Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-687/2022 21.04.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, iddiaçılar X2 və İddiaçı2 iştirakı ilə, İddiaçılar X4 və İddiaçı2 cavabdehlər Göyçay rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və himayəçilik və vərəsəlik hüquqlarının müdafiəsi üzrə Komissiyaya və Cavabdehnə qarşı “Göyçay rayon XDS-nin İcraiyyə Komitəsinin 03.07.1991-ci il tarixli 13 nömrəli iclas protokoluna əsasən İddiaçı1 nənəsi X1 övladlığına verilməsi haqqında qərarının ləğv edilməsi və xx.xx.1984-cü il təvəllüdlü İddiaçı1 X3 tərəfindən övladlığa götürmə haqqında Cavabdeh akt qeydləri kitabında 1991-ci ilin 07 ayının 05 günündə olan 34 №-li qeydin ləğv edilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə” tələbinə dair inzibati işə məhkəmənin binasında, məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçılar X4 və İddiaçı2 cavabdehlər Göyçay rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və himayəçilik və vərəsəlik hüquqlarının müdafiəsi üzrə Komissiyaya və Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Göyçay rayon XDSnin İcraiyyə Komitəsinin 03.07.1991-ci il tarixli 13 nömrəli iclas protokoluna əsasən İddiaçı1 nənəsi X1 övladlığına verilməsi haqqında qərarının ləğv edilməsi və xx.xx.1984cü il təvəllüdlü İddiaçı1 X3 tərəfindən övladlığa götürmə haqqında Cavabdeh akt qeydləri kitabında 1991-ci ilin 07 ayının 05 günündə olan 34 №-li qeydin ləğv edilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə” qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı2 izahat verərək göstərdi ki, Göyçay rayon XDS-nin İcraiyyə Komitəsinin 03.07.1991-ci il tarixli 13 nömrəli qərarının və X2 İddiaçı1 X3 tərəfindən övladlığa götürmə haqqında Cavabdeh akt qeydlərinin ləğvi ona güzəştli şərtlərlə pensiya təyini üçün lazımdır. Məhkəmə tərəfindən iddiaçıya dinlənilmə hüququnun təmin edilməsi məqsədilə 28.01.2022-ci il tarixli hüquqi yardım məktubu ünvanlanaraq Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi izah edilmiş, eyni zamanda tərəflərin iştirakı ilə keçirilən məhkəmə hazırlıq iclasında iddia tələbinin mümkünsüzlüyü iddiaçılara izah edilmişdir. Belə ki, iddia ərizəsində cavabdehlər qismində inzibati orqan olan Ucar rayon İcra Hakimiyyəti başçısı yanında Komissiya və Cavabdeh göstərilsə də, irəli sürülən tələb xüsusi hüquqa - mülki hüquq münasibətlərinə aiddir və publik hüquqla tənzimlənmir. İlk öncə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mübahisələrə inzibati məhkəmələr tərəfindən baxılması üçün tərəflərdən biri inzibati orqan olmalı və tərəflər arasında yaranmış hüquq münasibətləri inzibati xarakterli olmalıdır. Yəni, göstərilən şərtlər məcmu yaratdığı halda münahisələrə inzibati məhkəmələr tərəfindən baxılır. Hazırkı tələbə münasibətdə məhkəmə hesab edir ki, qəyyumluq və himayəçilik orqanları kollegial orqan olmaqla inzibati orqan deyildir. İnzibati orqanların təsnifatının təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli qərarında qəyyumluq və himayəçilik orqanları inzibati orqanların təsnifatında inzibati orqan kimi nəzərdə tutulmamış və sonuncunun fəaliyyəti İnzibati İcraat haqqında qanunla deyil Azərbaycan Respublikası Mülki və Ailə Məcəllələri ilə tənzimlənir. Bundan başqa məhkəmə qeyd edir ki, hazırki mübahisə sonuncunun inzibati fəaliyyətinin nəticəsi deyil. Belə ki, inzibati fəaliyyət inzibati orqanlar tərəfindən həyata keçirilən və nəticədə ünvanlandığı hüquqi və fiziki şəxslər üçün müəyyən nəticələrin yaranmasına səbəb olan inzibati aktın qəbulu ilə nəticələnən fəaliyyətdir. İnzibati akt isə inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir (İİ haqqında Qanun-2.0.2). Hazırda mübahisələndirilən Göyçay rayon XDS-nin İcraiyyə Komitəsinin 03.07.1991-ci il tarixli 13 nömrəli qərarı inzibati akt deyil. Belə ki, müvafiq qərar (publik) hüquq sahəsinə aid olan hər hansı məsələni nizama salmır. Xüsusi hüququn predmetinə aid olan (İddiaçı1 nənəsi X1 övladlığına verilməsi) məsələylə bağlıdır. Buna görə də hazırkı mübahisəyə tərəflərin subyektiv tərkibi və mübahisə predmeti baxımından inzibati məhkəmələr tərəfindən inzibati qaydada baxılmalı olmadığından qəyyumluq və himayəçilik orqanlarına qarşı irəli sürülən iddalara inzibatı deyil, mülki məhkəmə icraatı (cavabdehin olduğu yer üzrə) qaydasında ümumi (rayon, şəhər) məhkəmələr tərəfindən baxılmalıdır. İddia tələbinin Cavabdehnə qarşı yönəlmiş, “akt qeydləri kitabında 1991-ci ilin 07 ayının 05 günündə olan 34 №-li qeydin ləğv edilməsi” tələbinə dair hissədə isə məhkəmə bildirir ki, müvafiq akt qeydi Göyçay rayon XDS-nin İcraiyyə Komitəsinin 03.07.1991-ci il tarixli 13 nömrəli qərarı əsasında icra edildiyindən ilk növbədə Göyçay rayon XDS-nin İcraiyyə Komitəsinin 03.07.1991-ci il tarixli 13 nömrəli qərarı mülki icraat qaydasında (Göyçay rayon Məhkəməsində) mübahisələndirilməli, iddia tələbi uğurlu olarsa müvafiq akt qeydinin ləğvi üçün cavabdehə (Cavabdehnə) müraciət edilməlidir. Müraciəti təmin edilmədiyi və ya cavabsız saxlandığı halda isə inzibati qaydada məhkəməyə iddia ərizəsi ilə müraciət edilə bilər. Göründüyü kimi, Cavabdehnə qarşı yönəlmiş tələb ilkin tələbdən asılı olduğundan, ilkin tələbin qeyri-mümkün olması həmin tələbin də mümkünsüzlüyünə gətirib çıxarır. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçılar X4 və İddiaçı2 cavabdehlər Göyçay rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və himayəçilik və vərəsəlik hüquqlarının müdafiəsi üzrə Komissiyaya və Cavabdehnə qarşı “Göyçay rayon XDS-nin İcraiyyə Komitəsinin 03.07.1991-ci il tarixli 13 nömrəli iclas protokoluna əsasən İddiaçı1 nənəsi X1 övladlığına verilməsi haqqında qərarının ləğv edilməsi və xx.xx.1984-cü il təvəllüdlü İddiaçı1 X3 tərəfindən övladlığa götürmə haqqında Cavabdeh akt qeydləri kitabında 1991-ci ilin 07 ayının 05 günündə olan 34 №-li qeydin ləğv edilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə” iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-687/2022
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-687/2022
21.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver