Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-687/2021 30.08.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “xidməti vəzifəsini yerinə yetirərkən aldığı travmanın Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır kimi rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xidməti vəzifəsini yerinə yetirərkən aldığı travmanın “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 09.02.2021-ci il tarixli 2-1(112)-1704/2021 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. İş 10.03.2021-ci il tarixdə Şəki İnzibati Məhkəməsinin dəftərxanasına daxil olmuş və həmin vaxtdan icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı ikinci qrup əlildir. Hərbi xidmət dövründə aldığı travma ilə əlaqədar 07.05.1995-ci ildən 26.05.1995-ci ilə kimi Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müayinə və müalicə olunmuşdur. Müalicə aldıqdan sonra travması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin 7.2-ci bəndinin ç yarımbəndinə əsasən “Travmadır” Hərbi ximət dövründə alınmışdır kimi təyin edilmişdir. Hərbi xidmət dövründə aldığı travma ilə əlaqədar Hərbi həkim komissiyası tərəfindən verilmiş qərarla razılaşmayaraq ərizə ilə öz etirazını bildirərək, Hərbi-həkim komissiyasının qərarının dəyişdirilməsini xahiş etmişdir. Lakin Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası ərizəsinə imtina cavabı vermişdir. İddiaçı hesab edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı əsassızdır. Belə ki, iddiaçı xəsarəti hərbi xidmət vəzifəsini yerinə yetirərkən almışdır və bu səbəbdən də, cavabdeh onun xidmət vəzifələrini yerinə yetirərkən aldığı travmanı “Hərbi travmadır” hərbi xidmət vəzifələrin (xidmət vəzifələri) yerinə yetirərkən alınmışdır kimi rəsmiləşdirilməli idi. Cavabdeh 21.05.2021-ci il tarixli 736 nömrəli etirazında bildirmişdir ki, iddiaçı iddia ərizəsində ona məxsus 19.07.2019-cu il tarixli 611 nömrəli qərarda travmanın səbəb əlaqəsinin dəyişdirilərək “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi təyin edilməsi vəzifəsinin Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının üzərinə qoyulmasını xahiş etmişdir. Ağdaş RHK tərəfindən 1994-cü ildən hərbi xidmətə çağırılmış, iddiaçının hərbi xidmət dövründə aldığı, 07.05.1995-ci ildən 26.05.1995-ci ilə kimi MN Mərkəzi Hərbi Hospitalında müayinə və müalicə olunduğu “Qapalı kəllə-beyin travması. Baş beyin silkələnməsi” diaqnozlu travmanın hərbi xidmətlə səbəb əlaqəsi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 7.2 bəndinin ç yarımbəndinə əsasən, 19.07.2019-cu il tarixdə “Travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi düzgün təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.1-ci bəndinin tələblərinə əsasən hərbi-həkim komissiyası vətəndaşların hərbi xidmət dövründə aldıqları xəsarətlərin, xəstəliklərin (yaralanmaların, travmalrın) hərbi xidmətlə səbəb əlaqəsini müəyyən edir. Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbi-həkim ekspertizasının keçirilməsi qaydaları haqqında Təlimatın 10-12-ci maddəsinə əsasən, MN MHHK Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbi-həkim ekspertizasına metodiki rəhbərliyi həyata keçirir. MN MHHK-sı xüsusi təyinatlı hərbi tibb müəssisəsidir. MN MHHK Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbi-həkim ekspertizası üzrə ali orqandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 7.1-ci maddəsinə əsasən keçmiş hərbi qulluqçuların aldıqları xəsarətlərin, xəstəliklərin hərbi xidmətlə səbəb əlaqəsinin təyin edilməsi hərbi həkim komissiyalarına həvalə olunmuşdur. Əsasnamənin 7.3-cü maddəsinin tələblərinə əsasən, hərbi həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət keçdiyi hərbi hissənin komandiri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Lakin vətəndaş İddiaçı xidmət etdiyi hərbi hissənin komandiri tərəfindən verilməli travma haqqında arayışı komissiyaya təqdim etməmişdir. Cavabdehin 19.07.2019-cu il tarixli 611 nömrəli qərarında göstərilmişdir ki, Ağdaş RHK tərəfindən 1994-cü ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı hərbi xidmət dövründə hərbi xidmət keçərkən aldığı və 07.05.1995-ci ildən 26.05.1995-ci ilə kimi MN mərkəzi Hərbi Hospitalında müayinə və müalicə olunduğu travma-diaqnoz: “Qapalı kəlləbeyin travması. Baş beyin silkələnməsi” (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsinin 16.11.2017-ci il tarixli 643 nömrəli göndərişi, 16.11.2017-ci il tarixli 595 nömvətt arayışı, SQ Baş Klinik Hospitalından verilmiş 26.05.1995-ci il tarixli çıxarış epikrizi, 19.06.2019-cu il tarixli 4330 nömrəli arayış, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “Travmadır, hərbi xidmət dövründə alınmışdır”. İddiaçı iddiasından göründüyü ki, o idda tələbinin xahiş etdi hissəsində öhdəliyin qoyulması barədə qərar qəbul olunmasını xahiş etsə də, faktiki olaraq onun cavabdehin 19.07.2019-cu il tarixli 611 nömrəli qərarının mübahisələndirildiyi iddiası mübahisələndirmə haqqında iddia növünə aiddir. Məhkəmə araşdırması zamanı iş materiallarının iddiaçı tərəfindən cavabdehin qərarını mübahisələndirmək üçün qanunla nəzərdə tutulmuş prosessual müddətin buraxıldığına işarə etdiyi müəyyən edilmiş, 06.07.2021-ci il tarixdə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 13-cü maddəsinə müvafiq olaraq iddiaçıya yardım məktubu ünvanlanaraq prosessual müddətin buraxılması ilə bağlı məsələyə münasibət bildirməsi təklif olunmuşdur. İddiaçı tərəfindən məhkəmənin yardımına münasibət bildirilməmişdir. 30.08.2021-ci il tarixli məhkəmə iclasında iştirak edən iddiaçıya buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququ yenidən izah edilmiş, göstərilən məsələyə münasibət bildirməsi təklif olunmuşdur. İddiaçı məhkəməyə ərizə təqdim edərək buraxılmış müddətin üzrlü hesab edilməsini xahiş etmiş, lakin prosessual müddətin üzrlü səbəbdən buraxıldığını təsdiq edən heç bir sübut təqdim etməmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Bu baxımdan, mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. əlverişsiz inzibati akt olmalı; 3. iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalı; 5. qanunla tələb olunduqda digər əlavə şərtlərə əməl olunmalıdır (İPM- 2.2.1, 32, 35.1, 38.1). İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi iddiaçının üzərindədir. İddia ərizəsi, digər iş materialları və iddiaçının məhkəmə iclasında verdiyi izahatlardan və cavabdehin təqdim etdiyi sənədlərdən məlum olur ki, iddiaçı cavabdehin mübahisəli 19.07.2019-cu il tarixli 611 nömrəli qərarını 23.07.2019-cu il tarixdə almış, lakin üzərindən bir ildən artıq müddət keçdikdən sonra 11.09.2020-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə daxil olmuş iddia ərizəsi ilə mübahisələndirmişdir. Belə ki, cavabdehin məhkəmənin sorğusuna cavab olaraq 12.08.2021-ci il tarixli 1293 nömrəli məktubla təqdim etdiyi Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasının “Çıxan sənədlərin qeydiyyatı kitabı”ndan çıxarışın təsdiq olunmuş surətinə əsasən müəyyən edilir ki, mübahisəli 19.07.2019-cu il tarixli qərar iddiaçı tərəfindən 23.07.2019-cu il tarixdə imzalanmaqla qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı da öz izahatında bunu təsdiq etmişdir. Göründüyü kimi, iddiaçı cavabdehin mübahisəli qərarından daha əvvəl məlumatlı olsa da, onu İPM-in tələblərinə müvafiq qaydada mübahisələndirməmiş, həmin qərarın qəbul olunmasından 14 aya yaxın müddət keçdikdən sonra hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İPM-in: 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; 24.2-ci maddəsinə görə, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır; 24.4-cü maddəsinə əsasən isə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İddiaçı tərəfindən cavabdehin əmrinin ilkin olaraq iddia ərizəsinin imzalandığı 08.09.2020-ci il tarixdən mübahisələndirdiyi nəzərə alınsa belə, İPM-in 24.4-cü maddəsi ilə nəzərdə tutulan 1 illik prosessual müddətin onun tərəfindən ötürüldüyü müəyyən olunur. Belə ki, iddiaçı mübahisələndirilən qərarını aldıqdan bir ildən artıq müddət keçdikdən sonra məhkəmə qaydasında cavabdehin qərarını mübahisələndirməklə iddiasının təmin olunmasını tələb etmişdir. İddiaçının qeyd olunan 1 illik müddəti ötürmədiyi fərz olunan halda o, İPM-in 38.1-ci maddəsi ilə müəyyən edilən 30 günlük müddəti də ötürmüşdür. Belə ki, iddiaçı məhkəmə iclasında verdiyi izahatında və iddia ərizəsində bildirmişdir ki, 2019-cu ilin iyul ayında artıq mübahisəli qərardan məlumatlı olmuş və qərarı cavabdehdən almışdır. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İPM-in 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “xidməti vəzifəsini yerinə yetirərkən aldığı travmanın Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır kimi rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə
Məhkəmə qərarları › İş №2-1(116)-687/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-687/2021
30.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver