Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-687/2020 17.06.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı "15.04.1991-ci ildən 11.02.2015-ci ilədək ödənilməmiş müharibə veteranı müavinətinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı "15.04.1991-ci ildən 11.02.2015-ci ilədək ödənilməmiş müharibə veteranı müavinətinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, o, 11.04.2015-ci ildə müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün Müdafiə Nazirliyinə müraciət etmiş və ona Qarabağ müharibəsi veteranı adı və vəsiqəsi verilərək aylıq nəzərdə tutulmuş müavinət ayrılmışdır. Lakin xidmət etdiyi 15.04.1991-ci ildən 11.05.2015-ci ilədək heç bir müavinət ödənilməmişdir. O, 29.12.2019-cu ildə ödənilməmiş müavinətin ödənilməsi üçün Cavabdehnə müraciət etmiş, lakin sonuncu 21.01.2020-ci il tarixli məktubla bildirmişdir ki, əvvəlki illər üçün müavinətin ödənilməsi qüvvədə olan sosial müavinətlər haqqında qanunvericiliyə ziddir. Aşağıdakı hallara görə məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə deyilir ki, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. İşdən göründüyü kimi, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən 11.02.2015-ci ildə müharibə veteranı vəsiqəsi verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh tərəfindən ona həmin tarixdən müavinət ödənilməyə başlanmışdır. İddiaçı Şəki İnzibati-İqtisadi Məhkəməsinə iddia ilə müraciət edərək, 11.07.1995-ci ildən 2015-ci ilin fevral ayınadək olan müddət üçün də müavinətin ödənilməsini xahiş etmiş, lakin həmin məhkəmənin 23.12.2016-cı il tarixli 2-1(84)-1098/2016 nömrəli qərarı ilə iddia rədd edilmiş və bu qərar qanuni qüvvəyə minmişdir. Həmin qərarla müəyyən edilmişdir ki, iddiaçıya müharibə veteranı vəsiqəsinin verildiyi 11.02.2015-ci ildən əvvəlki dövrə müavinət təyin edilməsi üçün heç bir qanuni əsas olmadığına görə iddiaçının həmin tarixdən əvvələ müavinət təyin olunmasını tələb etmək hüququ olmamışdır. İddiaçı əvvəlki iddia ərizəsində müavinəti 11.07.1995-ci ildən 2015-ci ilin fevral ayınadək, hazırkı iddia ərizəsində isə daha artıq müddətə, yəni 15.04.1991-ci ildən 11.02.2015-ci ilədək tələb etsə də, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 23.12.2016-cı il tarixli qərarında iddiaçının 11.02.2015ci ildən əvvəlki bütün müddətlər üçün müavinət tələb etmək hüququnun olmaması müəyyən edildiyinə görə hazırda məhkəmə hesab edir ki, iddiaçının bu tələbinə də artıq qiymət verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "A.Kərimov və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 iyul 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 13.05.2020-ci il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir. Məhkəmə qərarının preyudisiallığı prinsipi də qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəyə minmiş 23.12.2016-cı il tarixli 2-1(84)-1098/2016 nömrəli qərarı hazırkı proses iştirakçıları üçün məcburidir, həmin məhkəmə qərarı ilə müəyyən edilmiş hallar yenidən mübahisələndirilə və hazırkı iddia mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı "15.04.1991-ci ildən 11.02.2015-ci ilədək ödənilməmiş müharibə veteranı müavinətinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2iyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-687/2020
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-687/2020
17.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver