Məhkəmə qərarları › İş №2-1(116)-686/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-686/2021

22.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-686/2021 22.04.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlu İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “hərbi xidmət vəzifəsini yerinə yetirərkən alınmış travmanın “Hərbi travmadır” Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən kimi rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “hərbi xidmət vəzifəsini yerinə yetirərkən alınmış travmanın “Hərbi travmadır” Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən kimi rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçıya xx xxxx 2021-ci il tarixdə yardım məktubu göndərilərək, nəzərinə çatdırılmışdır ki, iddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “hərbi xidmət vəzifəsini yerinə yetirərkən alınmış travmanın “Hərbi travmadır” Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən kimi rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2- 1(112)-1704/2021 nömrəli qərardadı ilə həmin iddia tələbinə baxılması üçün iş aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. Sözügedən iş xx.xx.2021-ci il tarixdə Şəki İnzibati Məhkəməsinin dəftərxanasına daxil olmuş və 2-1(116)-687/2021 nömrə ilə qeydə alınaraq hakim Fərid İsmayılzadənin icraatına verilmişdir. Həmin işlə eyni tarixdə iddiaçının eyni tələbli iddia ərizəsi də Şəki İnzibati Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45-ci maddəsinə əsasən iddiaçının nəzərinə çatdırılmışdır ki, İPM-in 45.5.1-ci maddəsinin tələbinə əsasən iddia ilə bağlı iş məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. Yardım məktubu xx.xx.2021-ci il tarixdə imza edilərək alınmış, lakin tələb edilən müddət ərzində iddiaçı tərəfindən məktuba münasibət bildirilməmişdir. İddia ərizəsini, ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, iddia mümkün sayılmamalıdır. İddia ərizəsindən və ona əlavə olunan sənədlərdən görünür ki, iddiaçı yuxarıda qeyd olunan tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, məhkəmənin qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilmiş, iş xx.xx.2021-ci il tarixdə Şəki İnzibati Məhkəməsinin dəftərxanasına daxil olmuş və 2-1(116)-687/2021 nömrə ilə qeydə alınaraq hakim Fərid İsmayılzadənin icraatına verilmişdir. Lakin iddiaçı eyni tarixdə eyni tələblə məhkəməyə iddia ərizəsi ünvanlamışdır. Göründüyü kimi iddiaçının analoji tələbi üzrə 2-1(116)-687/2021 nömrəli iş məhkəmənin icraatındadır. Bu səbəblə İPM-in 45.5.1-ci maddəsinin tələbinə əsasən iddiaçının hazırkı iddia tələbi mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “hərbi xidmət vəzifəsini yerinə yetirərkən alınmış travmanın “Hərbi travmadır” Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən kimi rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar