən qanuni əsaslarla tərxis olunması şərti sübuta yetirilmir. N №-li hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli N №-li əmrinə münasibətdə isə məhkəmə qeyd edir ki, sözügedən əmr iddiaçının qanuni əsaslarla tərxis olunmasını yox, xx.xx.N3-cü ildən bağlaşması pozulmaqla hərbi xidmətdən azad edilməsi və şəxsi heyətin siyahısından çıxarılması ilə bağlıdır. Cavabdeh orqan tərəfindən sözügedən əmrdə qeyd edilmiş “bağlaşmanın pozulmaqla iddiaçının hərbi xidmətdən azad edilməsi”-nə aydınlıq gətirilməsə də, məhkəmə qeyd edir ki, bağlaşmanın pozulması olduqca müxtəlif səbəblərdən ola bilərdi və şəxsi heyətin siyahısından çıxarılma (bağlaşmanın pozulması) bütün hallarda hərbi qulluqçunun qanuni əsaslarla ehtiyata buraxılmasını ifadə etmir. Müvafiq əmrin Azərbaycan Respublikası Prezidentinin yuxarıda istinad olunan 23 yanvar N6-cı il tarixli, 433 nömrəli Fərmanından əvvəl qəbul edildiyindən iddiaçının qanuni əsaslarla ehtiyata buraxılmaması işin mübahisəsiz halıdır. Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddiaçının hərbi hissədən qanuni əsaslarla tərxis olunması və şəxsi heyət siyahısından çıxarılması barədə sübut olmadığından inzibati orqan tərəfindən iddiaçıya “Müharibə veteranı” adının və vəsiqənin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Öhdəliyin icrası haqqında iddialar üzrə öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı hərbi hissədən qanuni əsaslarla tərxis edilməsini sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 8.N.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 34.N-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in NN0.N-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.N.N2-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 3N8) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-683/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-683/2022
31.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver