Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-686/2022 05.10.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2, cavabdehin nümayəndəsi X18 iştirakı ilə, İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “A seriyalı 197360 nömrəli “ Torpaq sahəsinin planı və ölçüsü” sənədində düzəliş edilərək, həmin sənəddə X8 ilə yanaşı, X24, İddiaçı1 və İddiaçı2 da mülkiyyətçi kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərardadı qəbul etdi: Təsviri hissə: İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “A seriyalı 197360 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində düzəliş edilərək, həmin sənəddə X8 ilə yanaşı, X24, İddiaçı1 və İddiaçı2 da mülkiyyətçi kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-686/2022 nömrəli qərardadı ilə X21 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - X3nun ünvan 1ində fərdi yaşayış evi olmuşdur. Torpaq islahatı aparıldığı dövürdə, yəni, 1996-cı ildə həmin təsərrüfatda (arxiv arayışının surəti ərizəyə əlavə olunur) X13, X19, İddiaçı1 və İddiaçı2 qeydiyyatda olmaqla orada yaşamışdır. Zaqatala rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli, 110 saylı qərarına əsasən X2 məxsus fərdi yaşayış evinə aid 0,20 ha həyətyanı torpaq sahəsi X13, X19, İddiaçı1 və İddiaçı2 qızmm ümumi birgə mülkiyyətinə verilmişdir və hazırda həmin qərar qüvvədədir. Lakin, 13 oktyabr 2009-cu il tarixdə X3nun ünvan 1ində yerləşən fərdi yaşayış evi üzərində hüquqları dövlət qeydiyyatına alınan zaman torpaq sahəsinin yeganə mülkiyyətçisi kimi X13 göstərilmişdir. Aparılan araşdırma əsasında isə məlum olmuşdur ki, X3 onların razılığı və xəbərləri olmadan həmin evi və yerləşdiyi 0,20 ha torpaq sahəsini 08 aprel 2010-cu il tarixli bağışlama müqaviləsinə əsasən X14 bağışlamış və sonuncunun həmin əmlak üzərində hüquqları 29 sentyabr 2011-ci il tarixdə daşınmaz əmlakm dövlət reyestrində qeydiyyata alınaraq, MA seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqmda daşınmaz əmlakm Dövlət reyestrindən çıxarış”la rəsmiləşdirilmişdir. Əvvəllər baxılmış məhkəmə mübahisəsi ilə bağlı məhkəməyə təqdim olunmuş və iddia ərizəsinə əlavə edilmiş məhkəmə qərarlarında da istinad edilmiş - cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakm Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin 25 noyabr 2019-cu il tarixli, **********69 nömrəli məktubdan (səh.-6, abz.-5) da göründüyü kimi, qeyd olunan daşınmaz əmlak (0,20 ha həyətyanı torpaq sahəsi) üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün əsas olmuş A seriyalı 197360 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan torpaq sahəsi torpaq islahatı ilə bağlı elektron baza məlumatlara əsasən (DBF siyahıları) Aqrar İslahat Komissiyasının qərarına əsasən X13 ilə yanaşı, X19, İddiaçı1 və İddiaçı2 ümumi birgə mülkiyyətinə verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 22 may 2020-ci il tarixli, 2(107)-1094/2020 iş nömrəli qətnaməsində qeyd edir ki. "... Məhkəmə hesab edir ki, iddia ərizəsində göstərilən dəlillər əsassız olduğundan iddia tələbinin təmin edilməsi üçün əsas ola bilməz, ilk öncə ona görə ki, iddiaçılar yuxarıda qeyd olunduğu kimi mübahisəli torpaq sahəsinin onların da mülkiyyətinə verildiyini israrlı şəkildə bildirsələr də, iddia tələbinin bu hissəsi üzrə məhkəməyə heç bir sübut təqdim etməmiş, əksinə məhkəmə tədqiqi zamanı həmin torpaq sahəsinin X3nun adına Aqrar İslahat Komissiyasının Qərarı əsasında verildiyi təsdiq edilmişdir. Məhkəmə qeyd edir ki, X3nun qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət tərəfindən əvəzsiz olaraq verilməsi nəticəsində yaranmışdır. X3 isə haqlı olaraq ona Aqrar İslahat Komissiyasının Qərarı ilə əvəzsiz olaraq verilən 0,20 ha torpaq sahəsini öz adına çıxarış almaqla rəsmiləşdirmişdir." Halbuki, tərəflərindən məhkəməyə təqdim olunmuş və məhkəmənin qətnaməsində də istinad etdiyi - cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin vanmda Daşınmaz Əmlakm Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin 25 noyabr 2019-cu il tarixli. **********69 nömrəli məktubdan (səh.-4, abz.- 2) da göründüyü kimi, qeyd olunan daşmmaz əmlak (0,20 ha həyətyanı torpaq sahəsi) üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün əsas olmuş A seriyalı 197360 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan torpaq sahəsi torpaq islahatı ilə bağlı elektron baza məlumatlarına əsasən (DBF siyahıları) Aqrar İslahat Komissiyasının qərarına əsasən X13 ilə yanaşı, X19, İddiaçı1 və İddiaçı2 ümumi birgə mülkiyyətinə verilmişdir. Yəni, qeyd olunan torpaq sahəsinin ümumi birgə mülkiyyətdə olması məhkəmə araşdırması zamanı müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş Şəki Apellyasiya Məhkəməsinin 22 may 2020-ci il tarixli, 2(107)- 1094/2020 iş nömrəli qətnaməsində qeyd edir ki. "... Bundan başqa, iddiaçı tərəf torpaq sahəsinin ümumi birgə mülkiyyət kimi əldə etdiklərini, lakin Aqrar İslahat Komissiyasının qərarı ilə yalnız cavabdehin adına çıxarış verildiyini mübahisələndirsə də, çıxarışın verilməsinə əsas olan Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 saylı qərarı qərarı mübahisələndirilərək ləğv edilməmişdir. Çıxarışın verilməsinə əsas olan qərar ləğv edilmədən, həmin çıxarışın mövcudluğu, iddiaçının hər hansı hüququnu pozması kimi dəyərləndirilməməlidir" Halbuki, yenə də yuxarıda da qeyd olunduğu kimi, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakm Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin 25 noyabr 2019-cu il tarixli, **********69 nömrəli məktubda həmin torpaq sahəsinin X20 qərarı ilə həmçinin iddiaçıların mülkiyyətinə verilməsi öz əksini tapır. Azərbaycan Respublikası Zaqatala Rayon Məhkəməsinin (hakim Tural Həsənov) 15 yanvar 2020-ci il tarixli 2(033)-90/2020 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanmda Daşınmaz Əmlakm Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi və üçüncü şəxs X14 qarşı “X4 adına 13 noyabr 2009-cu il tarixdə daşınmaz əmlakm dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 7 nömrəli reyestr kitabının 95 nömrəli vərəqində aparılmış qeydiyyata və həmin qeydiyyata rəsmiləşdirilməsinə dair MH seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakm dövlət reyestrindən çıxarışın 0,20 ha torpaq sahəsinə dair hissədə etibarsız sayılması, o cümlədən 08 aprel 2010-cu il tarixli 4Ə/109 reyestr nömrəli bağışlama müqaviləsinin və iş üzrə üçüncü şəxs X9 adına 29 sentyabr 2011-ci il tarixdə daşmmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 7 nömrəli reyestr kitabının 95 nömrəli vərəqində aparılmış qeydiyyata və həmin qeydiyyata rəsmiləşdirilməsinə dair MA seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın 0,20 ha torpaq sahəsinə dair hissədə ləğv edilməsi" tələbinə dair iddialarının rədd edilməsinin səbəbi olmuş A seriyalı 197360 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində X19, İddiaçı1 və İddiaçı2 Ərsad qızının adının göstərilməməsi olmuşdur. Nəticədə, A seriyalı 197360 nömrəli “torpaq sahəsinin planı və ölçüsü” sənədində düzəliş edilərək, həmin sənəddə X13 ilə yanaşı, X19, İddiaçı1 və İddiaçı2 da mülkiyyətçi kimi qeyd edilməsi ilə bağlı iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmişlər. Lakin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin vanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi 10 dekabr 2021-ci il tarixli, **********87 nömrəli məktubla bundan imtina etmiş və onlara məhkəməyə müraciət etməklərini tövsiyyə edilmişdir. Cavabdeh orqan iddia tələbinə münasibətində qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixli etirazından görünür ki, İddia ərizəsi ilə bağlı məlumat veririk ki, İddiaçı1 A seriyalı, 197360 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində düzəliş edərək həmin sənəddə X19, İddiaçı1 və İddiaçı2 da mülkiyyətçi kimi qeyd edilməsinə köməklik göstərilməsi məqsədi ilə 18 saylı Zaqatala Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Aqrar İslahat Komissiyasının qərarı əsasında ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədində iddiaçının ərizəsi əsasında düzəlişlərin edilməsi və adların həmin sənədə əlavə edilməsi 18 saylı Zaqatala Ərazi İdarəsinin səlahiyyətləri daxilində olmadığından iddiaçının ərizəsinin icrası tərəfimizdən mümkün olmamış və ona bu barədə xx.xx.2021-ci tarixli, **********87 nömrəli məktub göndərilmişdir. İddia ərizəsi ilə bağlı aparılmış araşdırmanın nəticəsi olaraq məlumat veririk ki, ünvan 1i ünvanında 0,20 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi 13 noyabr 2009-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla X4 adına rəsmiləşdirilmişdir. Daha sonra notarial qaydada təsdiqlənmiş 08 aprel 2010-cu il tarixli, 4Ə-109 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən həmin daşınmaz əmlak X15 hədiyyə edilmiş və həmin əmlak üzərində X10 tam mülkiyyət hüququ 29 sentyabr 2011-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Məlumat üçün bildiririk ki, Ləğv edilmiş DTXK tərəfindən idarəmizə təqdim edilmiş elektron baza məlumatlarında (DBF siyahılarında) X4 adına hazırlanmış A seriyalı, 197360 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən 0.20 ha torpaq sahəsinə dair X4, X16, X22 və İddiaçı2 İsa qızının adları qeyd olunmuşdur. Bundan sonra, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı (3-cü şəxs X23) “X2 çnəxsus olmuş ünvan 1ində fərdi yaşayış evinin yerləşdiyi 0,20 ha torpaq sahəsi üzərində mərhum X7, İddiaçı1 və İddiaçı2 ümumibirgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsi” tələbinə dair iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Şəki İnzibati- İqtisadi Məhkəməsinin 27 avqust 2019-cu il tarixli, 2-1 (84)-817/2019 nömrəli qərardadı ilə iddiaçıların iddia ərizəsi geri götürülmüş sayılmış və iş üzrə icraata xitam verilmişdir (təqdim olunur). İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə və 3-cü şəxs X15 qarşı “X4 adına 13 noyabr 2009-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə rəsmiləşdirilmiş MH seriyalı, ******* nömrəli çıxarışın 0,20 ha torpaq sahəsinə dair hissədə etibarsız sayılması, o cümlədən 08 aprel 2010-cu il tarixli, 4Ə-109 reyestr nömrəli bağışlanma müqaviləsinin və 3-cü şəxs X10 adına 29 sentyabr 2011-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə rəsmiləşdirilmiş MA seriyalı, ******* nömrəli çıxarışın 0,20 ha torpaq sahəsinə dair hissədə ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Zaqatala rayon Məhkəməsinə müraciət etmişdilər. Zaqatala rayon Məhkəməsinin 15.01,2020-ci il tarixli, 2(033)-90/2020 nömrəli qətnaməsi ilə iddiaçıların həmin iddia tələbi rədd edilmişdir. Zaqatala rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(033)-90/2020 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 apelyasiya şikayəti vermişdir. Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(107)-1094/2020 nömrəli qətnaməsindən iddiaçıların apelyasiya şikayəti təmin olunmamış və Zaqatala rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(033)-90/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(107)-1094/2020 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayəti vermişdir. Sərəncamın 1-ci hissəsinin icrası ilə bağlı qeyd olunan sənədlərin təsdiq edilmiş surətləri və elektron baza məlumatlarından (DBF siyahılarından) X6 aid hissədən çıxarışın surəti təqdim olunur. Ərazi İdarəsinin xidməti istifadəsinə təqdim edilmiş aqrar islahatla bağlı torpağ verilmiş subyektlərin siyahısı elektron daşıyıcılarda olduğundan həmin siyahılardan çıxarışın təsdiq edilməsi mümkün deyildir. Məhkəmənin nəzərinə çatdırırıq ki, ləğv edilənədək Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən “Torpaq sahəsinin planı və ölçüsü”nün təsviri Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 fevral tarixli 536 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. Həmin təsvirin 4.2-ci bəndinə əsasən plan və ölçüdə torpaq sahəsinin planı və ölçüsü tərtib olunan fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanının göstərilməsi nəzərdə tutulmuşdur. Üçüncü şəxs X23 xx.xx.2022-ci il tarixli etirazında qeyd etmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi babası X4 torpaq islahatına qədər qanuni və tək istifadəsində olmuşdur. Torpaq islahatı zamanı həmin torpaq babası İsa Qurbanovun mülkiyyətinə verildiyindən xx.xx.2009-cu il tarixdə həmin torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 3 otaqlı fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə babası X4 adına DƏDR-də qeydiyyata alınmışdır. Həmin reyestr bu günədək mübahisələndirilməmiş, MMnin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə həmin məzmunun həqiqiliyi və tamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri - dəqiq olmasını bildiyi hallar istisna olmaqla həqiqi hesab edilir. Mübahisə predmeti olan həmin həyətyanı torpaq sahəsi və onda yerləşən yaşayış evi notarial qaydada təsdiq edilmiş xx.xx.2010-cu il tarixli Bağışlama müqaviləsi əsasında babası X13 həmin həyəti və fərdi yaşayış evini ona bağışlamışdır. Bağışlama müqaviləsi əsasında həmin torpaq və yaşayış evi xx.xx.2011-ci il tarixdə DƏDR-də qeydiyyata alınaraq reyestrdən çıxarış verilmişdir. İddiaçılar isə torpaq islahatı zamanı Zaqatala rayon Bazar kəndində deyil, Zaqatala rayonunu Kebeloba kəndində qeydiyyatda olmaqla, ünvan 2 ünvanda yerləşən özlərinə məxsus yaşayış evində yaşamışlar və onlar babası X13 ilə birgə təsərrüfat aparmamışlar. Ona görə də həmin torpaq sahəsi və orada yerləşən yaşayış evi bağışlama müqaviləsi əsasında ona bağışlanarkən həmin ünvanda qeyd olmadıqlarından onların razılığı da tələb olunmamışdır. 2020-ci il də iddiaçılar həmin torpaq sahəsinin DƏDR-də aparılmış qeydiyyatının ləğv edilməsi barədə iddia ilə Zaqatala rayon məhkəməsinə müraciət etmişlər. Zaqatala rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(033)-90/2020 saylı qətnaməsi ilə onların iddiası rədd edilmişdir. Zaqatala rayon Məhkəməsinin həmin qərarı Şəki Apelyasiya Məhkəmai qətnaməsi və Ali Məhkəmənin qərarı ilə qüvvədə saxlanılmışdır. Bundan başqa o, uşaq yaşlarından mərhum babası X13 ilə birgə yaşamış və ölən günədək ona baxmışdır. İddiaçılar isə ümumiyyətlə həmin ünvanda və həmin həyətdə yaşamamışlar. X3 təsərrüfatda tək olmuşdur. Ona görə də hesab edir ki, həmin torpaq sahəsi ilə bağlı hər hansı bir dəyişiklik aparıla bilməz, onun xüsusi mülkiyyəti olan torpaq sasəhi iddiaçıların mülkiyyəti kimi DƏDR-də qeydiyyata alınması qanuna zidd və onun mülkiyyət hüquqlarını pozan bir hərəkət kimi hesab olunmalıdır. Qeyd olunanlara əsasən iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçılar iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Hazırki iddia ərizəsinə baxılarkən aşağıdakı sənədlərin məzmununa istinad edilmiş, həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Azərbaycan Respublikası Zaqatala Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(033)-90/2020 nömrəli qətnaməsindən görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak X5 yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi və üçüncü şəxs X14 qarşı “X4 adına 13 noyabr 2009-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 7 nömrəli reyestr kitabının 95 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair MH seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın 0,20 ha torpaq sahəsinə dair hissədə etibarsız sayılması, o cümlədən 08 aprel 2010-cu il tarixli 4Ə/109 reyestr nömrəli bağışlama müqaviləsinin və iş üzrə üçüncü şəxs X9 adına 29 sentyabr 2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 7 nömrəli reyestr kitabının 95 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair MA seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın 0,20 ha torpaq sahəsinə dair hissədə ləğv edilməsi” tələbinə dair iddiası rədd edilmişdir. - Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2020-ci il tarixli 2(107)-1094/2020 nömrəli qətnaməsindən görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmişdir. Zaqatala Rayon Məhkəməsinin 15 yanvar 2020-ci il tarixli 2(033)-90/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)75/2021 nörməli qərarından görünür ki, İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. X27 Mülki kollegiyasının 2(107)-1094/2020 nömrəli iş üzrə 22 may 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - ********** qeydiyyat nömrəli xx.xx.2009-cu il tarixli çıxarışdan görünür ki, Zaqatala rayonu Bazar kəndində mülkiyyətində olan 0.20 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 3 otaqlı 65.65 kv.m yaşayış, sahəsindən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X4 adına 7 nömrəli reyestr kitabının 95 nömrəli vərəqində qeydiyyata alınmışdır. - xx.xx.2010-cu il tarixli Bağışlama müqaviləsindən görünür ki, X1 rayonu Bazar kəndində mülkiyyətində olan 0.20 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 3 otaqlı, 65.65 kv.m yaşayış sahəsindən ibarət olan fərdi yaşayış evini X14 bağışlamışdır. - ********** qeydiyyat nömrəli xx.xx.2011-ci il tarixli DƏDR-dən çıxarışdan görünür ki, Zaqatala rayonu Bazar kəndində yerləşən 0.20 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi X9 tam xüsusi mülkiyyətindədir. - **********96-10301 reyestr nömrəli xx.xx.2011-ci il tarixdə tərtib edilmiş “texniki pasport”un təsdiq edilmiş surətindən görünür ki, Zaqatala rayonu Bazar kəndində yerləşən fərdi yaşayış evi üzrə hüquq subyekti X17r. - “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş, Zaqatala rayonu Bazar kəndi üzrə həyətyanı və pay torpaq sahələrinə dair subyektlər siyahısından görünür ki, müvafiq cədvəldə ailə tərkibi - X11, X25, X30 və İddiaçı2 İsa qızı, qanuni həyətyanı torpaq sahəsi 0.20, zəbt 0.06, mülkiyyətçiyə verilən pay F0.25, 1.05 olaraq qeydiyyat aparılmışdır. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq üçüncü şəxs şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırkı işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən iddiaçıların dinlənilmə hüququnun təmin edilməsi məqsədilə xx.xx.2022-ci il tarixdə yardım məktubu ünvanlanmış, həmçinin xx.xx.2022-ci il tarixdə keçirilmiş şifahi məhkəmə baxışında hüquqi müzakirə aparılaraq iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi izah edilmişdir. İddia ərizəsinin məzmunundan və əlavə edilmiş sənədlərdən görünür ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçıların hüquqi marağı Zaqatala rayon Bazar kəndində yerləşən 2000 kv.m həyətyanı torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüququnun qeydə alınmasına nail olmaqdır. Lakin, A seriyalı 197360 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində düzəliş edilərək tələbdə adları qeyd edilən şəxslərin həmin sənədə daxil edilməsi son nəticədə həmin şəxslərin torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüquqlarının qeydə alınmasına səbəb olmayacaqdır. Belə ki, sözügedən torpaq sahəsi üzərində X9 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış və xx.xx.2011-ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Həmin çıxarışda X9 0.20 ha torpaq sahəsi üzərində tam xüsusi mülkiyyət hüququnun olması qeyd olunmuşdur. İş materialları ilə müəyyən olunur ki, xx.xx.2010-cu il tarixli bağışlama müqaviləsinin xx.xx.2011-ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarışın mübahisələndirilməsi ilə bağlı iddia tələbiniz Zaqatala rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(033)-90/2020 nömrəli qətnaməsi ilə təmin edilməmiş, qətnamədən verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(107)-1094/2020 nömrəli qətnaməsi ilə təmin edilməmişdir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-75/2021 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(107)-1094/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Məhkəmə, iddiaçıların nail olmaq istədikləri hüquqi nəticəyə uyğun olaraq aşağıdakıları qeyd edir: İş materialları ilə müəyyən edilir ki, ********** qeydiyyat nömrəli xx.xx.2009-cu il tarixli çıxarışda fərdi yaşayış evi ilə bərabər, Zaqatala rayonu Bazar kəndində yerləşən 0.20 ha torpaq sahəsinin də X4 mülkiyyətində olması qeyd edilmişdir. Odur ki, iddiaçılar ilk növbədə həmin çıxarışın torpaq sahəsinə münasibətdə ləğv edilməsi ilə bağlı cavabdeh orqana müraciət etməli, müraciətləri cavabsız saxlandığı və ya təmin olunmadığı halda isə həmin tələblə məhkəməyə müraciət etməlidirlər. Bundan başqa işdə olan xx.xx.2010-cu il tarixli bağışlama müqaviləsi ilə müəyyən edilir ki, X1 rayonu Bazar kəndində mülkiyyətində olan 0.20 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 3 otaqlı, 65.65 kv.m yaşayış sahəsindən ibarət olan fərdi yaşayış evini X14 bağışlamışdır. Yəni, X14 bağışlanmış daşınmaz əmlak torpaq sahəsi yox, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi olmuşdur. Müqavilənin 1-ci bəndində də “bağışlanan fərdi yaşayış evinin girov qoyulmaması və həbs altında olmaması” qeyd edilmişdir. Beləliklə, X13, X14 0.20 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evini bağışlamasına baxmayaraq, cavabdeh orqan, ********** qeydiyyat nömrəli xx.xx.2011-ci il tarixli DƏDRdən çıxarışda fərdi yaşayış evi ilə bərabər, 0.20 ha torpaq sahəsinin də X9 tam xüsusi mülkiyyətində olması ilə bağlı qeydiyyat aparmışdır. Odur ki, iddiaçılar ********** qeydiyyat nömrəli xx.xx.2009-cu il tarixli çıxarışla bərabər, ********** qeydiyyat nömrəli xx.xx.2011-ci il tarixli DƏDR-dən çıxarışı da torpaq sahəsinə münasibətdə mübahisələndirməlidirlər. Hər iki çıxarışda torpaq sahəsi ilə bağlı aparılmış qeydiyyatın mübahisələndirilməsi ilə bağlı mübahisə müsbət həllini tapdıqdan sonra, iddiaçılar, işdə olan Zaqatala rayonu Bazar kəndi üzrə həyətyanı və pay torpaq sahələrinə dair subyektlər siyahısından çıxarışa və Zaqatala rayon AİK-nın xx.xx.2003-cü il tarixli qərarına istinad edərək Zaqatala rayonu Bazar kəndində yerləşən 0.20 ha torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını cavabdeh orqandan tələb edə, müraciətləri təmin olunmadığı (və ya cavabsız saxlandığı) halda isə məhkəməyə müraciət edə bilərlər. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 15.5-ci və 15.6-cı bəndlərində qeyd olunmuşdur ki, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. İddiaçının dinlənilmə hüququnu təmin etmək məqsədilə hazırki iddia tələbinin mümkünsüzlüyü məhkəmə iclasında iddiaçıya izah edilmiş, lakin, iddiaçı, məhkəmənin hüquqi mövqeyi ilə razılaşmamışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 5 nömrəli Qərarında aşağıdakı hüquqi mövqe öz əksini tapmışdır: Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Bənd 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Bənd 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Bənd 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Bənd 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 12.1-ci maddəyə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2-ci maddəyə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 58.7-ci maddəyə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 69, 78, 80 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “A seriyalı 197360 nömrəli “ Torpaq sahəsinin planı və ölçüsü” sənədində düzəliş edilərək, həmin sənəddə X8 ilə yanaşı, X24, İddiaçı1 və İddiaçı2 da mülkiyyətçi kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-686/2022
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-686/2022
05.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver